Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


Kiçik və orta sahibkarlığın dövlət tərəfindən stimullaşdırılmasının müasir vəziyyəti



Yüklə 462,86 Kb.
səhifə14/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   ...   10   11   12   13   14   15   16   17   18
referat 1633(1)

Kiçik və orta sahibkarlığın dövlət tərəfindən stimullaşdırılmasının müasir vəziyyəti.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə tıcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal olunması Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.


Hazırda əsas hədəf milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldililməsi və dünya təsərrüfat sisteminə səmərəli əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir.
Ümumiyyətlə, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlarla dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlğın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış və bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan ödənilməsinin real mənbəyi kimi çıxış edir.
Sahibkarlığın inkişafı sahələrində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özenəinam hissini artirmiş, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir.
Dövlət başçısının 2004-cü il fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respuiblikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” həyata keçirilməsi nəticəsində bölgə potensial inkişaf etmiş sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, yeni istehsal və emal müəssisələri, sosial obyektlər yaradılmış, əhainin həyat səviyyəsi daaha da yaxşılaşdırılmışdır.
Aparılmış siyasətin məntiqi nəticəsi olaraq, hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 84.5%-ə çatmışdır. Aqrar sektor, sənaye, ticarət, mehmanxan və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal vcə xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında dəyişir. Məşğullluğun əksəriyyəti özəl sektor tərəfindən təmin edilir. Büdcə gəlirlərinin yarıdan çoxu özəl sektordan daxilolmalar hesabına formalaşdırılır.
2008-ci ildə sahibkarlıq fəaliyyət ilə məşğul olan hüquqi şəxslərin sayı 8.8% artaraq 86.1% mindən çox olmuşdur. Bununla yanaşı, hüquqi şəxs strukturunda xarici və birgə investisiyalı müəssisələrin saı 5203 olmuşdur. Bunlardan 3782- xarici, 1421-i isə birgə müəssisələrdir.
Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 275 mindən çox olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən səmərəli tədbirlər sahibkarlığın regional strukturunda da əhəmiyytli dəyişikliklərə səsbəb olmuşdur. Əgər əvvəllər sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti Bakı şəhərtində cəmləşirdisı, hazırda paytaxtda fəaliyyət göstərən müəssisələr 54.5% təçkil edir.
Sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən biri təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyaın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilari və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.
2008-ci ildə ölkəmizdə biznes mühitin əlverişliyinin daha da artırılması istiqamətində mütəmadi işlər həyata keçirilmişdir. Belə ki, bu istiqamətdə sahibkarların yerli ictimai strukturları, tənzimlənmə funksiyalarının həyata keçirən dövlət təşkilatları, həmçinin beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlıq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyab tarixli Sərəncamı ilə ölkədə vahid dövlət qeydiyyatı orqanı müəyyən edilmiş və 2008-ci il 1 yanvat tarixindən tətbiqinə başlanılmışdır. Həmin Sərəncamın icrasını təmin etmək üçün Azərbaycan Respublikasının İqtoosadi İkişaf və Vergilər nazirlikləri tərəfindən birgə iş aparılmış,2008-ci ilin yanvarın 1-dən ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı “bir pəncərə” prinsipinə uyğun təşkil edilmişdir. Artıq Azərbaycanda biznes başlamaq üçün 3 gün ərzində dövlət qeydiyyatından keçmək mümkündür.
Bununla yanaşı, Azərbaycan Respublikasında vergilərin idarə olunması istiqamətində Azərbaycan Respublikasında Vergi Bəyannamələrinin (hesabatların) verilməsi qaydaları sadələşdirilmiş, bəyanamələrin eletron formada hazırlanması və vergi orqanlarına göndərilməsinə 2008-ci ilin sentyabırndan başlanmışdır. “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli qərarı ilə təsdiqlənmiş və onun başlıca məqsədi vegi ödəyicisinin bəyanamələri elektron şəkildə təqdim etməsi, vergi orqanı tərəfindən hesabatların qəbulu və bu haqda ödəyiciyə bildirişin verilməsi ilə bağlı işlərin tənzimlənməsindən ibarətdir.
Əmlakın qeydiyyata alınması istiqamətində İqtisadi İnkişaf Nazitliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti ilə birgə iş aparılmış və Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi ilə bağlı görülmüş ilər nəticəsində qeydiyyat üçün tələb olunan prosedurlar sadələşdirilmiş, bunun üçün tələb olunan müddət azaldılmışdır.
Sahibkarlar tərəfindən işçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı hüquqi prosedurların yaxşılaşdırılası üçün müvafiq təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir. 2008-ci il 16 may tarixində “Azərbaycan Respublkasının Əmək Məcəlləsinə dəyişiklər və alavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul olunmuş və 2008-ci il 8 iyul tarixində Azərbaycan Respublkasının Prezidentinin “Azərbaycan Respublkasının Əmək Məclisinə dəyişikliklər və əlavə edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmişdir.
Qanunvericiliyə edilən sözügedən dəyişikliklərdən sonra sahibkarlar tərəfindən daha səmərəli kadr siyasərinin aparılması üçün şərait yaranmışdır.
Bununla yanaşı, ölkədə kreditlərin alınması sahəsində Azərbaycan Respublkasının Milli Bankı Tərəfindən aparılmış işlər nəticəsində Azərbaycanda kredit informasıyasına əlyetərlilik dərəcəsi artırılmışdır.
Həyata keçirilən islahatların nəticəsi olaraq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan 181 ölkə sırasında 33-cü pilləyə yüksəlmişdir. Bu artım tempinə görə Azərbaycan hesabatın əhatə etdiyi bütün ölkələri geridə qoymuş və “Doing Business” hesabatları hazırlanan ötən illər ərzində analoji yüksəliş heç vaxt qeydə alınmamışdır. 2008-ci ildə açıqlanan hesabat üzrə Azərbaycan ən islahatçı ölkə elan edilmişdir.
Azərbaycanda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, Azərbaycan Respublkasının dövlət sərhədinin buraxılış məntəqələrindən kiçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan Respublkasının Prezidenti 2008-ci il 11 noyabr tarixində Fərman imzalanmışdır. Fərmana əsasən, Azərbaycan Respublkasının dövlət sərhədinin buraxılışı məntəqələrindən keçirilən malların və nəqliyyat vasitəsinin yoxlanılmasından “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunmuş və 2009-cu il 1 yanvar tarixindən tətbiq edilməsinə başlamışdır.
Azərbaycan Respublkası Prezidentinin “Azərbaycan Respublkasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixli Fərmanında 1.2-ci bəndininin icrasının təmin olunması məqsədilə “Tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi prosedurları”nın layihəsi haırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Sənədin təsdiqindən sonra Azərbaycanda tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması, tikinti işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istiamara qəbul edilməsi prosedurlarının sayı xeyli azalacaqdır.
2008-ci ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinin təşkilati-iqtisadi modellrəinin yaradılması, sahibkarlıq fəaliyyətinin hüquqi təminatının yaxşılaşdırılmasına dair qanunvericiliyin və inzibati prosesurların təkmilləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan Respublkasının Prezidentinin “Azərbaycan Respublkasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli Fərman ilə Xüsusi İqtisadi Zonalarla bağlı təkliflərin hazırlanmsı İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır.
Qeyd olunan Fərmanın icrası ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılmışdır. Iqtisadi İnkişag Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmqla “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublkası Qanununun layihəsi hazırlanmış və aidiyyatı üzrə təqdim edilmişdir. Artıq Qanun layihəsi Azərbaycan Respublkasının Milli Məclisində müzakirədədir.
“Xüsusi iqtiadi zonalar haqqında” Azərbaycan Respublkası Qanun qəbul edildikdən sonra Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması və onunla bağlı normativ-texniki sənədlərin hazırlanmsı istiqamətində işlərin hıyata keçirilməsi planlaşdırılır.
Xüsusi iqtisadi zonaların yaradılması öncül sahələrdə və ya regionlarda sahibkarlığın inkişafının təşviq etməklə sosial-iqtisadi inkişafın sürətləndiirilməsində əhəmiyyətli olacaqdır.
Məlum olduğu ki, “Bəzi fəaliyyət növləri xüsusi raziliq )lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublkası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanına əsasən sahibkarların müdafiəsi ilə bağlı bəzi fəaliyyət növlərinə xüsusi raziliq verilməsi sahəsində dövlət tənzimlənməsini və bu sahədə metodiki rəhbərliyi həyata keçirmək məqsədilə lisenziyalaşdırılma sahəsində xüsusi səlahiyyətli orqan funksiyası İqtisadi İnkişaf Nazirliyinə həvalə edilmişdir.
Qnunvericiliyə əsasən hazırda 57 fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilir.
Məlumdur ki davamlı inkişafın təmin edilməsi kiçik cə orta sahibkarlığın inkişafına yeni tələbələr irəli sürü. Bu tələbələr biznes mühitin əlverişliliyinin artırılması yolu ilə özəl sektorun inkişafı sahəsində müvcud potensialın tam reallaşdırılmasına nail olmağa yönəlmişdir. Bu məqsədin reallaşdırılması növbəti illərdə sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti və onun reallaşması tədbirlərini bir sistem haında əhatə edən yeni Dövlət Proqramının qəbulunu zəruri etmişdir.
Qeyd edilən istiqamətlərdə sahibkarlığın davamlı inkişafının təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Azərbaycan Respublkasında sahibkarlığın inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır. Proqramın məqsədi Azərbaycan Respublkasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin artırılması, bu sahədə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, insan potensialının gücləndirilməsi və bu kimi digər istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilməklə sahibkarlığın davamlı inkişafına nail olmaqdır.
Proqram üzrə həyata keçirilməsi nəzərdə tutulan əsas istiqamətlər aşağıdakılardır:

    1. Sahibkarlığın dövlət tənzimlənməsi (hüquqi-normativ, institusional və iqtisadi) mexanizmlərinin təkmilləşdirilməsi;

    2. Sahibkarlığın infranstruktur təminatı sisteminin təkmilləşdirilməsi və dəstəklənməsinin mütərəüüi təşkilari modellərinin tətbiqi;

    3. Sahibkarlığın informasiya, məsləhət təminatı və kadr hazırliğı sisteminin təkmilləşdirilməsi;

    4. Sahibkarlığı maliyyə təminatının yaxşılaşdırılması;

    5. Dövlət-sahibkar münasibətlərinin, korporativ idarəetmənin inkişafı və sahibkarların hüquqlarlnln müdafiəsi meaxnizmlərinin təkmilləşdirilməsi;

Sahibkarlığın istehsalı, investisiya, innovasiya və xarici iqtisadi fəaliyyətinin təşviqinin gücləndirilməsi.
Yeni Dövlət Proqraminin layihəsi aidiyyəti üzrə razilaşdırılması və rəy bildirilməsi üçün 27 dövlət qrumuna, müvafiq beynəlxalq təşkilatların ölkəmizdəki nümayendəliklərinə və sahibkarların ictimai birliklərinə təqdim edilmişdir. Proqram layihəsi həmin qurumlardan İqtisadi İnkişaf Nazirliyinə daxil olmuş rəy və təkliflər nəzərə alınmaqla təkmilləşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.
2008-ci ildə sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzra əlaqədlərinin inkişafı istiqamətində işlər davam etdirilmişdir. Bu tələbatı ödəmək məqsədilə sahibkarlığın nəzərdə tutulmuşdur. Son iki ildə dövlətin və beynəlxalq təşkilatların dəstəyi ilə 5 şəhərdə (Gəncə, Şəki, Lənkəran, Qazax və Mİngəçevir) regional biznes mərkəzlər yaradılmışdır. Hazırda bu qurumlar tərəfindən göstərilən biznes xidmətlərin təşkli səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, öten il sahibkarların işğüzar əlaqələrinin inkişafının dəstəklənməsi istiqamətində həm ölkənin daxilində, həm də xaricində mühüm iqtisadi tədbirlər, o cümlədən biznes-forumlar, sərgilər və konfranslar keçirilmişdir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzra əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olmuşdur. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investsiya qoyuluşlarının həcminin artırılması öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes-forumlar yerli iş adamlarının tanidilması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imazalnması onların xarici işgüzar əlqaələrinin inkişafı baxımından əhəmiyyəli rol oynamaqdadır.
Kiçik sahibkarliga dövlət köməyi haqqinda Azərbaycan Respublikasinin Qanununa əsasən kiçik sahibkarligin inkişafi üçün kiçik sahibkarliq subyektlərinə informasiya,hüquqi və iqtisadi məsləhət xidmətləri göstərmək və sahibkarlarin dövlət təşkilatlari və xarici tərəfdaşlara səmərəli əməkdaşliq əlaqələri yaratmalarina yardimçi olmaq məqsədilə istənilən mülkiyyət formasi əsasinda hər hansi təşkilati-hüquqi formada müəssisə və təşkilatlarin yaradilmasi,yeni fəaliyyətə başlayan kiçik sahibkarliq subyektlərinə fəaliyyətin təşkilinə və maliyyə müstəqilliyi əldə etmələrinə kömək məqsədilə mülkiyyət formasindan asili olmayaraq onlari müəyyən şərtlər əsasinda və müəyyən müddətə lazimi avadanliqla təchiz edilmişofis və ya iş yerləri ilə təmin etmək üçün ,habelə kiçik sahibkarliq subyektlərinə gələcəkdə öz fəaliyyətlərini inkişaf etdirməyə imkan verə biləcək yeni texnologiyalarin və digər yeniliklərin hazirlanmasina şərait yaratmaq məqsədilə istənilən təskilati-hüquqi formada qurumlar yaradilmasi nəzərdə tutulub.

Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə