CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

 

61 


«Qardaşlarımıza  kim  bu  xəbəri  çatdıra  bilər  ki,  biz  Cənnətdə  diriyik  və 

ruzi  yeyirik?  Bu  xəbər  onlara  getməlidir  ki,  onlar  Cənnətə  qarşı  istəksiz 

olmasınlar  və  cihadda  qorxaq  olmasınlar».  Allah  onlara  cavabən:  «Sizin 

xəbərinizi  Mən  çatdıracağam»  deyə  buyurdu  və  bu  ayəni  nazil  etdi: 



«Allah  yolunda  öldürənləri  heç  də  ölü  zənn  etmə!  Xeyr,  onlar  öz 

rəbbinin  yanında  diri  olub  ruzi  yeyərlər».  (Ali  İmran  169)»

200

.  Ənəs  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Cənnətə  girən  heç  kimsə  dünyaya  geri  dönmək 

istəməz,  yer  üzündə  olan  hər  şey  orada  vardır.  Lakin  şəhid  belə  deyildir. 

O,  Cənnətdə  ona  verilən  nemətlərə  görə  yer  üzünə  dönüb  on  dəfə  şəhid 

olmağı  təmənna  edər»

201

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 



buyurdu: “Şəhidin Allah dərgahında 7 özəlliyi vardır: İlk damla (tökülən) 

qanı  ilə  bağışlanır,  Cənnətdə  olan  yerini  görür,  qəbr  əzabından  qorunur, 

(Qiyamət  gününün)  qorxusundan  əmin  olur,  İmanın  şirinliyini  dadar 

(Hamı  lüt  olduğu  zaman  iman  libası  ilə  geyindirilər),  72  Huril  Ayn  ilə 

evləndirilir  və  qohumlarından  70  nəfər  haqqında  şəfaətçi  olur  (Başqa 

rəvayətdə:  Başına  ucalıq  tacı  qoyular.  Hansıki  bir  daşı  dünya  və  onun 

içindəkilərdən xeyirlidir)”

202


.  

 

CƏNNƏTDƏ QADININ SON ƏRİ İLƏ OLMASI 

Əbu  Darda  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Qadının  son  əri  (onunla  birlikdə) 

Cənnətdədir».  Ummu  Dərdə:  «Cənnətdə  Əbu  Dərda  ilə  evlənməyənədək 

bir də ərə getmərəm» dedi

203


.  

 

CƏNNƏTƏ İLK GİRƏN ZÜMRƏ 

Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Bizlər  (dünyada)  ən  sonda 

gələnlərik, Qiyamət günü isə ən öndə olanlarıq. Ümmətimdən yetmiş min 

nəfərlik  ilk  zümrə  haqq-hesabsız  cənnətə  girəcəkdir.  (Başqa  rəvayətdə: 

Bunlardan  hər  yetmiş  nəfər  ilə  yetmiş  min  nəfər  də  gələcəkdir  və 

Rəbbimin ovucu ilə üç ovuc daha

204


) Bunlardan hər birinin üzü gecə vaxtı 

ay kimi parlaq olacaqdır. Bunlardan sonra gələnlərin üzləri isə göydə olan 

ən  parlaq  ulduzlar  kimi  olacaqdır.  Sonra  isə  hər  kəs  mərtəbəsinə  görə 

gələcəkdir»

205

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



                                                        

200


 Əbu Davud 2520. 

201


 Buxari «Cihad» 5,21, Müslim 1877. 

202


 Tirmizi 3/17, 1712, İbn Məcə 2/184, 2799, Əhməd 4/131.  

203


 əl-Alabni «Səhihul Cəmi» 6/14.  

204


 Əhməd 5/393, Tirmizi “Qiyamət” 13, 2439, İbn Məcə “Zuhd” 34, 4286, əl-Albani “Səhih”.  

205


 Müslim «Cənnət» 3/17.  


 

62 


Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnətə  ilk  girəcək 

zümrənin  üzü  gecə  vaxtı  ay  kimi  parlaq  olacaqdır.  Bunlardan  sonra 

gələnlərin  üzləri  isə  göydə  olan  ən  parlaq  ulduzlar  kimi  olacaqdır.  Onlar 

nə  böyük,  nə  də  kiçik  ayaq  yoluna  gedər,  nə  tüpürər,  nə  də  fınxırarlar. 

Daraqları  (qabları)  qızıldandır  (gümüşdən),  Tərləri  misk,  buxurdanlıqları 

aloy  ağacı,  zövcələri  ceyran  gözlü  hurilər  (xasiyyətləri  eyni),  ataları 

Adəmin  surəti  boyda  60  arşındır  (Başqa  rəvayətdə:  Aralarında  ixtilaf  və 

bir-birilərinə  nifrət  yoxdur.  Qəlbləri  bir  tək  kişinin  qəlbi  kimidir.  Səhər-

axşam Allahı təsbih edərlər

206


)”

207


.  

 

CƏNNƏTƏ GİRMƏLƏRİNƏ ZƏMANƏT 



VERİLƏNLƏR 

“Rəbbinizin  məğfirətinə  və  genişliyi  göylərlə  yer  üzü  qədər  olan, 

müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda 

da,  qıtlıqda  da  (mallarını  yoxsullara)  xərcləyər,  qəzəblərini  udar, 

insanların  günahlarından  keçərlər.  Allah  yaxşılıq  edənləri  sevər.  O 

müttəqilər  ki,  bir  günah  iş  gördükləri,  yaxud  özlərinə  zülm  etdikləri 

zaman  Allahı  yada  salıb  (tövbə  edərək)  günahlarının  bağışlanmasını 

istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar 

etdiklərini  (gördükləri  işin  pis  olduğunu)  bildikdə  (tövbədən  sonra)  bir 

daha  ona  qayıtmazlar.  Onların  mükafatı  öz  Rəbbi  tərəfindən 

bağışlanmaq  və  (ağacları)  altından  çaylar  axan  cənnətlərdir  ki,  orada 

əbədi  qalacaqlar.  Yaxşı  işlər  görənlərin  mükafatı  nə  gözəldir!”.  (Ali 

İmran  133-136).  “(İslamı)  ilk  əvvəl  qəbul  edib  (bu  işdə  başqalarından

irəli  düşən  mühacirlərə  və  ənsara,  həmçinin  yaxşı  işlər  görməkdə 

onların  ardınca  gedən  kimsələrə  gəldikdə,  Allah  onlardan,  onlar  da 

Allahdan  razıdırlar.  (Allah)  onlar  üçün  əbədi  qalacaqları,  (ağacları) 

altından  çaylar  axan  cənnətlər  hazırlamışdır.  Bu,  böyük  qurtuluşdur 

(uğurdur)!”. (ət-Tövbə 100). “Möminlər yalnız o kəslərdir ki, Allah adı 

çəkiləndə  (Onun  heybət  və  əzəmətindən)  ürəkləri  qorxudan  titrəyər, 

Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha 

da  artırar,  onlar  ancaq  öz  Rəbbinə  təvəkkül  edər.  (Vaxtlı-vaxtında, 

lazımınca)  namaz  qılar  və  verdiyimiz  ruzidən  (Allah  yolunda)  sərf 

edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri 

vardır.  Onları  (Qiyamət  günü)  bağışlanma  və  (Cənnətdə)  tükənməz 

(gözəl,  minnətsiz)  ruzi gözləyir!”.  (əl-Ənfal  2-4). Rəsulullah  -  sallallahu 

aleyhi  və  səlləm  –  Xeybər  günü  buyurdu:  “Ey  Xattabın  oğlu!  Get  və 

                                                        

206

 Buxari 6/318, Müslim 2834.  



207

 Buxari 3327, Müslim 2834.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə