6
başlayaraq 2008-ci il də daxil olmaqla hər ildə nəzərdə tutulan meşəbərpa və yeni meşə
salınması işlərinin plan-proqnozlarını artıqlaması ilə icra etmişlər. Belə ki, keçən bu müddət
ərzində cəmi 59 184 ha səhədə meşəbərpa tədbirləri, o cümlədən 36 369 ha sahədə təbii
bərpaya kömək tədbirləri, 22 815 ha sahədə isə meşə əkini və səpini işləri aparılmışdır.
Ən ağır meşəbitmə şəraitinə malik, təbii bitki landşaftından məhrum arid və yarım-səhra
ərazilərdə , ərazinin torpaq və iqlim şəraitini nəzərə almaqla, eroziya proseslərinin qarşısını
almaq və səhralaşmaya qarşı mübarizə aparmaq məqsədilə Cəngi, Qaradağ, Giləzi, Zərdəb
Regional Meşəsəlma, Abşeron, Quba, Kür və Lənkaran Regional Meşə Tingiliyi Müəssisələri
yaradılmışdır. Yarandıqları ildən bu günə kimi Meşəsalma Müəssisələri tərəfindən 1813
hektar sahədə yeni meşə əkini sahələri salınmışdır, o cümlədən Zərdab RMSM üzrə 414 ha,
Cəngi RMSM üzrə 347 ha, Qaradağ RMSM üzrə 293 ha, Giləzi RMSM üzrə 759 ha.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən 2001-2010-cu illər
ərzində cəmi 93 118 ha sahədə meşəbərpa, o cümlədən 35 183 ha sahədə meşə əkini və səpini
işləri aparılmışdır.
Meşələr ölkəmizin milli sərvətidir. Onun əhəmiyyəti insan cəmiyyəti üçün böyükdür
və çoxtərəflidir. İstehsalatın, iqtisadiyyatın, elmin, sağlamlığın. tərbiyənin, estetikanın
inkişafında meşələrin əvəzsiz rolu var. Elmin və texnikanın müasir inkişafı, yeni və ən
müxtəlif materialların peyda olması (o cümlədən plastic kütlə) oduncağın əhəmiyyətini
azaltmamışdır, əksinə onun tətbiq sahələrini genişləndirmişdir.Oduncaq, əvvəlki kimi
geniş yayılmış ən müxtəlif tikinti materialı və istilik mənbəyi kimi qalır. Bununla əlaqədar
ölkəmizdə qanunsuz meşəqırmalar hələ də mövcuddur. Qanunsuz qırıntı, mal-qara otarılması
və digər səbəblərdən Respublikada meşə sahələri azalır, onların məhsuldarlığı aşağı düşür,
cins tərkibi pisləşir və torpaqların münbitliyi azalır. Ona görə meşələrin bərpası yollarını
axtarmaq, o cümlədən meşənin oduncaq hesab olmayan sərvətini artırmaq (torpaq qoruyucu,
mühit əmələgətirici və rekreasiya funksiyası) vacibdir. Bu tədbirlərin qanunvericilik bazası
öz əksini meşə münasibətlərini tənzimliyən qanunlar, Prezidentin fərmanlarında, Nazirlər
Kabinetinin qərarlarında, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Meşələrin İnkişafı Departamentinin təlimat və tövsiyyələrində və digər normativ aktlarda
tapmışdır.
Lakin təəsüf ki, bu qanunvericilikdəki boşluqlar, ziddiyyətlər qanunların tətbiqində,
tədrisində problemlər yaratdığı kimi, bu vəsaitin hazırlanmasında da müəllif qarşısında ciddi
çətinliklər yaradıb. Bununla belə, əgər nəzərə alsaq ki, bu sahədə respublikamızda meşə
qanunvericiliyinin kitab şəklındə toplusu yox dərəcəsindədir, bu cür topluya ciddi ehtiyac
var. Kitabın meşə münasibətlərini tənzimləyən hüquq normativ aktların toplusu və meşə
təsərrüfatı ilə bağlı bəzi məsələlərə dair alimlər tərəfindən verilən izahı şəklində ilk dəfə
hazırlandığını, qanunvericiliyin qeyri-təkmilliyini, ziddiyyətliliyini nəzərə alsaq, o yəqin ki,
qüsurlardan hali deyil. Odur ki, kitabla bağlı rəy və təklifləriniz bizim üçün çox maraqlı və
gərəkli olardı. Onlar müəllif tərəfindən diqqətlə araşdırılacaq və bunlar kitabın yenidən nəşri
üçün əhəmiyyətli olacaqdır.
1
Meşəbərpa və meşəsalma sektorunun arayışı
7
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASINDAN çıxarış
Maddə 14. Təbii ehtiyatlar
Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl
gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma
ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq
təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla
müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
Maddə 78. Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük
ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün
pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə,
zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi
yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana
gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və
bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir.
8
Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Meşə Məcəlləsi təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Meşə Məcəlləsi dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 dekabr 1997-ci il
№ 424-IQ
Dostları ilə paylaş: |