ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə3/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   2   3   4   5   6   7   8   9   ...   15

Su haqqında “Qurani-Kərim”də buyrulan Allah kəlamlarını aşağıdakı kimi qruplaşdırmaq olar.



1. “Allahın yer üzünü su ilə diriltməsi” anlamında buyurulan ayələr aşağıdakılardır.

Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən O, (Allah) hər şeyə qadirdir!” (Fussilət, 41/39).

Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır “(ər-Rəd, 13/4).

Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər təxirə salınması barədə) Rəbbinin öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı (hamısı elə dünyada əzaba düçar edilərdi). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Quran göndərilmiş müşriklər də) onun (Quranın, Peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər” (əş-Şura, 42/14).



2. “İnsanın bir damla sudan yaradılması” anlamında buyurulan ayələr bunlardır. (ən-Nəhl, 16/4; əl-Həcc, 22/5; əs- Səcdə, 32/8; Yasin, 36/77; əl-Insan, 76/2; Əbəsə, 80/18-19; əl-Qiyamə, 75/37).

3. “Allahın göydən su endirməsi” anlamında buyurulan ayələr bunlardır. (ər-Rəd, 13/17; İbrahim, 14/32; əl-Hicr, 15/22; ən-Nəhl, 16/10,65; əl-Kəhf, 18/45; Taha, 20/53; ən-Nur, 24/43-45; əl-Furqan, 25/48; ər-Rum, 30/24; Loğman, 31/10; Fatir, 35/27; əz- Zumər, 39/21; əz-Zuxruf, 43/11; əl-Casiyə, 45/5; əl-Qəmər, 54/11- 12; Yunus, 10/24).

4. “Allahın içməli suyu endirməsi” anlamında buyurulan ayə.

Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?” (əl-Vaqiə, 56/68-70).



5. “Allahın yağmuru yaratması” anlamında buyurulan ayə.

Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.” (ər-Rum, 30/48).



6. “Cəhənnəmdəki su” anlamında buyurulan ayələr bunlardır.

Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir!” (İbrahim, 14/16).



Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalimləri əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” (əl-Kəhf, 18/29).

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!” (Sad, 38/57).

Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar” (əl-Mumin, 40/72).

Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır” (əs-Saffat, 37/67).



7. “Cənnətdəki su” anlamında buyurulan ayələr bunlardır.

Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!” (əl-Bəyyinə, 98/8).

İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!” (əl-Buruc, 85/11).

Allahdan qorxub pis əməllərdən çəkinənlərə (möminlərə) vəd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!” (ər-Rəd, 13/35).

Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqqa-hesab üçün durmadan) qorxanları iki cənnət (Ədn və Nəim cənnətləri) gözləyir! Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! (O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir). Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Orada (o cənnətlərdə) iki axar bulaq var” (ər-Rəhman, 55/46-50).

8. “İki dənizin arasında maneə” anlamında buyurulan ayələr haqqında:

Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur! İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci ata-ana tərəfdən, ikincisi isə bacı, qız tərəfdən olan qohumlardır)” (əl-Furqan, 25/53-54). (ən-Nəml, 27/61; ər-Rəhman, 55/19-20).



9. “Ürəkləri sərtləşənlər və Allah qorxusu” anlamında buyurulan ayə. (əl-Bəqərə, 2/74).

10. “Allah dənizi insanların ixtiyarına vermişdir” anlamında buyurulan ayə. (ən-Nəhl, 16/14).

11. “Allahın su ilə əkinləri bitirməsi” anlamında buyurulan ayə. (əs-Səcdə, 32/27).

12. “Gəmilərin dənizdə üzməsi” anlamında buyurulan ayələr. (Loğman, 31/31-34).

13. “Yağışın ölü sahəni canlandırması” anlamında buyurulan ayələr. (əl-Furqan, 25/48-49; Qaf, 50/9).
2.1. Zəm-zəm suyu
Müqəddəs hesab olunan zəm-zəm suyunun tarixi hz. İbrahimin (ə.) dövründən başlayır. Hz. İbrahim (ə.) Allahın əmri ilə arvadı Həcəri və südəmər oğlu hz. İsmayılı (ə.) bugünkü Zəm-zəm quyusunun olduğu yerə aparır. O zaman Məkkədə hələ heç kim yaşamırdı və içməyə su da yox idi. Hz. İbrahim (ə.) arvadı və oğlu üçün bir az xurma və bir miqdar da su qoyaraq oradan ayrılır. Yeməyin, suyun olmadığı bu kimsəsiz yerdə qalmaq Həcər üçün çox çətin idi, ancaq onları orada qoymasını hz. İbrahimə (ə.) Allah əmr etdiyinə görə, düşünmək yersiz idi, çünki ruzi verən Allah, əlbəttə, onların vəziyyətini də görür.

Bir müddət sonra hz. İbrahimin (ə.) onlar üçün qoyduğu su bitir. Hz. İsmayıl (ə.) ağlamağa, su istəməyə başlayanda anası nə edəcəyini bilmir. Süd yoxdur ki, əmizdirsin, su yoxdur ki, içirtsin. Hz. İsmayılın (ə.) ağlamalarına dözməyən ana Səfa təpəsinə çıxır. Kimisə görmək ümidi ilə sağa-sola baxır, amma heç kimi görmür. Səfa ilə Mərvə arasında qaçmağa başlayır. Yeddinci dəfə Mərvəyə çıxanda bir səs eşidir. Zəm-zəm quyusunun yanında hz. Cəbraili (ə.) görür. Cəbrail (ə.) qanadı ilə (bəzi mənbələrdə ayağı ilə) yeri qazır. Su görünəndə Həcər buna sevinir və suyun axdığını görəndə “dayan, dayan” mənasını verən “zəm-zəm” – deyir və suyun axmasına mane olmaq üçün önünü kəsib hovuz kimi bir çuxur düzəldir. Tələsik qabını doldurur. Qabı doldurduqdan sonra sudan içir və hz. İsmayılı (ə.) əmizdirməyə başlayır. Bu zaman Cəbrail (ə.) Həcərə xitabən:

Qətiyyən “həlak olarıq, zərər çəkərik” – deyə qorxmayın. Bura Beytullahın (Kəbənin) yeridir. O beyti uşaqla atası tikəcək. Cənab-ı Haqq o işi görən insanı zay etməz” – deyir.

Zəm-zəm quyusunun ortaya çıxması bu şəkildə nəql edilir:

Həcər suyun önünü kəsməsəydi, bu su çay kimi axardı. Peyğəmbər (s.ə.v.) bir hədisində bu həqiqəti belə bəyan edir:

Allah İsmayılın (ə.) anası Həcərə rəhmət etsin. O, zəm-zəmi öz axarına buraxsaydı, zəm-zəm axıb çay olardı”.

Zəm-zəm çox mübarək və qidalı bir sudur. Həcər və hz. İsmayıl (ə.) uzun müddət yemək yemədən bu su ilə dolana bildilər. Bir hədisdə Peyğəmbər (s.ə.v.) zəm-zəmin bu xüsusiyyətinə işarə etmişdir. Bir digər hədisdə isə “Zəm-zəm suyu hansı məqsədlə içilsə, ona şəfa olacaq” – deyə buyrulur.

2.2. Zəm-zəm suyunun ayaq üstə içilməsi
İbn Abbasın söylədiyi bir rəvayətdə Peyğəmbərimizin (s.ə.v.) zəm-zəm suyunu ayaq üstə içdiyi göstərilir. İbn Abbas belə nəql edir: “Mən Rəsulullaha (s.ə.v.) zəm-zəm suyu ikram etdim, o, ayaq üstə içdi”.

Bildiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v.) hədislərin birində ayaq üstə su içməyi qadağan etmişdir. Bu minvalla hədis alimləri bunun kimi müxtəlif rəvayətləri birləşdirmişlər. Səhihi Müslim Şarihi Nəvəvi bu iki müxtəlif hədis haqqında deyir: “Bu hədislərdəki qadağalar müqəddəs hesab edilərək məkruhdur. Ayaq üstə su içmənin caiz olduğunu bəyan etmək üçündür”.

İmam Suyuti də Peyğəmbərin (s.ə.v.) zəm-zəm suyunu ayaq üstə içməsini belə izah edir: “Rəsul-i Əkrəmin (s.ə.v.) zəm-zəm suyunu ayaq üstə içməsi bunun caizliyini açıqlayır”.

Hənəfi alimləri İbn Abbasın rəvayət etdiyi hadisəyə əsaslanaraq, zəm-zəm suyunu ayaq üstə içmənin münasib olduğunu hökm etmişlər.


2.3. Zəm-zəm içmək
Hədis-i şəriflərdə buyruldu ki:

“Zəm-zəm doyurucu və xəstəyə şəfavericidir” (Bezzar).

“Zəm-zəm suyunu bəlalardan qorunmaq niyyəti ilə içəni Allah-Təala qoruyur” (Hakim).

Abdullah İbn Mübarək – “Rəsulullah (s.ə.v.) “Zəm-zəm suyu içildiyi niyyətə görə faydalı olur” buyurub. Mən də qiyamətdə susuzluqdan yaxa qurtarmaq üçün zəm-zəm suyu içirəm” – deyirdi (İbn Macə).

İbn Abbas da zəm-zəm suyu içərkən “Ya Rəbb, Səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa istəyirəm” – deyə dua edirdi.
2.4. Zəm-zəm suyu ilə bağlı fərzlər
- Vida təvafını edib təvaf namazını qıldıqdan sonra bol-bol zəm-zəm suyu içmək.

- Zəm-zəm suyunu ayaq üstə və Beytullaha (Kəbəyə) baxaraq içmək.

- Zəm-zəm suyunu yalnız içmək lazımdır, yemək bişirmə zamanı istifadə olunmamalıdır.

- Seyid Əbdülhakim Arvasi buyurur ki, “Zəm-zəm suyunu hər dəfə qabırğalar şişənə qədər içmək lazımdır”.


2.5. Ən sağlam su: Zəm-zəm
Dünya Səhiyyə Təşkilatının (DST) hesabatına görə, dünyanın ən sağlam sularından biri olan zəm-zəm suyunun sirri müasir texnologiyalar vasitəsilə aparılan araşdırmalara baxmayaraq, hələ də müəmmalı olaraq qalır.

Mənbəyi məlum olmayan su ilə dənizin arasında 80 km olmasına və ətrafında heç bir quyunun olmamasına baxmayaraq, uzun illərdir qurumaması tədqiqatçıları təəccübləndirir.

Həcc dövründə milyonlarca hacının bütün su ehtiyacını 1,5 m dərinliyindəki quyunun ödəməsinə baxmayaraq, suyun səviyyəsi azalmır. İnsanın aclığını və susuzluğunu yatırdan suyun sirrini tapa bilmək məqsədilə alimlər xeyli tədqiqat işləri aparmışlar.

Avropa laboratoriyalarında aparılan tədqiqatlarda zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd olduğu aşkar olunmuşdur. Amerikada aparılan testin nəticələrinə görə isə zəm-zəm suyu tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə sudur.

Zəm-zəm quyusu haqqında elmi araşdırmalar aparmaq məqsədilə 35 il əvvəl institut təşkil edilmişdir. Bu müddət ərzində quyunun və suyun xüsusiyyətlərini araşdıran institut qeyri-müsəlman alimləri tərəfindən idarə olunmuşdur, ancaq onların (qeyri-müsəlmanların) Məscid-i Harama girməsi qadağan olunduğundan uzun müddət üçün görmədikləri quyudan gələn su haqqında polemikaya girmişlər. Son iki ildir Zəm-zəm Suyunun Tədqiqatı və İnkişafı İnstitutunun rəhbəri dünyanın ən məşhur yeraltı su ekspertlərindən biri olan professor Zəkai Şəndir. Z. Şən 500 nəfərlik qrupla zəm-zəm quyusundakı suyun keyfiyyəti və xüsusiyyətləri haqqında araşdırmalar aparmışdır. İnstitutdakı vəzifəsinə Qurana əl basaraq strateji məlumatlar və araşdırmaların incəlikləri haqqında heç bir şərh verməməyə and içərək başlayan Z.Şən: “İmanlı bir insan idim. Zəm-zəm quyusu ilə bağlı araşdırmalar apardıqca imanım daha da artdı, lakin elmin izah edə bilmədiyi çox şey var. Elmin izah edə bilmədiyi yerdə iman başlayır” – demişdir.

Dünyanın ən quraq bölgələrindən biri olan Ərəbistan yarımadasının ən quraq vadisində yerləşən bu bol və keyfiyyətli suyun 1,5 m-lik quyudan çıxmasının möcüzəli hadisə olduğunu dilə gətirən Z. Şən zaman-zaman tərkibindəki mineralların nisbətləri dəyişsə və debiti qismən azalsa da, zəm-zəm quyusunun yüz illərdir su verməyə davam etdiyini deyir. Həcc zamanı çox böyük motorlarla ildə bir milyon m3-dən çox su çəkilməsinə baxmayaraq, suyun azalmadığına diqqəti cəlb edən Z.Şən zəm-zəm quyusunun mənbəyi haqqında məlumat toplamağa çalışdıqlarını qeyd edir. Zəm-zəm quyusuna üç əsas xətdən su gəlməsini güman etdiklərini, ancaq mənbənin dəqiq harada olduğunu bilmədiklərini deyən Z.Şən bu barədə bəzi düşüncələrinin olduğunu söyləyir. Bu məqsədlə apardıqları araşdırmalar zamanı yüksəkliyi 2000 m olan Taif dağına getmiş və bu dağa hər gün yağış yağdığını görmüşlər. Alimlər quyunun mənbələrindən birinin burada olduğunu düşünürlər.


2.6. Zəm-zəm – Altı min illik möcüzə
Zəm-zəm quyusu 1,5 m dərinliyindədir və buradan min illərdir milyonlarla ton su çəkilmişdir. Buna baxmayaraq, suyun mənbəyinin hələ də bilinməməsi bir möcüzə sayılır. Zəm-zəm quyusuna yaxın ərazilərdə irili-xırdalı bir çox quyu (birinin adı Davuddur) mövcuddur. Ancaq bölgənin geoloji quruluşuna əsasən bu sular ya həddən artıq mineral, ya da duzludur. Heç birinin tərkibindəki mineralların nisbəti zəm-zəm qədər tənzimli və keyfiyyətli deyildir. Professor Zəkai Şənin fikrincə, bir-birinə bu qədər yaxın olan quyuların heç birinin suyunun zəm-zəmin normal dəyərlərinə yaxınlaşa bilməməsi onun qeyri-adiliyini isbat edir. Z.Şən zəm-zəm suyunun son illərdə Həccə gedənlərin sayının çoxalması ilə bağlı tükənmə təhlükəsi qarşısında qalması barədə söyləyənlərə isə: “Uzunmüddətli elmi araşdırmalarımıza görə, zəm-zəm suyunun tükənmə ehtimalı yoxdur. Hələ qaynağının harada olduğunu belə tam şəkildə müəyyən edə bilməmişik, amma oradan bol və keyfiyyətli su axır. Nə qədər çəkiriksə, quyu o qədər də su verir” – deyə cavab verir.

2.7. Suyun ruha təsiri
Müsəlmanlığın vacib şərtlərindən olan dəstəmazın Tanrıya səcdə etmək üçün deyil, orqanizmin bioelektrik enerjisinin sudakı enerjidən qidalanmasıdır. Su olmayan şəraitdə edilən təyəmmüm isə orqanizmdəki sabit elektrikin torpağa keçməsini təmin edir.

Allahın rəsulu hz.Muhəmməd (s.ə.v.) dəstəmaz alarkən dua edirdi və hər kəsə də belə etmələrini tövsiyə edirdi. Nə üçün?

İnsanların Tanrıya səslənib, “Ey Tanrı, sənin peyğəmbərinin dediyini edirəm, sən də məni nur eylə” – demələri üçündür, yoxsa bunun başqa bir səbəbi var?

İnsan əslində, dəstəmaz alarkən dua etməklə müəyyən məna kəsb edən beyin dalğaları ilə su kristallarını dəyişdirərək və təsir göstərərək (ionlaşdıraraq) bədəninə yararlı su ionlarının daxil olmasını təmin edir. Su içərkən, ya da yemək yeyərkən bəsmələ oxumağın beyin dalğalarını içilən, ya da yeyilən qidaya yönləndirmənin mənası yalnız budur.

Qurğuşun tökdürmək dini ritual deyil, toplanan və ruhi sarsıntıya yol açan sabit elektrikin ərimiş qurğuşuna boşaldılması məqsədilə həyata keçirilir. Su kristallarının insanların düşüncələrinə görə formasını dəyişməsi mikroskopla açıq şəkildə görünür.

İnsan beyninin bilərəkdən və ya bilməyərəkdən yaydığı dalğalar suya və sudan yaranmış canlılara sürətlə təsir göstərir. Buna görə də Quranda buyurulan surələrdən biri “...Siz ürəyinizdə olanı zahirən çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...” mənasını ifadə edir (əl-Bəqərə, 2/284).

Dəstəmaz alarkən dua oxumaq düşüncəni və diləyi beyin dalğaları şəklində suya yönləndirərək su kristalını şəkilləndirir və o suyu təzyiqi ilə bədənə daxil edir. İnsan bədəninin təxminən 70-80%-nin sudan ibarət olduğu üçün sudan istifadə edildiyi zaman müsbət, ya da mənfi düşüncə dalğalarının təsirinə məruz qalır.

2.8. Su haqqında hədislər
Həzrəti Əli (ə) buyurub:

1. “Asimandan gələn suyu için, çünki o bədəni pak edir, dərdləri dəf edir”.

2. “Qaynanmış su hər şeyə faydalıdır və heç bir şeyə zərər verməz”.

3. “Hamama daxil olanda üç ovuc isti su için ki, o, üzün nurunu artırar və bədəndən dərdləri aparar”.

İmam Cəfər Sadiq (ə) buyurub:

1.”Behişt əhlinin içdiyi şeylərin ağası sudur”.

2. “Zəm-zəm suyu bütün xəstəliklərə şəfadır”.

3. “Məbadə çox su içəsən, çünki bu iş bütün naxoşluqların mayasıdır”.

4. “Əgər insanlar suyu az içsələr, bədənləri istiqamət tapar, möhkəmlənər”.

Əbu Teyfur təbib rəvayət edir ki, mən İmam Musa Kazıma (ə) su içməyi məsləhət görmədim, lakin o Cənab (ə) buyurdu ki, bunun heç bir qorxusu yoxdur. Su, mədədə təamı əridib həzm edir, səfranı aparır, qəzəbi sakit edir, dərrakəni artırır, hərarəti söndürür.



III FƏSİL. BİR DAMLA SUYUN HƏYAT ÜÇÜN ƏHƏMİYYƏTİ
3.1. İnsanın həyat fəaliyyəti üçün suya tələbat
Hər bir insanın gündəlik su ehtiyacları müxtəlif amillərlə bağlıdır.

  1. Çəki artdıqca insanın suya ehtiyacı artır.

  2. Qidalanma – meyvə-tərəvəzlə daha çox qidalanan insanların suya tələbi quru qidalarla qidalananlara nisbətən azdır.

  3. İqlim.

  4. Fiziki aktivlik.

  5. Xəstəliklər – məsələn, yüksək hərarət, ishal və qusma zamanı suya ehtiyac artır.

  6. Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir.

Su itkisi zamanı qəbul olunan su ilə yanaşı, mineralları da nəzərə almaq vacibdir.

Orqanizmə lazım olan suyun miqdarının hesablanmasında iki üsuldan istifadə olunur:



  1. İnsan bədəninin kütləsinin hər kq-ı 32 qrama vurulur. Məsələn, 70x32=2240 ml.

  2. Gündəlik qəbul etdiyiniz hər kalori üçün 1 ml. Əgər 2500-3000 kalori qəbul edirsinizsə, onda 2,5-3 litr su içməniz vacibdir.

Əgər çörək, kreker kimi quru qidalar yeyirsinizsə, isti iqlimdə yaşayırsınızsa, müntəzəm idman edir və sauna, ya da buxar vannası qəbul edirsinizsə, həddən artıq su içməlisiniz.

Gündə 8-10 dəfə sidiyə çıxmaq optimal miqdarda su içdiyinizin göstəricisidir. Hamilə qadınlar daha çox su içməlidirlər. Normada qadın hamiləlik dövründə öz çəkisini 12,5 kq artırır ki, bunun 6-8 kq-ı sudan ibarətdir.

ABŞ-ın Tibb İnstitutu Qida və Qidalanma Komitəsi hamiləlikdə qadının öz ehtiyaclarından əlavə olaraq gündəlik 300 ml su qəbul etməsini məsləhət görür. Bunun üçün ən yaxşı içki süd, ayran və təzə sıxılmış meyvə şirəsidir. Çay, qəhvə və s. bu kimi içkilərdə olan kofein uşağın inkişafına mənfi təsir göstərdiyindən çox az istifadə olunmalıdır. Sağlam bir hamiləlik keçirmək üçün gündə 8-10 fincan su içmək tövsiyə olunur.

Qida maddələrinin orqanizmdə oksidləşməsində az miqdarda su əmələ gəlir.

100 q yağ oksidləşdikdə – 107 q su yaranır.

100 q karbohidrat oksidləşdikdə – 56-60 q su yaranır.

100 q zülal oksidləşdikdə – 34-40 q su yaranır.

Bədəndə hər yaranan 100 kalorilik enerji müqabilində 10-15 ml su əmələ gəlir.

Uşaqların suya tələbatı yeniyetmələrdən 1,5 dəfə çoxdur.

Çox zülal və duz qəbul etmə, ishal, tərləmə, hərarətli xəstəliklər, isti ərazidə yaşamaq və işləmək su tələbatını artırır.

İnsanda gündəlik su itkisi təxminən aşağıdakı kimi baş verir:


  1. Sidiklə təxminən 1-1,5 litr (5-7 stəkan).

  2. Nəfəs verməklə təxminən 350 mllitr (təxminən 2 stəkan).

  3. Tərləməklə təxminən 0,1-0,4 litr.

  4. Kalla (nəcis ifrazı) təxminən 180 ml (təxminən 1 stəkan).

Ağız suyu, göz yaşı, burun möhtəviyyatı vasitəsilə də su itkisi baş verir.

İnsanlar yedikləri quru qidalarla gündə 3-4 stəkan su qəbul edir. Qidaların orqanizmdə oksidləşməsi zamanı təxminən 1 stəkan su əmələ gəlir.

Bədən su qıtlığını aşağıdakı əlamətlərlə büruzə verir:


  1. ürək bulanması;

  2. qusma;

  3. baş ağrısı;

  4. daima hərarət hissi;

  5. dodaqlarda və dildə quruma;

  6. seyrək, ya da az sidiyə çıxma;

  7. dəridə quruma;

  8. əzələlərdə və oynaqlarda ağrı;

  9. bədəndə kalori çatışmazlığı;

  10. həzm sistemindəki problemlər;

  11. əzələ tonusunda azalma;

  12. daima yorğunluq, halsızlıq və əzələ qıcolmaları.

«Bədəninizə daxil olan su lazım olan miqdardan çox azdırsa (maddi çətinliyə düşmüş bir firma kimi), bədən suyu (pulu) paylamaqda çətinlik çəkəcəkdir»
3.2. İsti suyun faydaları


  • Bədənin təbii sərinlətmə sistemini işə salaraq qan dövranını artırır.

  • Daxili orqanları və qabırğa sümüklərinin ətrafındakı əzələləri rahatlaşdırır, beləliklə, dərindən nəfəs almağa yardım edir.

  • Mədədəki turşuları normallaşdırır.

  • Susuzluğun aradan qaldırılmasına və qidaların həzm olunmasına yardım edir.

  • Qəbizliyi aradan qaldırır.

  • Yeməkdən yarım saat əvvəl içilən isti su iştahanı azaldır və çəkinin azalmasına yardım edir. Çinlilər 40 yaşından sonra otaq temperaturundan soyuq olan heç bir qidanı qəbul etmirlər.

Suyun bulanıqlığı estetik baxımdan vacibdir və suyun dadına da təsir edir. Bulanıqlığa suda olan asılı və həll olunmuş üzvi maddələr səbəb olur. Dolayısıyla bu vəziyyət suda istənilməyən maddələrin varlığına dəlalət edir. Bulanıq sular daima şübhəli olaraq qəbul edilməlidir. İçdiyimiz və istifadə etdiyimiz suların şəffaf olması suyun sağlam olması baxımından çox vacibdir. Qaynağı nə olursa-olsun, bulanıq suların içilməməsi və ev işlərində istifadə olunmaması vacibdir. Hətta borularda kirəc yaratdığına görə istehsalatda belə istifadə olunması arzuolunmazdır.

İçməli suyun bulanıqlıq dəyərinə Türkiyədə 5 NTU (bulanıqlığın ölçü vahidi) vahidinə qədər izin verilir. Dünyanın qabaqcıl Ətraf Mühiti Qoruma Təşkilatları (AƏMQA – Amerika Ətraf Mühiti Qoruma Agentliyi, DST – Dünya Səhiyyə Təşkilatı və digər qurum və təşkilatlar) bu vahidi 1 NTU-ya qədər məhdudlaşdırmışlar. 2874-82 standartına görə, içməli suyun bulanıqlığı 2 mq/l-ə qədər ola bilər.


3.3. Suda olan əsas elementlər
Suda həll olmuş oksigen. Oksigen (O2) şəffaf, qoxusuz və suda asanlıqla həll olunan elementdir. Hər oksigen (O2) molekulu iki oksigen (O) atomundan əmələ gəlir. Açıq su hövzələrində həll olunmuş oksigenin miqdarı daha çox üstünlük təşkil edir. Oradakı oksigenin miqdarı suyun sıxlığı və ya dərin olmasına, qoxulu maddələrin olub-olmamasına, istiliyinə, havanın sıxlığına, tərkibindəki mədən duzlarına, suda yaşayan canlılara və suyun axar, ya da durğun olmasına görə dəyişir. Su dalğalandıqca və axdıqca havadan oksigen daxil olan saf suların 1 litrində 12 mq-ə qədər oksigen toplanır. Bu sularda qoxuya səbəb olan maddələr varsa, oksigen bu maddələr tərəfindən mənimsənilir və miqdarı çox azalır. Bununla yanaşı, heç bir natəmizliyə məruz qalmadığı halda, yeraltı suların 1 litrində oksigenin miqdarı 6-7 mq-ə qədər azala bilir. Dərinliklərdən gələn sularda isə oksigen yoxdur. Bu sular yerin üstünə çıxarkən hava ilə təmasda olur və az-çox oksigenlə zənginləşir.

Bu gün hamımız nəfəs almaqla az oksigen (O2) qəbul edirik və qidalarla qəbul etdiyimiz oksigen də kifayət deyil. Hava çirkləndikcə və meşələr yox olduqca havadakı oksigen miqdarı azalır. Bununla yanaşı, bişirmə və saxlama vərdişlərinin dəyişməsi də qidaların oksigen miqdarını azaldır. Saflaşdırdıqdan sonra suyun çirklənməməsi üçün istifadə olunan xlor da suyun tərkibindəki oksigenin miqdarını azaldır.

Canlıların yaşaya bilməsi üçün oksigenə ehtiyacları var. İstirahət edən bir insanın təxmini oksigen tələbatı aktiv insanın ehtiyacından daha azdır. Normal nəfəsalma zamanı təqribən 500 ml-ə qədər hava ağciyərə daxil olur və bu havanın bir hissəsi daima ağciyərlərdə qalır (təqribən 150 ml). Sağlam adam saatda 720 dəfə nəfəs alır. Normal halda insan saatda 720x(500 ml – 150 ml)=252,000 ml hava udur. Atmosferdəki oksigenin miqdarı 21% olduğuna görə, insanın saatda 53 litrə qədər oksigen qəbul etdiyini söyləyə bilərik.

Orqanizmdə – qanda, orqanlarda, toxumalarda və dəridəki elementlərdə təxminən 65% oksigen mövcuddur.

Oksigen sağlam hüceyrələr üçün çox əhəmiyyətlidir və orqanizmdəki yad maddələri oksigenləşdirərək yox edir. Adətən, anaerobik, yəni oksigensiz şəraitdə virus, bakteriya kimi mikroorqanizmlər sürətlə artırlar.

Xüsusilə xərçəng xəstəliyi oksigensiz şəraitdə çox sürətlə inkişaf edir. Nəfəs almaqla yanaşı, ən əhəmiyyətli oksigen mənbələrindən biri də oksigenli sudur. «Orqanizmini oksigenlə yu» («FloodYourBodywithOxygen») adlı kitabın müəllifi Ed Mak Kabeyə görə, oksigenli su gələcəkdə böyük kütlələrə oksigen daşıma sistemi olacaq. Suya, meyvə şirələrinə, çaya və ya içməli hər hansı bir mayeyə oksigen əlavə etmək adi bir hala çevriləcək.

1931-ci ildə Nobel mükafatı alan və «Tumor metabolizmi» («MetabolismofTumors») adlı kitabın müəllifi alman doktor Otto Henrix Varburq (1883-1970) xərçəngin yaranma səbəbinin orqanizmin normal hüceyrələrinin oksigenli nəfəsalmanın oksigensiz hüceyrə nəfəsalması ilə yerini dəyişdirməsi, yəni hüceyrə səviyyəsində oksigenin az olduğu fərziyyəsini irəli sürmüşdür.

Sağlam hüceyrələr oksigensiz şəraitdə yaşaya bilməz və böyüməz, ancaq xərçəng hüceyrələri oksigensiz şəraitdə yaşayır və çoxalır. Xərçəng hüceyrəsini bitki hüceyrəsi olaraq qəbul etsək, onda deyə bilərik ki, bitkilər karbon qazı ilə (CO2) yaşayırlar və oksigeni (O2) lazımsız maddə kimi orqanizmdən uzaqlaşdırırlar.

Suda həll olmuş oksigen ağciyərdən deyil, birbaşa qan damarlarından hüceyrələrə ötürülür. Bunun bir çox üstünlükləri vardır, məsələn, çox içilsə, heç bir mənfi təsiri olmaz. Dr. Mariya Zoital oksigenli su içmənin qaraciyərdəki oksigeni nəfəsalma ilə müqayisədə altı dəfə artırdığı fikrini irəli sürür («LiteraryReviewofOxygenTherapy» - «Oksigen terapiyasının ədəbi incələnməsi», iyun, 1992). Beləliklə, tərkibində kifayət qədər həll olmuş oksigenli su sağlamlıq üçün son dərəcə faydalıdır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə