Chapter 5 new az indd



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix22.07.2018
ölçüsü3,59 Mb.
#58412
1   2   3   4   5   6   7   8   9

Alazani  /  Qanıx  çayı  hövzəsindəki  ehtiyatların  idarəçiliyinə  əlaqə 

yanaşmasını  tətbiq  etməklə  Azərbaycan  və  Gürcüstan  bir  çox 

faydalar əldə edə bilərlər. Bu faydaların qısa icmalının nəticələri 1-ci 

Cədvəldə verilir, bundan sonra isə 4-cü fəsildə “Əlaqə yanaşmasının 

tətbiq  edilməsinin  faydaları”  bölümündə  analitik  çərçivə  təqdim 

olunur.


ƏLAQƏ YANAŞMASININ QƏBUL EDİLMƏSİNDƏ FAYDALARIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 

CƏDVƏL 1 

Alazani / Qanıx Hövzəsindəki ehtiyatların idarə olunmasında transsərhəd əməkdaşlığın faydaları

Iqtisadi tədbirlər üzrə

İqtisadi tədbirlərdən kənar

Hövzədəki 

ehtiyatların 

təkmilləşdirilmiş 

idarəçiliyindən 

İqtisadi faydalar

 Kənd təsərrüfatında məhsuldarlığın və gəlirlərin artması



 Dəniz ehtiyatlarının qorunması və artırılması



 Daşqınlar və su anbarında çöküntünün əmələ gəlməsi 

səbəbindən hidroenerji hasilatında itkilərdən yayınma

 Içməli suyun təmizlənməsində məsrəflərə qənaət



 Daşqınların vurduğu iqtisadi itkilərin azalması



 Fövqəladə hallar və ziyanın aradan qaldırılmasında 

dövlət xərclərinin azalması

 Turizm sənayesinin genişlənməsi



Sosial və ətraf mühitlə bağlı faydalar

 Daxildə havanın daha az çirklənməsi sayəsində sağlamlıq üçün 

faydalar

 Daşqınlar nəticəsində insan tələfatının azalması



 İşsizliyin azalması



 Yoxsulluğun azaldılması və yaşayış səviyyəsinin yüksəlməsi



 Yerli icmalar tərəfindən istirahət üçün istifadə



 Meşə arealının qorunması



 Karbon məhdudlaşdırması



Azərbaycan 

Gürcüstan 

arasında inamın 

artmasından

Regional iqtisadi əməkdaşlığın faydaları

 Enerji daşıyıcıların (elektrik enerjisi, təbii qaz, ağ neft 

kimi) ticarətində artım

Geo-siyasi faydalar

 Beynəlxalq və Aİ normalarına uyğunlaşdırma



 Gürcüstan və Azərbaycan arasında münaqişələrin baş vermə 

ehtimalının azalması

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI   |  

12



Alazani / Qanıx hövzəsindəki ehtiyatların dayanıqlı istifadəsi və 

idarəçiliyi Gürcüstanda və Azərbaycanda çay ətrafı rayonların 

inkişafı  üçün  vacibdir.  Hövzədə  məhsuldar  kənd  təsərrüfatı 

torpaqları,  cəlbedici  landşaftlar,  zəngin  və  yaxşı  keyfiyyətli  su 

ehtiyatları  vardır.  Bu  ehtiyatlara  güvənən  kənd  təsərrüfatı  və 

turizm sektorlarının sahilyanı rayonların inkişafına təkan verəcəyi 

gözlənilir. Kənd ərazilərində enerjiyə çıxış imkanının və əlçatanlığın 

artırılması  kənd  yerlərində  yaşayış  səviyyəsinin  yaxşılaşmasına 

kömək edir.

Hövzədəki ehtiyatlar tədricən tükənməyə doğru gedir. İqtisadi 

inkişaf suya olan tələbatı və hövzədən kənar şəhərləri təchiz etmək 

üçün suyun nəqlini yönəldir,kənd təsərrüfatı və məişətdən çirklənmə 

səviyyələrini yüksəldir və hidroenerji potensialından istifadəni artırır. 

Yoxsulluq səviyyəsi azalsa da, bu problem hələ də mövcuddur və 

odun  yanacağı  üçün  meşələrin  qırılması  və  çay  yataqlarına  və 

suvarma  infrastrukturuna  zəif  xidmət  səbəbindən,  o,  eroziya  və 

çöküntünün əmələ gəlməsinə səbəb olur. Eroziya proseslərindən 

əlavə, kənd təsərrüfatı torpaqlarında daşqınlar da baş verir.

43

Alazani  /  Qanıx  hövzəsində  müxtəlif  ehtiyatlar  arasında 



çoxsaylı  əlaqələr  vardır.  Enerji-torpaq  və  torpaq  su  əlaqələri 

xüsusilə güclüdür. İkinci dərəcəli əlaqələr də önəmlidir – məsələn, 

yuxarı  hövzədə  müasir  yanacaqların  olmaması  odun  yanacağın 

yığılmasına görə meşələrin qırılmasına gətirib çıxararaq torpağın 

eroziyaya  məruz  qalmasına  və  çoküntünün  artmasına  təsir 

göstərir, bu da öz növbəsində su ehtiyatlarına və əhaliyə (daşqınlar 

vasitəsilə), habelə su anbarlarında lillənmə və daşqınlar vasitəsilə 

enerji  hasilatına  təsir  göstərir.  Buna  görə  də  müxtəlif  fəaliyyət 

seçimlərinin  fəsadlarının  başa  düşülməsi  sahələr  boyu  bilvasitə 

təsirlərə nəzər salınmasını və mümkün olduğu qədər onların nəzərə 

alınmasını tələb edir.

Bu dəyərləndirmə hövzədəki ehtiyatların dayanıqlı istifadəsinə 

və idarəçiliyinə dəstək göstərmək üçün mümkün həll yollarını 

müəyyənləşdirmişdir.  Bura  təsisatlar,  informasiya,  alətlər, 

yatırımlar və beynəlxalq əməkdaşlıq və əlaqələndirmə ilə bağlı həll 

yolları aiddir.Çox vaxt ardıcıl tədbir paketlərinin işlənib hazırlanması 

tələb  olunur,  (məsələn,  kənd  təsərrüfatına  dəstək  və  ya  müasir 

yanacaqlara keçidin təşviqi ilə bağlı).Əlaqə yanaşması, məsələn, 

dayanıqlı və çoxməqsədli bərpa olunan enerji mənbələrinin inkişaf 

etdirilməsində tədbirlərin seçimi üçün yol göstərir.

Texniki  səviyyədə  əməkdaşlığın  hazırki  səviyyəsi  yaxşıdır, 

lakin  əlaqənin  idarə  olunması  daha  güclü  transsərhəd 

idarəçilik tələb edir. İki ölkə, hazırda Alazani/Qanıxın da mənsub 

olduğu Kür hövzəsi üçün transsərhəd sazişlə bağlı danışıqlar aparır. 

Bu  sazişin  yekunlaşması  sudan  istifadə  edən  mütəlif  sektorların 

transsərhəd səviyyədə əməkdaşlığa cəlb olunmasına dəyərli imkan 

yaradacaqdır. 

Hövzədəki  ehtiyatların  inteqrə  edilmiş  şəkildə  idarə 

olunmasında  daha  intensiv  transsərhəd  əməkdaşlıq  əlavə 

həqiqi  faydalar  gətirəcəkdir.  Bu,  Gürcüstana  və  Azərbaycana, 

öz resurs bazalarından (məsələn, Gürcüstan meşələri, Azərbaycan 

qazı)  əlavə  yararlanmaq,  resursların  inkişaf  etdirilməsini,habelə 

hövzə  miqyasında  risk  idarəçiliyini  optimallaşdırmaq  (məsələn, 

hidroenergetikanın  əlaqələndirilmiş  şəkildə  inkişaf  etdirilməsi, 

daşqınlarla  bağlı  əlaqələndirilmiş  şəkildə  idarəçilik),  regional 

iqtisadi inkişaf üçün öz resurs bazalarını effektiv şəkildə qorumaq 

və  yeni  iqtisadi  imkanlar  qazanmaq  (məsələn,  daha  intensiv 

enerji ticarəti vasitəsilə) şansını verəcəkdir. Bu iki ölkə bir-birindən 

öyrənmək üçün müəyyən imkanlara malikdir, məsələn, Gürcüstan, 

odun yanacaqdan müasir yanacaqlara keçidin təşviq olunmasında 

Azərbaycan  təcrübəsindən  faydalanacaqdır  və  Azərbaycan  isə 

ekosistem  xidmətlərinin  iqtisadi  dəyərləndirilməsində  Gürcüstan 

təcrübəsini öyrənə bilər.



Nəticə  etibarilə,  “əlaqəni  idarə  etmək”  üçün  daha  güclü  və 

daha ardıcıl milli siyasətlərə ehtiyac vardır. Daha geniş mənada, 

transsərhəd səviyyədə ehtiyatlar və sektorlar arasında dinamika milli 

inkişafla izah olunur. Sahələrarası planlaşdırmanın gücləndirilməsi 

lazımdır, bunun üçün daha təkmil informasiya mübadiləsi, habelə 

sahəvi planlaşdırmanı apararkən sahələrarası təsirləri nəzərə alan 

mexanizmlər  tələb  olunur. Azərbaycanda  Milli  Su  Strategiyasının 

hazırlanması və Gürcüstanın Su haqqında Qanununun yenilənməsi 

sudan  istifadə  sektorları  arasında  əlaqələndirməni  gücləndirmək 

üçün  bir  imkan  yaradacaqdır.  Eynilə,  Gürcüstanın  yeni  Enerji 

Strategiyasının  işlənib  hazırlanması  müxtəlif  enerji  siyasəti 

seçimlərinin  digər  sektorlara  (kənd  təsərrüfatı,  meşəçilik,  turizm, 

şəhər inkişafı) təsirlərini də nəzərdən keçirmək imkanını verəcəkdir 



Bu  pilot  (sınaq)  əlaqə  dəyərləndirməsi  yalnız  hövzədəki 

ehtiyatların, sahələrarası əlaqələrin, mümkün həll yollarının və 

istifadə  olunmamış  faydaların  vacibliyinə  dair  ümumi  icmalı 

təmin  edir.  Problemləri  həll  etmək  və  imkanlardan  yararlanmaq 

üçün tələb olunan texniki, siyasi və ya idarəçiliklə bağlı tədbirləri və 

maliyyələşmə variantlarını daha dəqiq şəkildə müəyyənləşdirmək 

üçün  əlavə  təhlil,  maraqlı  tərəflərin  iştirakı  və  planlaşdırma  işi 

gərəkli olacaqdır.

Alazani  /  Qanıx  hövzəsində  transsərhəd  əməkdaşlığın 

gətirəcəyi  faydalar  və  nailiyyətlər  bir  çox  hallarda  onun 

hüdudlarını  aşacaqdır.  Bu,  xüsusilə  Kür  hövzəsi  üçün,  habelə 

milli səviyyədə əhəmiyyətlidir. Məsələn, daşqınlara əlaqələndirilmiş 

şəkildə nəzarət üzrə yekun saziş asanlıqla əldə oluna biləcəkdir.

YEKUNLAR VƏ TÖVSİYƏLƏR

43 


Son illərdə daşqınlar zamanı, çay Gürcüstanda yüz hektarlarla kənd təsərrüfatı ərazisini yuyub apararaq özəl fermerlərə məxsus torpaq əraziləri əhəmiyyətli şəkildə azaltmışdır.

13

  |  

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI



Information Service

United Nations Economic Commission for Europe

Palais des Nations

CH - 1211 Geneva 10, Switzerland

Telephone:   +41(0)22 917 44 44

Fax:  


+41(0)22 917 05 05

E-mail:  

info.ece@unece.org

Website:  

http://www.unece.org

Hətta milli səviyyədə su, enerji, ərzaq və ətraf mühit sahələri arasında əlaqələndirmədə çətinliklər mövcuddur, 

lakin təsirlərin bir ölkədən başqa bir ölkəyə yayıldığı transsərhəd hövzələrdə mürəkəbblik xeyli artır. Bir-birilə 

qarşılıqlı bağlı olan ehtiyatların idarə olunmasında “əlaqə yanaşması”, səmərəliliyi artırmaqla, mübadilələri 

azaltmaqla, birgə fəaliyyət qurmaqla və idarəçiliyi təkmilləşdirməklə, eyni zamanda ekosistemləri qorumaqla, 

su, enerji və ərzaq təhlükəsizliyini gücləndirməyin bir yolu kimi meydana çıxmışdır. 

Bu nəşr Qafqazda Azərbaycana və Gürcüstana məxsus Alazani / Qanıx Çay Hövzəsində 2013 – 2015-ci 

illər üçün BMT AİK-in Su Konvensiyası proqramı çərçivəsində aparılan əlaqə dəyərləndirməsinin nəticələrini 

özündə  əks  etdirir.  Tətbiq  olunan  metodologiya  xüsusilə  çox-rejimli  təcrübə  ilə  transsərhəd  hövzələrdə 

əlaqənin  dəyərləndirilməsi  üçün  işlənib  hazırlanmışdır  və  müxtəlif  tərəfdaş  təşkilatların  dəstəyi  ilə  tətbiq 

olunmuşdur.

Dəyərləndirmənin məqsədi, ümumi ehtiyatlar üçün sahilyanı ölkələrin çoxsaylı ehtiyacları ilə bağlı gərginlikləri 

yüngülləşdirə biləcək sahələrarası birgə fəaliyyəti və tədbirləri müəyyənləşdirməklə transsərhəd əməkdaşlığa 

kömək etməkdir. Prosesdə qərarların qəbul edilməsinə dəstək göstərmək üçün müvafiq informasiyanın əldə 

olunmasına  səy  göstərilmiş  və  hövzələrdə  müxtəlif  təcrübə  və  əsas  iştirakçılar  cəlb  olunmuşlar. Alazani 

/  Qanıx  üçün  birgə  dəyərləndirmə  prosesi  çərçivəsində  əsas  sahələrarası  problemləri  və  həll  yollarını 

müəyyənləşdirmək üçün sahələrarası seminar keçirilmiş, sonra onlar təhlillərlə təfsilatlı şəkildə araşdırılmış 

və müvafiq sahədə müxtəlif orqanlarla məsləhətləşmələr aparılmışdır.

Əlaqənin dəyərləndirilməsinə dair icmalda su, ərzaq və torpaq, enerji və ekosistem xidmətləri və onların 

idarəçiliyinin  səciyyəvi  xüsusiyyətləri  şərh  olunur.  Dəyərləndirmədə Alazani  /  Qanıx  hövzəsində  müxtəlif 

hövzə ehtiyatları arasında çoxsaylı əlaqələrin olduğu göstərilir və bu ehtiyatarın inteqrasiyalı idarəçiliyində 

transsərhəd əməkdaşlığın gücləndirilməsinin əlavə real faydalar gətirəcəyi vurğulanır. Qrafiklərdə müəyyən 

edilmiş  qarşılıqlı  əlaqələr  göstərilir.  İqlim  dəyişikliyi  və  sosial-iqtisadi  amillər  və  sahələrarası  inkişaf 

dinamikasına onların təsirləri də nəzərdən keçirilir.

Nəhayət, geniş tərkibdə fayda gətirəcək tədbirlər də açıqlanır. Əlaqəyə dair bu cür həll yolları təşkilatları, 

informasiyanı,  alətləri,  infrastrukturu,  habelə  beynəlxalq  əlaqələndirmə  və  əməkdaşlığı  əhatə  edir.  Həll 

yollarında vurğulanır ki, siyasi stimullar, iqtisadi vasitələr və digər dəstək tədbirləri düzgün həyata keçirilməli 

və daha geniş sahələrarası təsirlər nəzərə alınmalıdır. Dəyərləndirmə onu göstərir ki, əldə olunacaq faydalar 

da sahələr boyu genişlənə bilər. Məsələn, müasir enerji mənbələrinə çıxış imkanının artırılması eroziyanı, 

daşqınların vurduğu ziyana məruz qalma və biomüxtəlifliyin itməsini azaltmaq məqsədini daşıyan meşələrin 

bərpası ilə bağlı səylərə əlavə olaraq kənd yerlərində yanacaq kimi odundan istifadəni məhdudlaşdıra bilər. 

Daha geniş mənada, infrastrukturdan çoxsaylı istifadə potensialını və ekoloji faktorları nəzərə alaraq, daha 

dayanıqlı inkişaf yolları tapıla və maliyyə vəsaitləri daha səmərəli şəkildə ayrıla bilər.

Printed in Geneva - October 2016 - 200 - ECE/MP.WAT/46 (Chapter 5)



Transsərhəd hövzələrdə ehtiyatlardan

 

istifadənin tənzimlənməsi: 

su, ərzaq,

 

enerji və ekosistemlər arasında əlaqənin

 

dəyərləndirilməsi adlı nəşrdən çıxarış

Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə