Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

128 
 
19 
 
Hər fahişənin mütləq 
 kədərli bir hekayəsi var... 
 
Könüllə sonuncu görüşdən sonra bir neçə gün özünə 
gələ bilmədi. Könülün danışacağı bütün hekayələri artıq təx-
min edə bilirdi. Hikmətlə necə evlənməsi, necə ayrılması ar-
tıq ona demək olar ki, aydın idi. Könülün quraşdıracağı he-
kayələri  çox  asanlıqla  çağırıb  özünə  danışa  bilərdi.  Amma 
Şahinin  danışdığı  xəyanət  məsələsi  onu  çox  düşündürürdü. 
Görəsən Könül Hikmətə xəyanət edəndən sonra, Nicata kim-
lərlə xəyanət etmişdi? 
...  Könülün  könlünü  almaq  o  qədər  də  asan  olmadı. 
Ömür boyu heç bir qadına xahiş-minnət etməyən Orxan Kö-
nülə  ilan  dili  çıxartdı.  Nəhayət  ki,  o,  növbəti  görüşə  razılıq 
verdi.  
... Orxan Könüllə görüşə hazırlaşdığı ərəfədə, Nicatın 
köhnə tanışlarından ikisini – Nərmini və Nərgizi tapdı.  
Orxanın  təklifi  ilə  bər-bəzəkli  bacılar  onun  ofisinə 
gəlməyi  qəbul  etdilər  və  deyilən  vaxtda  görüşə  gəldilər. 
Orxan bütün sirlərin Könüldə olduğunu bilsə də, Nərmini və 
Nərgizi təklikdə dinləmək istəyirdi. Əvvəlcə Nərmini dinlə-
di. Sıradan bir hekayəydi. Nicatla necə tanış olmağından, ne-
cə  görüşmələrindən  danışdı.  Bir  neçə  dəfə  hansısa  barın  və 
ya  kafenin  tualetində,  dostlardan  kiminsə  evində  sevişmiş-
dilər.  Nərmin  dedi  ki,  Nicat  israrla  ondan  qısa  ətək  və  qara 
kapron  corablar  geyinməsini  istəyidi.  Bu,  Orxanın  diqqətini 
çəkdi.  Bundan  istifadə  etmək  olardı.  Təfərrüatlar  isə,  adi  və 
cansıxıcı idi. 
 


129 
 
Nərgiz  əvvəlcə  Orxanla  sadəcə  bacısına  görə  görüş-
düyünü desə də, onun hər şeyi bildiyini, bir dəfə də birlikdə 
içdiklərini  xatırlayıb  olanları  danışmağa  razılaşdı.  Əvvəlcə 
Nərmindən  xəbərsiz  Nicatla  görüşdüyünü,  evinə  getdiyini 
danışdı.  Sonra  xatırladı  ki,  bir  neçə  dəfə  də,  hansısa  dostu-
nun evində sevişiblər. Nərmin bütün bunları sonradan bilsə 
də,  bacısına  heç  nə  deməyib.  Hətta  Nicatla  necə  seviş-
məklərini  bir-birinə  danışıb,  Nicatın  qara  kapron  corablara 
olan həvəsinə, qara corablardan necə ehtiraslanmasına xeyli 
gülmüşdülər. 
Nərmin  də,  Nərgiz  də  qara  kapron  corablardan  söz 
salanda istər-istəməz gülsələr də, bu detal Orxana qəribə gəl-
mişdi.  Nicat  Nərgizi  evlərinə  dəvət  edəndə,  sevişməmişdən 
öncə  israrla  ona  qara  uzun  corablar  geyindirmiş,  ayrılanda 
isə corabı ondan alıb paltar şkafının sonuncu siyürməsinə at-
mışdı.  Könülün  də  bu  barədə  danışdıqları  Orxanı  dü-
şünməyə məcbur edirdi. 
“Deməli  qara  kapron  corablar”...  Orxan  bacıları  yola 
salandan sonra uzun müddət bu barədə baş sındırdı... 
Orxan ilan dili çıxarsa da, əvvəlcədən şərt kəsdi. Bü-
tün baş verənləri qısa və konkret danışacaq, başına gələnlərə 
heç  bir  bəzək-düzək  vurmayacaq.  Razılığa  gələndən  sonra, 
Könülün təklifi ilə dəniz kənarında yerləşən, balıq yeməkləri 
ilə məhşur xudmani restoranlardan birinə yollandılar. Könü-
lün könlünə balıq düşmüşdü. 
Orxan  danışdıqları  vaxt    restorana  gəlmiş,  əvvəlcə-
dən  sifariş  verdiyi  masada  yerini  rahatlamış,  günəş  şüala-
rının çılğınlıqla rəqs elədiyi mavi dənizə gözlərini zilləmişdi. 
Bu  zibilə  necə  və  kimə  görə  düşdüyünün  artıq  heç  bir  mə-
nası yox idi. İstəsə də, istəməsə də o bu romanın qəhrəmanı 
idi  və  roman  bitənə  qədər  öz  rolunu    oynamalı  idi.  Üstəlik 


130 
 
bu restoranda arabesk dinləməyə, Ahmet Kaya mahnılarının 
ağır kədəri altında əzilməyə məhkum idi. Aylardır sürən bu 
araşdırmalar,  romanın  yazı  prosesinin  ləng  getməsi  də  onu 
sıxırdı.  Sanki,  gözəgörünməz  bir  əl  bu  romanın  ye-
kunlaşdırmaq  üçün  müəllifə  mane  olurdu.  Müəllif  romanı 
bir kənara atıb gündəlik həyat qaydaları ilə çarpışdıqca, Or-
xan  bekarçılıqdan  darıxır,  hövsələdən  çıxırdı.  Üstəlik  Elxan 
Daşdəmir Türkiyəyə köçmüşdü. Daha yalvarsan da qayıdıb, 
bu romanda personaj olmazdı. Orxanın yeganə ümidi müəl-
lifə idi. Müəllif tezliklə onu Könüllə görüşdürüb bu məsələ-
ləri aydınlaşdırmasaydı, yəqin ki, Orxan baş götürüb hansısa 
bir  hekayəyə-zada  qəhrəman  gedəcəkdi.  Orxan  fikirli-fikirli 
bir siqaret yandırıb tüstünü acgözlüklə ciyərlərinə çəkdi. Ar-
tıq siqaretdən də bezmişdi. Adi həyatda siqaret çəkməsə də, 
müəllif onu roman boyu əməlli-başlı aludəçiyə çevirmişdi.  
...Könül  bir  az  ləngisə  də  gəlib  çıxdı.  Gülə-gülə  sa-
lamlaşdı. Orxanın üzündəki gərginlikdən onun çəkdiyi əzabı 
başa düşürdü. Əslində onun üçün də bu romanda qəhrəman 
olmaq  xoş  deyildi.  Bütün  işi-gücü  tökülüb  qalmışdı  bir 
tərəfdə,  gecə-gündüz  beynini  Nicatla  bağlı  lazımsız  xatirə-
lərlə məşğul edirdi. Əslində bütün günah müəllifdə idi. Kö-
nülə  elə  gəlirdi  ki,  bu  roman  yazılmasa,  daha  yaxşı  olardı. 
Kimə  lazımdır  axı  intihar  etmiş  bir  şairin  sevgi  hekayəsi? 
Dünya yazıçıları bu cür sevgi hekayələrini cəmi bir absazda 
ustalıqla  yazıb  keçirlər.  Könül  onu  sürüyüb  bu  əsərin  süjet 
xəttinə salan yazıçıya nifrət etməyə başlamışdı. Aralarındakı 
sevgi  də,  münasibətlər  də  onu  bezdirmişdi.  Üstəlik  də  belə 
ağır xatirələri yenidən xatırlamaq onu incidirdi. 
 
Belə  tez-tez  söhbətlərə  girişmək  istəmirəm,  amma 
Könül qətiyyən məndən narazı qala bilməz. Onun mənə ver-


131 
 
diyi  əziyyətlərin  yanında  roman  personajı  olmaq  toya  get-
məlidir.  Aylarla  onun  sevgilisi  rolunu  oynamışam.  Bəyəm 
asandır bu qədər xəyanətə dözmək, əzab çəkmək, ağlamaq? 
İndi canı çıxsın romanın içində çabalasın. 
Hələ  nərd  olsaydı  doktorla  oynadırdım  onu.  Axırda 
da “dü-bir” ayağında saxlayıb uduzdurardım. 
Könül  beynindəki  qarmaqarışıq,  rabitəsiz,  nizamsız 
fikirləri bir kənara  atıb Orxanla hal-əhval tutdu: 
– Doktor, yorğun görünürsən... 
– Bezmişəm. Hər şeydən. Yorulmuşam. 
– Araşdırmanı dayandır. Normal həyata dön. Unut. 
–  Bacarmıram.  Axı  zalım  balası  dayanmadan  bizim  haqqı-
mızda düşünür. İmkan vermir öz həyatımı yaşayım. 
– Anlayıram. Oxşar problemdir. 
– Danışacaqsan? 
– Hə. 
– Hikmətlə necə rastlaşmağınızı keçək? 
– Yox. 
– Yaxşı, bir şərtlə ki, uzatmayacaqsan. 
– Çalışaram... 
Könül qısa və qırmızı saçlarını əliylə tumarlayıb, qar-
şısındakı şərabdan bir udum içdi. Üzünü turşudub, “Hikmə-
ti lənətə gəlsin” dedi, -“məni içkiyə o alışdırdı”.  
Tərlandan  sonra  əmlak  bürosundakı  müdirimin  mə-
nimlə  maraqlandığını  hiss  edirdim.  Bəlkə  də  əvvəldən  ma-
raqlanırmış, hiss etməmişdim. Tərlan həyatıma gəldiyi kimi 
çıxıb getsə də, həyatımı “relsdən çıxarmışdı”. Toparlana bil-
mirdim. Onu düşündükcə aldanışlarıma görə əzab çəkirdim. 
Evdə  atamla,  qardaşımla  və  anamla  münasibətlərim  qay-
dasında  getmirdi.  Namaz  qılsam  da  toxtaqlıq  tapmırdım. 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə