Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   31   32   33   34   35   36   37   38   39

144 
 
 
– Görüşərik, Polis qardaş. Sən özünü çox incitmə. Bu hadisə 
tək bizim başımıza gəlmir. Evlənmək nə qədər sadə məsələ-
dirsə, boşanmaq da bir o qədər sadədir. Lütfən, heç nəyi bö-
yütmə.  Könüllə  iki  mədəni  insan  kimi  ayrılmağımız  daha 
yaxşıdır.  Bunu  namus  söhbətinə,  düşmənçiliyə  çevirməyini 
istəməzdim. O öz həyatını seçib. 30 yaşı var. Qərar vermək, 
onu həyata keçirmək haqqı var. 
–  Mən  Könülün  verdiyi  qərara  güvənmirəm.  Burda  söhbət 
mənim  ailəmin  namusundan  gedir.  İstəmirəm  ki,  hər  cındır 
arxamca  ağzına  gələni  danışsın!  Başa  düşdün?  Bu  mənim 
üçün çox ciddi məsələdir! 
–  Oldu  qardaş.  Görüşərik  hökmən!  İndi  gömrükdəyəm. 
İrandan  gələn  malları  qarşılayacam.  Həftə  içi  rahatlıqla  gö-
rüşüb danışarıq. 
– Oldu. Hələlik! 
Hikmət  telefonu  söndürüb  masanın  üstünə  atdı. 
Kresloya  söykənib  qarşısındakı  soyumuş  çaydan  bir  udum 
aldı. Həyatı ağ-qara film kimi gözlərinin önündə canlanma-
ğa  başladı.  Anası  onları  uşaq  evinə  verəndə  3  yaşı  vardı. 
Atası  öləndə  isə  2  yaşındaydı.  Anası  başqası  ilə  evlənmişdi 
və  bir  daha  onların  arxasınca  gəlməmişdi.  Hikmət  bacısın-
dan uzaq düşmüşdü və uşaq evinin köşələrində demək olar 
ki,  bütün  dünyaya  və  insanlara  nifrətlə  böyümüşdü.  Ana-
sının onu atıb getməsi, bacısından ayrılıb uşaq evinə atılma-
sı, müəllimlərinin qəddarlığı onun psixologiyasında silinməz 
izlər buraxmışdı. Hikmət insanlara nifrət edirdi. Humanizm, 
insan  sevgisi  ona  yad  idi.  Heç  kəsi,  hətta  Könülü  belə  sev-
mirdi.  Hamıdan  istifadə  etməyə  çalışırdı.  İnsanların  faciəsi 
üzərində özünə xoşbəxtlik qurmaq ona ləzzət verirdi. İlk də-
fə  universitet  illərində  müxalifətçilərə  qoşulan,  rejimə  etiraz 


145 
 
edən  tələbə  yoldaşları  haqqında  polisə  raportlar  yazanda, 
hiss  etmişdi  ki,  insanların  əzilməsi,  incidilməsi,  çarəsiz  və-
ziyyətə düşməsi ona ləzzət edir. O etdiyi bütün pisliklərdən 
zövq alırdı. Baş tutmayan mitinqlər, həbs olunan etirazçılar, 
universitetdən  qovulan  tələbələr  onun  içində  izaholunmaz 
rahatlığa səbəb olurdu. Bütün iyrəncliklər, insan əzabları və 
məğlubiyyəti ona xoş gəlirdi. 
Polislə  ilk  tanışlığı  da  həmin  illərdə  baş  tutmuşdu. 
Tez-tez  polis  idarəsinə  yolu  düşdüyü  üçün,  bu  cavan  “iş-
verənlə”  də  rastlaşırdı.  İkisinin  də  qeyri-rəsmi  “peşəsi”  oğ-
raşlıq,  nadürüstlük  idi.  İkisi  də  bu  işi  “şərəflə”  icra  edir, 
başqalarının çəkdiyi əzabdan, düşdüyü uğursuzluqdan zövq 
alırdılar. Hikmətlə polis “sənət yoldaşı” idi. Sonra Polis işini 
rəsmiləşdirmiş,  bölmələrin  birində  rəsmən  işə  başlamışdı. 
Hikmət isə gizli fəaliyyəti üstün tutmuş, deşifrə olunmadığı 
üçün daha da irəli çəkilmişdi. Son 3 ildə isə gənc etirazçıların 
içinə sızdırılmışdı.  
...Könüllə  tanış  olanda  onun  Polisin  bacısı  olduğunu 
bilmirdi.  Çünki  heç  bir  həmkarı  ilə  ailəvi  tanışlığı  yox  idi. 
Ailəsi  olmadığı  üçün,  ailəvi  tanışlıqlar  ona  görə  deyildi. 
Universiteti  bitirdikdən  sonra  ağaları  onun  üçün  bir  əmlak 
ofisi  qurmuşdu.  İşləri  qaydasında  gedirdi.  Könüllə  tanış 
olanda  artıq  işinin  çəmini  tapmışdı.  Əsas  vəzifəsi  sosial  şə-
bəkələrdə  hakimiyyət  və  rejim  əleyhinə  statuslar  yazan, 
mitinq  təşkil  edən,  etiraz  edən  gəncləri  izləmək  idi.  Böyük-
ləri  Hikmətə  müxalifətçi  gənclərlə  yaxınlaşmağı,  universitet 
illərindən  tanıdığı  etirazçıları  nəzarətdə  saxlamağı  tapşır-
mışdı.  Hikmət  isə  işinin  öhdəsindən  layiqincə  gəlirdi.  İçki 
məclislərinə  qatılmaq,  özünü  sərxoşluğa  vurub  “yağdan  qıl 
çəkirmişcəsinə” sərxoş gənclərdən söz çəkmək, dindən, men-
talitetdən  söz  salmaq  və  bunu  mübahisəyə  çevirmək  onun 


146 
 
əsas  işi  idi.  İstəyinə  demək  olar  ki,  çatmışdı.  Gənclərin  ara-
sında  yaranan  mübahisələrdə  onun  təxribatçı  fikirləri  əsas 
rol oynayırdı. 
İkinci əsas işi gəncləri narkotiklə təmin etmək idi. Ba-
şıpozuq,  narkotik  aludəçisənə  çevrilmiş  gənc  inqilabçılar 
onun  ağaları  üçün  rahat  “ov”  hesab  olunurdu.  “Yamayka” 
onun sayəsində etirazçı və intellektual gənclərin arasına yol 
tapmışdı. 
Könüllə evlənməyə qərar verəndə, əsas məqsədi evlə-
nib  boşanmış,  azadlığa  və  sərbəstliyə  meyilli,  rahatlıq  və 
şöhrət  arzusunda  olan  bu  yüngül  xarakterli  qadından 
istifadə  etmək  idi.  Könülün  Polisin  bacısı  olduğunu  biləndə 
planında korrekt olmağa məcbur olmuşdu. İlk işi Könülü hi-
cabdan azad edib, bütün gün azadlıqdan, insan haqlarından, 
azad seksdən, demokratiyadan danışan gənclərin arasına bu-
raxmaq idi. Bunu bacarmışdı. Hamı Könüllə münasibət qur-
mağa çalışır və bu münasibətlər Könülü də, Hikməti də qane 
edirdi. Könül Hikmət üçün balığı cəlb etmək üçün qarmağa 
taxılmış  soxulcan  idi.  Qarmağın  ucunda  çapaladıqca  beyin-
siz və ağılsız balıqları cəlb edirdi. Hikmət isə sahildə durub 
ustalıqla qarmağa  düşən balıqlarla məşğul olurdu. Könülün 
sayəsində  gənclərin  arasında  söz  sahibi  olmuş,  cibində  si-
çanlar oynaşan gənclərin çoxusunu özünə borclu etməyi ba-
carmışdı. 
Planı qaydasında gedirdi. Nicatı məhv eləməklə bağlı 
heç  bir  problem  yox  idi.  Polis  isə  Hikmətin  gizli  plan-
larından bixəbər, onun planlarına daxil olmuşdu. Hikmət nə 
qədər peşəkar idisə, Polis bir o qədər küt və qorxaq idi.  İndi 
zəng edib onunla hədələyici tonda danışması, Hikməti özün-
dən çıxarmışdı. Polisə yerini göstərməyin məqamı idi. Özün-
dən  yüksək  rütbəlilərə  yaltaqlanmağı  yaxşı  bacaran  Polisin 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə