Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 



 

 

 



 

Gips sarğısının fəsadları

 

1

 

Yuxarıda göstərilən metod diqqətlə tətbiq edilərsə ağırlaşmalar nadir olur. 



BeĢik ayaq(rocker bottom) deformasiyası

  axil tendon gərginliyi olduğu halda 

ayağın erkən dorzifleksiyaya gətirilmək istənməsi nəticəsində yaranır. 

SıxıĢmıĢ barmaqlar

 

Gips sarğısının sıx dolanması  nəticəsində əmələ gəlir. 



 

Gips sarğısının dolanması zamanı ayaq biləyi üst tərəfində gipsin şəkilləndirilməsi yerinə  

daban üzərində təzyiq edilərsə yastı ayaq altı əmələ gəlir. 

Səthi yaralara 

sarğı tətbiq edilir və daha qalın pambıq qatı dolandıqdan sonra yeni 

gips sarğısı qoyulur. 

Təzyiq yaraları

  səhv müalicə nəticəsində əmələ gəlir. Aşıq sümüyü başı, daban 



2

 

üstü, birinci ayaq daraq arxası sümük altı, diz arxası və qasıq nahiyyəsi bu yaraların 



sıx görüldüyü yerlərdir. 

Dərin yaralara

  sarğı qoyulduqdan sonra gipssiz bir həftə sağalmasını gözləmək 

lazımdır. Ardından yaraların təkrarlanmaması üçün gips sarğısı diqqətlə qoyulur. 

Gips sarğısının çıxarılması

 

Hər gips sarğısı yeni gips tətbiqindən əvvəl xəstəxanada çıxarılır. Gips sarğısı- 



nın xəstəxana xaricində əvvəlcədən çıxarılmasının qarşısını alın, çünki yeni gips 

sarğısı qoyulana qədər müəyyən düzəlmə itirilə bilər. 



Gips sarğısının çıxarılma üsulları

  Gips çıxarma motorunu istifadə etməyin, çünki 



3

 

uşağı və ailəni qorxudur. Eyni zamanda dəriyə zərər verə bilər. 



Gipsi əvvəlcə yumşaltmaq üçün təqribən 20 də- 

Gips bıçağı ilə  sarğının çıxarılması

 

qiqə suda tutun, sonra islaq bezlərlə ətrafını dolayın. Bu xəstəxanaya gəlmədən öncə evdə 



də valideynlər tərəfindən edilə bilər. Dərini kəsməməkdən ötrü bıçağı [1] çəp istiqamət- 

də [2] tutun. Əvvəlcə gipsin diz yuxarısındakı hissəsini çıxarın [3]. Daha sonra diz altın- 

dakı hissəsini çıxarın [4]. 

Bu faydalı metoddur, ancaq daha uzun çəkir. 



İslatmaqla gipsin çıxrılması

 

Gipsi su içində isladın [5] və tamamilə yumşaldıldıqdan sonra çıxarın [6]. 



Bu prosesi asanlaşdırmaq üçün gips sarğısının ucunu sərbəst buraxın. 

 

4

 

5

 

6

 

12

 



 

 

 



 

 

Tez-tez görülən müalicə xətaları

 

1

 

Ayağın pronasiya və ya eversiyası

 

Bu vəziyyət kavusu artıraraq deformasiyanı [1] ağırlaşdırır. Pronasiya vəziyyəti adduksiyada 



və inversiyada olan daban sümüyünün aşıq sümüyü altında kilitlənməsinə səbəb olaraq abduk- 

siyanın qabağını alır. Bu orta və ön ayaqdan keçən yenə eversiya deformasiyası əmələ gətirərək, 

ayağın lobyayabənzər hala gəlməsinə səbəb olur. ―Thou shall not pronate„ pronasiyaya gətirmə. 

   


 

Daban sümüyü varusda ikən eksternal rotasiya ilə adduksiyanın  

düzəldilməsi

 

 



Bu aşıq sümüyünün aşıq-baldır oynağında eksternal rotasiyası ilə lateral malleolun pos- 

teriora yerdəyişməsinə səbəb olur. Bu yerdəyişmə iatrogen deformasiyadır. 

Aşıq sümüyü başının lateral tərəfinə [2 baş barmaq vəziyyəti] yavaşca təzyiq göstərərək 

ayağı fleksiyada abduksiyaya və supinasiyaya gətirib medial ayaq daraqarxası bağları gər- 

dirərək bu problemin qabağını ala bilərsiniz. Bu hərəkət aşıq sümüyü altında daban sümüyü- 

2

 

nün abduksiyaya gətirilməsi ilə daban varusunu düzəldəcək. 



Kaytin manipulyasiya metodu

 

Kayt daban varusunun sadəcə daban sümüyü eversiyası ilə düzələcəyinə inanırdı. O daban  



sümüyünün sadəcə aşıq sümüyü altında abduksiyada (yana rotasiya və s.) ikən eversiyaya gələ 

biləcəyini diqqətə almamışdı. 

Daban-kubabənzər oynaq [2 qırmızı nöqtə] yanında ayağın yan tərəfinə baş barmaqla basa- 

raq midtarsal oynaqlardan ayağı abduksiyaya gətirmək, daban sümüyünün ab- 

duksiyasına mane olur və daban varusunun düzəlməsinin qarşısını alır. Ayağın aşıq sümü- 

yü başı (baş barmaq göstərilmişdir) ətrafında abduksiyasından əmin olun. 



Gips sarğısı qoyularkən buraxılan xətalar

 

3

 

Manipulyasiya xətaları:

  Hər manipulyasiya sonrası ayaq bağları maksimum gərgin 

vəziyyətdə immobilizasiya edilməlidir. Gips sarğısı içində bağların gərginliyi azalır və 

bir sonrakı gipsləmə zamanı daha çox gərdirilməsi üçün şərait yaranır. 



Qısa gips sarğısı:

 

Gips  qasığa qədər uzadılmalıdır. Qısa gips sarğıları daban sümüyünü  



abduksiyada tutmur [3]. 

Vaxtından əvvəl ekinizmin düzəldilməsi:

 

Daban varusu və ayaq supinasiyası düzəl- 



dilməmiş ekinizmin düzəldilmə təşəbbüsü beşik ayaq deformasiyasına yol açır. Ekinizm  

aşıq-daban oynağından daban  sümüyünə abduksiya verilərək düzəldilə bilər. 



Gecə Ģinası istifadəsi xətaları

 

Ayağı abduksiyada tuta bilmədiyi üçün qısa ayaq şinası [4] istifadə etməyin. Gecə şina- 



sı 3 ay gün boyu və sonra 4 il gecələri taxilmalidir. Residivlərin ən sıx səbəbi şinalamanın  

düzgün tətbiq edilməməsidir . 



Mükəmməl anatomik düzəlmə əldə etmə təĢəbbüsləri

 

4

 

Yerini dəyişmiş sümüklərin erkən düzəldilməsinin normal anatomiya ilə nəticələnəcəyini 



düşünmək doğru olmazdı. Uzun müddətli müşahidələr radioqrafiyalarda anormallıq oldu- 

ğunu göstərir. Buna baxmayaraq, əyripəncəliyin uzun müddətli yaxşı nəticələrini ümid  

etmək olar. Ayağın radioqrafik görüntüsü ilə uzun müddətli funksiyası arasında korrelya- 

siya yoxdur. 



13

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə