Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 



Tenotomiya

 

1

 

Tenotomiyaya göstəriĢlər

 

Kavus, adduksiya və varus tamamilə düzəldildikdən sonra, 10º-dən az ayaq biləyi 



dorzifleksiyası varsa ekinizmi düzəltmək üçün tenotomiya göstərişi verilir. Teno- 

tomiya üçün abduksiyanın kafi olduğuna diqqət edin. 



Uyğun abduksiyanın xüsusiyyətləri

 

Tenotomiyadan əvvəl ayağı rahatlıqla 0-5º dorzifleksiyaya gətirmək üçün kifayət 



qədər abduksiyada olduğunu təsdiqləyin. 

 

Kifayət qədər abduksiyanın xarakteristik əlaməti aşıq sümüyü altında daban sümü- 



yünün abduksiyası nəticəsində anterior çıxıntısının palpasiya edilə bilməsidir. 

 

 Qamış  sümüyünün  frontal  planına  nisbətən  təqribən  60º abduksiyası müm-  



kündür. 

 Daban sümüyünün neytral və ya az valqusu olur. Bu daban sümüyünün arxası pal- 

pasiya edilərək müəyyənləşdirilir. 

 Bu deformasiyaların üç boyutlu olduğunu unutmayın və bu deformasiyalar birlikdə 

düzəldilir. Bu düzəlmə ayağın aşıq sümüyü başı altında abduksiyası ilə əldə edilir. 

Ayaq qətiyyən pronasiyaya gətirilmir. 



Hazırlıq

 

Ailənin hazırlanması

 

 Ailəyə başa salaraq onları prosedura hazırlayın. Onlara 



tenotomiyanın kiçik prosedur olduğunu və poliklinikada yerli anesteziya ilə edilə 

biləcəyini başa salın. 



Ləvazimat

  Lazımi ləvazimatları hazırlayın [1]. Tenotomiya üçün no:11 və ya 

no:15, ya da oftalmoloji bıçaq kimi kiçik skalpel seçə bilərsiniz. 

 

Dərinin Hazırlanması 

 

Asistent bir əli ilə ayaq barmaqlarından, digər əli  ilə 



bud nahiyəsindən tutarkən baldırın ortasından ayağın ortasına qədər dərini antisep- 

tiklə silin [4]. 



Anesteziya

  Vətər ətrafına az miqdarda yerli anestetik verin [5]. Həddindən çox 

yerli anestetikin vurulması vətərin palpasiyasını və proseduru çətinləşdirdiyini unut- 

mayın. 


4

 

7

 

6

 

5

 

14

 



 

 

 



Tenotomiyanın təĢkili

 

1

 

Asistent ayağı maksimum dorzifleksiyada tutarkən daban sümüyündən 1.5 sm yuxarıda teno- 



tomiya yeri müəyyən edin. Tenotomiya üçün seçilmiş yerdə tendonun iç tərəfinə az miqdar-  

da yerli anestetik verin. Həddindən çox yerli anestetik vurulması tendonun palpasiyasını və  

proseduru çətinləşdirdiyini unutmayın. Bölgənin anatomiyasına diqqət edin. Sinir-damar  

dəstəsi axil tendonun anteromedialında yerləşir [2 [əvvəlki səhifədə]. Axil tendonu (mavi)  

vətər qılıfında (boz) yerləşir. 

Tenotomiya

 

Neştərin ucunu medial tərəfdən dərini keçdikdən sonra vətərin anterioruna doğru da- 



vam etdirin [6 əvvəlki səhifədə]. Neştərin yastı tərəfini vətərə paralel tutun. İlk giriş  

yeri uzunlamasına çərtik əmələ gətirir. Dəridəki çərtiyi böyütməmək üçün diqqətli  

davranmaq lazımdır. Vətər qılıfı (boz) kəsilməməlidir [3 əvvəlki səhifədə]. Neştərin  

kəskin tərəfi posteriora vətərə çevrilir və arxaya doğru hərəkət etdirilir. Vətərin  

kəsilmə səsi eşidilir. Bu səs eşidilməyibsə vətər hələ tam kəsilməyib. Tenotomiya- 

dan sonra əlavə 15-20º dorzifleksiya əldə edilir [7 əvvəlki səhifədə]. 

 

 

Tenotomiya sonrası gips sarğısı



 

Tenotomiya ilə ekin deformasiyası düzələndən sonra, ayağa ayaq biləyi frontal planına gö- 

rə 60-70º abduksiya və 15º dorzifleksiyada beşinci gips sarğısı tətbiq edilir. Ayaq bud na- 

hiyəsinə görə artıq düzəldilmiş kim görünür. Tam düzəlmə sonrası bu gips sarğısı 3 həftə 

ayaqda qalır. 3 həftədən əvvəl kirlənirsə və ya yumuşalarsa gips sarğısı yenidən tətbiq edil- 

məlidir. Gips sarğısından sonra uşaq və valideyin evə gedə bilər. Adətən ağrıkəsiciyə ehti- 

yac qalmır. Bu adətən müalicə prosedurasında axırıncı gips sarğısı olur. 

Gips sarğısının çıxarılması

 

3 həftə sonra gips sarğısı çıxarılır. 20º-lik dorzifleksiya əldə edilir. Vətər sağalmışdır [3 sağ 



əvvəlki səh]. Cərrahi çapıq toxuması azdır. Ayaq şinalanmağa hazırdır [2]. Ayaq normadan 

çox abduksiyada düzəldilmiş görünür. Bu, sıxlıqla valideyini narahat edir. Bunun norma daxi- 

 

lində ayağın tam abduksiyası olduğunu başa salın. 



Tenotomiya zamanı edilən səhvlər

 

Vaxtından əvvəl ekinizmin düzəldilməsi

 

Daban varusu və ayaq supinasiyası düzəldil- 



məmiş ekinizmin düzəldilmə təşəbbüsü beşik ayaq deformasiyasına yol açır. Ekinizm aşıq 

daban oynağından daban sümüyünə abduksiya veilərək düzəldilə bilər. Tenotomiyaya gös- 

təriş kavus, adduksiya və varus tam düzəldildikdən sonra verilir. 

Tenotomiyanın baĢa çatdırılmaması

 

Tenotomiya zamanı anidən uzanma və səs 



eşidilməsi prosedurun başa çatdığını göstərir. Bunlar yoxdursa natamam tenotomiya sayı- 

lır. Əgər səs eşidilməyibsə tenotomiya manevrasını təkrarlayın. 



2

 

15

 



 

 

 



ġina qoyulması

 

ġina qoyulması vacibdir

 

Gips sarğılarına son verildikdən sonra ayaq 60-70º-yə qədər abduksiyaya gətirilməlidir (bud—ayaq oxu). Tenotomiya son- 



rası sonuncu gips sarğısı 3 həftə ayaqda qalmalıdır. Ponsetinin müalicə protokoluna görə bundan sonra ayağı abduksiya və 

dorzifleksiyada tutan şinaya qoymaq lazımdır. Bu şina barmaq ucları açıq iki ayaqqabını birləşdirən çubuqdan ibarətdir.  

Daban sümüyü və ön ayağı abduksiyada tutmaq və residivlərin qarşısını almaq üçün müəyyən dərəcədə ayağın abduksiyada 

tutulması lazımdır. Ayağın medial hissəsindəki yumşaq toxumalar şina istifadə edildiyi təqdirdə uzana bilər. Uşağın dizlərini 

hərəkət etdirərək baldırın üç başlı əzələ vətərini gərə bilməsi üçün şinada dizlər boşda qalır. Ayaqların abduksiyada və az bü- 

külməsi eyni zamanda ayaqları dorzifleksiyaya gətirir. Bu qastroknemius əzələsi və axil tendonunun gərilməsinə kömək edir. 

Ayaq biləyi-ayaq ortezləri (AFO) ayağı sadəcə düz neytral dorzifleksiyada tutduğu üçün faydalı deyil. 

ġinalama protokolu

 

Tenotomiyadan 3 həftə sonra gips sarğısı çıxarılaraq şina istifadə edilməyə başlanır. Şina ayaq barmaqları açıqda qalan 2 ədəd 



ayaqqabıdan və bu ayaqqabıları bir-birinə bağlayan çubuqdan ibarətdir [1]. Tək tərəfli əyripəncəlikdə şina içində müalicə  

edilmiş tərəf 60-70º və normal tərəf 30-40º bayır rotasiya vəziyyətində tutulur [2]. İki tərəfli əyripəncəlikdə isə hər iki tərəf   

70º bayır rotasiyada tutulur.Ən sıx rastlanan xəta uşağı narahat edən ayaqlar arasındakı çubuğun qısa olmasıdır. Çubuq uşağın ayaq- 

larını dorzifleksiyada tutması üçün aşağı doğru 5-10º qabarıq şəkildə bükülməlidir. 

      Şina gips çıxarıldıqdan sonra 3 ay boyunca bütün gün(gecə və gündüz) taxılmalıdır. Bundan sonra uşaq gecələri 12 saat və 

gündüzləri 2-4 saat, cəmi 14-16 saat taxmalıdır. Bu protokol uşaq 3-4 yaşına gələnə qədər davam etdirilir. 

     Bəzən bu şinanı istifadə edərkən artıq daban varusu və bayır tibial rotasiyası inkişaf edə bilər. Belə hallarda həkim ayaqqabılarını 

bayır rotasiyasını 70º-dən 40º-yə qədər azaltmalıdır. 

 

 

ġinalamanın əhəmiyyəti



 

Ponseti manipulyasiyası və dəri altından tətbiq dilən tenotomiya ilə müntəzəm əla nəticə əldə edilir. Buna baxmayaraq, şina 

proqramına düzgün riayət edilməzsə 80% hallarda residiv olur. Bunun əksinə, deyilənlərə əməl edən ailələrdə residiv cəmi 

6%-dir (Morcuende et al.). 



ġina müalicəsi nə vaxt kəsilməlidir?

 

Gecə şinalama protokolu nə qədər davam etdirilməlidir? Deformasiyanın ağırlığı hər zaman müəyyən edilə bilmədiyi üçün, 



biz şinalamanı 3-4 yaşına qədər məsləhət görürük. Bəzi uşaqlar şinaya öyrəşir və şina həyatlarının bir parçası olur. Əgər üç  

yaşından  sonra şina narahatlıq əmələ gətirməyə başlayırsa şinalamanı sonlandırmaq lazımdır. Uşaq residivə görə yaxın mü- 

şahidə altında tutulmalıdır. Əgər residiv görülərsə şinalamaya yenidən başlanmalıdır. 

2

 

1

 

16

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə