www.vivo-book.com
67
üstə güclə dayanırdı. Ponta onu burazlara tərəf sıxışdırırdı,
daha geri çəkiləsi yer yox idi, Ponta nəfəsini dərmək üçün
bir az dayandı, sol yumruğu ilə hücum etdi, var gücü ilə sağ
yumruğunu endirdi. Ancaq Co klinçə daxil oldu, bu da onu
xilas etdi.
Ponta insafsızcasına əl-qol atır, istəyirdi ki, məğlub
edilmiş saydığı düşməninin – rəqibinin nəfəsini kəssin,
ancaq Co ondan möhkəm yapışmışdı, ondan əl çəkmirdi,
Pontanın əl-qolu sərbəst olan kimi Co təzədən onu
qucaqlayırdı. Hakimin əmri eşidildi:
– Aralaşın!
Co rəqibini əvvəlkindən bərk qucaqlayırdı.
Ponta boğula-boğula hakimə qışqırdı:
– Onu məcbur edin! Siz onu niyə məndən
uzaqlaşdırmırsınız?!
Hakim təzədən rəqiblərə aralaşmağı əmr etdi. Ancaq
Co əmrə qulaq asmadı, bilirdi ki, bununla qaydanı pozmur.
Hər an ötdükcə onun qüvvəsi bərpa olunur, başı ayazıyırdı,
gözünün qabağından sanki duman çəkilirdi. Raund təzəcə
www.vivo-book.com
68
başlanmışdı, o gərək nə vəchlə olur-olsun, indiki bu üç
dəqiqəni davam gətirəydi.
Hakim bir əli ilə Coyun, o biri əli ilə Pontanın
çiyinlərindən yapışıb, zorla onların arasına girdi, onları
güclə aralaşdırdı; vəhşi heyvan ovunun üstünə atılan kimi
aralaşan Ponta Coyun üstünə atıldı. Ancaq Co üz-gözünü
örtdü, hücumu dəf edib təzədən klinçə daxil oldu. Yenə
Ponta əl-qol atmaq istəyirdi, Co yenə ona imkan vermirdi,
hakim də onları aralaşdırdı, Co yenə zərbədən can qurtarıb
klinçə daxil oldu.
Cenevyeva başa düşürdü ki, nə qədər ki Co klinçdədir,
o təhlükədən uzaqdır. Bəs hakim onları niyə aralaşdırır. Bu
insanlıqdan uzaqdır. Eddi Cons “Aralaşın!” komandasını
verəndə qız onun girdə, mehriban sifətinə baxırdı, stulun
üstündən ayağa qalxıb yumruqlarını elə həyəcanla sıxırdı ki,
dırnaqları ovcunun içinə möhkəm batırdı. Bütün raund vaxtı,
usandırıcı bu üç dəqiqədə rəqiblərin işi-peşəsi bir-birindən
möhkəm yapışmaq idi. Hakimin komandası ilə onlar
aralaşırdılar. Pontaya heç cürə sonuncu, həlledici zərbəni
endirmək mümkün olmadı. Ponta açıq-aydın qüvvədən
www.vivo-book.com
69
düşmüş, demək olar ki, məğlub edilən rəqibi qarşısında
gücsüzlüyünü hiss edirdi. Təkcə bir, lap bir zərbə bəsidir,
Ponta da onu vura bilmir! Conun təcrübəliliyi və
soyuqqanlılığı onu məğlubiyyətdən qurtardı. Ayaq üstə
güclə dayanan, beyni dumanlanan Co var gücü ilə
rəqibindən yapışır, təzədən özünə gəlincə onun yaxasından
əl çəkmirdi. Azğınlaşan Ponta Coyu qaldırıb yerə çırpmağa
cəhd edəndə salondan Silverstaynın cır səsi eşidildi:
– Onu gör dişləyə bilərsən?
Salona elə sakitlik çökmüşdü ki, bu istehzalı sözləri
hamı eşitdi. Bu sözlər gərginliyi azaltdı, öz sevimli
boksçuları üçün həyəcanlanan tamaşaçılar gülməkdən
uğunub getdilər. Bərkdən, ara vermədən, əsəbi cingiltilərlə
qəhqəhə çəkib gülürdülər. Silvestaynın zarafatı Cenevyevanı
belə güldürdü, onun Co üçün qorxusu bir qədər azaldı, qız
haldan düşdüyünü, ürəyi bulandığını hiss elədi, rinqdəki
hadisələr onun canına üşütmə salmışdı.
Salondan səslər gəlirdi:
www.vivo-book.com
70
– Dişlə onu! Dişlə. Qulağını gəmir! Eşidirsən, Ponta.
Yoxsa öhdəsindən gələ bilməzsən! Ye onu! Ye! Nəyi
gözləyirsən!
Bu sel kimi axan istehzalardan Ponta özünü lap itirdi.
Onun qəzəbi artdıqca, pis vuruşurdu. O fısıldayır, içini çəkir,
qüvvəsini havayı yerə sərf edirdi, özünü heç cürə ələ ala
bilmirdi, ağılla hərəkət etmirdi, o dəhşətli zərbələrlə bütün
bunların əvəzini çıxmaq istəyirdi. O daha heç fikirləşə
bilmir, rəqibinin hökmən axırına çıxmaq istəyirdi, klinç
vaxtı Coyu əlinə siçovul düşmüş teryer kimi silkələyir, var
gücü ilə əl-qolunu boşaltmağa çalışırdı. Co isə bu ara özünü
itirmədən
ondan
bərk
yapışıb buraxmırdı. Hakim
fədakarlıqla doğrudan onları aralaşdırmağa çalışırdı. Bu
asan deyildi: üz-gözündən tər sel kimi axırdı. Hakim var
qüvvəsini sərf edirdi ki, rəqibləri ayırsın, hakim onları
aralaşdıran kimi Co təzədən klinç olur, hər şeyi təzədən
başlamaq lazım gəlirdi. Ponta ha çalışırdı ki, Conun qüvvətli
caynaqlarından can qurtarsın. O, rəqibindən uzaqda dayana
bilmirdi, zərbə endirmək üçün gərək Coya yaxınlaşaydı. Hər
www.vivo-book.com
71
dəfə Co onun planlarını alt-üst edir, klinçin mühasirəsinə
salırdı.
Balaca tualet otağında divardakı gözcüyün qarşısında
büzüşüb oturmuş Cenevyevanın da ümidləri özünü
doğrultmadı. Bu rəhmsiz, ölümcül vuruşda marağı olan şəxs
idi. Çünki rəqiblərdən biri onun sevgilisi, onun Coyu idi.
Tamaşaçılar üçün hər şey aydındır, onlar hər şeydən baş
çıxarırlar, o isə yox. Oyunun sirləri onun üçün açılmadı.
Cenevyeva bu möcüzələrdən baş aça bilmədi. Əksinə, Oyun
onun üçün daha anlaşılmaz oldu. Niyə bu adamları öz
cazibəsi altına alır. Co bu kobud, gərginlikdən qabaran
əzələlərdə, bu amansız çarpışmalarda, möhkəm ağrı verən
dəlicəsinə zərbələrdə nə görüb. Yəni bu, qızın onun üçün
yaratmaq istədiyi rahatlıq, firavanlıq, ürəkaçan sakit
sevincdən üstün oldu?! Oğlanın qəlbini, düşüncəsini ələ
almaq üçün o, oyundan daha səxavətlidir, daha qiymətli
hədiyyələr bəxş edir, ancaq oğlanı onların ikisi də cəzb edir,
qızı bağrına basır, özü qıza baxmır, gizli məlahətli
Cenevyevaya aydın olmayan adamın, yoldan çıxaranın
çağırışına qulaq asır.
Dostları ilə paylaş: |