CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

 

63 


insanlar  içində  Cənnətə  möminlərdən  başqası  girməyəcəkdir  deyə  elan 

ver!”. Ömər: “Getdim və Cənnətə möminlərdən başqası girməz deyə elan 

etdim”

208


. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 

sallallahu aleyhi və səlləm – Bilal – radıyallahu anhu – ya insanlar içində 

belə deməyi əmr etdi: “Cənnətə müsəlman bir nəfsdən başqası girməz”

209

.  


 

CƏNNƏT VƏ CƏHƏNNƏMİN ƏN ÇOX SAKİNƏRİ 

Usamə  b.  Zeyd  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «(Merac  gecəsində)  Cənnətin 

qapısında  durub  içəri  baxdım.  Oraya  girənlərin  böyük  çoxluğunun 

miskinlər  olduğunu  gördüm.  Mal  sahiblərindən  Cəhənnəmlik  olanlardan 

başqaları (haqq-hesab) üçün həps olumuşlar. Atəş əhli olan zənginlərin isə 

Cəhənnəmə  atılmaları  öncə  əmr  olunmuşdur.  Cəhənnəmin  qapısında  da 

durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa 

rəvayətdə:  «Biz  nəyə  görə  Cəhənnəm  əhlinin  çox  hissəsi  olacağıq» 

dedilər.  Peyğəmbər:  «Çünki  çox  lənət  edir,  ərlərnizə  qarşı  nankorluq 

edirsiniz.  Yaxşılığa qarşı  küfr  edirsiniz. Onlardan birinə  dünya  durduqca 

yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən 

heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər 

ağlı  başından  alaraq  kişiyə  üstün  gələni  görmədim».  Qadınlar:  «Ağıl  və 

din  naqisliyi  nədir?»  deyə  soruşdular.  Peyğəmbər:  «Ağlı  nöqsanlığa 

gəldikdə  –  iki  qadının  şahidliyi  bir  kişinin  şahidliyinə  bərabərdir.  Dini 

naqisliyə  gəldikdə  isə  –  (heyzli  günlərdə)  namaz  qılmazsınız  və 

ramazanda  da  (bir  müddət)  oruc  tutmazsınız»

210

.  İmran  b.  Huseyn  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Cənnət  sakinlərinin  ən  azı  qadınlardır”

211


.  Əbu 

Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  “Cəhənnəmi  gördüm,  əhlinin  çoxu  qadınlar 

idi. Cənnəti gördüm, əhlinin çoxu fəqirlər idi”

212

. İbn Ömər – radıyallahu 



anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: 

“Cənnəti  gördüm,  əhlinin  çoxu  fəqirlər  idi.  Cəhənnəmi  gördüm,  əhlinin 

çoxu zənginlər və qadınlar idi”

213


.  

                                                        

208

 Buxari 6/187.  



209

 Buxari 6/179, Müslim 111.  

210

 Buxari «Rikak» 51, Müslim 79, 2736. 



211

 Müslim 2738, Əhməd 4/427.  

212

 Buxari 11/415, Müslim 2737, Əhməd 2/297.  



213

 Əhməd 2/173.  




 

64 


CƏNNƏTƏ SORĞU-SUALSIZ GİRƏNLƏR 

Hüseyn  b.  AbdurRahman  deyir  ki:  «Mən  Səid  b.  Cubeyrin  yanında 

idim.  Dünən  sizin  hansınız  düşən  ulduz  gördünüz?»  dedim.  O:  «Mən 

gördüm» dedi. Sonra əlavə etdi ki: «O, vaxt mən namazda deyildim. Məni 

əqrəb sancmışdı». O:  «Bəs sən  nə  etdin?»  deyə soruşdu. Mən:  «Ruqiyyə 

(dua)  etdim»  dedim.  O:  «Səni  buna  sövq  edən  nə  idi?»  dedi.  Mən: 

«Şabinin  rəvayət  etdiyi  hədisdir»  dedim.  O:  «Şabinin  sizə  rəvayət  etdiyi 

nədir»  dedi.  Mən  belə  rəvayət  etdim:  «O,  bizə  Burəydə  b.  Huseyn  əl-

Əsləmdən rəvayət edib» dedi: O: «Göz dəyənə yaxud ilan çalana ruqiyyə 

(dua)  ilə  əlac  etmək  olar»  demişdir.  Bunun  üzərinə  o,  dedi:  «Eşitdiyinə 

(eşitdiyi  kimi)  əməl  edən  insan  nə  gözəl  insandır».  Lakin  İbn  Abbas  – 

radıyallahu  anhu  –  bizə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  dən 

belə  bir  hədis  nəql  etmişdi:  «Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  – 

buyurmuşdu:  «Mənə  bütün  ümmətlər  göstərildi.  Peyğəmbər  gördüm  ki, 

ətrafında çox kiçik bir cəmaat var idi. Peyğəmbər gördüm ki, ətrafında bir 

və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, ətrafında bir nəfər də 

belə  yox  idi»  deyərkən,  mənə  üzaqdan  bir  qaraltı  göstərildi.  Mən  onları 

ümmətimdən  zənn  etdim».  Mənə:  «Bu  Musa  –  əlehissəlam  –  ın 

qövmüdür»  dedilər.  Sən  üfüqə  doğru  bax!  Mən  baxdıqda  bir  də  nə 

gördüm?  Böyük  bir  qaraltı.  Mənə  təkrar:  «Digər  üfüqə  doğru  bax!» 

deyildi. Yenə də böyük bir qaraltı gördüm. Mənə: «Bu sənin ümmətindir. 

Bunlar  ilə  bərabər  yetmiş  min  nəfər  hesabsız  və  əzabsız  olaraq  Cənnətə 

girəcəkdir»  deyildi.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  bu 

xütbəsindən  sonra  qalxıb  evinə  girdi.  Bunun  ardından  insanlar,  hesabsız 

və əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr haqqında müzakirəyə 

başladılar. Bəzisi:  «Şübhəsiz  ki, bunlar Peyğəmbər - sallallahu aleyhi və 

səlləm – in dost-yoldaşlarıdır». Bəziləri də: «Bəlkə onlar İslamda doğulan 

və  Allaha  şərik  qoşmayanlardır»  dedilər.  Bunlardan  başqa  bəzi  fikirlər 

irəli  sürüldü.  Bu  vaxt  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  onların 

yanına gəldi və: «Haqqında müzakirə etdiyiniz şey nədir?» deyə buyurdu. 

Ona  məsələni  başa  saldıqdan  sonra  Peyğəmbər:  «Cənnətə  haqq-hesabsız 

girən  möminlər,  ovsun  oxumazlar  və  tələb  etdirməzlər.  Təşəəüm, 

Tətəyyür  etməzlər  və  hər  şeydə  öz  Rəblərinə  təvəkkül  edərlər»  buyurdu. 

Bu vaxt Ukkaşa b. Mihsan ayağa qalxıb:  «Mən  də  onlardan  etməsi üçün 

Allaha  dua  et»  dedim.  Peyğəmbər:  «Sən  onlardansan».  Onun  ardınca 

başqa  birisi  qalxıb  dedi:  «Məni  də  onlardan  etməsi  üçün  Allah  dua  et» 

dedi. Peyğəmbər: «Bu işdə Ukkaşa səndən qabağı düşdü» buyurdu. Başqa 

bir rəvayətdə Peyğəmbər: «Ümmətimdən bir zümrə Cənnətə girər ki, onlar 

yetmiş  mindir.  Onların  üzləri  ayın  bədr  gecəsindəki  parlaması  kimidir. 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə