Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə38/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   31   32   33   34   35   36   37   38   39

151 
 
Şahin  alnını  ovuşdura-ovuşdura  susurdu.  Hər  şey  o 
qədər  qarmaqarışıq  və  anlaşılmaz  idi  ki,  olub-bitənlərdən 
baş çıxarmaq analitik qabiliyyət tələb edirdi.  
Orxan da çıxılmaz vəziyyətdə idi. Hadisələrin bu cür 
inkişaf  edəcəyi  onun  da  ağlına  gəlməzdi.  Sözün  düzü  mən 
özüm  də  bilmirdim  ki,  dostumu  belə  çətin  vəziyyətə  sala 
bilərəm. Amma olan olmuşdu. Orxan dostunun intihar edib-
etmədiyini  araşdırdığı,  intihar  etmiş  bir  şairin  psixoloji  və-
ziyyəti  ilə  bağlı  təhlillər  apardığı  halda,  müəmmalı  cinayət 
hadisəsinin içinə düşmüşdü.  
Bir yandan da dostunun yazmaq istədiyi romanın de-
tektivə  çevriləcəyini  düşünürdü.  Heç  vaxt  ağlına  gəlməzdi 
ki, xəfiyyə kimi hansısa bar küncündə oturub üstü açılmamış 
bir  cinayətin  detalları  haqqında  düşünsün.  Amma  hər  şey 
qəfildən  dəyişmişdi.  Dostunun  ölümü,  Könülün  söhbətləri, 
Şahinin  ciddi  şəkildə  bu  işlə  maraqlanması,  Elxanın  tez-tez 
Türkiyədən  zəng  edib  zəhləsini  tökməsi  Orxanı  xeyli 
gərginləşdirmişdi. Artıq  o da ölkədən çıxıb getmək, hansısa 
Avropa  ölkəsində  demokratiya  nağılları  dinləyə-dinləyə 
azad  yaşamaq  istəyirdi.  Hər  şey  ustalıqla,  peşəkarlıqla  qu-
rulmuşdu.  İndi sadəcə əsərin son fəslini düşünməli, Nicatın 
ölümü  ilə  bağlı  versiyanı  dəqiqləşdirib  söz  verdiyi  kimi 
yazıçı dostuna təqdim etməli idi. Amma onu Könülün taleyi, 
Şahinin nigarançılığı da düşündürürdü. 
...Könülün ağlamaqdan gözləri şişmişdi. Yalvarıcı ba-
xışlarla Şahinin üzünə baxıb getmək üçün icazə istədi. Şahin 
əli ilə Könülə gedə biləcəyini işarə elədi.  Barın səsgücləndi-
ricilərindən  Beyonsun  “Naughty  Girl”    mahnısı  eşidilirdi. 
Şahin  ritmə  uyğun  barmaqlarını  masaya  döyəcləyə-döyəc-
ləyə  Orxana  baxırdı.  Sanki  bütün  sualların  cavabı  susqun 
Orxanın gözlərinin içində idi... 


152 
 
...Yarıqaranlıq  kafedə  iki  nəfər  üz-üzə  oturmuşdu. 
Gözlərindən  çarəsizlik  və  inanmızlıq  oxunan  bu  iki  nəfərin 
çıxılmaz  vəziyyətdə  olduqlarını  külqabıda  dalbadal  sön-
dürülən  siqaret  kötüklərindən  anlamaq  mümkün  idi.  Artıq 
romanın  hansı  sonluqla  bitəcəyi  Orxana  və  mənə  məlum 
idi... 


153 
 
22 
 
Zəiflik – ölümdür” 
Vivekananda 
 
Şahin  sonuncu  dəfə  kəndə  -  Nicatın  qəbrini  ziyarət 
etməyə  gedəndən  sonra  yolunu  onun  keçmiş  həyat  yol-
daşının  və  qızının  yaşadığı  şəhərdən  salmışdı.  Nicatın  keç-
miş həyat yoldaşı Türkan yenicə ailə qurmuşdu. Şahin bütün 
bunları nəzərə alaraq Türkanla ayaqüstü, dörd-beş dəqiqəlik 
söhbət  etmiş  və  anlamışdı  ki,  Nicatın  yoxluğu  artıq  Türkan 
üçün heç nə ifadə etmir. O yenicə qurduğu ailəsində rahat və 
xoşbəxt  idi.  Nicatın  yadigarı  -  qızı  isə  hər  şeydən  xəbərsiz, 
Bakıda işləyən atasının yolunu gözləyə-gözləyə böyüyürdü. 
Artıq  atasının  üz  cizgilərini  də  yadından  çıxarmışdı  balaca 
Ayan... 
Türkan  isə  yeni  ərinin  qayğıkeşliyindən  ağız  dolusu 
danışmış,  hər  şeyin  yolunda  getdiyini  dəfələrlə  təkrar  et-
mişdi.  Şahin  başa  düşürdü  ki,  Nicatın  ölümü  ilə  heç  kəsin 
həyatı məcrasından çıxmayıb... 
Qardaşları  işində-gücündə,  itkidən  beli  bükülmüş 
atası isə taleyi ilə barşıb təsərrüfatı, ailənin qayğıları ilə məş-
ğul olmaqda... Bütün bunları Orxana danışanda, Orxan köv-
rəlmişdi. Həssas, hamının dərdini öz dərdi bilən Nicatın belə 
tez unudulması onu sarsıtmışdı.  
...Nədənsə  bu  məqamda  Şahinə  yazdığım  ilk  mək-
tubu  xatırlayıram.  Məktub  yazmağı  sevməsəm  də  qəfildən 
Şahinə  yazmağa  qərar  vermişdim.  İndi  istəyirəm  ki,  Şahin 
bu kədərli anında həmin məktubu  tapsın. Məncə Şahin mə-
nim nə istədiyimi anlayır. Və deyəsən artıq o məktubu oxu-
yur. 


154 
 
 
... 3-4 ilin söhbətidir, təqvimə qalın, qara hərflərlə ya-
zılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fevral) şəhər 
kənarındakı hüzursuz və narahat hotel nömrəsində bir həyat 
qadınına  aşiq  oldum.  Bəzən  insan  gərəksiz  vaxtlarda,  gə-
rəksiz insanlara aşiq olur. İlk dəfə o gecə anladım ki, həyatda 
bəzi şeylər inadla üst-üstə düşür... 
Dəlicəsinə  aşiq  olduğum  o  gözlərin  içindəki  qəribə 
soyuqluğu  anlayanda  səhər  açılmış  və  sərxoşluğum  keç-
mişdi.  Özünə    yoldaş  tapmadığı  üçün  həyətdəki  maşınları 
mismarla cızan 5-6 yaşlı uşağın həyəcanı vardı içimdə. İzah 
olunmaz  duyğular  içərisində  yastığa  söykənib  bir  siqaret 
yandırmışdım  və  onun  gedişini  seyr  etmişdim.  Özüylə  bə-
rabər  otel  otağındakı  qəribə  qoxunu  da  çəkib  aparmışdı  ar-
xasınca. Və o gün oteli tərk etmədən öncə, yataqdaca bir ay-
rılıq şeiri pıçıldamışdım... 
 
Mən belə səfeh adamdım, dostum... 
 
Sonra  mən  tez-tez  aşiq  olmağa  və  iş  yerlərimi  də-
yişməyə, özümü kəşf etmək üçün çabalamağa başladım. Ye-
nidən işsizlik və yenidən narahat günlər başladı həyatımda. 
Hər  şey  yolundaykən  nələrinsə  nizamsız  olduğunu  an-
lamağa başladım. Və hər dəfəsində getdim... Ya iş yerimdən, 
ya da aşiq olduğum qadının həyatından... 
 
Mən getməyə alışmışdım, dostum... 
 
Hər dəfə olduğum yeri tərk edəndə gizli bir əlin məni 
tutub  saxlamasını  istədim,  amma  olmadı,  saxlamadı...Bir 
gün barmaqlarımın arasında sönən siqareti külqabına atanda 


155 
 
anladım ki, öz həyatımı başqalarının uydurduğu bir əhvalat 
kimi yaşayıram.
 
Elə o gün  də uydurma  əhvalatları romana 
çevirməyə qərar verdim. 
Tezdən  oyanıb  küçə  lampalarından  qaranlıq  otağa 
süzülən işığın yaratdığı alatoranlıqda əl havasına axtardığım 
siqareti  tapanda  anladım  ki,  həyatım  alatoranlıqda  əl  ha-
vasına axtarışla keçib. 
İşsiz-gücsüz, avara günlərimin birində evli bir qadına 
aşiq oldum. Bu sevdanı içimdə dəfn edib, yas saxlamağa ha-
zırlaşdığım anda həyatımda ilk dəfə bir qadın mənə eşq elan 
elədi. Sonrası hər aşiqin yaşaya biləcəyi ümidsiz macəra. Hə-
yatımda ilk dəfə bir qadına bu qədər bağlandım. Qadağalar, 
tabular,  mental  dəyərlər,  günahlar  və  olmazlar  vecimə 
deyildi. Günlər su kimi axıb keçərkən həyatımda ilk dəfə qa-
dın xəyanəti ilə üz-üzə qaldım. Bağışladım...və qısa bir müd-
dət ayrı qaldım... 
Onsuz keçirdiyim hər gün özümü yeyib-bitirdim. Tə-
səllini  içkidə  tapdım.  Sərxoş  olduğum  gecələr  xaricində  ra-
hat və bəxtiyar günüm olmadı. Gözümü açıb yumunca daha 
bir il keçdi həyatımdan, daha bir il yaşlandım. 
İlk dəfə bir qadının geri dönməsi üçün göz yaşı töküb 
yalvardım.  Qarşıda  məni  hansı  faciənin  gözləməsindən  xə-
bərsizdim... 
Yaxın  günlərin  söhbətidir.  Təqvimə  qalın,  qara  hərf-
lərlə yazılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fev-
ral)  şəhərin  hüzursuz  və  ümidsiz  arxa  küçələrindəki  o  mə-
şum evdə sevdiyim qadının necə həyat qadınına çevrildiyini 
anladım.  Kresloya  çöküb  bir  siqaret  yandırdım.  Və  ilk  dəfə 
bir qadının həyatımdan sivişib getməsini yaşlı gözlərlə izlə-
dim. Getdi və həyatıma dolan qoxusunu, baxışlarını, bədəni-
ni, o dəlicə sevişmələrimizi də özüylə apardı... 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə