www.vivo-book.com
27
biri o birinin üzündə ulduzların zəif işığında rahatlıqlarını
pozan heç nə hiss etmirdilər. Heç bir cəngavər Cenevyevaya
qarşı Co kimi diqqətcil ola bilməzdi. Onlar küçə ilə gedəndə
oğlan həmişə səkinin qırağı ilə yeriyirdi, o hardasa eşitmişdi
ki, oğlan həmişə səkinin qırağı ilə yeriməlidir, küçənin o biri
tərəfinə keçməli olanda Cenevyevanın arxasından keçirdi,
yenə səkinin qırağı ilə yeriyirdi. O qızın bağlamalarını
aparırdı. Bir dəfə yağmurlu havada gəzəndə, hətta qızın
əlindəki çətiri belə aldı. Co bilmirdi ki, adam sevdiyi qadına
çiçək göndərər, çiçək əvəzinə meyvə yollayırdı. Meyvənin
xeyirli olduğunu bilirdi. Gül-çiçək göndərməyi ta qızın
saçlarında qızılgül görməyincəyə qədər ağlına belə
gətirmirdi. Co açıq-qırmızı rəngli çiçəkdən gözünü çəkə
bilmirdi, çünki bu gül Cenevyevanın saçlarına yaxşıca
yaraşırdı, çünki bu gülü qız özü seçmişdi, saçlarına
vurmuşdu. Bu Coyu məcbur etdi ki, qızılgülə diqqətlə
baxsın, oğlan birdən gülün nə qədər gözəl olduğunu gördü.
Qız da öz növbəsində, oğlanın gülə nə cür heyranlıqla
tamaşa etməsinə mat qaldı, qızın saçlarındakı açıq rəngli
qızılgül onların qəlbindəki məhəbbət alovunu gücləndirdi.
www.vivo-book.com
28
Bu gündən etibarən, Codan artıq gül istəyən olmazdı. Co bir
şeyi aşkar etdi: cəngavər kimi qıza yeni iltifat nişanəsi
olaraq bir dəstə bənövşə göndərdi. Bu onun öz ideyası idi. O
heç vaxt eşitməmişdi ki, kişilər qadınlara çiçək göndərərlər,
indiyədək elə bilirdi ki, gül-çiçək ancaq otaqları bəzəmək və
bir də dəfn üçün gərəkdir. Co demək olar ki, Cenevyevaya
hər gün çiçək göndərirdi, özü də möhkəm əmin idi ki,
onadək heç kəsin ağlına belə bir şey gəlməyib, bu tapıntı
təkcə ona məxsusdur.
O, Cenevyevanı son dərəcə çox sevirdi, ona pərəstiş
edirdi, qız da onun sevgisinə böyük pərəstişlə cavab verirdi.
Qız oğlanın nəzərində paklığın, xeyirxahlığın nümunəsi idi,
müqəddəslərin müqəddəsi idi, belə ki, ona çox məftunluğun
özü belə onu təhqir edirdi. Oğlan heç kəsi ona tay tuta
bilmirdi. Cenevyeva heç nə ilə başqa qızlara bənzəmirdi.
Coyun ağlına da gəlmirdi ki, qız nədəsə oğlanın bacılarına,
ya da ki, başqasının bacısına oxşayır. O, gözəl qız, qadın
deyildi. Qız... bir sözlə, başqalarına bənzəməyən,
yaranmışların möcüzəsi yüksək məxluq idi.
www.vivo-book.com
29
Cenevyeva da, demək olar ki, öz sevgilisinə belə
baxırdı! Düzdür, qız bəzi xırda-para məsələlərdə onunla
razılaşmırdı, oğlan isə qıza kor-koranə pərəstiş etdiyindən,
qızı nədəsə məzəmmət etməyi ağlına belə gətirmirdi, ancaq
qız da oğlan barədə fikirləşəndə hər cür xırda-para
məsələləri unudur, oğlan ona mükəmməllik təcəssümü kimi
görünürdü. Qızın bütün həyatının mənasını təşkil edirdi, qız
onun uğrunda yaşamağa hazır olduğu kimi, ölümə də hazır
idi. Cenevyeva coşqun, xəyallarında Co uğrunda özünü necə
fəda etdiyini, özünü ölüm ayağında görürdü, sanki bununla
qız həyatda olduğundan daha çox, onu ürəkdən sevdiyini
bildirirdi.
Onların məhəbbəti sanki od-alov, sanki səhər şehi idi.
Onlar bir-birinə meyil etmirdilər, belə fikirləşmək onlara
təhqiramiz görünürdü. Məhəbbətin onları vadar edəcəyi
fiziki yaxınlıq barədə onlar fikirləşə də bilmirdilər. Onları nə
isə bir-birinə cəzb edirdi, onlar bir-birinin əlinə, yaxud
çiyninə yüngülcə toxunmağın, bir-birinin əlini ötəri
sıxmağın, cəld öpüşün, qızın saçlarının yanağına nəvazişlə
toxunmağının onu həyəcana gətirməsinin, oğlanın alnından
www.vivo-book.com
30
qıvrım tellərini kənar edərkən qızın barmaqlarının təmasının
sevincini dərk etdilər. Onlar bütün bunları hiss etsələr də
onu deyə bilməzdilər ki, niyə bir-birilə təmasda, bir-birini
oxşamaqda onlara nəsə günah görünürdü.
Hərdən Cenevyeva Coyu qucaqlamaq, köksünə
sığınmaq, məhəbbətini çəkinmədən bildirmək istəyirdi,
ancaq hər dəfə möminliyi onu bu işdən çəkindirirdi. Belə
anlarda qız əzab çəkirdi ki, qəlbində ona məlum olmayan,
ağır bir günahı gizlədir. Əlbəttə ki, onun sevgilisinin
boynuna atılmaq istəməsi pisdir, özü də lap pisdir. Heç bir
ləyaqətli qız özünə belə hərəkəti rəva bilməz. Belə şeylər
qadına yaraşmaz. Bir də o belə hərəkət eləsə, oğlan onun
barəsində nə kimi fikirlərə düşər? Qız belə dəhşətli şeyi
fikrinə gətirincə gizli utancaqlıqdan od tutub yanır, sıxılırdı,
əzab çəkirdi.
Ancaq Co da baş açmadığı şiddətli istəklərin əlində əsir
olmuşdu, ən çox da Cenevyevanı incitmək istəyirdi, bu arzu
ona tam hakim kəsilmişdi. Oğlan xeyli müddətdən sonra
nəhayət, bicliklə rəfiqəsinin belindən qucaqlamaq ixtiyarını
qazananda, istəyirdi ki, qızı elə bərk-bərk qucaqlasın ki,
www.vivo-book.com
31
Cenevyeva ağrıdan qışqırsın, özünü çətinliklə bu işdən
çəkindirdi. Başqasına əzab vermək Coyun adəti deyildi,
hətta rinqdə belə o bu məqsədlə zərbələr endirmirdi, orda
oyun iştirakçısı idi, ondan bir şey tələb olunurdu ki, rəqibi
yıxsın, on saniyə ərzində yerindən qalxa bilməsin. Co heç
vaxt ağrı törətmək üçün dalaşmırdı. Düzdür, məqsədə
çatmaq üçün bu vacib idi, ancaq məqsəd başqa idi. Ancaq
burda sevgilisi ilə yanaşı oturanda Co onu ağrıtmaq
istəyirdi. Niyə o iki barmağı ilə qızın biləyindən yapışanda
Cenevyevanın qolunu elə sıxmaq istəyirdi ki, sümükləri
şıqqıldasın? Oğlan bunu başa düşə bilmirdi, əzab çəkirdi ki,
ürəyinin ən dərin guşəsində indiyəcən bələd olmadığı belə
amansız instinktlər varmış.
Bir dəfə Co qız ilə xudahafizləşəndə onu qucaqladı,
bərk-bərk köksünə sıxdı. Qorxan və narazı Cenevyevanın
qışqırığı oğlanı özünə gətirdi, o əllərini çəkdi, o çox utandı,
utanmasına baxmayaraq, onu titrətmə tutdu, nədənsə özünü
xoşbəxt saydı. Cenevyeva da bu halları keçirirdi. Co
qüvvətli əlləri ilə onu qucaqlayanda hər şeydən əvvəl fiziki
ağrı hiss etdi, ancaq bu ağrı ona ləzzət verdi, qız yenə
Dostları ilə paylaş: |