www.vivo-book.com
32
peşmançılıq çəkdi, o bilirdi ki, günah işləyib, ancaq nədə
günah işlədiyini, özünü niyə günahkar saydığını bilmirdi.
Onların tanışlığının lap ilk günlərində, lap bir azdan
sonra qoca Silverstayn Coyu qənnadı dükanında görüb
gözləri kəlləsinə çıxdı. Gənc çıxıb gedəndən sonra missis
Silverstaynın analıq hissləri cuşa gəldi. Ümumiyyətlə,
boksçuların, xüsusilə Co Fleminqin ünvanına lənətlər
yağdırdı. Silverstayn ha çalışırdı ki, hirslənmiş arvadını
sakitləşdirsin, axı o ancaq qəzəbini yağdıra bilirdi, analıq
hisslərinin hamısını yaşasa da, analıq hüququ yox idi.
Qoca yəhudi qadınının ağzından çıxan söyüşdən özünü
itirən Cenevyeva qarının yağdırdığı ittihamlara, lənətlərə
fikir vermirdi, o bir şeyi başa düşdü, bu xəbər onu mat
qoydu: onun sevgilisi sən demə, adlı-sanlı boksçu Co
Fleminq imiş. Bu iyrənc idi, ağlı bunu heç cürə qəbul
etmirdi, qız bu göydəndüşmə xəbərə heç cür inanmaq
istəmirdi! Onun aydın baxışlı, çəhrayı yanaqlı Coyu hər nəçi
desən olardı, ancaq boksçu olmazdı. Qız heç vaxt boksçu
görməmişdi. Onun təsəvvüründə Co ilə onların arasında heç
bir oxşarlıq ola bilməzdi. Cenevyeva həmişə belə fikirləşirdi
www.vivo-book.com
33
ki, boksçu pələng gözlü, meymun kimi ensiz alınlı kobud
heyvandır. Sözsüz ki, o, Co Fleminq haqda çox şey
eşitmişdi, çünki Uest-Oklenddə onu kim tanımır ki? Ancaq
qızın ağlına belə gəlmirdi ki, bu onun Coyudur.
Cenevyeva ilk dəhşətli zərbədən sonra özünə gələndə
missis Silverstaynın: “Özünə yaxşı tay-tuş tapmısan, peşəkar
boksçu!” sözünü eşitdi. Sonra ər-arvad Silverstaynların
mübahisələri düşdü: ər dedi ki, Co yaxşı ad-san qazanıb,
arvadı ona etiraz edib dedi ki, ad-san cürbəcür olur – yaxşısı
da olur, pisi də.
Silverstayn oturub-durub deyirdi:
– Co yaxşı oğlandır, yaxşı qazancı var, pulunu da
havayı xərcləmir.
Missis Silverstayn qışqırırdı:
– Nə baş-beynimi aparırsan? Sən məgər çox bilirsən?
Sussaydın, daha yaxşı olardı. Özün pulunu bu vücudu bir
qəpiyə dəyməyən boksçulara xərcləyirsən! Hardan bilirsən
ki, o necədir? De görüm, hardan?
Qoca inadla:
– Bilirəm! – deyib dururdu.
www.vivo-book.com
34
Cenevyeva ilk dəfə görürdü ki, kişi arvadı hay-həşir
salanda ona etiraz etməyə cəsarət edirdi. Onun atası öləndə
Co Xensenin anbarında işə girdi. Ailədə isə Codan başqa altı
uşaq var di. Oğlan onlar üçün atanı əvəz etdi. O, gecə-
gündüz işlədi. Onlar üçün çörək, ət aldı, mənzil kirələrini
verdi. Hər şənbə evə altı dollar gətirdi, sonra Xensen ona on
iki dollar verdi. Co siz bilən nə etdi? Qazancının hamısını
evə gətirib anasına verdi. Gecə-gündüz işlədi. Xensen ona
iyirmi dollar verdi. Co nə etdi? Pulu evə gətirdi. Balaca
qardaş və bacıları məktəbdən qalmadı, yaxşı geyinib-
kecindilər, ət və çörək yedilər, anası da ehtiyac nə olduğunu
bilmədi, gözləri sevincdən alışıb-yandı, arvad oğlu Co ilə
fəxr etdi, çünki o yaxşı oğlan idi.
Görün Co nə gözəldir, necə bədən quruluşu var! Ah,
Allah! O öküzdən qüvvətli, pələngdən çevikdir. Başı yaxşı
işləyir, gözləri itidir, hər şeyi görür, tez baxıb gözünü çəkir.
O, Xensenin anbarındakı, sonradan isə mağazadakı
oğlanlarla güləşirdi. Sonradan isə klubda güləşib Spayderi
bir göz qırpımında məğlub etdi. Beş dollar mükafat aldı. Siz
bilən o pulu nə etdi? Evə gətirib anasına verdi.
www.vivo-book.com
35
O, tez-tez klublarda çıxış etməyə başladı, bütün
mükafatları – on dollar, əlli dollar, yüz dollar aldı... Siz bilən
nə etdi? Xensenin yanında daha işləmədi. Yox. Yoldaşları
ilə eyş-işrətə qurşandı? Xeyr a! O yaxşı oğlan idi: həmişəki
kimi işlədi, axşamlar isə klubda boksla məşğul oldu. Görün
mənə nə dedi: “Silverstayn, niyə mən kirə haqqı verim?”
Mən ona nə dedim, bunu bir mən bilirəm, bir o, oğlan gedib
anası üçün qəşəng ev aldı. Xensenin anbarında gecə-gündüz
tər tökdü, axşamlar klubda çıxış etdi ki, evin pulunu versin.
Bacıları üçün royal aldı, xalça alıb divarlara vurdu, şəkillər
vurdu. Bir şey də əlavə edim ki, o namuslu boksçudur,
özündən mərc gəlir. Bu yaxşı əlamətdir, madam ki, boksçu
özündən mərc gəlir, bax, onda onun üçün mərc gəlmək
olar...
Bu vaxt missis Silverstayn dəhşətdən, hər cür ehtiraslı
oyundan zəhləsi getdiyindən inildədi, əri isə başa düşdü ki,
öz natiqlik qabiliyyəti ilə eyiblərinin üstünü açmışdır,
qəzəblənmiş arvadını and-amanla inandırmağa çalışdı ki,
udub.
Kişi danışığına yekun vurdu:
www.vivo-book.com
36
– Buna görə Co Fleminqə borcluyam. Mən həmişə
ondan mərc gəlirəm, həmişə də uduram.
Ancaq Cenevyeva ilə Coyu təbiət bir-biri üçün
yaratmışdı. Heç nə, bu dəhşətli xəbər belə, onları bir-
birindən ayıra bilməzdi. Cenevyeva nahaq yerə çalışdı ki,
Coya qarşı qəlbində nifrət oyatsın. Qız onunla yox, özü öz
məhəbbəti ilə mübarizə aparırdı. Bir şey ona qəribə
görünürdü, o Coya bəraət verən minlərlə səbəblər tapır,
oğlan əvvəlki kimi ona əzizdir, qız da əsl qadın kimi onun
həyatına daxil olmaqla onun həyatını istədiyi istiqamətə
yönəltməyi qərara aldı. Onların gələcək birgə həyatı qıza şən
görünürdü. Qız ilk parlaq qələbə qazanmağa çalışdı. Co onu
xahişlərinə güzəştə gedib boksdan əl çəkəcəyini vəd etdi.
Co isə əsl kişi, eşq mübtəlası kimi arzusunda olduğu
qiymətsiz,
valehedici
sevgilisinə
yiyələnmək
üçün
Cenevyevanın xahişləri qarşısında duruş gətirmədi. Co buna
baxmayaraq qıza söz verəndə qeyri-müəyyən şəkildə
ürəyinin ən dərin guşəsində hiss edirdi ki, oyundan tamam
üz döndərə bilməz; nə vaxtsa, hardasa o hökmən oyuna
qayıdacaq. Anası, qardaşları, bacıları, onların saysız-
Dostları ilə paylaş: |