www.vivo-book.com
7
rinqdə qazandığı şöhrəti öz qüvvəsi, gərgin əməyi
nəticəsində əldə etmişdi, oğlan onun məhəbbətini qazanmaq
istəyəndə özünü, özündəki ən yaxşı cəhətləri Cenevyevaya
təklif etmişdi. Co özünün boksçu kimi məharətində böyük
və həddindən artıq cəsarətinin rəhnini görürdü, bunu
kişilərdən heç biri nümayiş etdirə bilməzdi, bu da onun
zənnincə Cenevyevanın məhəbbətini əldə etmək və ona
yiyələnmək üçün Coya haqq verirdi. Qız Coyu onda da başa
düşməmişdi, indi də başa düşmürdü. Co bir şeyə mat
qalmışdı; qız onda nə kimi yaxşı cəhət tapmışdı, onu niyə
sevmişdi? Oğlan acıqlanmadan dedi:
– Missis Silverstayn axmağın, qoca deyingənin biridir.
O nə başa düşür? Mənə inan ki, idmanın çox yaxşı cəhətləri
var. Həm can sağlığına xeyri var... – o fikirləşib əlavə etdi. –
Mənə bax. Mən bədən quruluşum xarab olmasın deyə,
düşkün həyat sürməliyəm. Mən missis Silverstayndan, onun
qocasından, ümumiyyətlə, sənin tanıdığın adamların
hamısından düşkün həyat sürürəm. Mən rejimlə dolanıram;
duş qəbul edirəm, bədənimi yaş dəsmalla sürtürəm, məşq
edirəm, cana faydalı yemək yeyirəm, heç bir nadinclik
www.vivo-book.com
8
etmirəm. Mən içki içmirəm, papiros çəkmirəm, bir sözlə,
mənə ziyan vuran heç bir şey etmirəm. Cenevyeva, mən
səndən də düzgün həyat sürürəm... – Qızın incikliklə
dodağını büzdüyünü görüb tələsik əlavə etdi. – Düz
sözümdür. Mən sabunu, suyu nəzərdə tutmuram, bir bura
bax. – Oğlan qızın əlini dirsəkdən yuxarı ehtiyatla, ancaq
bərk-bərk sıxdı. – Sən yumşaqsan, zərifsən. Mənim tayım
deyilsən. Bir bax.
Co qızın barmaqlarının ucunu özünün daş kimi bərk
bitsepsinə
2
toxundurdu, qız ağrıdan üz-gözünü turşutdu.
Co yenidən sözə başladı:
– Mənim bütün bədənim başdan-başa belədir. Daş kimi
bərkdir, qüvvətlidir. Mən düzgün deyəndə bunu nəzərdə
tutmuram. Hər bir damarım, hər damcı qanım, hər əzələm
sümüyüməcən safdır, sümüklərim də safdır. Bu təmizlik,
saflıq, dərini sabunla, su ilə yumaq demək deyil, bu başdan-
ayağacan saflıqdır, təmizlikdir. Səni inandırıram ki, mən
bunu hiss edirəm, bütün bədənimlə duyuram. Mən səhərlər
2
Bitseps – əli bilək oynağından bükən çiyin əzələsi(Tərc. qeydi).
www.vivo-book.com
9
yuxudan oyanıb işə gedəndə bütün qanım, bütün damarlarım
sanki qışqırır: biz safıq. Ah, sən bilsəydin ki, mən...
O belə çox danışmasından pərt oldu, adətən, o çox
danışmazdı, susdu, sözünü yarıda kəsdi. O heç vaxt öz
fikirlərini
belə
həyəcanla
ifadə
etməmişdi,
ancaq
həyəcanlanmaq üçün heç belə ciddi əsası olmamışdı. Axı
Cenevyevaya boks barədə mənfi fikir söyləmiş, oğlanın
təsadüfən Silverstaynın qənnadı dükanına gəlib çıxana qədər
Cenevyevanın surətinin gözlənilmədən onun həyatına daxil
olub qalan hər bir şeyi kölgədə qoyana qədər, Co üçün hər
şey olan oyunun məziyyətini görməmişdi. Oğlan qeyri-
müəyyən şəkildə də olsa başa düşürdü ki, qadınla istəyin,
sevdiyi işlə qadının kişidən tələbi arasında barışmaz
ziddiyyət var. Ancaq Co ümumi nəticələr çıxara bilmirdi. O
ancaq real, canlı Cenevyeva ilə böyük, adamı heyrətə gətirən
ancaq qeyri-maddi oyun arasındakı düşmənçiliyi görürdü.
Onların ikisi də bir-birinə qarşı çıxırdı, ikisi də ona ixtiyarı
çatmadığını bildirirdi, Co odla su arasında qalmışdı, oğlan
hələ qəti qərara gələ bilmir, hər şeyi olduğu kimi qoyub
suyun axarı boyunca üzürdü.
www.vivo-book.com
10
Cenevyeva Coyun həyəcanla danışığına qulaq asır,
oğlana diqqətlə göz qoyurdu. Özündən asılı olmayaraq,
onun təmiz sifətinə, aydın baxışlarına, qız dərisinə bənzər
hamar və zərif dərisinə heyran qalırdı. Cenevyeva oğlanın
dəlil-sübutunun inandırıcılığını görürdü, bu qızı daha da
əsəbiləşdirirdi. Qızın düşünmədən onu Codan uzaqlaşdıran,
onun bir hissəsini oğurlayan bu oyunu görməyə gözü yox
idi. O, oyunun cazibə qüvvəsinin nədən ibarət olduğunu
dərk edə bilmirdi. Söhbət yenə başqa bir qızdan getsəydi,
hər şey ona aydın olardı. Biliyini, ağlını, gözüaçıqlığını
səfərbər edərdi. Ancaq bu düşmən hiss olunmayan, əlçatmaz
idi, qız onun barəsində heç nə bilmirdi, onunla əlhavasına,
qaranlıqda mübarizə aparmalı olurdu. Qız hiss edirdi ki,
Coyun sözündə müəyyən qədər həqiqət var, buna görə də
düşmən qıza daha çox qorxulu görünürdü.
Birdən Cenevyeva özünün gücsüzlüyünü hiss etdi, qanı
qaraldı. Qız istəyirdi ki, Co ancaq onun olsun, onun qadın
təbiəti tələb edirdi, oğlan isə ondan aralanır, qızın nahaq
yerə onun tutub saxlayan qolları arasından sürüşüb çıxırdı.
Qızın özünün özünə yazığı gəldiyindən gözləri yaşarır,
www.vivo-book.com
11
dodaqları titrəyirdi, onun məğlubiyyəti qələbəsinə çevrildi,
qüdrətli oyun, valehedici qadın zəifliyi qarşısında məğlub
oldu.
Co günahkar olmasa da, günahkarcasına:
– Cenevyeva, ağlama, ağlama, – deyib xahiş etdi.
Onun kişi ağlı qızın dərdini başa düşə bilmirdi, ancaq
qız ağlayırdı. Oğlan da hər şeyi yaddan çıxartdı.
Qız göz yaşları içərisində oğlana baxıb gülümsünürdü,
oğlan onun baxışlarından günahı olmasa da, təqsirindən
keçdiyini hiss edib, ürəyi riqqətə gəldi. Oğlan qızın
dirsəyindən tutub sıxmaq istədi, ancaq qız onun qolunu
çəkdi, ədəblə özünü düzəltdi. Qız daha da ürəkdən
gülümsündü:
– Budur, mister Klauzen də gəlib çıxdı! – bir qadın
bacarığı ilə həyəcanını pərdələyib, şöbə müdirinə göz
yaşlarını bildirmədən, aydın nəzər saldı.
Çevik, qırmızıyanaq, sıx, yekə bakenbardlı, balacaboy
kişi xırda, şən gözlərini dolandırıb dedi:
– Co, məni yəqin ki, çox gözlədiniz? Necə oldu? – o əl-
qolunu ataraq sözünə davam etdi: – Hansını seçdiniz? Bu
Dostları ilə paylaş: |