Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   2   3   4   5   6   7   8   9   ...   12

  

 

 



 

 

 



 

 

 



 

Normal ayaqda və ya əyripəncəlikdə ayaq daraqarxası sümükləri çevirmək üçün 

tək hərəkət oxu yoxdur. Ayaq daraqarxası oynaqlar funksional olaraq qarşılıqlı 

bir-birindən asılıdırlar. Oynaqların hərəkəti oynaq səthlərinin əyriliyi, bağların  

istiqaməti, quruluşu ilə müəyyən edilir. Hər oynağın özünə xas hərəkət  xüsusiyyəti 

vardır. Buna görə də, əyripəncəlikdə ayaq daraqarxası sümüklərin həddindən artıq 

içə tərəf yer dəyişməsini və inversiyasını düzəltmək üçün, neytral vəziyyətdə eversiya-  

ya gətirilməzdən əvvəl eyni zamanda qayığabənzər, kubabənzər və daban sümüklərinin  



 2                   3

 

1

 

tədricən yana çevrilməsi lazimdir. 



      Əyripəncəlikdə ayaq daraqarxası sümüklərin şiddətli yer dəyişməsini düzəltmək 

üçün ayaq daraqarxasının funksional anatomiyasının yaxşı öyrənilməsi lazımdır. 



4

 

Təəssüflər olsun ki, əyripənciliyi müalicə edən ortopedlərin əksəriyyəti subtalar 



və tarzometatarsal oynaqların çəp istiqamətdə yuxarı anteromedialdan aşağı postero- 

laterala uzanan, ayaq daraqarxası sinusdan keçən sabit hərəkət oxunun olduğunu 

zənn edir. Onlar bu ox ətrafında  ayağı pronasiyaya gətirdikdə, topuq varusunun 

və ayaq supinasiyasının düzələ biləcəyini düşünürlər. Ancaq bu belə deyil. 

Bu xəyali sabit ox ətrafında əyri pəncəni pronasiyaya gətirdikdə ön ayaq daha  

çox pronasiyada olacaq və bununla da kavus artacaq və adduksiyada olan daban  

sümüyü aşıq sümüyünü sıxışdıracaq. Bu da arxa ayaqda daban varusunun  

düzəlməməsi ilə nəticələnəcək. 

     Əyripəncəlikdə [1] daban sümüyünün ön hissəsi aşıq sümüyü başının 

 

altında yerləşir. Bu vəziyyət dabanın varus və ekin deformasiyasına 



5

 

səbəb olur. Daban sümüyünün abduksiyaya gətirilmədən [2] eversiyaya çevrilməsi 



təşəbbüsü, onun aşıq sümüyünə dayanması və daban varusunun düzəlməməsi 

ilə nəticələnəcək. Əyripəncəlikdə dabanın varus deformasiyasının düzəldilməsi 

daban sümüyünün aşıq sümüyü [3] ilə bərabər laterala yer dəyişməsi (abduksiya) 

sayəsində mümkün olur. 

Əyripəncəliyin  düzəldilməsi, aşıq sümüyü başının lateral tərəfi üstünə əks güc 

tətbiq edib ayaq biləyində aşıq sümüyünün dönməsinin qabağı alındıqdan sonra,   

supinasiyada olan ayağın abduksiyaya gətirilməsi ilə mümkün olur. Yaxşı oturdulmuş 

gips sarğısı ayağın düzəldilmiş vəziyyətini qoruyur. Bağlar heç bir zaman uzana 

bilmə hüdudundan çox gərdirilməməlidir. 5 gün sonra deformasiyanı bir az  

düzəltmək üçün bağlar təkrar gərdirilə bilər. 

Uşaqlarda birləşdirici toxuma, qığırdaq və sümüklər mexaniki stimulyasiya yö-  

nündəki dəyişikliklərə cavab verir və hər gips sarğısıyla yeni şəkil alır. Bu Pirani [5] 

tərəfindən gips sarğısından əvvəl, sırasında və sonrası  klinik və maqnit rezonans gö- 

rüntülərin müqaisəsi ilə göstərmişdir. Aşıq-qayığabənzər və daban-kubabənzər oy-   

naqdakı dəyişikliklərə diqqət edin.Müalicə öncəsi qayığabənzər sümük (qırmızı),  

aşıq sümüyü (mavi) başının medial tərəfinə doğru yer dəyişmişdir. Bu qarşılıqlı 

  

 

əlaqənin gips sarğısı müalicəsi ilə necə düzəldiyinə diqqət edin. Bənzər şəkildə



eyni gips sarğısı müalicəsi ilə kubabənzər sümük (yaşıl) daban sümüyü (sarı) 

ilə eyni sıraya gəlir. 

Axırıncı gips sarğısı tətbiqindən əvvəl ekinizmin tam düzəldilməsi üçün axil  

tendonunun dəridən keçərək uzadılması lazim ola bilər. Axil tendonu uzana bilən 

ayaq daraqarxası bağların əksinə gərgin, qalın, az hüceyrəli sərt kollagen dəstələrindən 

təşkil olunmuşdur. Son gips sarğısı, kəsilmiş axil vətərinin uyğun uzunluqda və çapıq  

toxuması əmələ gətirərək sağalması üçün 3 həftə nəzərdə tutulur. Bunun sayəsində ayaq   

daraqarxası oynaqlar düzəldilmiş vəziyyətdə yenidən formalaşır. 

Nəticə etibarilə, əksər əyripəncəlik beş-altı gips sarğısından sonra düzəlir və çox 

vaxtı axil vətəri uzadılması icra edilir. Bu metodla güclü, elastik və plantiqrad ayaq əldə  

edilir. Ağrısız ayaq funksiyası 35 illik müşahidə tədqiqatları ilə göstərilmişdir. 

İ. Ponseti, 2008 



5

 



       

 

Müasir Ponseti Müalicəsi

 

1

 

Ponsetinin metodu dünyada optimal müalicə üsulu olaraq

 

qəbul edilirmi?

 

Son on illikdə Ponseti metodu bütün dünyada əyripəncəliyin ən effektiv 



və ən ucuz müalicə üsulu sayılır.  

 

Ponseti metodu deformasiyanı necə düzəldir?

 

Əyri pəncəlik  deformasiyasını beyninizdə canlandırın. Normal ayaqdakı  daraqarxası 



sümüklərinin [2 sol] qarşılıqlı əlaqəsini əyri pəncəlik [2 sağ] ilə müqaisə edin. Aşıq sümü- 

yünün(qırmızı) deformasiyaya uğradığına və qayığabənzər sümüyün (sarı) medial tərəfə yer 

dəyişməsinə diqqət edin. Ayaq aşıq sümüyünün başı(mavi ox) ətrafında dönmüşdür. Ponseti 

metodu  bu rotasiyanı [3] əks tərəfə çevirməklə düzəlməyə əsaslanır. Düzəlmə ardıcıl gips 

sarğısıyla tədricən əldə edilir. Ponseti metodunda deformasiya həftəlik dəyişdirilən gips sarğısı 

ilə ayağın aşıq sümüyü (qırmızı halqa) ətrafında tədricən döndürülməsi ilə düzəldilir. 



Ponseti metodu ilə müalicə nə vaxt

 

baĢlanır?

 

Mümkünsə, doğuşdan sonra ən qısa vaxtda başlayın (7-10 gün). Buna baxmayaraq, 



əyri pəncəliyin əksəriyyəti uşaq vaxtı bu metodun tətbiqi ilə düzəldilə bilər. 

 

 



Müalicəyə erkən baĢlanarsa neçə  gips  sarğısı dəyiĢdirilməsi 

tələb olunur?

 

Əyri pəncəlik  deformasiyalarının çoxu manipulyasiya sonrası həftəlik tətbiq edilən 



gips sarğıları ilə təqribən 6 həftəyə düzəlir. Əgər altı-yeddi gips sarğısı sonrası 

deformasiya düzəlmirsə, müalicədə xəta vardır. 



Effektiv müalicə ən gec nə vaxta qədər baĢlana bilər?

 

Məqsəd uşaq doğulduqdan sonra br neçə həftə içində müalicəyə başlamaqdır. Buna bax-  



mayaraq, deformasiyanın düzəldilməsi çox vaxt  gec uşaqlıq dövründə də mümkündür 

Müalicənin gecikdirildiyi hallarda Ponseti metodu faydalı ola bilərmi?

 

Erkən uşaqlıq dövrünə qədər gecikdirilmişlərdə də müalicəyə Ponseti metodu ilə başlana  



bilər. Bəzilərinə cərrahi müdaxilə lazım olur, amma Ponseti metodu tətbiq edilən- 

lərdə cərrahi müdaxilənin  ölçüsü tətbiq edilməyənlərə görə daha kiçik olacaq. 

 

 

6



 


Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə