ÇAŞIOĞlu 2018 Rəyçilər


Kaoqulyantların tələb edilən dozasının təyini



Yüklə 1,33 Mb.
səhifə15/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   ...   7   8   9   10   11   12   13   14   15

7.11. Kaoqulyantların tələb edilən dozasının təyini
Bulanıq, çöküntülü sular kaoqulyasiya vasitəsilə təmizlənir. Kənd yerlərində suyu durulaşdırmaq üçün, adətən sulfat turşulu alüminiumdan istifadə edilir. Al2(SO4)3 (zəy). Suya torpaq gilli qarışıq əlavə etdikdə orada olan kalium bikarbonat və maqnezium bikarbonatla reaksiya gedir.

Alınan alüminoksid hidratı Al(OH)3 pambıq lifləri şəklində çöküntü verir və duz ilə suda olan bulanıqlığı, suyun rəngini dəyişən maddələri, suda üzən maddələri, o cümlədən mikroorqanizmləri də çökdürür.

Kaoqulyantın optimal dozasını təyin etmək üçün əvvəlcə suyun karbonatlı codluğu təyin edilməli və sonra kaoqulyantın dozası təyin olunmalıdır.

Lazım olan qab və reaktivlər. 200 ml-lik üç stəkan, ölçülü pipetka 5 ml-lik, şüşə çubuqlar, 1%-li alüminium oksidi hidratı məhlulu, Al2(SO4)3 gil torpaq.

İşin gedişi. Təxmini dozanı təyin etmək üçün 200 ml suya 1o karbonat codluğu olan 0,8 ml 1%-li gil torpaq məhlulu tökülür. Kaoqulyant üçün olan stəkana ölçüyə qədər su tökülür. Sonra pipetka ilə 1%-li gil torpaq məhlulu (təxmini doza) birinci stəkana 8 ml, ikinciyə 1o az hesabı ilə (0,89=7,2) və üçüncüyə 2o az hesabı ilə (0,88=6,4 ml) əlavə edilir.

Kaoqulyantlı su olan qablar şüşə çubuqla yaxşıca qarışdırılır və pambıq lifləri şəklində çöküntülərin alınması üçün 10 dəq sakit saxlanılır.

Tərkibində 1%-li torpaq məhlulu olan stəkan götürülür ki, burada 10 dəqiqədən sonra aydın şəkildə liflər görünür.

Əgər kaoqulyasiya bütün stəkanlarda çox sürətlə gedirsə, təcrübə daha az kaoqulyant istifadə etməklə aparılır (əvvəl götürdüyümüzdən az 5,6; 4,8; 4 ml).

Hesablama. Kaoqulyasiya üçün lazım olan 1%-li gil torpağın miqdarını hesablamaq üçün, onun ən az miqdarı 5-ə və kaoqulyasiya ediləcək suyun litrlərlə miqdarına vurulur.
7.12. Suyun sanitar bakterioloji müayinəsi
Bakterioloji müayinə üçün (1,0-1,5 litr) su nümunəsi steril probka ilə bağlanmış steril butulkada götürülür. Qablar avtoklavda 20 dəqiqə müddətində 110oC temperaturda 1,5 atm təzyiqdə və ya Paster peçində 150oC temperaturda 2 saat müddətində ayrıca kağız paketlərdə sterilizasiya edilir.

Su kəmərindən su götürərkən kranın və ya su nasosunun su tökülən hissəsi əvvəlcədən alovla yandırılır və boruda olan su 10-15 dəqiqə kənara axıdılır. Sonra butulka su axını altına tutulur və öz həcmi qədər doldurulur. Butulkanın ağzı oda verilmiş probka ilə bağlanır. Xlorlaşdırılmış su əvvəlcədən natrium sulfat duzu ilə neytrallaşdırılır (1 litr suya 10 ml Na2SO4). Suyun götürülməsi ilə müayinə olunması arasında olan müddət 2 saatdan çox olmamalıdır. 1+5oC temperaturda su nümunəsini 6 saat saxlamaq olar.

Sanitar bakterioloji müayinə üçün götürülən su yuxarıda göstərilən bütün tələblərə cavab verməlidir.
7.12.1. Suda bakteriyaların ümumi miqdarının təyini
Lazım olan reaktiv, qab və qidalı mühit.


  1. 1,0 ml-dən 0,1 ml-ə qədər bölgüləri olan təmiz suyu və çox çirklənmiş suyu əkmək üçün lazım olan pipetkalar (0,01 ml);

  2. əkmələr üçün Petri kasaları;

  3. 50oC həddində avtomatik istilik tənzimləyicisi olan iki ədəd termostat;

  4. Lupa və sayma lövhəsi;

  5. Ət pepton aqar;

  6. 9 ml olmaqla bir neçə sınaq şüşəsinə tökülmüş steril su.

İşin gedişi. Laboratoriyaya gətirilmiş su, tıxacını islatmamaq şərtilə diqqətlə qarışdırılır. Steril pipetka vasitəsilə kasada əkmək üçün su nümunəsi götürülür. Hər bir kasaya əkmək üçün su nümunəsi ayrı-ayrı pipetkalar vasitəsilə götürülür. Əgər pipetka çatışmasa, bir pipetka ilə bir neçə durulaşmadan nümunə götürmək olar. O şərtlə ki, əkmə birinci dəfə olaraq yüksək durulaşmadan götürülsün. Az çirklənmə dərəcəli olan sular 1-dən 0,1 ml-ə qədər götürülərək birbaşa kasaya əkilir. Bunun üçün 9 ml steril su olan sınaq şüşəsinə 1 ml müayinə olunan su əlavə edilir və diqqətlə qarışdırılır. Beləliklə, 1:10 nisbətində birinci durulaşma alınır. Bundan sonra birinci sınaq şüşəsindən 1 ml götürüb ikinci sınaq şüşəsinə tökülür (1:100 nisbətində). Lazım olan durulaşma alınana qədər bu proses davam edir. Durulaşmaları almaq üçün hər dəfə yeni steril pipetka götürülür. Müayinə edilən sudan mütləq ən azı iki durulaşdırma götürmək lazımdır.

Kasanın qapağını azacıq qaldırmaqla seçilmiş miqdarda su kasaya tökülür. Eyni zamanda yumşalsın deyə 45oC temperaturda su hamamına ət pepton aqarı yerləşdirmək lazımdır. Ərinmiş aqar olan şüşənin qapağının kənarını alova tutmaqla içərisində müayinə olunan su olan kasanın içərisinə tökülür. Fırlanma hərəkəti ilə aqar su qarışığı ilə qarışdırılır və aqar soyusun deyə üfüqi istiqamətdə qoyulur. Mum karandaşla kasanın üzərində müvafiq qeydiyyat aparılır (ekspertizanın nömrəsi, əkilmiş suyun miqdarı, durulaşdırma dərəcəsi, əkmə tarixi).

Kasalar 3-4 ədəd olmaqla 37oC temperaturda 24 saat termostatda saxlanılır. Açıq su mənbələrindən götürülmüş su nümunəsi ikiqat sayda götürülür, cüt kasalar 200C temperaturda 48 saat saxlanılır (2-ci termostatda).

Koloniyalar lupanın köməyi ilə kasanın bütün sahəsində sayılır. Əgər aqarlı kasada 300-dən artıq koloniya yoxdursa, hesabı hesab lövhəsi vasitəsilə aparmaq olar. Bu zaman koloniyaların hər bir kasanın qədər sahədə olması nəzərə alınmalıdır.

Koloniyaların sayını müəyyən etmək üçün hesablamada 1 ml-ə düşən koloniya hesablanır və nəticələri aşağıdakı cədvəlin köməyi ilə təyin etmək olar.
Cədvəl 7.9. Koloniyaların sayının

hesablanması qaydası


1 ml-də koloniyaların sayı

Müayinə nəticələrinin

qeydiyyatı

1-dən 200-ə

Sayma necə aparılıb

101-dən 1000-ə

10-a yaxın tamamlamaqla

1001-dən 10000-ə

100-ə yaxın tamamlamaqla



10001-dən 100000-ə

1000-ə yaxın tamamlamaqla

100001-dən 1000000-a

10000-ə yaxın tamamlamaqla


7.12.2. Suyun koli-titri və koli-indeksinin təyini
Suda bağırsaq çöplərinin olması onun mikrobla çirklənməsini göstərir. Əgər bağırsaq çöpləri ilə bərabər suda ammonyak, azotlu turşular, xloridlər, sulfatlar, yüksək turşuluq varsa, bu, suyun daha güclü patogen mikroorqanizmlərlə çirklənməsini göstərir. Suyun bağırsaq çöpləri ilə miqdarca çirklənməsi koli-titr və koli-indeks vasitəsilə ifadə olunur. Koli-titr – bağırsaq çöpləri aşkar edilən ən az suyun həcmidir. Koli-indeks – bağırsaq çöplərinin 1 litr suda sayını göstərir.

Müayinə olunan su azalma miqdarına görə qidalı mühitə əkilir. 37oC temperaturda 24 saat termostatda saxladıqdan sonra qidalı mühitdə dəyişiklik olub-olmaması müəyyən edilir. Escherichia coli hətta az miqdarda olanda belə, suyun bütün səthinə yayılır və bu da mühitdə görünən koloniyaların olmasına səbəb olur.



Lazım olan avadanlıq və qidalı mühit. Suda bağırsaq çöplərinin titrini təyin etmək üçün mütləq termostat lazımdır. Bu termostatda temperaturu 45,5-46,0oC-də hüdudunda tənzimləmək mümkün olmalıdır. Koli-titr üçün qidalı mühit belə hazırlanır: yağsız 1000 qram ət, ət maşınında çəkilir və 1 litr suya tökülərək 1 sutka saxlanılır. Ətli farşın suyu süzülür və farş parçadan sıxılaraq suyun həcmi əvvəlki qədər olmaqla su əlavə edilir. Alınan suyun həcmi ölçülür. Silindrə tökülür və onun hər bir 100 ml-ə əlavə edilir: 12,5 q pepton (toz şəklində) 15 q mannit, 7,5 q natrium xlor. Qarışıq 30 dəqiqə qaynadılır. 1n NaOH məhlulu vasitəsilə qidalı mühitin reaksiyası lakmus kağızı ilə yoxlamaqla neytral mühitə salınır. 1 litr mühitə 60 ml 0,1%-li neytralrotun 0,1%-li steril sulu məhlulu əlavə edilir.

Mühit dərhal kolba və sınaq şüşələrinə tökülür və kiçik sınaq şüşələrindəki mühit aşağı-yuxarı çevrilməklə qarışdırılır. Avtoklavda 120oC temperaturda 15 dəq sterilizasiya edilir.

Hidrogen ionlarının konsentrasiyası sterilizasiyadan sonra 6,3-6,7 hüdudlarında olmalıdır.

İşin gedişi. Su kəmərindən götürülmüş müayinə ediləcək su mümkün qədər tez laboratoriyaya çatdırılır ki, onlar da burada kolba və sınaq şüşələrinə əkilir. Su kəmərindən və nisbətən təmiz quyulardan götürülmüş su sınaq şüşələrinə 1 və 5 ml, kolbalara isə 10, 25, 100, 300 ml əkilir.

Şübhəli açıq su mənbələrindən götürülmüş su sınaq şüşələrinə 0,01; 0,2; 0,5; 1 ml və ya 0,001 ml 0,01; 0,1; 1 ml (durulaşdırıldıqdan sonra) əkilir. Əkilmiş su sınaq şüşəsi və kolbada yaxşıca silkələnir ki, su mühitlə tam qarışsın. Əkmələr termostatda 46oC temperaturda 24 saat saxlanılır.



Nəticənin hesablanması. Bağırsaq çöplərinin inkişafının təsiri nəticəsində mannit parçalanır və qaz əmələ gətirir ki, bu da qaztutucu sınaq şüşəsində çox yaxşı müşahidə edilən qaz qabarcıqları şəklində müşahidə edilir. Bu hadisə qaztutucu şüşəni şaquli vəziyyətdə saxladıqda daha aydın nəzərə çarpır.

Mühitdə Escherichia coli-nin inkişafı nəticəsində turşu toplanır ki, bu da mühitin rəngini qırmızıdan sarıya çevirir. Mühitin rənginin dəyişməsi və qaz əmələ gəlməsi, ən az həcmli suda əmələ gələn Escherichia coli bu həcmin koli-titri hesab edilir.

Beləliklə, bağırsaq çöpü aşkar edilən ən az miqdarda su, daha çox çirklənmiş su hesab edilir.

Koli indeksi bağırsaq çöplərinin titrinə (koli-titr) görə bu düstur ilə hesablanır.



Məsələn, müayinə edilən suyun koli-titri 0,5 ml-dir. Beləliklə, əgər 0,5 ml suda bir bağırsaq çöpü olarsa, onda 1000 ml suda olur. Deməli, müayinə olunan suyun koli-indeksi 2000-dir.


7.12.3. Suda bağırsaq çöplərinin aşkar edilməsinin

sürətləndirilmiş ekspress müayinə üsulu

(M.Q.Kurçenkoya görə)
Bu üsuldan istifadə edərkən müayinənin müddəti 20-24 saat qısaldılır. Müayinə iki mərhələdə aparılır:

  1. Müayinə edilən su peptonlu-qlükozalı mühitdə 42oC temperaturda 12 saatda yetişdirilir.

  2. Peptonlu-qlükozalı mühitdən böyük dairəli koloniya platin ilgək ilə götürülərək aqarlı mühitə əkilir və 37oC (42o də olar) temperaturda 12 saat ərzində yetişdirilir. Bu üsulda həm bağırsaq çöplərinin titrini təyin etmək olur, həm də eyni zamanda yetişmiş mikroorqanizmləri növünə görə öyrənmək mümkündür.

Lazım olan avadanlıq və qidalı mühit. 42o-yə qədər tənzim edilə bilən termostat, qaz toplayıcılı sınaq şüşəsi, böyük ilgəkli platin götürücü, ilkin əkilmiş mühit, rozol turşulu ətli peptonlu aqar aşağıdakı qaydada hazırlanır: 1 litr ət pepton aqara (aqar 1%-ə qədər) 50 mq öd, 10 q laktoza və 1 q qlükoza qatılır, qızdıra-qızdıra qarışdırılır. pH 7,4-7,35 həddində dəqiqləşdirilir. Bu üsulla hazırlanmış mühitə indiqator əlavə edilir. 2 ml 1%-li bromtimolblaunun spirtli məhlulu və 2 ml 3%-li təzə hazırlanmış rozol turşusu (C19H14O3) məhlulu. Mühit sınaq şüşələrinə tökülür və 112oC temperaturda 20 dəq sterilizasiya edilir. Əkmədən əvvəl mühit elə tökülür ki, əkilən səthdə aqar sütunu kifayət qədər hündür olur. Mühit hazır halda qəhvəyi-qırmızı rəngdə olur. Əgər mühitə bromtimol abısı əlavə etməsək, mühitin rəngi solğun çəhrayı olur. Mühiti öd qatmadan da hazırlamaq olar. Lakin bu zaman göstərici belə dəqiq olmur.

İşin gedişi. Pepton qlükozalı mühitdə əkilmiş müayinə ediləcək sudan qaz toplayıcısı olan sınaq şüşəsinə əkmək də bağırsaq çöplərinin titrini təyin edəndə olduğu kimidir (yuxarıya bax).

12 saat sonra platin ilgək vasitəsilə əkilmiş mühitdən götürüb rozol turşulu aqara köçürülür. Köçürmə elə olmalıdır ki, mikrobların olub-olmadığından asılı olmayaraq, bütün sahədən nümunə götürülsün. Əkilmiş sınaq şüşələri 12 saat (24 saat da olar) termostatda saxlanılır.

Sınaq şüşələrinə baxan zaman pepton qlükozalı mühitdə əkilmiş nümunə olan sınaq şüşəsində bulanma və qaz əmələ gəlməsi, aqarlı sınaq şüşəsində isə parçalanmış sütuncuq və köpük əmələ gəlməsi müşahidə edilir.

Aşağıdakı əlamətlər mikroorqanizmlərə görə təfriq edilir (Cədvəl 7.10).

Saprofit bakteriyaların əksəriyyəti aqarlı mühitdə inkişaf etmir.

Cədvəl 7.10. Mikrobların təfriq edilməsi


Mikrob qrupları

Bromtimol-blay əlavə edilən mühit

Bromtimol-blay əlavə edilməmiş mühit

Bağırsaq çöpləri

Mühitdə sütun şəklində rəng dəyişməsi və

ön səthdə həmin rəngin sarıya keçməsi



Sarı rəngli koloniyanın əmələ gəlməsi

Paratif qrupu mikrobları

Sütun şəklində sarı rəng və onun parçalanması, qaz qabarcıqları əmələ

gəlməsi və səthdə rəng dəyişikliyinin olması



Tünd çəhrayı rəngli koloniya

Qarın yatalağı və dizenteriya mikrobları

Mühitdə sütun şəklində sarı rəng, qaz qabarcıqları olmaması

----------

Mühiti qələviləşdirən mikroblar

Mühitin daha tünd rəng alması

----------

Əgər rozol turşulu aqarda inkişaf yoxdursa, pepton-qlükozalı mühitdə 20-24 saatdan sonra bağırsaq çöpləri inkişaf edirsə (bulanma, qaz əmələ gəlmə), rozol turşulu aqara yenidən əkmə aparmaq məsləhət görülür. Ancaq bu zaman əkmə yalnız inkişaf əlaməti olan əkmə nümunəsi ilə aparılmalıdır.


7.12.4. Suyun helmint yumurtalarına görə müayinəsi
Açıq su mənbələrinin (çay, bataqlıq, göl) helmint yumurtalarına görə yoxlanması zamanı müayinə ediləcək su, çirklənmiş şübhəli olan yerin yuxarısından və aşağısından, sahildən və sahildən bir qədər kənardan götürülür. Müayinə üçün nümunə 10-15 litr götürülür. Müayinə ediləcək su seçilmiş

Şəkil 7.1. Suyu titrləmək üçün Qoldman qıfı və Şnis nasosu


nöqtələrdən tədricən götürülür: 0,1; 1 litr, hər 5 dəqiqədən bir suyun səthindən və həmçinin 20-50 sm dərinlikdən, 50 sm suyun dibinə yaxın (batometr və ya yuxarıda təsvir etdiyimiz cihaz vasitəsilə). Su nümunələri səhər, günorta və axşam, həmçinin ilin müxtəlif mövsümlərində götürülməlidir. Bu qaydalara riayət etməklə suyun helmint yumurtaları və sürfələri ilə çirklənməsini obyektiv qiymətləndirmək olar.

Su nümunələri yaxşı cihazlarla təchiz edilmiş laboratoriyalarda xüsusi üsul və avadanlıqların köməyi ilə yoxlanılır (Qnedina və Vasilkova üsulu).

Nisbətən əlverişli və sadə olan Vasilkova üsuludur. Bu üsulun köməyi ilə müayinə istehsalat şəraitində də aparıla bilər.

Lazım olan cihaz, avadanlıq və reaktivlər. Qoldman qıfı, şnisanın əl nasosu, bünzen kolbası, kiçik böyüdücülü mikroskop, kağız filtrlər, 20-30%-li xlorid turşusu.

İşin gedişi. 7.1. saylı şəkildəki kimi bir cihaz quraşdırılır. Kağız filtr qıfın dibinə yerləşdirilir və hər dəfə 0,5-1 litr müayinə ediləcək su süzüldükdən sonra dəyişdirilir. Kolbada havanı seyrəkləşdirmək və süzülməni sürətləndirmək üçün əl nasosundan istifadə edilir. Üzərində çöküntü olan kağız filtrlər xlorid turşusu məhlulu ilə rəngsizləşdirilir (3-5 dəq) və əşya şüşəsinin üzərinə qoyulur.

Xüsusi avadanlıq olmadıqda helmint yumurtalarını aşkar etmək üçün suyun bir sutka ərzində hündür silindrik şüşə qablarda çökdürmək üsulundan istifadə edilir. Suyun yuxarı hissəsi ehtiyatla (çöküntüyə toxunmamaq üçün) qıf vasitəsilə süzülür. Çöküntü sentrifuqa şüşəsinə yerləşdirilir, sentrifuqadan keçirilir, mayenin aşağı qatı sınaq şüşəsindən damcı-damcı əşya şüşəsinə keçirilir. Az böyüdücülü mikroskopla müayinələr aparılır. Helmintlərin yumurtaları və sürfələri təfriq edilir.


7.12.5. Suyun mikroflorası, su mənbəyindən asılı olaraq bakteriyalarla çirklənmə dərəcəsi
Suda mikrobların çoxalması, onların enerji və qidalanması üçün yaxşı şərait olduqda artır. Açıq su sahələri və çaylarda mikrob daha çox olur, bu zaman mikroblar sahilə yaxın yerlərdə nisbətən çox olur. Suyun mikroflorası onun çirklənmə dərəcəsindən asılıdır. Böyük şəhərlərin içərisindən keçən çaylar daha çox mikrobla zəngin olur. Ancaq şəhərdən bir neçə kilometr aralı mikroorqanizmlərin sayı hiss olunacaq dərəcədə azalır (çayın öz-özünə təmizlənməsi) mikroorqanizmlər dəniz və okeanlarda da müxtəlif dərinliklərdə yaşayır (3700-10000 metr).

Su mikroflorasının keyfiyyəti çox dəyişkən olub, təsadüfi xarakter daşıyır.

Bir neçə növ saprofit mikrob suda həmişə olur. Məsələn, Bact fluorescens, Bact aquatilis, Bact Violaceum və başqaları mənbəyindən asılı olaraq suda müxtəlif sayda mikrob ola bilər. Məsələn, 1 ml artezian suyunda yüz, yaxud min mikrob olduğu halda, 1 ml çay suyunda mikrobun sayı 510b-dir. b-nin qiyməti suyun çirklənməsindən asılı olaraq 2, 3 və daha çox ola bilər.

Bulaq, quyu sularında mikrob az olur, çünki su burada torpaq qatlarından süzülərək təmizlənir. Dəniz və okean sularında da bakteriyalar vardır, lakin içməli sulara nisbətən azdır.

Müayinə zamanı suda müxtəlif fizioloji qruplara aid olan mikroorqanizmlər tapmaq mümkündür. Suyun çirklənməsindən asılı olaraq, müəyyən müddətdə patogen mikroblar suda yaşaya bilər. Məsələn, qara yara törədicisi çirklənmiş suda 3 ilə qədər, bruselloz törədicisi 0-18oC temperaturda 100 gün, vərəm çöpləri çay suyunda 1 ilə qədər, tulyaremiya törədicisi 13-15oC temperaturda 92-95 gün, riketsilər 37oC temperaturda 3 saat yaşaya bilirlər.

Beləliklə, müəyyən şəraitdə su infeksion xəstəlik yayaraq epizootiya və epidemiya əmələ gətirə bilər.

Sanitar-bakterioloji cəhətdən suyu qiymətləndirmək üçün aşağıdakı müayinələr aparılır:


  1. Suda mikrobların ümumi sayının təyini;

  2. Suyun koli-titrinin və koli-indeksini təyin etmək;

  3. Suda patogen mikrobların aşkar edilməsi.


7.12.6. Suda mikrobların ümumi sayının təyini
Müayinə ediləcək sudan 450-500 ml götürülüb steril butulkaya tökülür və steril qapaqla bağlanır. Su o zaman yaxşı keyfiyyətli hesab olunur ki, 1 ml suda mikrobların sayı 100 ədəd olsun, mikrobların sayı 100-150 ədəddirsə su şübhəlidir. Mikrobların sayı 500 və daha çoxdursa su çirklidir.

Artezian quyusundan götürülmüş su sentrifuqadan keçirilir, açıq su mənbəyindən götürülmüş su ilə ümumi qaydada durulaşdırılaraq əkmələr aparılır. Yəni artezian suyundan 0,5 ml su içərisində 4,5 ml su kəməri suyu olan steril sınaq şüşəsinə keçirilir, qarışdırılır, bundan 0,5 ml növbəti sınaq şüşəsinə keçirilir. Cəmi 3-7 durulaşdırma hazırlanır. Hər bir sınaq şüşəsindən 1 ml götürüb, içərisində ƏPA olan (45-50oC-də) steril petri kasalarına keçirilir. Kasanı ehtiyatla tərpətməklə qarışdırılır və 37oC temperaturda 24-48 saat termostatda saxlanılır. İnkişaf etmiş koloniyalar 2-5 dəfə böyüdən lupa altında sayılır. Su kəməri suyunun 1 ml-də olan ümumi bakteriyaların sayı 100-dən artıq, açıq su mənbələrinin 1 ml-də isə 1000-dən artıq olmamalıdır.

Koli-titr dedikdə – bağırsaq çöpləri (Escherichia coli və ya Clostridium perfringens) tapılan suyun ən az həcmi başa düşülür.

Koli-indeks dedikdə isə 1 litr suda olan bağırsaq çöplərinin miqdarı nəzərə alınır.

Mövcud sanitariya qanunlarına görə içməli sular üçün koli-titr 300 ml-dən aşağı, koli-indeks isə 3-dən yuxarı olmamalıdır.

Açıq su tutarlarının suyunu 100, 10, 1 və 0,1 ml həcmlərdə Eykman mühitinə (0,5% NaCl, Andrade indiqatoru 0,5% qlükoza və üzgəcli 1%-li pepton suyu) əkirlər. Çox miqdarda (100 və 1000 ml) suyu əkmək üçün tərkibində göstərilən maddələr 10 dəfə artıq konsentrasiyalaşdırılmış Eykman mühitindən istifadə edirlər. Belə ki, bağırsaq çöpləri çox durulaşdırılmış mühitdə bitmir.

Su kəməri suyunu müayinə etdikdə, konsentrasiya-laşdırılmış Eykman mühitinə hərəsi 100 ml olan 4 nümunə və hər biri 10 ml olan 10 nümunə əkirlər. Sonra onları 37oC temperaturda 18-24 saat müddətində termostata yerləşdirirlər. Üzgəcdə qaz qabarcıqlarının toplanması ilə qıcqırma titrini təyin edirlər. Su kəməri suyunun müayinəsi zamanı qıcqırma və bulanıq əmələ gələn nümunələrdən Endo mühitinə əkilir. Əmələ gələn koloniyalar mikroskopiya edilir və 37oC temperaturda qaz əmələgətirmə qabiliyyətini yoxlamaq üçün həmin koloni-yalardan 2-ci dəfə Eykman mühitinə əkilir. Müsbət nəticələr alındıqda, koli-titri təyin edilir və koli-indeksi hesablanır. Məsələn, suyun koli-titri 100 olduqda, onun koli-indeksi (1000:100=10) 10-a bərabər olur.

Koli-indeksi birbaşa təyin etmək üçün membran filtrlər üsulundan istifadə edilir. Bu məqsədlə Bunzen kolbasına birləşdirilmiş membran filtri Zeyts qıfından istifadə edilir. Kolbanı isə vakuum nasosla birləşdirirlər. Müayinə olunan suyun müəyyən dəqiq miqdarını membran filtrdən süzürlər. Sonra isə həmin filtr Petri kasasına tökülmüş Endo mühitinin səthinə qoyulur və 37oC temperaturda 18-24 saat termostata yerləşdirilir. Sonra əmələ gəlmiş qırmızı rəngli 2-3 koloniyadan yaxma hazırlanır. Qram üsulu ilə boyayıb mikroskopiya edilir. Həmin koloniyaların qalan hissəsi Eykman mühitində olan sınaq şüşələrinə əkilir və 37oC temperaturda 24 saat müddətində termostata yerləşdirilir. Eykman mühitində qaz əmələ gəldikdə, üstündə bitmiş qırmızı koloniyaları sayırlar və koli-indeksi hesablayırlar. Alınmış nəticəyə əsasən koli-titri təyin edirlər. Məsələn, koli indeks 5-ə bərabərdirsə, onda koli-titr 200 (1000:5=200) olur.



İstifadə olunan mühitin tərkibi. 10,0 pepton, 5,0 təmiz kimyəvi xörək duzu, 5,0 qlükoza, 1 litr distillə suyu və 10 ml Andrade indiqatoru.

Qatılaşdırılmış mühitdə belə hazırlanır, lakin bu zaman sudan başqa bütün maddələr 10 dəfə artıq götürülür.

10 ml qatılaşdırılmış mühitə 1000 ml müayinə olunan su, 1 ml qatılaşdırılmış mühitə isə 10 ml su tökülür. Suyun 1,0; 0,1 ml və daha kiçik miqdarları, içərisində 10 ml adi (qatılaşdırılmış) mühit olan sınaq şüşələrinə tökülür. Bütün əkmələr 24 saat 37oC temperaturda termostata qoyulur. İçərisində bağırsaq çöpləri əmələ gələn (mühit bulanarsa və rəngi dəyişərsə) sınaq şüşələrindən Endo və ya Levin mühitinə əkmələr aparılır. 16-18 saat 37oC temperaturda termostata yerləşdirilir.

Bağırsaq çöpləri üçün xarakterik olan koloniyadan yaxma preparatlar hazırlanıb mikroskopiya edilir.

Kulturalar oksidaz xəmirinə əsasən öyrənilir: filtr kağızı (ex tempore) d-naftol və ya dictil-n-fenilendiamin ilə isladılır və koloniyanın üzərinə qoyulur. Kağızın rənginin dəyişməsinə və yaxma preparatlarda qram-mənfi çöplərin aşkar edilməsinə görə bağırsaq çöplərinin olması müəyyən edilir (kağızın rəngi dəyişməzsə, nəticə mənfidir).

Əgər koli-titr təyin edilmiş normadan yüksək olarsa, müayinə təkrar edilir. Kal çirklənməsini təyin etmək üçün əkmələr 43oC temperaturda soyuqqanlıların bağırsaq çöpləri ilə müqayisəli şəkildə yetişdirilir (soyuqqanlıların bağırsaq çöpləri yüksək – 43oC temperaturda yetişmir).

Dövlət standartlarına görə su kəməri suyunun bağırsaq çöplərinə görə titri 333 ml, açıq su mənbələri üçün isə 111 ml-dən az olmamalıdır.

Membranlı filtrlər üsulu. Nitrohüceyrədən və ya nitroxlorvinildən hazırlanmış 2 və ya 3№-li membranlı filtrlər isti suda yaxşıca yuyulur və Ulenqut çökəkliyində və Bunzen kolbasında yerləşdirilir. Bunlar başqa qəbuledici qabla birləşdirilir. Müayinə olunan su (şəhər su kəməri suyu) təzyiq altında (ən azı 333 ml) filtrdən keçirilir.

Sonra filtrlər aseptik şəraitdə Endo mühitinə köçürülür və 37oC temperaturda termostatda saxlanılır. 18-24 saatdan sonra bağırsaq çöpləri koloniyaları sayılır, onların miqdarı 1000-ə vurulur, alınan rəqəm filtrdən keçirilən suyun həcminə bölünür və beləliklə də 1 litr suda olan bağırsaq çöplərinin miqdarı – koli-indeks tapılır.

Əgər su həddindən artıq çirklidirsə, bu zaman adətən 10 və ya 100 dəfə az miqdar götürülür və müvafiq olaraq koli-titr və koli-indeks tapılır.
7.12.7. İçməli suyun ümumi sanitariya cəhətdən qiymətləndirilməsi
Patogen mikroorqanizmlərlə çirklənmiş su həmişə insan və heyvanların infeksion xəstəliklərin törədiciləri ilə yoluxmasının əsas mənbəyi hesab olunur. İnsanların və heyvanların sağlamlığını qorumaq üçün içməli suya müəyyən gigiyenik tələblər qoyulur. Çünki suyun tərkibində müxtəlif mexaniki qarışıqlar həll olmuş üzvi və qeyri-üzvi, həmçinin zəhərli maddələr ola bilər ki, bunlar da insan və heyvanlarda müxtəlif xəstəliklər törədir. Su ilə orqanizmə parazitar və helmintoz xəstəliklərin törədiciləri keçə bilir.

İçməli və istehsalat üçün istifadə edilən sular sanitar gigiyenik cəhətdən tamamilə nöqsansız olmalıdır.



Dövlət standartına (QOST 7874-73) görə içməli sulara mənbəyindən asılı olaraq aşağıdakı gigiyenik tələblər qoyulur:

  1. suda patogen mikroorqanizmlər olmamalıdır.

  2. 1 ml suda mikrobların miqdarı 50-dən, koli-indeks 3-dən artıq, koli-titr isə 300 ml-dən az olmamalıdır.

  3. 1 litr suda qurğuşun 0,1 mq, ftor 1,5 mq, mis 3 mq, fenol 0,001 mq-dan artıq olmamalıdır. Suda civə, barium, xrom kimi zəhərli maddələrin olmasına yol verilmir.

  4. Artezian suyunun 1 ml-də 10-50-dən artıq bakteriya olmamalı, koli-titr isə 200-300 ml olmalıdır.

  5. Açıq su hövzələrində suyun reaksiyası neytral (pH-7,07) olmalıdır.

  6. 1 litr suda quru qalıq 60 mq, nitratların izi, xloridlər 0,1 mq/l, sulfatlar 0,5 mq/l, dəmir 0,1-1 mq/l-dan artıq olmamalıdır. Ammonyak və nitritlərin yalnız izi olmalıdır. Suyun oksidləşməsi 30-50 mq, codluğu 20-25%, koli-titr 200-300 ml olmalıdır. 1 ml suda 50-dən artıq bakteriya olmamalıdır.

  7. Ümumiyyətlə, suyun orqanoleptik və fiziki-kimyəvi tərkibi sabit olmalıdır.

İstifadə üçün yararlı olan sulara qoyulan sanitar-gigiyenik normalar 7.11 saylı cədvəldə verilmişdir.

Cədvə 7.1l. İstifadə üçün yararlı sulara qoyulan

sanitar-gigiyenik normalar


Göstəriciləri adı

Normativlər

İyi və dadı (20oC-də ballarla)

2

Şəffaflığı

30

Rəngi, dərəcələrlə

20

Reaksiyası (pH)

7,07

Ümumi codluğu (mq/ekv)

7-14

Ümumi codluğu (dərəcələrlə, %-lə)

20-25

Nitritlər (mq/l)

2-5

Ammonyak (mq/l)

500-1000

Oksidləşmə (mq/l)

30-50

Quru maddə (mq/l)

60

Xloridlər (mq/l)

0,1

Sulfatlar (mq/l)

0,5

Qurğuşun (mq/l)

0,001

Ftor (mq/l)

3,0

Fenol (mq/l)

0,1

Mis (mq/l)

5,0

Maqnezium (mq/l)




Sink (mq/l)




Dəmir (mq/l)

0,1-1

Bakteriya koloniyalarının

sayı (mq/l)



100 (mənbədən asılı olaraq) 2-3

Bağırsaq çöplərinin sayı

(1 litr suda koli-indeks).



100-300 (mənbəyindən asılı olaraq)


QEYD. Kitabın VII fəsli F.Ə. Mustafayev və E.Ə. Rüstəmovun yazdıqları “Yeyinti məhsullarının laboratoriya müayinələri” kitabından istifadə olunmaqla tərtib edilmişdir. Bakı: “Elm”, 2010
SON SÖZ
suyun canlı aləmdə əhəmiyyəti danılmazdır. Həyat susuz mümkün deyil. Bütün canlılar, o cümlədən, insanlar, heyvanlar və bitkilər su olmadan yaşaya bilməzlər. Çünki bioloji inkişaf hər mərhələdə su ilə sıx təmasdadır.

İnsan bədəninin 65-70%-i, beyinin 80%-i, qanın 83-90%-i, əzələlərin 75%-i, sümüklərin 22-24%-i sudan ibarətdir. Orta yaşlı insan hər gün 2800-3000 ml su istehlak etməlidir. İstehlak olunan suyun 1200—1400 mllilitri çay, qəhvə və digər içkilərin payına düşür. Gündəlik qidalanmada qəbul etdiyimiz yeyinti məhsullarının da tərkibində su vardır. Su istehlakı insanın əməyinin xarakterindən, yaşından, iqlim şəraitindən və digər amillərdən asılıdır.

Suyun müxtəlif forma və fiziki halları mövcuddur. Məhsullardakı su sərbəst və birləşmiş (fiziki-kimyəvi) halda olur. Təbiətdə isə su buxar, maye və buz halında rast gəlinir.

İçməli suyun keyfiyyətinə qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq müəyyən tələblər verilir. Suyun keyfiyyəti onun şəffaflığına, rənginə, dad və iyinə, mikroorqanizmlərlə çirklənməsinə, eləcə də suyun codluğuna (suda həllolmuş kalsium və maqnezium duzlarının miqdarına) görə müəyyən edilir.

Suyun çirklənməsi koli-titrkoli-indeks göstəriciləri ilə müəyyən olunur. Dövlət standartına əsasən içməli suyun koli-titri 300 ml-dən az olmamalıdır. Koli-indeks isə bir litr suda 3 mikrobdan artıq olmamalıdır. Suyun ümumi codluğu 7,0 mq-ekv/litrdən çox olmamalıdır.

Suyun həyat üçün müstəsna əhəmiyyətini nəzərə alaraq “Susuz həyat yoxdur” adı monoqrafiya yazıb oxuculara təqdim etmək tədqiqatımızın əsas məqsədi olmuşdur.

Monoqrafiyada insanın gündəlik həyatında sudan istifadə qaydaları, suyun içilməsi vaxtı və miqdarı, eləcə də sağlamlığa təsiri haqqında əsas müddəalar tezis şəklində verilib. Kitabın ayrı-ayrı bölmələrində su haqqında qeyd olunan məsləhətlərə gündəlik həyatımızda əməl edilməsi sağlam həyatın əsasını təşkil edə bilər. Odur ki, sudan səmərəli istifadə olunmasına hər gün diqqət yetirilməlidir.

Son zamanlar insanlar ticarət şəbəkələrində qablaş-dırılıb satılan içməli bulaq sularından və mineral sulardan daha çox istifadə edirlər. Sağlamlıq üçün suyun əhəmiyyəti ondan ibarətdir ki, insanlar mümkün qədər canlı su istehlak etsinlər. Qaynadılmış sudan yalnız çay dəmləmək və xörək bişirmək üçün istifadə olunmalıdır.Sağlamlığımızı qorumaq məqsədilə təbii bulaq suyu, mineral su və ev şəraitində hazırlanan canlı su içməniz məsləhətdir. Gündəlik həyatınızda aşağıdakı qaydalara riayət etməniz vacibdir.

Günə bir stəkan su içməklə başlayın.

Hər gün ən azı 1200-1600 ml təbii bulaq suyu və ya qazsız mineral sufrə suyu için.

Yemək zamanı su içməyin, bu, qidanın həzminə mənfi təsir göstərir. Suyu yeməkdən yarım saat əvvəl və ya bir saat sonra için. Bu, qidanın həzminə və mənimsənilməsinə müsbət təsir göstərir.

Özünüzü narahat hiss edirsinizsə və stresli olduğunuz zaman bir fincan su için. Bu sizi qismən rahatlaşdırar.

Çay, qəhvə və digər azspirtli və spirtli içkilər sidikqovucu olduğundan bədəndəki suyun itkisinə səbəb olur. Odur ki, həmin içkiləri gün ərzində çox içməyin.

Gündəlik qəbul etdiyiniz su normasının bir hissəsini mineral su ilə əvəz edin. Çünki mineral suların tərkibində insan orqanizmi üçün lazım olan elementlər, o cümlədən, kationlar və anionlar vardır.

Müalicəvi mineral sulardan həkim məsləhəti olmadan istifadə etməyin, lakin süfrə mineral sularından hər gün istifadə etmək məsləhətdir.

Respublikaya yaxın xaricdən və əsasən MDB ölkələrindən də mineral su idxal оlunur. Bu içkilərin əsas keyfiyyət göstəriciləri, saxlanılma zamanı tərkibində gedən dəyişikliklər, saxlanılma şəraiti və müddəti, eləcə də insan оrqanizminə təsiri dəqiq öyrənilməli dir.

Monoqrafiyada mineral suların kimyəvi tərkibi, fiziоlоji və müalicəvi əhəmiyyəti, mineral suların təsnifatı, süni mineral suların hazırlanması və çeşidi, Azərbaycanın mineral sularından 14 çeşidinin mənbəyi, tərkibi və istifadə оlunması haqqında maraqlı məlumatlar tоplanmışdır.

Kitabda verilmiş mineral sular haqqındakı məlumatlara yekun vuraraq aşağıdakı təkliflərin nəzərə alınması tövsiyə edilir.

1. Respublikada mineral suların ümumi istehsalı yerli xammallardan səmərəli istifadə etməklə artırılmalı, çeşidi yeniləşdirilməli və keyfiyyəti yaxşılaşdırılmalıdır.

2. Mineral suların keyfiyyəti müəyyən edilərkən оnların zərərsizlik göstəricilərinə, həmçinin ekоlоji təmizliyinə də ciddi fikir verilməsi günün vacib prоblemlərindəndir.

3. Respublikada mövcud оlan müalicəvi əhəmiyyətli mineral suların əksəriyyəti butulkalara dоldurulub satışa verilir. Lakin bütün mineral su mənbələri yaxınlığında buna imkan və şərait, demək оlar ki, yоxdur. Təklif olunur ki, bütün mineral su mənbələri yaxınlığında butulkalara su dоlduran zavоdların tikilməsi yaxın gələcəkdə nəzərdə tutulsun.

4. Mineral su dоldurarkən yaxşı оlar ki, etiketdə оnun dоldurulduğu tarix göstərilsin. Etiketin üzərində ay göstəril-məsinə baxmayaraq оnların dоldurulduğu gün qeyd оlunmur. Оna görə də ticarət şəbəkəsində mineral suyun müddətindən artıq saxlanılmasını müəyyən etmək оlmur.

5. Mineral suları dоldurarkən оnların xarici tərtibatına ciddi fikir verilməlidir. Elə etmək lazımdır ki, mineral suyun xarici tərtibatı zövqü оxşayan və xоşagələn оlsun. Mineral suların keyfiyyətinin standartın tələbinə uyğun оlmasına fikir verilməlidir.

6. Respublikada mineral su mənbələrinin gündəlik debitinin çox az hissəsindən istifadə edilir. Ona görə də mineral su doldurulmasını artırmaq və əhalini, xüsusən yaz-yay mövsümündə ardıcıl olaraq mineral sularla təchiz etmək vacib məsələdir.



Р Е З Ю М Е
Важность воды в живом мире неоспорима. Жизнь без воды невозможна. Все живые существа, включая людей, животных и растения, не могут выжить без воды, потому что биологическое развитие тесно связано с водой на всех этапах.

65-70% человеческого тела, 80% головного мозга, 83-90% крови, 75% мышц и 22-24% костей состоят из воды. Человек среднего возраста должен потреблять 2800-3000 мл воды каждый день. На чай, кофе и другие напитки приходится 1200-1400 мл потребляемой воды. Продукты, которые мы принимаем в ежедневной пище, также содержить воды. Потребление воды зависит от природы, возраста, климата и других факторов человеческого труда.

Существуют разные формы и физические состояния воды. Воду, находящуюся в пищевых продуктах, условно делят на свободную и связанную (физическую и химическую). В природе вода находится в виде пара, жидкости и во льдах.

Качество питьевой воды должен отвечать определенным требованиям в соответствии с применяемой нормативной и технической документацией. Качество воды определяется ее прозрачностью, цветом, вкусом и запахом, загрязнением микроорганизмов и жестокостью (количеством водорастворимых солей кальция и магния).

Загрязнение воды определяется показателями – коли-титр и коли-индекс. Согласно государственному стандарту, коли-титр пищевой воды должны быть менее 300 мл. Коли-индекс не должен превышать 3 микроба на литр воды. Общее содержание растворимых солей в воде не должно превышать 7,0 мг /экв/ л.

Учитывая исключительную важность воды для жизни, основной целью наших исследований явилось написать и представить читателям монографию «Не существует жизни без воды».

Книга состоит из VII глав.

В I главе содержится информация о преимуществах чистой питьевой воды, использования живой воды и приготовление живой воды в домашних условиях, веры в воду и достоинства воды в религии ислама, мыслей и высказываний, связанных с водой.

Во II главе дана обширная информация об использование пищевой воды, о воде Зам-Зам, воздействие воды на душу и широко прокомментированы аяты в Коране (стих 65 из Суры 35) и в достоверных хадисах.

В III главе содержится информация о важности воды для жизни, о потребностях в воде для жизнедеятельности человека, преимуществах чистой питьевой и горячей воды, жестокость воды, содержания различных элементов и минералов в воде, важности содержания магния в воде и других проблемах, связанных с потреблением воды..

В IV главе содержится информация о минеральных водах, классификация минеральных вод, химический состав и происхождение минеральных вод, влияние минеральной воды на здоровье человека и использование минеральных вод в медицине, неправильные мысли о потреблении минеральной воды, источниках и разновидностях минеральных вод в Азербайджане, органолептические свойства минеральных вод, а также интересная и обширная информация об экспертизах минеральной воды.

В V главе описываются надземные и подземные водные ресурсы для питьевой воды, разнообразие воды на земле, важность тяжелой воды (дейтериум, D2O). Полезна ли вода, которую мы пьем или является она источником заболевания, а также правильность потребления воды с высоким уровнем кислотности в организме.

В VI главе описываются вода и ее формы содержащихся в пищевых продуктах, требования к качеству воды применяемых в производстве продуктов питания, контроль безопасности воды, факторы, влияющие на содержание воды при хранении пищевых продуктов и методы определения количества воды в пищевых продуктах.

VII глава посвящена экспертизе воды. Он содержит информацию о органолептических, физических и химических свойствах воды, количественном и качественном определении хлора, сульфатах и ​​других соединениях в воде, микробиологических и санитарных параметрах воды и их методах определения, включая показателей коли-титра и коли-индекса, общее количество бактерий и его нормы в питьевой воды.

В монографии содержатся основные положения об использовании воды в человеческой жизни, времени и количестве употребляемой воды, а также о влиянии воды на здоровье. Следовательно соблюдение рекомендаций по ежедневному употреблению воды, данных в монографии может стать основой здорового образа жизни. Поэтому необходимо следить за тем, чтобы вода использовалась эффективно.

В последнее время люди используют для повседневной жизни больше питьевой и минеральной воды, которые реализуют в расфасованном виде в торговой сети. Важность воды для здоровья заключается в том, что люди должны потреблять как можно больше живой воды. Для приготовления чая и приготовления пищи необходимо использовать только кипяченую воду. Чтобы защитить наше здоровье, рекомендуется пить природную воду, минеральную воду и живую воду, приготовленную в домашних условиях. В повседневной жизни важно соблюдать следующие рекомендации.

Начните день со стаканом воды.

Каждый день, употребляйте по крайней мере, 1200-1600 мл натуральной родниковой воды или негазированную минеральную воду.

Не пейте воды во время еды, что отрицательно влияет на пищеварение. Воду можно пить за полчаса до еды или после часа приема основной пищи. Это оказывает положительное влияние на пищеварение и переваривание пищи.

Если вы чувствуете себя некомфортно или испытываете стресс, то выпейте стакан воды. Это частично облегчит вас.

Чай, кофе и другие безалкогольные и алкогольные напитки вызывают диарею и вызывают потерю воды в организме. Не пейте слишком много таких напитков в течение дня.

Заменяйте часть вашей ежедневной воды обычно минеральной водой, так как минеральная вода содержит элементы, необходимые для организма человека, включая разные катионы и анионы.

Не используйте лечебную минеральную воду без консультации врача, но рекомендуется ежедневно пользоваться минеральной водой.

Минеральная вода импортируется из-за границы и главным образом из стран СНГ. Основные показатели качества этих напитков должны быть периодически изучены.

В монографии содержится интересная информация о химическом составе, физиологическом и терапевтическом значении минеральных вод, классификации минеральных вод, подготовке и ассортименте искусственных минеральных вод, источниках, составе и использовании 14 разновидностей минеральных вод Азербайджана.


S U M M A R Y
The importance of water in the living world is undeniable. Life without water is impossible. All living beings, including humans, animals and plants, cannot survive without water, because the biological development is closely connected with water at all stages.

65-70% of the human body, 80% of the brain, 83-90% of the blood, 75% of the muscles and 22-24% of the bones consist of water. A middle-aged man should consume 2800-3000 ml of water every day. Tea, coffee and other drinks account for 1200-1400 ml of consumed water. The products that we take in daily food also contain water. Consumption of water depends on nature, age, climate and other factors of human labor.

There exist different forms and physical states of water. The water in food products is conditionally divided into free and bound (physical and chemical). In nature, water is in the form of vapor, liquid and ice.

The quality of drinking water must meet certain requirements in accordance with the applicable regulatory and technical documentation. The quality of water is determined by its transparency, color, taste and smell, contamination of microorganisms and cruelty (the amount of water-soluble calcium and magnesium salts).

Water pollution is determined by the indicators - colitis and coli-index. According to the state standard, the amount of food water should be less than 300 ml. The coli-index should not exceed 3 microbes per liter of water. The total content of soluble salts in water should not exceed 7.0 mg / equivalent / l.

Taking into consideration the exceptional importance of water for life, the main goal of our research was to write and present to readers a monograph "There is no life without water".

The book consists of VII chapters.

The first chapter deals with the information of the benefits of pure drinking water, the utilization of live water and the preparation of live water at home condition, the trust in water and the dignity of water in the religion of Islam, thoughts and utterances related to water.

The extensive information on the utilization of food water, about Zam-Zam water, the effect of water on the soul, and widely commented on verses in the Koran (verse 65 of Sura 35) and in authentic hadiths have been given in the 2-nd chapter.

The vast information about the importance of water for life, the water requirements for human life, the benefits of pure drinking and hot water, the cruelty of water, the content of various elements and minerals in the water, the importance of magnesium in water and other problems associated with water consumption have been revealed in the 3-rd chapter.

The 4-th chapter contains information on mineral waters, the classification of mineral waters, the chemical composition and origin of mineral waters, the effect of mineral water on human health and the use of mineral waters in medicine, misconceptions about the consumption of mineral water, sources and varieties of mineral waters in Azerbaijan, organoleptic properties of mineral waters, as well as interesting and extensive information on mineral water expertise.

The 5-th chapter describes over ground and underground water resources for drinking water, a variety of water on earth, the importance of heavy water (deuterium, D2O). Is the water we drink or is it a source of the disease, as well as the correct utilization of water with a high level of acidity in the body.

Chapter 6 describes water and its forms contained in food products, water quality requirements for food products used in food production, water safety monitoring, factors affecting the water content of food storage, and methods for determining the amount of water in food.

Chapter 7 is devoted to the examination of water. It contains information on organoleptic, physical and chemical properties of water, quantitative and qualitative determination of chlorine, sulfates and other compounds in water, microbiological and sanitary parameters of water and their methods of determination, including colitis and coliform index, total bacteria and its norms in drinking water.

The monograph contains the main provisions about the utilization of water in human life, the time and amount of water consumed, and the effect of water on health. Therefore, the observance of recommendations for the daily use of water, data in the monograph can become the basis of a healthy lifestyle. Therefore, it is necessary to ensure that water is used efficiently.

Recently, people use more drinking and mineral water for everyday life, which they sell in a packaged form in the trade network. The importance of water for health lies in the fact that people should consume as much as possible live water. For the preparation of tea and cooking, it must be used only boiled water. In order to protect our health, it is recommended to drink natural water, mineral water and live water prepared at home. In our daily life it is important to observe the following recommendations.

Start the day with a glass of water.

Every day, consume at least 1200-1600 ml of natural spring water or non-carbonated mineral water.

Do not drink water during meals, which adversely affects digestion. You can drink water half an hour before meals or after an hour of taking the main food. This has a positive effect on digestion and digestion of food.

If you feel uncomfortable or stressed, then drink a glass of water. This will partially ease you.

Tea, coffee and other non-alcoholic and alcoholic drinks cause diarrhea and cause loss of water in the body. Do not drink too many such drinks throughout the day.

Replace part of your daily water with mineral water, as mineral water contains the elements necessary for the human body, including different cations and anions.

Do not use medical mineral water without consulting a doctor, but it is recommended to use mineral water daily.

Mineral water is imported from abroad and mainly from the CIS (Commonwealth of Independent States) countries. The main quality indicators of these drinks should be periodically studied.



The monograph contains interesting information on the chemical composition, physiological and therapeutic significance of mineral waters, the classification of mineral waters, the preparation and assortment of artificial mineral waters, the sources, composition and use of 14 varieties of mineral waters in Azerbaijan.

İstİfadə olunmuş ədəbİyyat
Azərbaycan dilində


    1. Alverdiyeva N.F. Azərbaycanın mineral sularının ekspertizası. Dərs vəsaiti. Bakı, “İqtisad Universiteti” nəşriyyatı. 2009.

    2. Əhmədov Ə.İ. Ərzaq malları əmtəəşünaslığı. Dərslik. Bakı. “İqtisad Universiteti” nəşriyyatı. 2012.

    3. Əhmədov Ə.İ., N.X.Musayev. Ərzaq mallarının ekspertizası. I hissə. Dərslik. Bakı. Çaşıoğlu. 2005.

    4. Əhmədov Ə.İ. Tamlı malların əmtəəşünaslığı. Bakı. “İqtisad Universiteti” nəşriyyatı. 2010.

    5. Əhmədov Ə.İ. Azərbaycan şərbətləri və sərinləşdirici içkilər. Bakı. Azərbaycan kitab palatası. 1994.

    6. Əhmədov Ə.İ Spirtsiz içkilər. Bakı. Bilik cəmiyyəti. 1987.

    7. Əhmədov Ə.İ. və b. Bitki mənşəli ərzaq məhsulları əmtəəşünaslığı kursu üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik göstərişlər. Bölmə «Tamlı mallar». Bakı. Çaşıoğlu. 1997.

    8. Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoloji problemləri. Bakı, “Çaşıoğlu”, 2000.

    9. İçməli təbii mineral sular. Azərbaycan Respublikasının Dövlət Standartı, AZS-206.

    10. Hüseynov M.Ə., Əhmədov Ə.İ. Milli Azərbaycan şərbətləri və spirtsiz içkilər. Bakı, “Çaşıoğlu”, 2014.

    11. Mustafayev F.Ə., Rüstəmov E.Ə. Yeyinti məhsullarının laboratoriya müayinələri. Ali məktəblər üçün dərslik. Bakı: “Elm”, 2010

    12. B.Z.Rzayev. Arsen və Darıdağ termal suyu. Bakı. Elm. 1983.


Rus dilində


    1. Аскеров А.Г. Минеральные источники Азербай-джанской ССР. Баку. Издательство АГУ. 1954.

    2. Аскеров А.Г., Асланов А.Д., Насыров Х.М. Минеральные источники Нахичеванской АССР, Баку, 1986, 124 стр.

    3. Бабаев А.М. Минеральные воды горно-складчатых областей Азербайджана. Баку, “Çaşıoğlu”, 2000, 384 стр.

    4. Бабаев А.М., Ибрагимов И.Ш. Минеральные воды келбеджарской наложенной мульды (Малый Кавказ), Баку, 1999, 179.

    5. Гусейнов А.П., Агаева Ч.Х. Бадамлинская минеральная вода. Баку. Азернешр. 1962.

    6. Кашкой М.А. Минеральные источники Азербаджана. Баку, изд. АН Азерб.. ССР, 1952, 164 стр.

    7. Куликов Г.В., Желваков А.В., БондаренкоС.С. Минеральные лечебные воды СССР, Москва, Недра, 1981, 212 стр.

    8. Колесник А.А., Елизарова Л.Г. Теоретические основы товароведения продовольственных товаров. Москва, Экономика, 1990, 370 стр.

    9. Лечебные минеральные воды типа «Нафтуся» (А.Е. Банинец и др.). Киев.Наука думка. 1986.

    10. Мышъяк содержащий минеральные воды СССР. Труды ЦНИИКФ Т. XXVI. М. 1973.

    11. Поздняков В.М. и др. Экспертиза напитков. Новосибирск. 1999.

    12. Тагиев И.И., Ибрагимова И.Ш., Бабаев А.М. Ресурсы минеральных и терминальных вод Азербайджана. Баку, “Çaşıoğlu”, 2001, 286 стр.

    13. Шепелев А.Ф. и др. Товароведение и экспертиза вкусовых и алкогольных товаров. Изд. Март. Ростов-на-Дону. 2001.

26. ГОСТ 6687.0-74, ГОСТ 6687.3-74, ГОСТ 6687.4-75, ГОСТ 6687.8-75, ГОСТ 6687.5-86, ГОСТ 7874-73, ГОСТ 13273-88, ГОСТ 28188-89, ГОСТ 28499-90, ГОСТ 10117, ГОСТ 13360, ГОСТ 18575, ГОСТ 23285, ГОСТ 28188-89.


Prof.,t.e.n. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu

(Əməkdar müəllim)

SUSUZ HƏYAT YOXDUR


(Monoqrafiya)
Bakı – 2018



Çapa imzalanıb 06. 02. 18.

Formatı 60 x 84 1/16. F.ç.v. 13,25 Ofset kağızı

Sifariş № Sayı 300 nüsxə.

Qiyməti müqavilə ilə
_________________________________
“Çaşıoğlu” nəşriyyatı

“Çaşıoğlu” mətbəəsi

Bakı şəhəri, M.Müşfiq küçəsi 2E

Tel.: (+99412) 447-49-71, 447-70-14


Prof., t.e.n. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu - 6 fevral 1942-ci ildə Şəkidə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Ticarət-Kulinar Şagirdliyi məktəbində oxumuş, 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnib qənnadçı və aşpaz işləmişdir. 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1978-si ildə dosent, 2001-ci-ildə professor elmi adı almışdır. 2002-ci ildə ona «Əməkdar müəllim» fəxri adı verilmişdir. 12 iyun 2010-cu ildə «Qızıl Qələm» Media mükafatı almışdır.4

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Prof. Ə.İ. Əhmədov «Azərsun Holdinq» şirkətinin müşaviridir. 2012-ci ildə 70 yaşı tamam olması münasibətilə Ə.İ.Əhmədov ADİU-nin 80 illik yubiley medalı ilə təltif olunmuşdur. O, 2012-ci ildə «Əsrin ziyalısı və ilin ən yaxşı müəllimi», 2013-cü ildə isə «Elm Fədaisi» fəxri diplomlarına layiq görülmüşdür. 2015-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Hazırda ADIU «İstehlak mallarının ekspertizası» kafedrasının dosenti – fəxri professorudur.

50 illik elmi-pedaqoji fəaliyyəti dövründə ümumi həcmi 1390 çap vərəqindən artıq olan 355-dən çox elmi əsər , o cümlədən, 72-dən çox kitab (o cümlədən 12 dərslik, 16 dərs vəsaiti) və 45-dən çox tədris-metodik vəsait nəşr etdirmişdir.



M.F.Axundov adına Milli Kitabxananın fondunda Ə.İ.Əhmədovun müəllifi olduğu 70 kitabı saxlanılır.

Əhməd-Cabir Əhmədovun iki oğlu və beş nəvəsi var.
a.ahmadcabir@gmail.com

Mob. 050 358-38-98



055 411-00-74


1Изотоп – нцвясинин йцкц (протонларын сайы) ейни, атом кцтляляри (протон вя нейтронларын жями) мцхтялиф олан атомлара дейилир, мясялян, щидроэенин изотоплары протиум , дейтериум вя тритиумдур.

2Афлатоксин – токсинли вя хярчянэ йарадан маддяляр.

3Алдещидляр алдещид групу вя карбощидроэен радикалындан ибарят олан цзви маддяляря дейилир.

4Метионин – йаьларын ишлянмясиня вя оксидляшмясиня йардым едян, организмдя йаранмайан аминтуршулардыр.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə