125
– Hə... Nicat əsl kişi idi. Yataqda məni onun kimi anlayan ki-
şi qarşıma çıxmayıb. O nə zaman boşalmaq lazım olduğunu
zərgər dəqiqliyi ilə hesablayırdı.
– Könül!!!
– Yaxşı, bağışla. Danışmaq istədiyim əlbəttə bu deyil. Sadəcə
Tərlanla cəmi bir dəfə sekslə məşğul olmuşam. Bunu Nicata
danışanda o ki var gülmüşdü.
– Məncə bu detallara ehtiyac yoxdur –, Orxan siqaret
yandırıb əsəbiliklə sümürdü.
– Yaxşı, gəl
bunu içək, söhbətimi davam edim.
Orxan şərab qədəhini könülsüz qaldırıb, onun stəka-
nına toxundurdu. Səssiz-səmirsiz qədəhini yerə qoyub, siqa-
retini çəkməyə davam elədi. Könül yersiz hərəkət etdiyini
başa düşüb, Tərlanla münasibətləri haqqında xırda detallara
varmadan danışmağa başladı.
...Tanışlığımızdan il yarımdan çox keçmişdi. Tərlan
ailəsində mənim haqqımda söhbət açsa da, valideynləri
onun mənimlə evlənməyinə qətiyyətlə qaşı çıxmışdılar. Am-
ma o israrlı görünürdü. Daha doğrusu mənə elə gəlirdi ki, o
məni itirmək istəmir.
O iş qurmaq, ailəsindən gizlin mənimlə evlənmək is-
təyirdi. Yeni açdığı ofis üçün bir neçə kompüter lazım idi.
Yeni ofisin açılmağına mən ondan daha həvəsli idim. Banka
kredit borcu olduğu üçün, kompüterlərin kreditini mənim
adıma rəsmiləşdirdik. Hər şey bundan sonra başladı. Əvvəl-
cə tez-tez yersiz əsəbiləşməyə, bəhanə ilə görüşləri azaltma-
ğa başladı. Sonra isə, biryolluq yoxa çıxdı. Daha onu heç
vaxt görə bilmədim. Dostları Tərlanın ailəsindən küsüb Ru-
siyada yaşayan dayısının yanına getdiyini desələr də,
inanmırdım. Məni pis vəziyyətdə qoyub getməyi ilə qətiy-