ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə4/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   2   3   4   5   6   7   8   9   ...   15

Oksigenlə (O2) zəngin suyun faydaları. Orqanizmə daha çox oksigenin daxil olmasını təmin edir, qandakı oksigen miqdarını artırır, zərərli mikroorqanizmlərin məhv edilməsinə yardım edir, immun sistemini gücləndirir, qaraciyərin detoksifikasiya gücünü artırır, qan təzyiqini salır, yorğunluğun azalmasını sürətləndirir, kişilərdə cinsi funksiyaları tənzimləyir, metabolizmdə iştirak edir, enerji verir, diqqəti artırır, çəkini azaldır, qocalmanın qarşısını alır.

Şəhər şəbəkə sularını saflaşdırdıqdan sonra dezinfeksiya etmək üçün suya xlor qatılır və buna görə də kran suyunun oksigen miqdarı, demək olar ki, sıfra bərabər olur. Bu xüsusiyyətinə görə də kran suyuna «cansız su» deyirlər. Şəhər şəbəkə suyu, adətən, xlor iyi verir, dadı da xoşagəlməzdir, antioksidant xüsusiyyəti və oksigeni yoxdur. Şəhər şəbəkə suları orqanizmin üçdə ikisinə təsir göstərir. Eyni zamanda içməklə yanaşı, yemək bişirmə, duş qəbul etmə və diş fırçalama ilə də «cansız su» orqanizmə təsir edir. Amma enerjisi yüksək, yaddaşı təmiz, oksigenlə zəngin su içmək orqanizmi zəhərli maddələrdən təmizləyir.



Alüminium (Al). Çox olması suyun rəngini pozaraq bulanıq və maviyə çalar bir rəng verir. Suda alüminiumun çox olması böyrəklərdə xəstəliyə səbəb olur. Altsheymer xəstəliyinə səbəb olduğuna dair iddialar da mövcuddur. Alüminiumun çoxluğu su massivlərində həddən çox alüminium-sulfatdan istifadə olunmasından, istehsalat tullantılarının yaratdığı natəmizlikdən, ya da torpağın quruluşundan qaynaqlana bilir. Alüminiumun miqdarı 0,1 mq/l-i keçərsə, sudakı dəmirlə birləşərək, arzuolunmaz rəng verir. TS 266 Rev, AƏMQA, DST, Avropa Birliyi və Səhiyyə Nazirliyi alüminium üçün 0,2 mq/l limit müəyyənləşdirmişdir.

Ammonyak (NH3). Ammonium suya azotlu üzvi birləşmələrin parçalanması ilə daxil olur. Mikrobioloji aktivləşmə nəticəsində meydana gəlir və mikrobioloji çirklənmənin kimyəvi əlamətlərindən hesab olunur. Məişətdəki tullantı sularında təxminən 10-20 mq/l ammonium və üzvi amin birləşmələri mövcuddur. Azotlu üzvi birləşmələr suda parçalanaraq ammonyak əmələ gətirir. Üzvi maddələrin parçalanması ilə əmələ gələn ammonyakın mövcudluğu xüsusilə, tullantı və başqa maddələrin suya qarışdığını göstərir.

Dərin quyularda və təmizliyi təsdiq olunmuş torpaq qatlarındakı suların 1 litrində 0,01 mq-a qədər ammonyaka rast gəlinir. Buradakı ammonyak bitki mənşəli olub, heyvan və ya insan mənşəli ammonyak qədər təhlükəli deyildir. İçməli və istifadə olunmalı sularda ammonyak olmamalıdır. Ammonyakın qismən oksidləşməsi ilə əmələ gələn nitritlərin suda mövcudluğu tullantıların sulara qarışmasının göstəricisidir. TS 266 Rev, AƏMQA, Səhiyyə Nazirliyi və Avropa Birliyi qurumlarına görə, ammonyakın maksimal limiti 0,5 mq/l-dir.



Arsen (As). Arsen təbii suda nadir hallarda aşkar edilir. Bunun səbəbi mineralların həll olunmasında, istehsalat tullantılarında və həşəratlara qarşı dərmanların hazırlanmasında istifadə olunan maddələrin suya qarışmasıdır. Arsenin suyun tərkibində cüzi, yəni 0,05 mq/l olması sağlamlığa zərərli təsir göstərməsə də, bu suları içən adamların saçları üzərində aparılan tədqiqatlarda arsen aşkar edilmişdir. Bu maddə suya zəlzələ nəticəsində, sobalardan, şüşə və elektron alətlərin istehsalından və ya əkin sahələri üçün nəzərdə tutulmuş dərmanların istifadə olunduğu meyvə bağlarından keçir.

Arsen kəskin təsir göstərməyən, lakin çox kiçik dozalarda uzun müddət bədəndə yığılaraq narahatlıq yaradan ağır metallardandır. Xroniki olaraq davam etməsi arzuolunmaz nəticələr doğura bilər. Orqanizmində yüksək dozada arsen müəyyən edilmiş insanların bədənlərində yaralara da rast gəlmək mümkündür. Bundan başqa, dəri, ağciyər, sidik kisəsi və böyrək xərçənginə səbəb olduğu təsdiq edilmişdir. Ümumilikdə dəri problemlərinə və sinir sistemi zədələnmələrinə səbəb olur. Buna görə də DST, AƏMQA, TSE, Avropa Birliyi və Səhiyyə Nazirliyi kimi qurumlar insanların istifadəsi üçün nəzərdə tutulmuş sularda arsenin yol verilən miqdarını maksimum 0,01 mq/l müəyyənləşdirmişlər.



Arsenin ətraf mühitə yayılmasının əsas yollarından biri sudur. Su vasitəsilə ekoloji sistemə yayılan arsen canlıların orqanizmində toplanır. Ümumiyyətlə, gündəlik 0,200 mq/kq arsen qəbul edilməlidir. İstehsalat tullantılarının təmizlənmədən ətraf mühitə atılması insanın sağlamlığında ciddi problemlərə yol açır. Kərkükdə mis-asetoarsenit istehsal edən bir fabrikin yaxınlığında yaşayan 17 ailənin 53 üzvündə (67%) arsenlə çirklənmiş sudan istifadə nəticəsində xroniki arsen zəhərlənməsi meydana gəlmiş, aparılan incələmələrdə yerin səthinə çıxan quyu sularındakı arseniumun səviyyəsinin 5-58 mq/l (ppm) arasında olduğu isbat edilmişdir.

Sink (Zn). Sink, ümumiyyətlə, suya qalvanizasiyalı borulardan keçir. Normal insan gündə qidalarla birlikdə 12 mq sink qəbul edir. Bir sıra qidalarda həddindən çox olan sink immunitet sistemində açar rolunu oynayır, gümrahlıq yaradır, məhsuldarlığı artırır. İmmun sisteminin normal işləyə bilməsi üçün bədəndə sinkin bol miqdarda olması vacibdirsə də, 1 litr suda 15 mq-dan çox sink qəbizliyə səbəb olur. Suda sinkin miqdarının çox olması korroziyanı gücləndirir. TSE və Səhiyyə Nazirliyi bununla bağlı hər hansı məhdudlaşdırma irəli sürməmişdir. AƏMQA isə sink üçün 5 mq/l limit dəyər müəyyənləşdirmişdir.

Diqqət! Hər kəsin öz orqanizminə uyğun mineral su içməsi sayəsində infarkt riski azala bilər.
Cədvəl 3.1. Yaşa görə sinkə olan tələbat

Yaş

mq/gün

0-12 aylar

3-5

1-10 yaş

10

11 yaşdan böyük

15

Hamilə qadın

20-25

Süd verən qadın

25-30


Dəmir (Fe). Təbiətdə çox olmasına baxmayaraq, təbii suların tərkibində az olur. Tərkibində çoxlu miqdarda dəmir olan suların hava ilə təmasda olduğu zaman görünüşü və dadı dəyişir. Dəmir bədəndəki bir çox orqan üçün zərərlidir, xüsusilə beyin sinirlərində ciddi xəsarətlərə səbəb olur. Uşaqlarda dəmirin çox olması əqli gerilik, öyrənmə problemləri, böyümənin ləngiməsi, hiperaktivlik, antisosiallıq və duyma pozğunluqları əmələ gətirir. Yeniyetmələrdə isə əzələ və oynaq ağrıları, həzm pozuntuları, hafizə və diqqəti cəmləmə problemləri, yüksək təzyiq və baş ağrısı kimi problemlərlə özünü göstərir. TSE, Səhiyyə Nazirliyi və Avropa Birliyi dəmir üçün maksimum 0,2 mq/l limit müəyyənləşdirmişdir. AƏMQA bu limiti 0,2 mq/l olaraq qəbul etmişdir. Dəmirin miqdarının çox olması suda açıq sarı rəngdən qırmızıya qədər arzuolunmaz rənglərə səbəb olur.

Flüor (F). Flüor bədənə az miqdarda lazım olan bir elementdir. Yeniyetmə orqanizmin bu maddəyə təxminən 2,6 q ehtiyacı var və dişlərin sağlamlığı üçün gündəlik ehtiyac yalnız bir neçə mq-dir. Bədəndə olan flüorun təxminən 95%-i sümük və dişlərdə toplanmışdır. Bununla yanaşı, diş çürükləri kimi xroniki xəstəliklərin qarşısının alınmasında önəmli rolu olduğundan, orqanizm üçün vacib bir elementin olduğu nəzərə alınmalıdır. Suda həddindən çox flüorun olması sümük və dişlərin sağlamlığı üçün zərərli olduğu kimi, az olması da dişlərin sağlamlığına mənfi təsir göstərir. Suyun 1 litrində 1 mq-a qədər flüorun olması dişlərin sağlamlığı üçün vacibdir. Əgər suyun 1 litrindəki flüorun miqdarı 1,5 mq-dan çox olarsa, dişlərdə ləkələr meydana gəlir, estetik görünüşü pozulur, lakin çürümə olmur. Flüorun çox olması orqanizmin zəhərlənməsinə səbəb olur.

Diqqət! Aparılan ən son araşdırmalar göstərir ki, qandakı hər hemoqlobin molekulunda olan oksigen (O2) molekulunu hüceyrəyə daşımaq üçün 40 ədəd su molekuluna ehtiyac duyulur.

Qidalardan alınan gündəlik flüorun miqdarı, demək olar ki, sabitdir və təxminən 0,4 mq-dir. Buna görə də su vasitəsilə qəbul olunan flüorun miqdarı çox vacibdir. Flüorun miqdarının az olmasını nəzərə alaraq bəzi ölkələrdə sulara flüor əlavə edilir. DST, TS 266 Rev, Avropa Birliyi və Səhiyyə Nazirliyi maksimum limiti 1,5 mq/l olaraq müəyyən etmişdir. AƏMQA isə bunu 0,7 ilə 2,4 mq/l arasında dəyişə biləcəyini bildirmişdir.



Kalsium (Ca). Bədənimizin ağırlığının cəmi 4%-ni təşkil edən mineralların 75%-i kalsium və fosfordan əmələ gəlir. Bədənimizdəki kalsiumun 99%-i sümük toxumasında və dişlərdə, təxminən 1%-i isə qan dövranında və yumşaq toxumalarda toplanmışdır. Yeniyetmə bir gəncin bədənində 1000-2000 q-a qədər kalsium mövcuddur. Kalsiumun bədəndəki öhdəlikləri arasında sümüklərin və dişlərin möhkəmlənməsi, əzələlərin yığılması və açılması, ürək döyüntülərinin, qanın laxtalanma mexanizminin, sinir ötürücüsünün və müxtəlif hormon və fermentlərin ifrazının tarazlaşdırılması xüsusi yer tutur. Gündəlik kalsium tələbatının 15%-i bədənimizin yuxarıda sadaladığımız işləri görməsi üçün vacibdir. Müntəzəm kalsium qəbul etmək qandakı xolesterol və LDL (az miqdarda lipozülal) səviyyələrini də normallaşdırmağa yardım edir. Eyni zamanda qan təzyiqinin tarazlaşdırılmasında, bədənin virus və bakteriyalara qarşı müqavimətinin artmasında və hətta xərçəngin yaranmasının qarşısının alınmasında da kalsiumun rolu böyükdür. Körpələrdə və uşaqlarda kalsiumun bədəndən sorulması 60%-i təşkil edirsə, yeniyetməlik dövründə bu rəqəm 34%-i, gənclik çağlarında isə 25-30%-ə çatır. Kalsium sümük və dişlərin sağlamlığı baxımından çox vacib bir elementdir. Sümük yumşalmasının qarşısının alınmasına yardım edir. Eyni zamanda qan təzyiqi, qan laxtalanması, əzələlərin böyüməsi, əsəbilik və xərçəng kimi xəstəliklərdə orqanizmə yardım edir, enerji verməyə və yağların parçalanmasına köməklik göstərir və erkən ürək xəstəlikləri riskini azaldır. Kalsium və maqnezium bir-birlərini tamamlayaraq mükəmməl işləyirlər. Kalsium əzələləri yığarkən, maqnezium rahatlaşdırır. Orqanizmdə çatışmazlığı isə oynaq ağrılarına, dırnağın qırılmasına, depressiyaya, xəyal görməyə, yüksək qan xolesteroluna, ürək döyüntüsünə, yüksək təzyiqə, hiperaktivliyə, eqzemaya, yuxusuzluğa, əzələ qıcolmalarına, əsəbiliyə, rəngin solğunluğuna, oynaq revmatizminə, raxitizmə və diş çürüməsinə səbəb olur.

Bir insan gündəlik təxminən 1000 mq kalsium və maqnezium qəbul etməlidir. Əgər içdiyimiz suyun 1 litrində 100 mq kalsium varsa, onda lazım olan kalsiumun 10%-ni qəbul etmiş oluruq.

AƏMQA, DST, TS 266 Rev, Avropa Birliyi qurumları orqanizmə qəbul olunan kalsium üçün hər hansı bir hədd müəyyən etmədikləri halda, Türkiyənin Səhiyyə Nazirliyi içməli suda olan kalsiumun miqdarını maksimum 100 mq/l müəyyən etmişdir. Tibbdə uşaqlarda kalsium çatışmazlığı raxitizm, yeniyetmələrdə isə osteomializasiya (sümük yumşalması) adlanır. Sümük inkişafı və quruluşu üzərindəki təsirinə görə, xüsusilə, körpələrdə və uşaqlarda kifayət qədər kalsium qəbul edilməsinə diqqət yetirilməlidir. Kalsiumu müxtəlif qidalardan sağlam şəkildə qəbul edə bilərik. Məsələn, fındıq (209 mq/100 q), süd (120 mq/100 q), motal pendiri (700 mq/100 q) və təzə lobya (55 mq/100 q) kalsium baxımından zəngindir.

Xlor (Cl). Yer üzündə ən çox rast gəlinən elementdir. Başda dəniz suları olmaqla, bütün təbii suların tərkibində xlor mövcuddur. Suda ən çox yer tutan ionlardan biri olan xlor insanın bədənində də ən çox rast gəlinən elementlərdəndir və xüsusilə hüceyrə plazmasında və hüceyrələrarası mayedə yerləşən bir elektrolit olaraq suyun təzyiqinin yaranmasını tənzimləyir. Xlor suya, əsasən, iki yolla qarışır: torpaqdan və tullantı sularından.

Torpaqdan qarışan xlorun sağlamlığa heç bir mənfi təsiri yoxdur. Sularda ən çox torpaq mənşəli natrium, kalium, litium kimi qələvilərlə yanaşı, kalsium, maqnezium və xlor ionlarına da rast gəlinir. Tamamilə xlorsuz su dadsız və keyfiyyətsizdir. Bu suyu içərkən boğazda quruluq yaratdığı kimi, susuzluğu da yatırtmır. Deməli, içməli sularda az miqdarda xlor olmalıdır.

Suda 1 mq/l-dən bir neçə min mq/l-ə qədər xlor ionlarına rast gəlinir. Təbii dadlı suların içərisində 10-100 mq/l həddində xlor var. Dəniz suyunda bu göstərici 16 q/l-dir. İçməli sularda 25-30 mq/l xlorun olması normaldır, tərkibində 50 mq/l-dən çox duzu olan suların dadı olmur və içilməsi də çətindir. Buna baxmayaraq TSE, DST, AƏMQA, Səhiyyə Nazirliyi və Avropa Birliyi xlor üçün maksimum limiti 250 mq/l qədər müəyyən etmişdir.

Anbardan gələn və şəbəkəyə verilən suda xlorun miqdarı standarta görə 0,3 mq/l-dən çox olmalıdır. Lakin hal-hazırda bu hədd 20-50 mq/l-dir. Xlorun az miqdarda olması həyat üçün təhlükəlidir. Xlor natrium ilə hüceyrələrarası mayedə yerləşir və bədənin ağırlığının təxminən 0,15%-ni təşkil edir. Natrium və kaliumla birlikdə xlor bədəndəki bütün mayelərin pH-ın düzgün paylanmasını və sağlam sinir və əzələ funksiyasını təşkil edir. Müstəqil şəkildə xlor həzmdə və ifrazatın xaric edilməsində iştirak edir. Xlor qidaları həzm etməkdə ən önəmli mayelərdən olan hidroxlorid turşusunun əsas tərkib hissəsidir. Xlorun orqanizmdə çatışmazlığı nəticəsində həddən artıq tərləmə, qusma və ya ishal halları yaranır. Xlorun səviyyəsinin aşağı olması bədəndəki mayelərin qələviləşməsinə, dehidratasiyasına və sidikdə kaliumun azlığına səbəb olur.



Karbondioksid (CO2). Karbondioksid (karbon qazı), demək olar ki, suda çox az miqdarda mövcuddur. Bunun sağlamlığa heç bir zərəri yoxdur, lakin suyun dadına təsir edir. Suyu isitmək və buxarlandırmaq dadını dəyişir. Ümumiyyətlə, karbondioksidin miqdarının mümkün qədər az olması arzuolunandır. Əks halda suda bəzi maddələrin fermentləşməsi nəticəsində qoxu yaranır. Suyun 1 litrində 5 mq karbondioksid qəbul edilməsinə icazə verilir. Karbondioksid ən çox torpağın dərinliklərindən əldə edilən qazlı mədən sularında rast gəlinir. Suyun 1 litrində CO2-nin miqdarı təxminən 2-3 mq-dir. Bunun qoxu və fermentləşmə ilə heç bir əlaqəsi yoxdur. Çox miqdarda karbondioksidin olması suyun pH səviyyəsinin azalmasına səbəb olur və çox turşuluq yaradır. Belə sular korroziya (paslandırıcı) xüsusiyyəti daşıdıqlarından boruları və saxlandıqları qabları paslandırırlar. Tərkibində qurğuşun, mis, sink kimi maddələr mövcud olan mineral suların tətbiqi zəhərlənmələrə səbəb olur.
3.4. Suyun codluğu
Suyun codluğunun onun tərkibində olan kalsiumun miqdarı ilə ölçülməsi qəbul edilmişdir. Buna baxmayaraq, codluq dərəcəsi sudakı kalsium və maqnezium duzlarının olmasından irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda olan kalsium və maqnezium suyun tərkibində hidrokarbonat, sulfat və xlor duzları və ayrıca az miqdarda nitrat duzları halında olur. Xüsusilə, kalsium hidrokarbonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli rol oynayır. İstilik artımı bəzi duzların tərkibində olan kalsium-hidroksidin və dəmir sulfatın həll olunma qabiliyyətini azaldır. Digər həll olunmuş maddələrin qarışıqları da buna təsir göstərir. Suyun tərkibində ən çox kalsium, maqnezium, sulfat və xlor duzlarına rast gəlinir.
3.5. Üzvi və qeyri-üzvi maddələr
Ümumilikdə üzvi maddələr sulara bitkilərlə, insan və heyvan qalıqları ilə qarışa bilir. Bitki mənşəli üzvi maddələr zərərli olmadıqlarından, o qədər də əhəmiyyətli deyillər. Gigiyenik baxımdan təhlükəli olan üzvi maddələr insan və heyvan qalıqlarından suya keçənlər sayılır. Xüsusilə kanalizasiya, tövlə, axur, hin kimi yerlərdən üzvi maddələrin suya qarışması zərərlidir. Bu kimi sularda olan üzvi maddələrin miqdarı onları oksidləşdirmək üçün sərf olunan oksigenin miqdarı ilə müəyyənləşdirilir. Həll olunmuş üzvi maddələr karbonun, hidrogen və oksigen, həmçinin fosfor, azot, kükürd kimi elementlərlə əmələ gətirdiyi birləşmələrdir.

Manqan (Mn). Suda olan manqan, demək olar ki, dəmirdə olduğu kimi zərərə səbəb olur. Manqan suda bəzi bakteriyaların çoxalmasına yardım edir və boruların tıxanmasında dəmirdən daha təsirlidir. Suyun içərisində az olmasının heç bir təsiri yoxdur, çox olması isə paltarlarda ləkələr əmələ gətirir. Suyun tərkibində DST manqan üçün maksimal limiti 0,5 mq/l, AƏMQA, TSE, Avropa Birliyi və Səhiyyə Nazirliyi isə maksimum 0,05 mq/l müəyyən-ləşdirmişdir.

Maqnezium (Mq). Yer kürəsinin qabığında ən çox yayılan elementlərdən olan maqnezium suya codluq verən minerallardandır. Maqnezium insan üçün həyati əhəmiyyət daşıyan on bir mineraldan biri olub enerji tələb edən bütün metabolik proseslərin inkişafında əsas rol oynayır. Həzmi asanlaşdırdığı üçün Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da qablaşdırılmış içməli sulardan istifadə olunur. Əgər bu sulardakı mineralların miqdarları təhlil olunarsa, maqnezium miqdarının 2-10 mq/l olduğu üzə çıxar. Bu sularda sadəcə maqnezium deyil, başda kalsium olmaqla, digər minerallar da azdır. İdeal suda təxminən 90 mq/l maqnezium, iki mislindən çox olmayan kalsium və maksimal limiti 10 mq/l-i keçməyən natrium olmalıdır.
Cədvəl 3.2. Maqneziumun təbiətdəki varlığı

Yerin səthi (təxminən 1,94%)

Dəniz suyu (təxminən 0,52%)

Maqnezium-karbonat

Maqnezium-xlorid

Maqnezium-silikat

Maqnezium-bromat

Maqnezium-xlorid

Maqnezium-sulfat

Maqnezium-sulfat



Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə yetkin insanın gündəlik maqnezium ehtiyacı 300 mq-dir. Maqneziuma ehtiyac hamilə qadınlar və süd verən analarda ikiqat çox olur. Orqanizmdə maqnezium çatışmazlığı bir çox xəstəliyə səbəb olur. Bu çatışmazlığın yüksək səviyyəyə çatması isə ölümlə nəticələnə bilir.

Menstruasiya olmazdan əvvəl gərginlik keçirən qadınlar üzərində aparılan araşdırmalar göstərir ki, belə insanlarda müəyyən miqdarda maqnezium çatışmazlığı müşahidə olunur. Onlara maqnezium verilməsi nəticəsində menstruasiya olmazdan əvvəlki gərginlik, baş ağrılarının azalması və davranışlarında dəyişikliklərlə müşahidə edilmişdir. İnsan bədənində təxminən 0,05% maqnezium var. Bu da orta çəkili bir insanın ümumi çəkisinin 35 q-nı təşkil edir.

Maqnezium insan bədənində kalsiumun istifadə olunmasını, ürək funksiyalarını, qan təzyiqini, enerji yaranmasını və istirahət edərək yuxuya getməyə yardım amilini və s. tənzimləyir. Əgər bədəndə maqnezium çatışmazlığı varsa, kalsium əzələləri istila edib qıcolmalara, səyrimələrə gətirib çıxarır. Qidalanma tərtibatında kalsium, maqnezium, natrium və ya kaliumun çatışmazlığı ayaqda qıcolmalara səbəb olur. Tərlədiyimiz zaman bədəndə toplanan bu mineraldan istifadə olunur. Tədqiqatçılar infarkt keçirən insanların qanında və ürək əzələlərində maqnezium çatışmazlığı olduğunu təyin etmişlər. Çatışmazlıq əlamətləri astma, ürək tutmaları, xroniki yorğunluq, yuxusuzluq, əsəbilik, həzm prosesinin ləngiməsi, tənəffüs pozuntuları və sürətli ürək döyüntüləri duyğusudur. Ürək keçməsi zamanı xəstəyə dərhal maqnezium verilməsinin əsas səbəbi insanın yaşamaq şansının təxminən 60% uzanmasıdır. Uşaqlar və yaşlılar üçün, xüsusilə, qış aylarında maqnezium gərəklidir. Miqrenə qarşı maqneziumdan mineral qüvvətləndirici kimi istifadə olunur. Maqnezium beyindəki damarları rahatlandıraraq qan dövranını yaxşılaşdırır.


3.6. Maqnezium çatışmazlığının əlamətləri
Beyinə aid əlamətlər. Artan həssaslıq, yorğunluq, asteniya, depressiya.

Orqanlara aid əlamətlər. Ürək bulanması, qusma, mədə-bağırsaq qıcolmaları, uşaqlıq yığılmaları (menstruasiya sancısı, menstruasiyadan əvvəlki gərginlik).

Ürəyə aid əlamətlər. Aritmiya, döyüntü, sinə ağrısı, ürək dərmanlarına qarşı həssaslığın artması.

Əzələlərə aid əlamətlər. Titrəmə, əzələlərdə gücün azalması, əzələlərdə ara-sıra yığılmalar.

Gündəlik həyatda şikayət edilən bir çox narahatlıqlar və bir-birindən fərqli bir çox xəstəliklər bədəndə maqnezium çatışmazlığından irəli gəlir. Bugünkü şərtlərlə bu çatışmazlığı təbii yollarla həll etmək getdikcə çətinləşir. Bədənə lazım olan maqneziumun gündəlik qida və su ilə ödənilməsinin vacib olmasına baxmayaraq, kənd təsərrüfatında herbisidlərdən istifadənin artması, getdikcə artan ayaqüstü qidalanma vərdişi və içməli su kimi cod sulara üstünlük verilməsi qəbul olunan maqnezium miqdarının gedərək azalmasına və təhlükəli həddə çatmasına səbəb olur.

ABŞ-da aparılan bir araşdırma göstərir ki, 1940-1994-cü illərdə 32 milyon adam maqnezium çatışmazlığından dünyasını dəyişmiş və cəmiyyətdə maqnezium çatışmazlığı 10-20%-ə çatmışdır.
3.7. Maqnezium nəyə gərəklidir?
Maqnezium insan bədənində katalizator rolunu oynayır. 300-dən çox fəaliyyət sahəsinin inkişafına təsir göstərir. Sümüklərin güclənməsinə yardım edir və karbohidrat metabolizmində ən əsas vəzifələri öz üzərinə götürür. Canlıların yaşamasında əsas rol oynayan zülalların istehsalına yardım edir. Maqnezium olmadan bədəndə enerji dəyişməsi baş vermir və insanın bədənində metabolik aktivləşmə meydana gəlmir.

Maqnezium ürəyə də ciddi təsir göstərir. Ürək əzələlərinin yığılma şiddətini azaldır və ürəyin daha az enerji ilə oksigendən istifadə etməsinə yardım edir. Başqa sözlə, ürəyin yaxşı işləməsinə şərait yaradır.


3.8. Kifayət qədər maqnezium qəbul

edilməsə nə baş verər?
Əzələlərdə gərilmələr və qıcolmalar, sərsəmləmə hissi, diqqət pozğunluğu, əsəbilik, yorğunluq hissi, qadınlarda ağrılı menstruasiya dövrü, əllərdə iynələnmə hissi, keyimə, miqren, gərgin baş ağrısı, ürək bulanması və qusma kimi əlamətlər bədəndə maqnezium çatışmazlığından xəbər verir.

Yaşlılarda hipertoniya və diabet kimi xroniki xəstəliklər və bunların müalicəsi üçün tətbiq edilən pəhriz zamanı, qadınlarda isə menstruasiya və hamiləlik dövründə maqneziuma ehtiyac artır. İdmançılar, ürək və hipertoniya xəstələri ilə şəkər xəstələri də daha yüksək miqdarda maqnezium qəbuluna ehtiyac duyurlar. Alkoqoldan istifadə, gərgin zehni fəaliyyət, stres və maqneziumun kənar edilməsinə səbəb olan dərmanların istifadəsi də bədənin maqneziuma olan ehtiyacını artırır. Dünya Səhiyyə Təşkilatının fikrincə, yeniyetmələrdə gündəlik 300 mq maqnezium ehtiyacının təbii yollarla qarşılanmaması ölümlə nəticələnə bildiyi üçün, xüsusilə, maqneziuma ehtiyacı yüksək olan qrupların bu çatışmazlığı tibbi yollarla ödənilməlidir.

Dünya Səhiyyə Təşkilatından başqa heç bir təşkilat maqnezium üçün hər hansı hədd müəyyənləşdirməmişdir. Təşkilat içməli suyun tərkibində maqneziumun 50 mq/l-ə qədər olmasını məqbul sayır.

Nitrit (NO2). Suyun tərkibində azot, adətən, amonium, nitrit və nitratlar halında olur. Bunlar suda daha çox çürüyən bitki mənşəli zülallardan qaynaqlanır.

Nitritlər quyulara və ya qaynaqlara gübrə suyunun axıdılması nəticəsində daxil olur. Canlıların orqanizmində ağciyər və ağciyər membranı xərçənginə səbəb ola bildiyindən içməli suya qətiyyən qarışdırılmır. Günəş işığı və bəzi bakteriyalar nitratları nitritlərə çevirir. Dünya Səhiyyə Təşkilatı və Avropa Birliyi qurumlarının fikrincə, nitritin maksimum limit həddi 0,5 mq-dır.



Nitrat (NO3). Heyvan və ya insan ishalı və gübrə yolu ilə suya qarışır. Dərin olmayan yeraltı suların 1 litrində 1 mq-a qədər nitratlar olur, ancaq çox dərin yeraltı sularda, ya da süni gübrə istifadə olunan torpaqların yeraltı sularında çox miqdarda (500-1000 mq) olduğu müəyyənləşdirilmişdir. Tərkibində 20 mq-dan çox nitrat olan sulardan istifadə olunaraq hazırlanan uşaq yeməkləri ilə qidalanan altı aylığa qədər körpələrdə «mavi körpə» xəstəliyi aşkarlanmışdır. Altı aylığa qədər olan körpələrin mədələrindəki pH>4,9 olur. Bu pH dərəcəsində mədədə nitratları nitritlə əvəz edən bakteriyalar asanlıqla artır və nitratları nitritə çevirə bilir. Beləliklə, qana qarışan nitritlər hemoqlobinə bağlanaraq oksidləşmənin qarşısını alır. Nəticədə körpə kifayət qədər oksigen qəbul etmədiyindən göyərməklə özünü büruzə verən zəhərlənmə ortaya çıxır və xüsusilə, yaşları üç aydan az olan körpələrdə yüksək ölüm riski yaradır. Yetkin insanlarda isə ağciyər və ağciyər membranı xərçənginə səbəb ola bilir. Bundan başqa, həddən artıq qəbul edilən nitratın hamiləlikdə açılışa səbəb olduğu aşkar edilmişdir.

TS 266 Rev, Səhiyyə Nazirliyi, Avropa Birliyi və DST qurumları nitratın maksimum limit həddini 50 mq/l, AƏMQA isə 45 mq/l tövsiyyə edir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə