Chapter 5 new az indd



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix22.07.2018
ölçüsü3,59 Mb.
#58412
1   2   3   4   5   6   7   8   9

Hövzədənkənar idarəçilik

Avropa İttifaqı. Hər iki ölkə Aİ ilə daha sıx iqtisadi əlaqələr qurmağa 

çalışır və Aİ qanunvericiliyinə uyğunlaşdırma istiqamətində irəliləyir. 

İnkişafa  yardım  layihələri  çərçivəsində,  hakimiyyət  orqanları  Aİ 

Direktivləri, o cümlədən Aİ Su Çərçivə Direktivi ilə tanış olmuşlar. 

Gürcüstan və Aİ arasında Assosiasiya Sazişində (2014-cü ilin iyul 

ayında imzalanmışdır) Gürcüstan qanunvericiliyinin Aİ normalarına, 

o  cümlədən  ətrafmühit,  su,  kənd  təsərrüfatı  və  enerji  ilə  bağlı 

qanunvericiliyə  uyğunlaşdırılması  nəzərdə  tutulur.  Azərbaycan, 

eynilə, Aİ ilə əməkdaşlığını gücləndirir və milli su qanunvericiliyinin 

və  qaydalarının  işlənib  hazırlanmasında  Aİ  standartlarına 

uyğunlaşdırma  istiqamətində  çalışır.  Ardıcıl  milli  su  ehtiyatları 

strategiyalarının  təsis  edilməsinin  əlaqələndirilməsinə  kömək 

etmək üçün hər iki ölkədə Aİ Su Təşəbbüsü (EUWI) çərçivəsində 

Milli Siyasət Dialoqu ilə bağlı proseslər davam edir.



3-CÜ ŞƏKIL

Alazani / Qanıx hövzəsində ehtiyatların idarə olunması ilə məşğul olan təşkilatların icmalı

İkitərəfli / subregional səviyyə 

İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya

AZƏRBAYCAN

GÜRCÜSTAN

Mərkəzi hökumət

Kənd Təsərrüfatı Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Energetika Nazirliyi

Iqtisadiyyat Nazirliyi

Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyi

Energetika Nazirliyi

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi

Səhiyyə Nazirliyi

Regional İnkişaf və İnfrastruktur Nazirliyi

Dövlət agentlikləri  

və müəssisələri

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə  

Dövlət Agentliyi

Gürcüstan Birləşmiş Meliorasiya Sistemləri Şirkəti MMC

“Azərsu” Səhmdar Cəmiyyəti

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi

Su Ehtiyatları Dövlət Agentliyi

Tarif Şurası



Sahələrarası dövlət orqanları

İqtisadi Şura

Aİ-yə İnteqrasiya üzrə Hökumət Komissiyası

Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası



Yerli səviyyə

Rayonlar, bələdiyyələr

Bələdiyyələr

Su istehlakçı birlikləri



5

  |  

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI


Iqtisadi  inkişaf.  Hövzədə  iqtisadi  inkişaf  əsasən  iki  sahədən 

asılı  olacaqdır:  kənd  təsərrüfatı  və  hidroenerji  hasilatı.  Hövzənin 

Gürcüstan  hissəsində  sənayeninaqro-sənayedən  başqa,  digər 

növlərinin  inkişafda  böyük  rol  oynayacağı  gözlənilmir.  Lakin, 

Azərbaycanda  sənayenin  genişləndirilməsi,  xüsusən  də  hər  bir 

regionda sənaye infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.

16

 

Regionların cəlbediciliyi ilə yanaşı infrastruktura yeni yatırımlar və 



yerli xidmət təminatçıları və qurumların təlim keçməsi nəticəsində 

turizmin  Inkişafı  gözlənilir.

17

  Formal  iqtisadiyyatda  məşğulluq 



imkanlarının  artması  sayəsində  yanacaq  üçün  odun  toplama  və 

meşələrin  qırılması  səviyyələrinin  azalacağı  gözlənilir;  2003-cü 

ildən  bəri  meşələrin  qırılması  səbəbindən  Gürcüstan  tərəfində 

24,861 hektar meşəlik ərazi, meşə örtüyünün 8.1 faizi itirilmişdir. 



Kənd  təsərrüfatının  inkişaf  etdirilməsi.  Kənd  təsərrüfatında 

istifadə  Gürcüstanda  və  Azərbaycanda  ümumi  su  istehlakının 

müvafiq olaraq 58 faizini və 76 faizini təşkil edir. Kənd təsərrüfatı 

hasilatında, o cümlədən məhsul, mal-qara və balıqçılıqda gözlənilən 

artımdan sonra kənd təsərrüfatında sudan istifadəyə olan tələbatın 

da artacağı gözlənilir. İxracatdan irəli gələn tələbat, habelə müxtəlif 

subsidiyalar, kreditlərə çıxış imkanı, suvarma infrastrukturu, torpaq 

idarəçiliyi  və  tədqiqatlar  vasitəsilə  hökumət  dəstəyi  sayəsində 

kənd  təsərrüfatında  hasilatın  artacağı  gözlənilir.

18

  Hövzənin 



Gürcüstan tərəfində Gürcüstanın Birləşmiş Meliorasiya Sistemləri 

Şirkəti hazırda davam edən suvarma qurğularının bərpası ilə kənd 

təsərrüfatı torpaqlarını 141,000 hektara qədərartıracaqdır. Mövcud 

olan kiçik su anbarlarının bərpası və İlto, Stori və Qəbələdə çaylarda 

yeni növ su anbarlarının tikintisi də planlaşdırılır. 

Energetikanın  inkişaf  etdirilməsi.  Hövzədə  elektrik  enerjisinə 

təhlükəsiz çıxış imkanı olsa da, məsələn, “Azərbaycan-Gürcüstan-

Türkiyə  Enerji  Körpüsü”  layihəsi  vasitəsilə  ixrac  üçün  alternativ 

enerji  mənbələri,  xüsusən  də  hidroenerji  mənbələri  araşdırılır. 

Azərbaycanda hövzənin Balakən (1.44 MVt), Zaqatala (1.34 MVt), 

Qax və Samux ərazilərində günəş, külək, biokütlə və hidroenerjidən 

istifadə  etmək  planları  vardır.

19

  Gürcüstanın  məqsədi,  bərpa 



olunan  enerjini  təşviq  etməklə,

20

  mədən  yanacaqlarından  asılılığı 



azatmaqdır,  məsələn,  Kaxeti  rayonunun  məqsədlərindən  biri 

bio-yanacaqlara  yatırım  etmək  üçün  imkanları  araşdırmaqdan 

ibarətdir.

21

  Geotermal  mənbələr  üçün  də  potensial  vardır.



22

 

Alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə 



üçün əsas istiqamətlər Alternativ və Bərpa Olunan Enerji Mənbələri 

üzrə  Dövlət  Agentliyi  tərəfindən  işlənib  hazırlanmış  “2012-2020-

ci  illər  üçün  Azərbaycan  Respublikasında  alternativ  və  bərpa 

olunan enerji mənbələrindən istifadə haqqında dövlət siyasətlərinin 

müəyyənləşdirilməsinə dair” strategiya layihəsində və qəbul edilmək 

üçün  Gürcüstan  Parlamentinə  təqdim  edilmiş  Enerji  Siyasəti 

layihəsində şərh olunur. Gürcüstanın Energetika Nazirliyi, Alazani 

/  Qanıx  hövzəsi  də  daxil  olmaqla,  hidroenerji  potensialına  dair 

hesablamaları  yeniləyir. Azərbaycan  enerji  alqı-satqı  zəmanətləri 

vasitəsilə  kiçik  hidroenerji  hasilatını  (0.5  –  10  MVt)  dəstəkləyir. 

Gürcüstan,  uzun-müddətli  alqı-satqı  müqavilələri,  yaşıl  tariflər  və 

lisenziyalardan azad elektrik enerjisi hasilatı vasitəsilə, 13 MVt-dan 

aşağı hasilat gücü ilə bərpa olunan enerji stansiyalarını (o cümlədən 

kiçik hidroenergetikanı) dəstəkləyir.

23

 Hidroelektrostansiyalara yeni 



yatırımların məqsədi, Təmiz İnkişaf Mexanizmi kreditləri kimi, ətraf 

mühitə  buraxılan  karbon  qazının  miqdarına  görə  ödəmələrdən 

faydalanmaqdır.

24

  Qeyd  olunmalıdır  ki,  hövzənin  Gürcüstan 



tərəfində çay yatağının çox enli olması və yamacların kiçik olması 

səbəbindən hidroenergetikanın inkişaf etdirilməsi çox çətindir. Kiçik 

gücə malik hidroelektrostansiyalar yalnız əksər hissəsi axınlı olan 

Alazani / Qanıx çayının sol qollarında quraşdırıla bilər. Əlavə olaraq, 

geoloji baxımdan qeyri-stabillik müəyyən çətinliklər doğurur və bu 

çaylarda  hidroelektrostansiyaların  tikintisi  və  fəaliyyəti  müəyyən 

riskləri öz üzərinə götürür.

Məişətdə istifadə. Tədricən daha çox özəl təsərrüfatlar enerji və 

su şəbəkələrinə qoşularaq elektrik enerjisinə və suya olan tələbatı, 

habelə çirkab suların təmizlənməsinə ehtiyacı artırır. Əlavə olaraq, 

iqtisadi  inkişaf,  çox  güman  ki,  artıq  enerji  və  su  şəbəkələrinə 

qoşulmuş  özəl  təsərrüfatlar  tərəfindən  ehtiyatlardan  adambaşına 

düşən  istifadənin  daha  yüksək  həcmdə  olacağına  görə  istehlak 

modellərində dəyişikliyəsəbəb olacaqdır. Gürcüstan tərəfində çaya 

2013-cü il ərzində 9.3 milyon m

3

 təmizlənməmiş su buraxılmışdır.



25

 

Azərbaycanda  çirkab  suları  təmizləmə  qurğularının  tikintisi 



planlaşdırılır (Kahn, 7,000 m

3

/gün), davam edir (Şəki, 20,000 m



3

/

gün, Zaqatala rayonu, 10,000 m



3

/gün).


26

 və ya tamamlanır 



Iqlim dəyişikliyi. Hər iki ölkə temperatur artımına məruz qalmışdır 

və gələcəkdə yağıntının miqdarında azalmalar gözlənilir.

27

 Bu, çox 



güman ki, 2035 və 2065-ci illər arasında, xüsusilə yayın sonlarında və 

payızın əvvəllərində çayda axının həcmini 9-13 faiz azaldacaqdır.

28

 

Hövzədəki ehtiyatlarla bağlı digər iddialar. 5m



3

/s həcmdə nəql 

edə bilən 213 km. uzunluğunda Oğuz-Qəbələ-Bakı su kəməri kimi, 

paytaxt Bakını

29

 su ilə təchiz etmək üçün Alazan-Ağrıçay susaxlayan 



təbəqədən yeraltı suları nəql etmək üçün yatırımlar edilmişdir. 

HÖVZƏDƏKİ EHTİYATLARIN TÜKƏNMƏSİNƏ TƏSİR GÖSTƏRƏN ƏSAS ÜNSÜRLƏRİN 

MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

16 


İstiqamətlər, 26 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “2015 – 2020-ci illərdə Azərbaycan Respublikasında sənayenin inkişafı 

üzrə dövlət proqramı”nda işlənib hazırlanmışdır. 

17 

Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Gürcüstan. Kaxeti Regional İnkişaf Strategiyası (Tbilisi, 2013-cü il); Azərbaycan Prezidenti, 2014-cü il. “Azərbaycan 2020-ci il: gələcəyə 



baxış” inkişaf konsepsiyası: www.president.az/files/future_en.pdf

18 


Dünya Bankı. Azərbaycan Tərəfdaşlıq Proqramından çıxarış (Vaşinqton K.D., Dünya Bankı, 2013-cü il). 

19 


Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya (2015-ci il).

20 


Bərpa olunan enerji ehtiyatlarından istifadə və təchizat mənbələrinin şaxələndirilməsi, məsələn, prioritetləri və inkişaf imkanlarını müəyyənləşdirən Gürcüstanın Energetika Nazirliyi 

tərəfindən işlənib hazırlanmış yeni strateji Enerji Siyasəti çərçivəsində enerji sektoru üçün əsas istiqamətlər sırasına daxil edilmişdir. 

21 

Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Gürcüstan. Kaxeti Regional İnkişaf Strategiyası. (Tbilisi, 2013-cü il). 



22 

Enerji Xartiyası, 2012-ci il. Gürcüstanın enerjidən səmərəli istifadə siyasətlərinin və proqramlarının geniş icmalı (Brüssel, Enerji Xartiyası Katibliyi, 2012-ci il).http://www.

energycharter.org/what-we-do/energy-efficiency/energy-efficiency-country-reviews/

23 


YUNIDO. Dünyada Kiçik Hidroenergetikanın İnkişafına dair Hesabat. (Vyana, Birləşmiş Millətlət Təşkilatının Sənaye İnkişafı Təşkilatı, 2013-cü il). www.smallhydroworld.org

24 


Enerji Xartiyası, 2012-ci il. Gürcüstanın enerjidən səmərəli istifadə siyasətlərinin və proqramlarının geniş icmalı (Brüssel, Enerji Xartiyası Katibliyi, 2012-ci il).

25 


Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti. Gürcüstanın Kaxeti regionunda su təchizatına dair informasiya (Müsahibə) (fevral 2014-cü il).

26 


Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya (2015-ci il).

27 


Maykl Vestfal və digərləri. Cənubi Qafqaz regionu üçün iqlim dəyişikliyinin təsirlərinə dair regional araşdırma (Tbilisi, BMTİP, 2011-ci il). 

28 


Medea İnaşvili. 2013-cü ilin noyabr ayında əlaqənin dəyərləndirməsi üzrə seminarda təqdim edilən Alazani / Qanıx çayı hövzəsində iqlim dəyişikliyinə dair proqnozlar. 

29 


Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən informasiya (2013-cü il).

30 


Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya (2015-ci il).

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI   |  

6


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə