www.vivo-book.com
42
Pontanın üstün cəhətidir. O inadkardır, heç elə bil adam
deyil, qasırğadır, yumruqlarını elə işə salır ki, rəqibini ilk
raundlarda məğlub edir. O, beləliklə, özündən üstün dərəcəli
boksçuların çoxunu nokaut
5
edir. Mənim vəzifəm onun
hücumuna ancaq davam gətirməkdir. Yaxşıca göz qoy,
mənim nə vaxt hücuma keçəcəyimi görəcəksən. O, mənim
əlimdən yaxa qurtara bilməz.
Onlar lövhəsindən idman klubu olduğu bilinən, əslində
isə polis dairələrinin nəzarəti altında boks yarışları keçirilən
tünd rəngli binaya yaxınlaşdılar. Co Cenevyevanı arxada
qoyaraq, qapıdan içəri keçdi, qız da onun dalınca içəri girdi.
Co ona xəbərdarlıq etdi:
– Ancaq əlini cibindən çıxartma, heç kəs heç nə başa
düşməz. Bir iki dəqiqəliyinə döz.
Co polismenlə danışan qapıçıya dedi:
– O, mənimlədir.
Qapıçı da, polismen də Co ilə dostcasına salamlaşdılar,
onun yanındakı adama heç fikir də vermədilər.
5
Nokaut – boksda ən sarsıdıcı zərbə (Tərc. qeydi).
www.vivo-book.com
43
Onlar pilləkənlə ikinci mərtəbəyə qalxanda Co
pıçıltıyla dedi:
– Onların ağlına gəlmədi. Heç kəsin ağlına gəlməz.
Əgər bir şey sezən olsa, da fərqi yoxdur, mənim xətrimə
susacaqlar. Mənim kimi gətirdiyimi hardan biləcəklər? Bura
bax, bura keç.
O, kontora oxşar darısqal bir otağın qapısını açdı,
Cenevyevanı basılıb əyilmiş oturacağı olan tozlu stulun
üstündə oturtdu. Bir neçə dəqiqədən sonra o, parusin
ayaqqabıda, uzun xələtdə qayıtdı. Qorxudan tir-tir əsən
Cenevyeva ona qısıldı. Oğlan bir əli ilə onu nəvazişlə
qucaqladı.
O, qıza ürək-dirək verib dedi:
– Cenevyeva, qorxma. Mən hər şeyi yoluna qoymuşam.
Heç kəs heç nə bilməz.
Cenevyeva dilləndi:
– Co, mən sənə görə narahatam. Mənə nə olacaq olsun.
Mən sənin üçün qorxuram.
– Necə ki, nə olacaq olsun? Mən elə bildim ki, sən
özünə görə narahatsan.
www.vivo-book.com
44
Cenevyeva onu həssaslığı, hisslərinin dərinliyi ilə
dəfələrlə mat qoysa da, qadın ürəyinin parlaq böyüklüyünə
heyran qalaraq qıza baxdı. Bir anlığa oğlan deməyə söz
tapmadı. Sonra isə həyəcandan dili-dodağı təpiyə-təpiyə
dilləndi:
– Mənə görə narahat olursan? Sənin barəndə nə
fikirləşəcəklərini eyninə almırsan? Məndən başqa heç kimi
düşünmürsən? Heç nə barədə fikirləşmirsən?
Qapının bərkdən döyülməsi “Haralardasan, özünü nə
sərinə vermisən?!” – deyən yoğun səs Coyu xəyal aləmindən
ayırdı.
O, səmimiyyətlə pıçıldadı:
– Tez ol, Cenevyeva, məni bir də öp. Bu gün mənim
axırıncı yarışımdır, mən bu dəfə həmişəkindən bərk
vuruşacağam, axı sən məni rinqdə görəcəksən.
Bir dəqiqədən sonra hələ də dodaqlarında onun hərarətli
öpüşünü hiss edən qız vurnuxan cavan oğlanların
arasındaydı, heç kəs, deyəsən, onu görmürdü. Bu cavanların
çoxusunun əynində qolu təkcə çirməkli köynək var idi,
pencəksiz idilər. Cenevyevanı əhatə edib qızla bərabər dal
www.vivo-book.com
45
qapıdan salona keçdilər, tələsmədən yan yoldan keçib
getdilər.
Anbara çox oxşayan yarıqaranlıq tamaşaçı salonu
adamla dolu idi, sıx tənbəki tüstüsündən adamlar və əşyalar
güclə seçilirdi. Cenevyevaya elə gəldi ki, indicə boğulacaq.
Salonda kişilərin uğultulu səsi eşidilirdi, arada bir afişa və
sodalı su satan oğlan uşaqlarının qulaqbatıran çığırtıları
eşidilirdi. Kim isə mərc gəlmək istədi – altı dollara qarşı on.
Təklif edən səs Cenevyevaya yeknəsəq, ümidsiz göründü.
Qız fəxrlə öz-özünə dedi: “Əlbəttə ki, kim onun Coyuna
qarşı çıxmağa cürət edər?”
Onu həyəcanlandıran Co ilə fəxr etməsi deyildi.
Qadınların gəlməsi qadağan edilən bu davaxanaya girəndə
qızın xəyalına cürbəcür şeylər gəldi. Belə macərada maraqlı
nə ola bilərdi? Burda hər şey naməlum, sehrli, dəhşətlidir.
Bir də ki, qız fəhlə məhəlləsinin sözgəzdirən arvadlarının
rəyinə qarşı çıxaraq, ləyaqət qaydalarını pozub belə bir
cəsarətli addım atmışdı. Cenevyevanın canına qorxu düşdü,
qız bir dəqiqə əvvəl ancaq Co barədə fikirləşsə də, indi özü
üçün qorxdu.
www.vivo-book.com
46
Cenevyeva salonun o biri başına nə vaxt çatdığını, bir
neçə pilləkən qalxıb boksçuların balaca tualet otağına nə
vaxt keçdiyini hiss eləmədi. Burda da kişi çox idi,
Cenevyeva belə qərara gəldi ki, onların hamısı bu və ya
başqa dərəcədə oyunun iştirakçısıdır. Bu vaxt Co onu tərk
etdi. Qız özünün gələcək taleyi üçün qorxmağa macal
tapmamışdı ki, onun müşayiətçilərindən biri kobudcasına
dilləndi: “Ey, səninlə deyiləm, dalımca gəl!” Qız onun
dalınca qapıdan içəri keçmişdi ki, gördü bir mühafizəçi də
dalınca gəlir.
Onlar tamaşaçıların üç sıra oturduqları hündür
yerlərdən keçdilər, bu vaxt Cenevyeva ilk dəfə olaraq rinqə
nəzər saldı. Qız meydançanın bərabərində yeriyirdi,
meydançaya elə yaxın idi ki, əlini uzatsaydı, ətrafdakı
burazlara əli çatardı. Döşəməyə brezent döşəmişdilər.
Cenevyeva rinqin arxasında, onun hər iki tərəfində adamla
dolu salonu sanki duman arxasında gördü.
Qızın çıxdığı otaq rinqin künclərindən birində
yerləşirdi. Ona bələdçilik edənlə sıralar arasından keçən
Cenevyeva rinqin o biri tərəfindəki balaca otağa girdi.
Dostları ilə paylaş: |