Suallar: Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?



Yüklə 12,03 Kb.
tarix19.11.2017
ölçüsü12,03 Kb.
#11081

Məsələ №1.
Qəbul şöbəsinə 70 yaşlı xəstə gətirilmişdir. Qohumlarının deməsinə görə, xəstə təqribən 3 həftə əvvəl, yaşadığı evin həyətində yıxılmışdır. Qısa müddətli huşunu itirmişdir. Daha sonra bu müddət ərzində heç bir əlamət hiss olunmamışdır. Xəstəxanaya gətiriləndə huşu aydındır, lakin xəstə bir qədər yuxuludur, qeyri adekvatdır, dəri örtükləri avazımışdır, bradikardiya -58/dəq, A/T -140/80 mm c. süt. Xəstədə sağtərəfli anizokoriya, işıqa qarşı kəskin reaksiya verir, gözlərini çətinliklə açır, soltərəfli hemiparez, ümumbeyin əlamətləri fonunda vətər-sümüküstlüyü reflekslərinin artması qeyd olunur. Xəstənin heç bir dərmana allergiyası yoxdur.
Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.


Məsələ 2.
Müracət edən xəstə 25 yaşında xanımdır. Şikayətləri aybaşı tsiklinin pozulması, görməsinin zəifləməsi, baş ağrılarındandır. A/T-120/70, Ps-73/dəq. Dəri örtükləri saralmışdır. Xəstənin ətraflarının distal hissələrinin böyüməsi nəzərə çarpır. Kobud ocaqlı hərəki - hissi pozuntular aşkar edilmir. Bitemporal hemianopsiya qeyd olunur.

Kəllənin R müayinısi zamanı türk yəhərinin destruksiyası müşahidə edilir. Xəstənin heç bir dərmana allergiyası yoxdur.


Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.


Məsələ 3.

Qəbul şöbəsinə kəskin baş ağrıları,ürək bulanma, qusma şikayətləri ilə xəstə müraciət etmişdir. Xəstənin və qohumlarının deməsinə görə 1 ay əvvəl xəstədə qulaq ağrıları və sol qulaqından ifrazat müşahidə olunub.

Hazırda huşu aydındır, xəstə bir qədər yuxuludur, qeyri adekvatdır. Ənsə əzələlərinin gərginliyi, sensor afaziya müşahidə edilir. Soltərəfli anizokoriya qeyd olunur. Sağ ətraflarında hərəkətlər məhdudlaşıb. A/T-120/70 mm c. süt, Nəbz – 55/dəq, tənəffüsü səthidir, tezləşmişdir. Bədən hərarəti 37,4 C.

Xəstənin heç bir dərmana allergiyası yoxdur.


Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
Yüklə 12,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə