Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


III Fəsil. Ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafının



Yüklə 462,86 Kb.
səhifə15/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   ...   10   11   12   13   14   15   16   17   18
referat 1633(1)

III Fəsil. Ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafının
gücləndirilməsi istiqaməti.


3.1.Kiçik və orta sahibkarlığın inkişafında mövcud problemləri vəonlarin aradan qaldirilmasi yollari.

Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta müəssisələr öz fəaliyyətində böyük çıtinliklərlə qarşılaşır. Kiçik və orta müəssisələrin inkişafında əsas problem onların istər maddi-texniki, istərsə də maliyyə cəhətdən kifayət qədər resurs bazasına malik olmamasıdır. Praktik olaraq xalq təsərrüfatının bu yeni sektorunun inkişafına, demək olar ki, sıfırdan baçlanırlır. Keçən onilliklər ərzində bu sektor nəzərəçarpacaq dərəcədə, mövcud olmamaışdır. Bu prosesin səbəblərində biri də sahibkarların hazırlanması ilə bağlıdır. Bundan əlavə əhalinin əsas kütləsi əmək haqqı ilə yaşadığından işgüzar fəaliyyəti həyata keçirmək üçün tələb olunan ehtiyat maliyyə vəsaitlərinə malik olmamışdır. Bu vəsait isə indinin özündə də axtarılır və ona kəskin ehtiyac duyulur. Dövlət büdcəsinin hədsiz dərəcədə gərgin vəziyyəti bu sahədə vəsait mənbəyi rolunu oynamağa imkan vermir. Bu zaman isə yeganə ümid kredit resuslarına qalır. Bu isə hər hansı problemin həllində, mühüm rol oynayır, daimi və atran inflyasiya şəraitində çətinliklə reallaşdırılır.


Bu sahədə vəziyyət acınacaqlı olsa da bunu müsbət istiqamətdə yönlətmək mümükündür. Vəziyyəti o zaman dəyişmək olar ki sözdən işə küçirilsin və konstruktiv olaraq kiçik və orta biznesə iqtisadi yardılm göstərilsin. Onu da qeyd etmək lazındır ki, kiçik və orta müəssisələrin yaradıldığı əvvəlki resuslarının həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Lakin bu resusların həcmini daha da artırmaq mümkündür. Bu məqsədlə ilk növbədə cəmiyyət üçün əlverişli olan prioritetlərin seçilməsi və əməli olaraq tətbiq edilməsi tələb olunur. Xarici iqtisadi fəaliyyət də daxil olmaqla güzəştli kreditləşmə və güzəştli vergiqoyma mexanizmi hazırlanmalıdır. Sahibkarlığın inkişafına əlverişli şərait yaradılması istiqamətində xalqın tələbatının təmin edilməsi ön plana çəkilir.
Kiçik və orta sahibkarlığın inkişafında növbəti problem qanunvericilik bazasının mövcudluğudur.Hazırda bir sıra MDB ölkələrindən fərqli olaraq respublikamızda bazar münasibətinə keçidlə bağlı bir sıra qanunlar (Mülkiyyət haqqında, Torpaq islahatı haqqında, İcarə haqqında,Müflisləşmə haqqında və a) qəbul edilmiş demək olar ki islahatların hüquqi bazası formalaşmışdır.
Bundan əlavə problem doğuran məsələlərdən biri də kiçik müəssisədə təsərrüfat fəaliyyətinin dərin təhlilinin aparılmasıdır. Fəaliyyətin nəticələri ilə bağlı hesabat sənədlərinin olması bu sahədə vəziyyəti bir qədər mürəkkəbləşdirir.
Kiçik və orta müəssisələrin texniki təchizatı kifayət qədər etibarlı deyilir. Kiçik və orta müəssisələr üçün nəzərdə tutulan və onların spesifik xüsusiyyətlərini nəzərdə tutulan alan maşın, avadanlıq və digər əsas istehsal vasitələri demək olar ki, yox dərəcəsindədir. Bundan əlavə kiçik müəssisələrin yükək texnologiyalara nail olması məhdud xarakter daşıyır. Bu isə onunla əlaqədardır ki, yüksək texnologiyanın əldə edilməsi üçün külli miqdarda maliyyə xərcləri tələb olunur.
Kiçik və orta müəssisələrin inkişafında daha bir mühüm problem –kadr problemi hesab edilir.
Sahibkarlıq fəaliyyətinin sosial müdafiəsi də ən mürəkkəb problemlərdən birdir. Məlumdur ki, əvvəllər ictimai fondların bölgüsü əsasında mövcud olan sosial təminat sistemi bazar münasibətlərinə keçidin hazırki dövründə tamamilə dağılmışdır.
Məlumdur ki, əhalinin gəlirlərinin azalması istehlakın strukturunun nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə gətirib çıxarmışdır. Gəlirlər əsas etibarilə ilkin tələbat məhsullarının, hər şeydən əvvəl, qida məhsullarının əldə edilməsinə yönəldilir. Bu proses mahiyyət etibarıilə kiçik və orta sahibkarlığa da aiddir. Əgər əvvəllər onların gəlirləri yığma yönəldilirdisə, islahatın ilkin mərhələsindən sonra məcburi olaraq istehlaka yönəldilməyə başladı.
Azərbaycan Respublikas Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli fərmanına əsasən bir sıra mərkəzi və yerli icra hakimiyyətli orqanlarının nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumları ləğv edilmiş və hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxiləsi qadağan edilmişdir. Fərmana əsasən dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericilikdə müəyyən edilmiş qaydada və hallarda yalnız Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər.
Kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın bu sferasında məşğul olan işçilərin sosial müdafiəsi ilə problei ilə əlaqədardır. Iri müəssisələrdən fərqli olaraq kiçik və orta biznes subyektlərinin əksəriyyətində, xüsusilə fəaliyyətə başladıqları ilk dövrlərdə lazımi maliyyə vəsaiti və xüsusi sosial infrastrukturu olmur, istehsal-texniki silahlanma səviyyəsi aşağı olur. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələsi həll edilmir.
Dövlət proqramında kiçik və orta müəssisələrin işçilərinin dövlət pensiya sosial, tibbi sığorta sisteminin islahatı nəzərdə tutulur. Sahibkarların təhlükəsizliyini və kiçik və orta müəssisələrini möhkəmləndirmək məqsədilə müvafiq qanuanvericilik bazsının formalaşdırılması, kiçik sahibkarlıq obyektlərinin əmlakın qorunub-saxlanılması təmin edən firma şəbəkəsinin genişləndirilməsi üzrə işçi davam etdirilmək lazımdır.
Hazırkı vaxtda kiçik və orta sahibkarlıq maliyyə dəstəyi mexanizmi formalaşıb. Mövcud qanunvericiliyə uyğun olaraq kiçik müəssisələr müəyyən vergi güzəştlərindən istifadə edirlər: onlar üçün sadələşdirilmiş vergi sistemi tətbiq olunur.
Hazırda Azərbaycan Hökuməti kiçik və orta sahibkarlara yardım üzrə üç müxtəlif plan həyata keçirilir. Onlardan ən irisi Azərbaycan İnvestisiya Şirkətidir ki, o müəssisələrə investisiya qoyaraq, onlarda ən azı 1 milyon ABŞ dolları məbləqində paya malik olur. sahibkarlığa Kömək Milli Fondu kiçik və orta sahibkarlara çox güzəştli kreditlər verir.
Iqtisadi İnkişaf Nazirliyinin məlumatlarına görə 2007-ci ildə Sahibkarlığa Kömək Fondu yerli sahibkarların dəstəklənməsi üçün subsidiyalaşdırılmış kredit formasında 112 milyon ABŞ kredit xətləri ölkənin 56 şəhər və rayonunda 882 kiçik müəssisəyə verilmişdir. Sahibkarların güzəştli vəsait almağı marağı fondun fəaliyyətinə tələbatı artırmişdır ki, bu da öz növbəsində bu məqsədlə ayrılan dövlət vəsaitlərinin artırılmasını tələb etmişdir. Belə ki ilin ilk altı ayı ərzində fond subsidiyalaşdırılmış kreditlər üçün əlavə olaraq 66.5 milyon dollar ayırmışdır. Resusların ayrılması sistemi və benefisiarlar barədə ətraflı məlumat, o cümlədən subsidiyaların necə sərf olunması barədə məlumat əsas etibarı ilə qeyri-şəffafdır.
IFC –nın sorğusunun nəticələrinə görə sahibkarların yarıdan çoxu maliyyə resuslarına çıxış problemi ilə yəni biznesin inkişaf məqsədilə maliyyə resuslarının çatışmaması ilə üzləşir. Təyin olunmuş fonddan vəsit alan müəssisələrin sayı, maliyyə vəsaitinə çıxışda sıxıntı çəkən müəssisələrin ancaq bir faizini təşkil edir. Bundan başqa fondun 2007-ci il üzrə hesabatına görə kreditlərin orta həcmi 12700 dollar təşkil etmişdiir. Bu rəqəm göstərir ki, vəsait kiçik və orta müəssisə sahibkarlarına deyil, iri miqyaslı borc almaq üçün kifayət qədər mənfəət və dövriyyəyə malik olan daha iri şirkətlərə verilmişdir.
Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin səmərəsinin üksəldilməsi istiqamətində həyata keçiilmiş məqsədyönlü tədbirlər nəticəsində mühüm naliyyətlər əldə edilmişdir. Dövlət – sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi sahəsinsə görülmüş işlər nəticəsində müdaxilə halları azadılmışdır. Bundan başqa, sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi yaradılmışdır və bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.
Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlqaələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Ötən il sahibkarların işgüzar əlaqələrinin inkişafının dəstəklənməsi istiqamətində həm ölkənin daxilində, həm də xarici mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilmişdir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtiasdi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli 790 saylı 11 bəndinə müvafiq olaraq 2008-ci ildə dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektində yoxlamaların aparilması üçün İqtiadi İnkişaf Nazirliyinin nümayəndəsinin ayrılması barədə nazırliyin münayəndəsinin ayrılması təmin edilmişdir. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli 790 saylı Fərmanınn 6-cı və 11-ci bəndlərinin icrası ilə əlaqədar Sahibkarlığın inkişafı siyasəti şöbəsinin nazirliyi Regional inkişaf bölmələrinin əməkdaşları ilə təcrübə mübadiləsinin aparılması və onlara praktiki kömək göstərilməsi məqsədilə 2008-ci il 15-19 sentyabr tarixində Sumqayıt, Lənkəran və Yevlax şəhərində seminarlar keçirilmişdir. Bu tədbirin keçirilməsində əsas məqsəd son vaxtlar təyin olunmuş yeni işçilərin təlimatlandırılması olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 6-ci bəndinin icrası ilə əlaqədar “Dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyeklərində həyata keçirilən yoxlamalarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı Qaydaları” nın Azərbaycan Respublikasımn Ədliyyə Naziriiyındə 2002-ci il 06 noyabr tarixli, 2939 nömrə ilə qeydiyyata alınmışdır) təkmilləşdirilmiş layihəsi Ədliyyə- Nazirliyi İlə razılasdırılmış və son variantı imzalanmağa təqdim olunmuşdur.
Razılaşma imzalandığından sonra sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştiraki yeni təkimilləşdirılmiş qaydalar üzrə təmin ediləcəkdir. Regional inkişaf bölmələrinin əməkdaşları ilə təcrübə mübadiləsinin aparılması və onlara praktiki kömək göstərilməsi işi mütəmadi davam etdiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarhğmı inkişafma mane , olan müdaxilələrin qarşısının almması haqqında" 2002-ci ii 28' sentyabr; tarixli 790 nömrəli Fərmanın 11-ci bəndinə əsasən, sahibkaıların hüquqlarının qorunmasının mühüm mexanizmlərindən biri də sahibkarlıq fəaliyyəti ilə maşğul olan subyektlərin Nazarət Kitabçası ilə təmin edilməsi, yoxlamalarla bağlı həmin kitabçalarda olan qeydlərin təhlil edilərək bu barədə ildə iki dəfə, eləcə də sahibkarların fəaliyyətinə mane olan qanunsuz müdaxilə edənlər haqqında operativ əlaqə sıstemi vasitəsilə daxil olan məlumatlar üzrə görülmüş tədbirlərin nəticəsi barədə mütəmadi olaraq Azərbaycan. Respublikası Prezidentinə məlumat verilməsidir. Fərmanda qeyd edilmiş bu bəndin icrası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə tapşırılmış vo ökədə sahibkarlıq subyektlərinə Nəzarət Kitabçasının paylanması təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədə fəaliyyət göstərən sahibkarıq fəaliyyəti subyektlərinin "Nəzarət Kitabçası" ııə təminatının sadələşdirilməsi, o cümlədən bu kitabçaların sahibkaılıq subyektlərinə əvəzsiz olaraq verilməsinin təmin edilınəsi ilə bağlı 2008-ci il 11 avqust tarixli Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi sahibkarıq subyektlərini, onların fılial və nümayandəliklərini, rəsmi müraciətləri əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq "Nəzarət .Kitabçaşı" ilə təmin edir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Vergilər Nazirliyinin birgə razılaşmasına uyğun olaraq "Nəzarət kitabçası”nın "bir pancərə" prinsipi üzrə sahıbkarıq subyektlərinin dövlət qeydiyyatı zamanı sahibkarlara təqdim edilir.



Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə