Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   31   32   33   34   35   36   37   38   39

140 
 
sonradan görüb quduran, özündənrazı, nəzakətsiz və acgöz 
adamdı. Qardaşı gənc olsa da, rayonlardan birində polis rəisi 
işləyirdi.  Mən  isə  onların  bütün  maliyyə  hesabatlarını  apa-
rırdım. Təsəvvür edirsən, milyonlar... Nicatın heç zaman yu-
xusuna da girməyəcək milyonlar... 
Tez-tez rayonlardakı restoranlarının, əyləncə mərkəz-
lərinin  hesabatını  aparmağa  gedirdim.  Nicat  buna  qəti  razı 
deyildi. Ancaq başqa şansım da yox idi. Ya ac qalmalı, ya da 
işimin şərtlərinə razı olmalıydım. Patronlarım Hikmətlə dost 
olsa da, mənim ondan ayrılmağımı sakit qarşıladılar. Çünki 
ikisinin  də  məndə  gözü  vardı  və  məni  ələ  keçirmək  üçün 
gizli mübarizəyə başlamışdılar. Hər gün ayrı-ayrılıqda məni 
çağırır,  yüksək  vədlər,  bəxşişlər,  pul  boyun  olur,  yoldan  çı-
xarmağa  çalışırdılar.  Nicat  sanki  bütün  bunları  hiss  etdiyi 
üçün  məni  daha  çox  qısqanırdı.  Hərdən  patronlarımın  mü-
nasibətini ona danışanda özündən çıxır, məndən tələb edirdi 
ki,  bir  daha  ofisə  ayaq  basmayım.  Sonra  inandırırdım  onu. 
Əmin edirdim.  
...Əslində bütün bunlar roman-zad deyil. Mənim ya-
şadıqlarımın, gördüklərimin yaza bildiyim çox cüzü bir his-
səsidir.  Bunu  niyə  etdiyimi  bilmirəm.  Çəkdiyim  əzablardan 
xilas  olmaq  cəhdi  deyə  bilərsiniz  bu  duruma.  Qınaya  bilər-
siniz.  Bəlkə  də  heç  biriniz  dəlicəsinə  sevdiyiniz  qadını  hər 
gün  bir  az  itirməmisiniz.  Bu  unutmaq  üçün  uydurduğum, 
özümə verdiyim təsəllidir. Onu yazmaq, yaza-yaza beynim-
də, düşüncələrimdə bitirmək arzusundan yarandı bu qarma-
qarışıq  ideya.  Unuda  bilmədiyim  xatirələrdən  xilas  olma 
cəhdidir bu yazılar. Amma əsəbim bura qədər dözdü. Daha 
bu xatirələrə qayıtmaq, o səfeh günləri xatırlamaq istəmirəm. 
Amma Orxan öz işini görəcək. Könülü dinləməyə, onun  he-
kayəsini öyrənməyə söz verib... 


141 
 
...Könül  qəfildən  susdu.  Əlini  atıb  siqaret  qutu-
sundan  bir  siqaret  çıxardı.  Araya  ağır  bir  səssizlik  çökdü. 
Könül sanki danışdığı əhvalatlardan, uydurduğu hekayələr-
dən yorulmuşdu. Danışdıqca içində nələrinsə qırıldığını hiss 
edirdi. Yorulmuşdu... 
Qəfildən  əlini  masaya  çırpıb,  dik-dik  Orxanın  üzünə 
baxdı: 
– Bilirsən nə var? Mən patronlarımın ikisiylə də, onların ya-
xın  çevrəsindəki  kişilərlə  də  yatdım!  Mənə  pul  lazım  idi  və 
Nicat lütün, avaranın biri idi! Pullu kişiləri tora salmaq, özü-
mə  aşiq  etmək  xoşuma  gəlirdi.  Onlar  dəryadan  bir  damcı 
versələr də, bu məni xoşbəxt etməyə kifayət edirdi. Həyatımı 
mənasız  bir  şairlə  çürüdə  bilməzdim.  Hikmətin  dostlarıyla 
da yatmışam. Bir-iki gənc yazara da şans vermişəm. Sənə nə 
lazımdı?  Nicatı  öldürə  biləcək  səbəbləri  tapmaq?  Onu  qəh-
rəman  etmək?  Boş  şeydir.  Nicat  özünü  ancaq  axmaqlıqdan 
asa bilərdi. Hər şeyin bir sonu olmalıydı. Mən xəyanət edir-
dim,  o  isə  oturub  ağlayırdı.  Məni  bu  yoldan  çəkindirmək 
üçün heç nə etmirdi. 
...Könülün  söhbətləri  məni  çox  uzaqlara  apardı.  O 
məşum gecəni, ayrıldığımız günü xatırladım... 
O  gecə  ulduzlar  yerə  daha  yaxın  idi...Əlimi  atıb  bir-
ikisini  qoparmaq  istədim,  əllərimin  ulduzlara  çatmadığını 
bilə-bilə.(Söhbətə bax, mən ölüm) 
 
Son  görüşümüzdə  gedəcəyini  bildiyim  halda  onunla 
daha çox vaxt keçirmək istədim. Son xəyanətindən sonra qal-
mağının mümkünsüz olduğunu bilə-bilə. 
“Niyə  aldatdın?  Axı  xəyanət  etmədən  də  yaşaya  bi-
lərdin” – dedim. 


142 
 
“Mən nə etdiyimi bilmirəm, təmiz başımı itirmişəm”- 
dedi. 
Onu  anlamaq  istədim,  anlamaqla  heç  nəyi  dəyişdirə 
bilməyəcəyimi bilə-bilə... 
Dəhşətli gecə idi... 
İlk  dəfə  hara  getdiyimi  bilmədən  saatlarla  dolaşdım 
küçələri. Beynimdə yalnız bir sual dolanırdı-Niyə? Cavabını 
yenə özündən soruşdum. “Məni nə üçün aldatdın? Mən sənə 
nə pislik eləmişdim?”- deyib uşaq kimi hönkürdüm. 
Bərk-bərk qucaqlayıb, başımı köksünə sıxdı. Bu sevgi 
deyildi. Sadəcə gözlərimə baxa bilmirdi. 
Səsindəki  arxayınlıq  məni  dəli  edirdi:  “Səndən 
əvvəlki bütün kişilər məni aldatdı, xəyanət elədi, yarı yolda 
buraxdı. Səbəbini bilmirəm, amma onların hamısının qisasını 
səndən aldım”... 
Məni  buraxıb  kənara  çəkildi.  Susmuşdum.  Ağlamır-
dım... 
…Könül danışır, Orxan susurdu. 
–  Mənim  Nicatla  birlikdə  olmağım  çoxlarını  qıcıqlandırırdı. 
Onsuz da qardaşım and içmişdi ki, bir də Nicatla görüşsəm 
ikimizi də öldürəcək... 
Könül  səhvini  dərhal  düzəltməyə  çalışmaq  üçün  ra-
bitəsiz cümlələr qurmağa çalışsa da, Orxan heyrətlə Könülün 
üzünə  baxırdı.  Aylardır  çözülməyən  sirr  açılmışdı.  Orxan 
təbəddülatlar  içərisində  ona  görə  çabalayırdı  ki,  Nicatın 
intihar etmədiyini sübut etsin. Və hər şey bu açar cümlədən 
asılı idi... 
 
 
 
 


143 
 
20 
 
Namus görünməyən sərvətdir.  
Çox vaxt ona sahib olmayanlar, sərvət sahibi kimi 
görünərlər. 
 
Şekspir 
 
İndi  mən  sizə,  dünyanın  ən  mənasız  dialoqunu  təq-
dim edəcəm. Sizi əmin edirəm, heç vaxt bu qədər mənasız və 
bəsit  dialoq  oxumamısınız.  Bu  Könülün  qardaşı  xoşqeyrət 
Polislə əri Hikmətin söhbətidir...  
–  Hikmət,  indiyə  qədər  səninlə  bu  barədə  danışmamışam. 
Xətrini istədiyim üçün, tərbiyənə, davranışlarına, mövqeyinə 
görə susmuşam. Amma elə şeylər var ki, susa bilmirəm. Sə-
nin rahatlığın, heç nə olmamış kimi davranmağın məni əsə-
biləşdirir.  Ola  bilməz  ki,  bu  söz-söhbətlər  sənin  qulağına 
çatmasın. 
–  Qardaşım,  hansı  söz-söhbətdən  danışırsan?  Əgər  Könüllə 
bizim  ayrılmağımızdan  danışırsansa,  düz  eşitmisən.  Mən 
artıq sənin bacınla birlikdə yaşaya bilmirəm. Könül də bunu 
istəmir.  Qərarını  verib.  Bu  söhbəti  uzatmağın  yeri  yoxdu. 
Ayrılırıq. 
– Hikmət, mən başqa şeydən danışıram! Sənin arvadın, mə-
nim  bacımdır.  Onun  haqqında  yayılan  dedi-qodu  məni  çox 
narahat  edir.    Ayrılmağınıza  bir  şey  demirəm,  mən  yayılan 
söhbətlərdən  narahatam.  Bilirsən  camaat  nələrdən  danışır? 
Oturub birlikdə aydınlaşdırmalıyıq bu söhbətləri. Səni bilmi-
rəm,  mən  bu  söhbətlərdən  narahatam.  Onsuz  da  əsəblərim 
yerində deyil və bundan o tərəfə dözmək fikrim yoxdur. Na-
mus həssas məsələdir! 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə