21
Maddə 42.
Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları
Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır.
Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Maddə 43.
Meşə quruluşu işləri və onun aparılması
Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli apa-
rılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş
tədbirlər sistemindən ibarətdir.
Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:
müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının,
digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili
təşkilinin
müəyyən edilməsi;
topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;
meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və
kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;
relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan
meşə sahələrinin aşkara çıxarılması;
meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin
mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə
fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının
müəyyən
edilməsi;
meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan
digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü
olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına
keçirilməsi;
hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma
həcminin müəyyən edilməsi;
meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər
meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;
meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə
fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri üçün
istifadənin müəyyən edilməsi;
meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;
meşə quruculuğu layihələrinin
həyata keçirilməsinə nəzarət;
digər meşə qoruyucu işləri.
Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir.
Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatlarının aparılması və meşə fondundan istifadə
qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr,
ona əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq
edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə
meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.
Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada vahid sistem üzrə aparılır.
Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata
keçirilməsi qadağandır.
Maddə 44.
Meşə fondu haqqında məlumat
Meşə fondu haqqında məlumat, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin
monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairədən ibarətdir.