Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə37/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   31   32   33   34   35   36   37   38   39

147 
 
qulağını çəkmək lazımdı. Hikmət yaxşı bilirdi ki, ağaları da 
onun  planlarına  mane  olan  ünsürləri  ustalıqla  təmizləməyi 
bacarır. Polisin atılıb-düşməyi, onunla namus-qeyrət söhbəti 
etməyi Hikməti əsla narahat etmirdi.  Bilirdi ki, Polisin atılıb-
düşməyi  boş  şeydir.  Onun  üçün  qeyrət,  namus  kimi  anla-
yışlar çoxdan ölüb gedib. Lazım gəlsə mitinqə çıxan bacısını 
belə dubinkanın altına salıb əzişdirə, sürüyüb polis maşınına 
mindirə bilər. 
İndiyə  qədər  bütün  planları  səhvsiz  və  problemsiz, 
qaydasında getmişdi.  Yeganə problem Nicat Aslanın Könü-
lə aşiq olmağı idi. Bu sevgi məsələsi planlarına daxil deyildi. 
Sevgi işləri cızığından çıxara bilərdi. Başa düşürdü ki, sevgi 
qısqanclıq,  narahatçılıq,  yersiz  söz-söhbət,  lazımsız  ro-
mantikadır.  Üstəlik  Nicatın  “ovlanması”  planına  daxil  de-
yildi. 
 
Nicatla  bağlı  göstəriş  alanda,  tərəddüdsüz  razılaşdı. 
Nicatın  Könülə  aşiq  olması,  işini  asanlaşdırırdı.  Kafelərdə, 
PUB-larda qurulan məclislər, Nicatla Hikməti dostlaşdırmış-
dı. Hikmətin gizlincə ötürdüyü narkotik, Nicat üçün əvəzsiz 
tapıntı idi. Üstəlik Könülün də Nicata biganə olmaması, giz-
li-gizli  görüşmələri  Hikmətin  ürəyindən  idi.  Nicat  demək 
olar  ki,  sakitləşmişdi.  Başı  Könülə  qarışdığından  gəncləri 
unutmuşdu.  Daha  təhlükəli  yazılar  yazmırdı.  Narkotik  və 
Könül  Nicatı  süstləşdirmişdi.  İndi  Hikmətin  yeganə  proble-
mi Polisə lazımi dərsi vermək idi. 
Bir xeyli düşünəndən sonra süyürməni çəkib, xidməti 
telefonu  çıxardı.  Zəng  edəcəyi  nömrəni  tapıb,  telefonu  qu-
lağına apardı. Söhbət qısa çəkdi. Polis çalışdığı bölmədə işini 
davam etdirmək şərti ilə onun sərəncamına verilmişdi. Hik-
mətə lazım olan bu idi... 


148 
 
...İndi deyəcəksiniz ki, bütün bunlar uydurmadı. Ni-
catı zərərsizləşdirmək kimə lazımdır? Niyə onu öldürmək is-
təsinlər?  Haqlısınız.  Mən  də  düşünürəm  ki,  onu  siyasi  sə-
bəblərə görə öldürməmək də olar. Romanın maraqlı alınması 
üçün öz ölümünü uyduran adamın məsələyə siyasi don ge-
yindirməsi  bir  az  məntiqlidir.  Həm  də  hamının  siyasətdən 
qorxduğu 
bir 
vaxtda, 
qəhrəmanımı 
bilərəkdən 
si-
yasiləşdirirəm  ki,  həyəcanlı  olsun.  Ümumiyətlə,  mənə  irad-
zad tutumayın. Roman mənimdir, özüm bilərəm! 
Bir  azdan  gülmək  istəyəcəksiniz,  amma  gülməyin. 
Romanın sonuna çox az qalıb. Siz  hələ də israrla bu qarala-
manı oxuyursunuz. Qısacası, sizə heyrət edirəm! 
 


149 
 
21 
“Qadınların saxlaya bildikləri 
 yeganə sirr bilmədikləri sirdir” 
 
Seneka 
 
Orxan Könülün son söhbətindən sonra uzun müddət 
düşünmüş,  Könülün  qardaşı  Polisin  təhdidləri  ilə  bağlı  la-
zımi yerlərə məlumat vermək istəmişdi. Bütün bunlara mü-
əllif kimi imkan verə bilməzdim.  Bütün həyəcan, bütün  qu-
rulan planlar məhv olardı. Uzaqbaşı Polisi tutmaqla, işi sadə 
bir  cinayət  hadisəsi  kimi  çözə  bilərdilər.  Mən  isə  istəyirəm 
ki, mənim qəhrəmanım Orxan hər şeyi özü şəxsən çözsün. 
Könül qardaşının Nicatı ölümlə təhdid etməsini gizli 
saxlamağı  Orxandan  xahiş  etmişdi.  Könül  qardaşından, 
onun  intiqamından  qorxurdu.  Yüngül  həyat  tərzi  keçirmə-
sini nə qədər gizlətməyə çalışsa da, qardaşı onun etdiklərin-
dən  xəbərdar  idi.  Nicatla  görüşdüklərini  qardaşına  çatdıran 
adam,  onun  “pis  yola”  düşdüyünü  də  xəbərləmişdi.  Kö-
nülün  bütün  yolları  çıxmaza  dirənmişdi.  Yeganə  çıxış  yolu 
rəfiqələrinin  də  dediyi  kimi  ölkədən  çıxıb  getmək,  bir  daha 
buralara  dönməmək  idi.  Sadəcə  getməmişdən  Orxana  Ni-
catın  ölümü  ilə  bağlı  şübhələrini  deməli  idi.  Bəs  Könül  ge-
dəcəkdimi?  Şəxsən  mən  Könülün  heç  yana  getməyini  istə-
mirəm. Onun haradasa yaxında, əlçatan olmasını istəyirəm.  
...Yarıqaranlıq  gecə  klubunda  masanın  ətrafında  üç 
nəfər  oturub  susurdu.  Daha  doğrusu  danışmağa  söz  ax-
tarırdılar.  Könül  əlindəki  siqaret  qutusu  ilə  oynayır,  hərdən 
əlinin  arxasıyla  gözünü  silirdi.  Şahin  siqareti  siqaretə  ca-
lamışdı.  Orxan  hərəkətsiz  oturub  gözlərini  bir  nöqtədən 
ayırmır.  Könülün  danışdıqları  onları  əməlli-başlı  şoka  sal-


150 
 
mışdı.  Könül  qardaşı  ilə  Hikmətin  qurduğu  planlardan, 
Nicatın  ölümünü  necə  hazırlamalarından  ətraflı  danışmış, 
Orxanın  aylarla  davam  edən  araşdırmalarını,  ehtimallarını 
darmadağın eləmişdi. Könül Nicatın ölümündə təxminən ki-
min günahkar olduğunu bilsə də, aylarla bu sirri gizləmişdi.  
Heç nə gözlədikləri kimi deyildi. Könül Nicatın öldü-
rüləcəyini bilə-bilə heç nə etməmişdi... 
–  Özümdən  qorxurdum  Orxan,  özümdən.  Sən  bilmirsən 
Hikmət necə qəddar və arxalı adamdır. Bir gecədə məni də, 
qardaşımın  ailəsini  də  məhv  edərdi.  Mən  onlara  mane  ola 
bilməzdim, başa düş! 
–  Heç  olmasa  Nicatı  xəbərdar  edərdin,  ay  vicdansız!  Şahin 
əlindəki  siqareti  hirslə  külqabıya  basdı.(Şahinin  vicdan  an-
layışı qarşısında əllərim əsir. Allah, haqqı Şahinin vicdan haqqında 
düşüncələrinə  də  bir  “Cart!!!”...  Hələ  ada  baxın,  Şahin!  Yox  bir 
qartal!) 
–  Bacarmazdım.  Çünki  buna  imkan  yox  idi.  Əslində  Hik-
mətlə qardaşımın mətbəxdəki söhbətini eşidəndən sonra Ni-
cata neçə dəfə zəng elədim. Mesaj yazdım. Amma cavab gəl-
mədi.  Evinə  gedə  bilməzdim.  Hikmətin  də,  qardaşımın  da 
ora gələcəyini bilirdim. 
– Polisə xəbər verə bilərdin – , bu dəfə Orxan özündən çıxdı. 
– Deyəsən siz məni başa düşmək istəmirsiniz. Axı bu barədə 
polisə  məlumat  verib,  heç  nəyə  nail  ola  bilməzdim.  Əlimdə 
heç  bir  fakt  yox  idi.  Həm  də  qardaşım  həmkarları  ilə 
asanlıqla  dil  tapacaqdı.  Qorxurdum,  başa  düşürsən?  Neçə 
vaxtdır kiminsə məni izlədiyini hiss edirəm. Deyəsən səninlə 
görüşdüyümü,  sənin  bu  söhbəti  qurcaladığını  bilirlər.  Çox 
qorxuram,  uşaqlar.  Bircə  bu  xarabadan  çıxıb  gedə  bil-
səydim... 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə