Chapter 5 new az indd


•   İnkişaf  tərəfdaşlarının  dəstəyindən  faydalanma



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix22.07.2018
ölçüsü3,59 Mb.
#58412
1   2   3   4   5   6   7   8   9

 

İnkişaf  tərəfdaşlarının  dəstəyindən  faydalanma

  –  texniki 

və  maliyyə  tərəfdən  inkişaf  tərəfdaşları  (Aİ,  İƏİT,  BMTİP-

GEF,

38

  UNECE



39

  və  ABŞBİA)

40

  sahəvi  strategiyaların  işlənib 



hazırlanmasında  və  yerinə  yetirilməsində  mühüm  yardımçı  rol 

oynayırlar. Bu dəstək, həmin sahəvi strategiyalarda (Gürcüstan 

üçün yeni Enerji Strategiyası və ya Kür Araz Çayı Hövzəsi üçün 

Strateji Fəaliyyət Planı kimi sahələrarası strategiyalar) əlaqələrin 

nəzərə  alınmasını  və  sahələrarası  tədbirlərin  daxil  edilməsini 

təmin etməyə yönəldilə bilər.



İnformasiya

 

Hövzədəki  ehtiyatların  və  nəzarət  olunmayan  qaynar 



nöqtələrin

 xüsusən də hövzədə tədricən daha çox təsirə məruz 

qalan  ehtiyatların  (yeraltı  suların  çəkilməsi)  monitorinqini  və 

dəyərləndirilməsini  təkmilləşdirmə  və  ekosistem  xidmətlərinin 

iqtisadi dəyərinin qiymətləndirilməsinə xüsusi diqqət yetirmə.

 

Sahəvi planları və ya dəyərləndirmələri işləyib hazırlayarkən 



əlaqələrin dəyərləndirilməsi

 – ehtiyatlarla bağlı məhdudiyyətlərin 

və sahələrarası təsirlərin nəzərə alındığı enerji dəyərləndirmələri, 

kənd təsərrüfatı ilə bağlı dəyərləndirmələr və ya sağlamlıqla bağlı 

dəyərləndirmələr kimi.

  Hidroelektrostansiyaların yerləşməsi, planlaşdırılması və tikintisi 

baxımından  dayanıqlığı  artırmaq  üçün 

rəhbər  prinsiplərin 

işlənib  hazırlanması  və  tətbiqi  və  beynəlxalq  təcrübədən 

yararlanma.

41

 

Kənd təsərrüfatı və meşəçilik təcrübələrini təkmilləşdirmək 



üçün  genişləndirmə  xidmətlərini  təmin  etmə,

  o  cümlədən 

məhsul seçimi, su idarəçiliyi və aqro-kimyəvi maddələrin tətbiqi, 

sahələrarası biliklər barədə məlumatlı olmaq.



Alətlər

 

Torpaqdan istifadənin planlaşdırılmasını təkmilləşdirmə



  Müxtəlif  sahələr  boyu  siyasi  alətlərin  siyasi  məqsədlərə 

uyğunluğunu  və  ardıcıllığı  yaxşılaşdırma  üçün  imkanları 

müəyyənləşdirmək məqsədilə siyasi alətlərin (subsidiyalar və su 

ayırma hüquqları kimi) 

hazırki strukturunun xəritələşdirilrməsi 

və onların təsirlərini dəyərləndiilrməsi.

 

Ehtiyatların  idarəçiliyində  “çirkləndirən  ödəyir  prinsipini” 



və  infrastrukturun  maliyyələşdirilməsində  “faydalanan 

ödəyir  prinsipini”  tətbiq  etmək  üçün  alətləri  təqdim 

etmə,

  o  cümlədən  özəl  şirkətlər,  açıq  şirkətlər,  agentliklər  və 

təsərrüfatlar.  Məqsədyönlü  iqtisadi  alətlər  sudan  səmərəli 

istifadəni  həvəsləndirə,  eyni  zamanda  infrastukturun  təmir  və 

genişləndirilməsində  maliyyə  baxımından  dəstək  ola  bilərdi. 

Buna duyulan ehtiyac kənd təsərrüfatında xüsusilə özünü biruzə 

verir.

 

Hövzədə,  xüsusən  də  yuxarı  hövzədəodun  yanacağından 



müasir  yanacaqlara  keçidi  təşviq  etmək  üçün  siyasət 

aparma

  və  subsidiyalara  və  qaz  infrastrukturunun  inkişaf 

etdirilməsinə önəm verən Azərbaycan təcrübəsindən yararlanma. 

Gürcüstanda oxşar mədən yanacaq bazası olmadığından, odun 

yanacağından keçid çox güman elektrik enerjisi və yanacağın 

idxalı üçün planlaşdırma tələb edəcəkdir. Hövzədə ətrafmühitə 

təsirləri  aşağı  səviyyədə  saxlamağa  çalışan  məhdudiyyətləri 

nəzərə alaraq, kiçik hidroelektrostansiyalar inkişaf etdirilə bilər.



 

Kənd  təsərrüfatında  islahatlara  dəstək  paketləri,

  belə  ki, 

onlar, məsələn, sudan dayanıqlı və məsuliyyətli şəkildə istifadə, 

habelə,  məsələn  fermerlərə  qabaqcıl  fermer  təcrübələri  üzrə 

təlim keçməklə, az su tələb edən məhsullar və iqlim dəyişikliyinin 

təsirlərinə  hazırlıq  istiqamətində  hərəkət  etməklə  torpaq,  su, 

enerji və təbiiehtiyatların daha təkmil şəkildə idarə olunmasını 

təşviq edirlər. 

 

Su təchizatını və sanitar xidmətləri daha yaxşı idarə etmək 



üçün  alətləri  təqdim  etmə

  -  bura  təsərrüfatlar  üçün  məcburi 

şəkildə sayğacların qoyulması, aşağı axın cihazlarının təşviqi və 

sudan təkrar istifadə və təmizləmə üçün qaydalar aid edilə bilər. 



 

Ekoloji axın normalarının işlənib hazırlanması

 – bu, hər iki 

ölkədə hidroenergetikanın inkişaf etdirilməsinə marağın artması 

səbəbindən, xüsusilə önəmlidir. Ekoloji axınlar, çay ekosisteminin 

xüsusiyyətlərini  nəzərə  alaraq,  eyni  zamanda  ardıcıllığa  səy 

göstərərək hər bir işdə ayrıca müəyyənləşdirilməlidir. 

 

Mövcud qaydaların tətbiqini genişləndirmə

 - məsələn, çirkab 

suların axıdılması və ya bərktullantıların yerləşdirilməsi ilə bağlı.



İnfrastruktur

 

Hövzədəki  su  ehtiyatlarının  saxlanmasını  və  qorunmasını 



təmin etmək üçün infrastrukturun tikintisinə yatırım etmə

 – 


suvarma  infrastrukturunun  modernləşdirilməsindən  başlayaraq 

çirkab suların təmizlənməsi üçün yeni qurğuların inşa edilməsinə 

qədər.

 

Daşqın  halları  ilə  bağlı  idarəçiliyə  yatırım  üçün

  hazırda 

meşələrin bərpası və meşəsalma səyləri kimi təbii infrastrukturu 

və  tikinti  infrastrukturunu  birləşdirən  yanaşmanın  işlənib 

hazırlanması.



 

Hidroenerji hasilatı ilə işləyən yeni hidroelekrtostansiyaların 



çoxsaylı  istifadəçilərə  faydalarını  maksimuma  çatdıran 

şəkildə layihələşdirilməsini təmin etmə

 - məsələn, stansiyaları, 

suvarma  və  içməli  su  təchizatı  üçün  suyun  ayrılması,  habelə, 

məsələn,  çaya  uyğun  növdə  hidroelektrostansiya  layihələrinə 

üstünlük  verməklə  ətraf  mühitə  təsirləri  minimuma  endirməklə 

inşa etmə.



 

Bərpa  olunan  enerjinin  inkişaf  etdirilməsini  təşviq  etmə

 

(hidroenerjidən başqa digər) – hövzənin Azərbaycan tərəfində 



planlaşdırılan biokütlə, günəş, külək və sairədən elektrik enerjisi 

və istiliyin hasil olunması kimi.



Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq

 

Daşqın  riskinin  idarə  olunması  tədbirlərini  əlaqələndirmə,

 

o  cümlədən  infrastrukturla  bağlı  tədbirlər,  mütəmadi  olaraq 



çay  yataqlarının  təmizlənməsi  və  xidmət  və  fövqəladə  hallara 

hazırlıq.



  Çirkab  suların  təmizlənməsi  üçün  ehtiyac  duyulan  qurğuların 

növünün  və  ölçüsünün  müəyyənləşdirilməsinə,  habelə 

aşağı  keyfiyyətdə  suyun  axıdılma  hallarını  azaltmaq  üçün 

digər  tədbirlərə  (sudan  təkrar  istifadə  kimi)  diqqət  yetirməklə 

suyun  keyfiyyətinin  qorunması  ilə  bağlı  tədbirlərin 

əlaqələndirilməsi. 

 

İnformasiyanı bölüşmə və qarşılıqlı şəkildə öyrənmə üçün 



imkan yaratma

 – məsələn, Gürcüstanın öz təcrübəsini inkişaf 

etdirdiyi  ekosistem  xidmətlərinin  iqtisadi  dəyərləndirilməsi 

sahəsində  və  ya  Azərbaycanın  irəliləyişə  nail  olduğu  sudan 

səmərəli istifadə olunan suvarma texnologiyasının tətbiqi üçün.

 

İqlim dəyişikliyinə uyğunlaşma planlarının və tədbirlərinin 



əlaqələndirilməsi.

  Optimal hidroenerji artımı və məkanların müəyyənləşdirilməsində 

əlaqə  yanaşmasını  özündə  əks  etdirən  və  çoxsaylı 

hidroelektrostansiyaların  bütün  təsirlərinin  nəzərə  alındığı 



hidroenerji  potensialının  inkişaf  etdirilməsi  üçün  strateji 

planın işlənib hazırlanması.

 Bunun, çox güman ki, Alazani / 

Qanıx hövzəsindən kənarda da faydaları olacaqdır.

38 


BMTİP-GEF, Kür Araz çayı hövzəsində yeraltı su ehtiyatları. Kür Araz çayı hövzəsində transsərhəd deqradasiyanın azaldılması adlı BMTİP-GEF layihəsi, 2007-ci il. 

39 


UNECE, Transsərhəd çayların, göllərin və yeraltı suların ikinci dəyərləndirməsi (Nyu York və Cenevrə, Birləşmiş Millətlər Təşkilatı, 2011-ci il).

40 


UNECE, Azərbaycanda İkinci Ekoloji Fəaliyyət İcmalı, (Nyu York və Cenevrə, Birləşmiş Millətlər Təşkilatı, 2011-ci il).

41 


Buna nümunə olaraq, Alp Konvensiyası çərçivəsində işlənib hazırlanmış “Alp regionunda kiçik hidroenergetikadan istifadə üzrə ümumi rəhbər prinsiplər”(2011-ci il) və ya Dunay 

Çayının Mühafizəsi üzrə Beynəlxalq Komissiya (İCPDR) çərçivəsində işlənib hazırlanmış “Dayanıqlı Hidroenerji üzrə Rəhbər Prinsiplər”(2013-cü il).

42 

Gürcüstan, biomüxtəlifliyin iqtisadi faydalarına diqqət yetirilən Ekosistemlərin və Biomüxtəlifliyin İqtisadiyyatı (TEEB) adlı qlobal təşəbbüs çərçivəsində qiymətləndirilmişdir. 



YUNEP, Gürcüstanda TEEB üzrə ilkin araşdırma.(Cenevrə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, 2013-cü il).http://www.teebweb.org/ 

11

  |  

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə