www.vivo-book.com
37
hesabsız ehtiyacları, daima rənglənməli və ağardılmalı ev,
vergilər, əlavə vergilər, Cenevyevanın doğacağı uşaqlar,
Xensenin anbarından aldığı maaşın miqdarı bir anda Coyun
gözləri qarşısında canlandı. Ancaq o tezcənə, adətən, belə
hallarda olduğu kimi idrakın xəbərdaredici bu dəhşətli
səhnələrini özündən uzaqlaşdırır, o təkcə Cenevyevanı
görürdü, bütün varlığı ilə ona eşq yetirdiyini hiss edirdi, o,
götür-qoy etmədən qızın iradəsinə tabe oldu, qız da onun
kimi başısoyuqluqla onun həyatı, hərəkətləri üçün özünü
səlahiyyətli saydı.
Oğlanın iyirmi, qızın on səkkiz yaşı var idi, bəşər
nəslini davam etdirmək üçün dünyaya gəlmiş cavan
nişanlıların ikisi də gümrah, sağlam, çəhrayı yanaqlı idi.
İkilikdə körfəzin sahilində bazar günü gəzintisinə çıxanda,
tanış olmayan izdihamın içindəkilərin gözləri onlarda
qalırdı. Coyun əsl kişi gözəlliyi Cenevyevanın qızlıq
təravətindən geri qalmırdı, qızın məlahəti oğlanın gücünə,
zərif, qəşəng bədən quruluşu onu qədd-qamətli əzələli bədən
quruluşuna yaraşırdı. İctimai mənşəcən Codan çox yüksəkdə
duran bir çox qadınlar onun bir-birindən xeyli aralı olan
www.vivo-book.com
38
parlaq, göygözlü, səmimi, sadəlövh sifətindən gözlərini
çəkmirdilər. Oğlan özü bu baxışları görmürdü, onların
yalvarışla dolu ana kimi nəvazişli baxmasına məhəl
qoymurdusa da, ancaq Cenevyeva bunu görür, başa düşürdü,
oğlanın onun özünün olduğunu, ixtiyarının da onda
olduğunu fikirləşəndə qızın qəlbini coşqun bir sevinc
bürüyürdü. Bir şeyi də demək lazımdı ki, Co da kişilərin
Cenevyevaya nə cür baxdığını görürdü, bu baxışlar onu
əsəbiləşdirirdi də, Cenevyeva özü də bu baxışların mənasını
onların özündən yaxşı hiss edirdi.
III FƏSİL
Cenevyeva Coyun altlığı nazik, zərif çəkmələrini geydi,
qəhqəhə çəkərək ayaqlarını irəli uzatdı. Lotti də şən
qəhqəhələrlə aşağı əyildi ki, onun şalvarının ətəyini qatlasın.
Coyun bacısı Lotti onların sirrindən xəbərdar idi, qız anasını
dilə tutmuşdu ki, çıxıb qonşuya getsin, indi bütün ev
gənclərin ixtiyarında idi. Qızların ikisi də Coyun onları
www.vivo-book.com
39
gözlədiyi aşağı mətbəxə düşdülər. O, Cenevyevanı görəndə
yerindən dik atıldı, üzündən məhəbbət və xoşbəxtlik yağırdı.
Oğlan qışqırdı:
– Tez ol, Lotti. Onun yubkasını yuxarı qaldır. Gərək
tələsək. Belə də yaxşı olar. Şalvarın ancaq balaqları
görünəcək, palto hər şeyi örtəcək. İndi baxaq görək necə
olur. Mən Krisin paltosunu almışam. Yaxşı oğlandır! Aman,
aman, yaman diribaşdır! Boyu balacadır, cəlddir, – Co
Cenevyevaya paltonu geyindirə-geyindirə danışırdı; palto
lap onun dabanlarına çatırdı, ancaq qızın əynində qutu kimi
dururdu, elə bil əyninə biçilmişdi.
Co papağı qızın başına qoydu, yaxalığını qaldırdı.
Yaxalıq elə enli idi ki, papağın qıraqlarına çatırdı.
Cenevyevanın saçları bunun altında görünməz oldu. Co
paltonun üst düyməsini bağlayanda yaxalığın ucları
Cenevyevanın yanaqlarını, ağzını, çənəsini örtdü, ancaq
diqqətlə baxanda papağının günlüyü altındakı gözlərini, bir
azca ağaran burnunu görmək olardı. Qız otaqda var-gəl
etməyə başladı, ancaq yeridikcə paltonun altından şalvarın
balaqları nəzərə çarpırdı.
www.vivo-book.com
40
Co əlinin səliqəsinə heyran qalaraq, gülə-gülə dedi:
– Heç bir yarışdan geri qalmayan ehtiraslı oyunçusan
ki, durmusan. Zökəm tutmusan, baş-gözünü bağlamısan ki,
xəstələnməyəsən. Yanında çoxlu pulun var? Mən altıya qarşı
ondan mərc gəlirəm. İstəyirsən, altıdan mərc gələk?
Cenevyeva soruşdu:
– Altı deyəndə kimi nəzərdə tutursan?
Lotti incik səslə dilləndi:
– Pontanı, – Cenevyevanı başa salmaq istədi ki, buna
heç şübhə-zad ola bilməz.
Cenevyeva tez təsdiq etdi:
– Yaxşı, ancaq bir şey var ki, mənim bundan heç başım
çıxmır.
Bu dəfə Lotti susdu, ancaq üz-gözündən bilinirdi ki,
Cenevyevanın sözü yenə onun xoşuna gəlmədi. Co saata
baxıb dedi, getmək vaxtıdır. Lotti qardaşını qucaqlayıb,
dodaqlarından bərk-bərk öpdü, sonra o Cenevyeva ilə
öpüşdü. Co bacısının belindən qucaqladı, qız onları
qapıyadək ötürdü.
Onlar küçəyə çıxanda Cenevyeva soruşdu:
www.vivo-book.com
41
– Ona qarşı altı nə deməkdir? – Onların addım səsləri
şaxtalı havada uğultu ilə səslənirdi.
Co cavab verdi.
– Bu o deməkdir ki, mən favoritəm
3
. Rinqdə
tamaşaçılar on dollardan mərc gəlirlər ki, mən bu yarışda
qalib gələcəm, o birilər isə altı dollardan mərc gəlirlər ki,
mən uduzacağam.
– Əgər sən favoritsənsə, hamı sənin udacağına
arxayındırsa, sənin əleyhinə niyə mərc gəlirlər?
Co güldü:
– Yarışın gözəlliyi elə bundadır. Hərə bir fikir yürüdür.
Bundan başqa, sərrast zərbəyə, gözlənilməz hadisəyə ümid
çoxdur. Çox şey ola bilər! – o ciddiyyətlə əlavə etdi.
Qız qorxdu, onu qucaqlayıb köksünə sıxdı, sanki onu
təhlükədən qorumaq istəyirdi, o şən-şən güldü:
– Dayan, dayan, özün görəcəksən. Sən bircə əvvəlcədən
qorxub eləmə. İlk raundlar
4
yaman dəhşətli olur. Bu
3
Favorit – yarışlarda birinciliyə şansı olan adam (Tərc. qeydi).
4
Raund – boksda yarış müddəti (Tərc. qeydi).
Dostları ilə paylaş: |