Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


Kiçik və orta sahibkarlığın inkişafının dövlət tərəfindən stimullaşdırılması istiqamətləri



Yüklə 462,86 Kb.
səhifə16/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   ...   10   11   12   13   14   15   16   17   18
referat 1633(1)

3.2. Kiçik və orta sahibkarlığın inkişafının dövlət tərəfindən stimullaşdırılması istiqamətləri

Azərbaycan Respublikasının konstruksiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafında şərait yaradılması, azad sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması, inkişafı və qorunması ilə bağlı fundamental müddəalar öz əksini tapmışdır. Hətta ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili zərurəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafıq Fərmanları ilə ölkədə sahibkarhğın inkişafına dövlət qayğısının artırmaq, bu sahədə mövcud problemləri vaxtaşırı təhlil edərək müvafıq tədbirlər görülməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurası yaradılmışdır. Sahibkarlar Şurasının əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri barədə təkliflər hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etməkdən ibarətdir. Sahibkarlığın tənzimlənməsi, inkişaf etdirilməsi üçün bir neçə qanun, sərəncam, fərmanlar verilmişdir. Məsələn, "Sahibkarhq fəaliyyəti haqqında", "Əmtəə birjası haqqında", "Haqsız rəqabət haqqında", "Lizinq xidməti haqqında", "Müəassisələr haqqında", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarhğa dövlət köməyi proqramı (1997-2000-ci illər)", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" və s. Azərbaycan Respublikası Qanunları. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün komitələr, fondlar yaradılmışdır. Məsələn, Dövlət Antiinhisar Siyasəti və Sahibkarhğa Kömək Komitəsi (Dövlət Komitəsi), Sahibkarhğa Kömək Milli Fondu (Milli Fond) və s.


Ölkəmizdə sahibkarhğın sosial-iqtiadi iqtisadi strukturunun formalaşması bir sıra amillərin təsiri altında baş verir.

  1. Azərbaycan əhalisində sahibkarhq ruhu, təşəbbüskarlıq, işguzar fəaliyyətə meyllilik həmişə, hətta inzibati sistemdə də yüksək olmuşdur. Bazar iqtisadiyyatına keçidlə əlaqədar aparılan iqtisadi islahalar bunu daha da gücləndirmiş, yeni-yeni xüsusi müəssisələrin yaradılmasma səbəb olmuşdur.

  2. Həyata keçirilən özəlləşirmə prosesinin xüsusiyyətləri. Məlumdur ki, özəlləşdirmə iqtisadiyyatda dövlət mülkiyyətinin payının azaldılması və xüsusi mülkiyyətin buna müvafıq üstün payının bərqərar olmaması, həmin mülkiyət üzərində formalaşan azad sahibkarlıq fəaliyyətinin inkişafı və buna uyğun olaraq yaranan yeni sosial təbəqənin - sahibkarların cəmiyyətdəki rolu ilə səciyyələnir. Lakin aparılan özəlləşdirmə prosesi müsbət cəhətlərlə yanaşı, bir sıra mənfı cəhətlərlə də müşahidə edilmişdir:

  1. Özəlləşdirmə paylarının ölkənin bütün əhalisinə paylanması respublikanın bütün təbəqələrinin bu prosesdə iştirakına imkan verməklə onun kütləviliyini təmin etməli idi. Real həqiqətdə isə iqtisadi ehtiyaclar səbəbindən xeyli insan öz özəlləşdirmə çeklərini dəyər-dəyməzinə satmaları nəticəsində həmin payların əksər hissəsi cəmiyyətin imkanlı təbəqələrinin, xarici iş adamlarının əllərində cəmləşmişdir.

  2. Özələşdirilən müəssisələrin, xüsusən kiçik obyektlərin yeni sahibləri əmələ gəlsələrdə, onlar sahibkar kimi çıxış edə bilmirlər. Əlavə investisiya qoyuluşları həyata keçirmək, yeni texnika, texnologiya, yeni idarəetmə metodları tətbiq etmək imkanlarının məhdudluğu, obyektlərin özəlləşdirilməsi zamanı ilkin qiymətlərin yüksəkliyinə görə sahibkarların dövlət borclarını ödəyə bilməməsi bu problemi yaradan səbəblərdəndir.

  1. Azəraycanda sahibkarhğın sosial iqtisadi strukturuna mənfı təsir edən amillərdən biri də bu gün aktual mövzulardan biri olan rüşvətdir. Ölkənin işguzar aləmində elə bir vəziyyət yaranmışdır ki, sahibkarlar rüşvət verməzlərsə, qanuni səviyyədə, normal fəaliyyət göstərə bilməzlər. Bəzən isə, vergilərin yüksək olması və digər səbəblər üzündən sahibkar özü rüşvət verməklə gizli fəaliyyətə üstünlük verir. Bəzi sahibkarlar isə, belə bir şəraitdə fəaliyyət göstərə bilmirlər və öz fəalyyətlərini dayandırırlar.

Sahibkarlıq fəaliyyətinin inkişafina yetərli sayda amillər təsir göstərdiyindən, sahibkarhğa dövlət köməyi də vahid proqram şəklində həyata keçirilməlidir. Bu proqram aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir.

  1. Maliyyə-investisiya fəalığı

  2. İxraca yardım və daxili bazarın müdafıəsi;

  3. Aqrar sektorun inkişafı;

  4. Kiçik və orta sahibkarhğın inkişafı

Bu proqramda aşağıdakılar nəzərdə tutulura bilər: maliyyə köməkliyi, texniki kömək, informasiyanın əldə olunması imkanlarının yaradılması, sahibkarlıq birliklərinin yaradılmasına və fəaliyyətinə kömək, vergi imtiyazları və güzəştləri, sahibkarhq infrastrukturunun yaradılmasma kömək, madi-texniki təminat sahəsində kömək, kiçik və orta sahibkarlara dövlət sifarişləri vermək və s.
Maliyyə-investisiya fəalığı aşağıdakı istiqamətlərdə aparılmahdır.

  • Güzəştli və uzunmüddətli (1 il və daha cox) kredit qoyuluşları üzrə dövlət mənşəli və təminatlı kompensasiya və qarantiya sistemi formalaşdırılmalıdır.

  • Konkret müəssisələr (o cümlədən özəlləşdirilən) üzrə dövlət sağlamlaşmainvestisiya proqramları həyata keçirilməlidir. Bu proqramlar ən əvvəl dövlət üçün vacib regional, sosial, iqtisadi ehtiyacların ödənilməsinə yönəlməlidir.

  • Güclü milli maliyyə, bankkredit qurumları sisteminin qurulması, onların xarici tərəfdaşlarla cəlbedici və qarşılıqh faydalı əməkdaşlığı üçün müvafiq əlverişli şərait yaradılmalıdır.

  • Korporativ qiymətli kağızlar bazarının formalaşdırılması önə çəkilməli, banklar üçün səhmdar cəmiyyətlərin səhmlərinin likvid cəlbediciliyi təminatı yaradılmalıdır.

Hal-hazırki vəziyyətdə Azərbaycan Respublikasının iqtisadi-sosial inkişafı regionları kompleks inkişaf etdirmədən mümkün deyil. Bu istiqamətdə artıq geniş addımlar atılmışdır; sahibkarlarla görüşü, prezidentin regionlarda sahibkarlala bilavasitə görüşləri, regionların inkişafı haqqında dövlət proqramları, prezidentin sərəncamları və s.
Regionun kompleks inkişafı ərazidə olan mülkiyyət münasibətlərinin təkmilləşməsinə, onların əlaqəsi və vahid məqsəd üçün sosial-iqtisadi şəraitinin dəyişməsinə təsir göstərir. Sahibkarlıqda prioritetlik, onun növünün regionun aparıcı problemlərinin həllində mühüm rol oynaması ilə xarakterizə olunur. Sahibkarlıq regionda məşğulluq və əhalinin həyat səviyyəsinin, həmçinin yoxsulluq proqramı çərçivəsində problemlərin həllində mühüm rol oynayır. Respublikada işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan resursların həcmi yaşayış minimumumu müəyyən edir. Yeni iş yerlərinin açılması sosial vəziyyətin və yoxsulluğun ləğvi üçün də əsas amil hesab edilir. Regionda təsərrüfat fəaliyyətinin təşkili, quruluşu təkmilləşdikcə, sahə və ərazi üzrə kornplekslər yarandıqca istehsal güclərinin mərkəzləşməsi baş verir. Regionun kompleks sosial-iqtisadi inkişafı onun əhalisinin alıcıhq qabiliyyətinə, gəlir və məşğuliyyətinə, sosial mühıtinə təsir göstərir. Regionlarda kəndli (femer) təsərrüfatının ümumi sayı 2589-a çatmışdır.
Sahibkarhğın region xüsusiyyətləri onun növünə və inkişafına lazım olan region potensialının xüsusiyyətləri ilə müəyyənləşdirilir. Buna aqrar bazar xüsusiyyətlərinə uyğun gələn sahibkarhq növünün, əsas məhsullarının istehlakına, emalına və ixracatına uyğun olan inkişaf meylinin nəzərdə tutulmasım aid etmək olar. Aqrar sahibkarlıq əhatə dairəsinə görə resursların tərkibinin böyük hissəsini özündə birləşdirdiyindən, daha çox əhali və iş qüvvəsini əhatə etdiyindən və bazarda əmətəə, xidmət, tələb və təklifı formalaşdırdığından təsərrüfatın işinin idarə olunmasında aparıcı həlqə rolunu oynayır. Aqrar sahibkarhğın təsərrüfat formaları onların hər bir regionun malik olduğu resurslara və əhali tələbatının konkret xüsusiyyətlərinə əsaslanır. Aqrar sahədə sahibkarhğın inkişafına nail olmaq həmçinin və ilk növbədə Azərbaycanın ərzaq müstəqilliyini təmin etmək ölkə üzrə kəskin regional iqtisadi disproporsiyaların və kənd əhalisi arasında kütləvi işsizliyin aradan qaldırılması, ənənəvi istehsal və emal sahələrinin dirçəldilməsi baxımından önəmlidir. Bu sahədə istehsal prosesinin təmin edilməsi çoxsaylı komponentlərin — toxum və əkin materiallarının, kimyəvi vasitələr və gübrələrin, texnika və maşınların və başqa zəruri elementlərin sahibkarlar tərəfindən real əldə etmə, eləcə də hazır məhsulun real satışı imkanları ilə birbaşa bağlıdır.
Aqrar sektorda real nəticələrin əldə edilməsi, dövlət iştirakının səmərəliliyinin təmin edilməsi, bütövlükdə yönəldiləcək qüvvə və vəsaitlərin bu sahədəki dirçəlişi təmin edə bilən (müsbət impuls daşıyan) nöqtələrdə cəmləşməsini şərtləndirir. Belə nöqtə olaraq hazır məhsulun satınalınması seçilə bilər. Dövlətin (eləcə də maliyyəbank kapitalının) iştirakı ilə yaradılmış xüsusi qurumlar (maliyəsənaye qrupları, aqrar fondlar və banklar, əmtəəxammal birjaları və s.) vasitəsilə işlək mexanizmlər qurmaq mümkündür:

  1. Fyüçers müqavilələri bazasında seçilmiş məhsul növləri (strateji məhsullar — taxıl, pambıq, üzüm və s.) üzrə istehsal prosesinin əvvəlində satınalma işi qurulur və sığortalanır;

  2. Kontraktlar əsasında (faktiki satış qiyməti, həcmi və müddəti göstərilməklə) təminatlı satış imkanlan qazanan aqrar sahibkarlar öz istehsal ehtiyacları üçün zəruri komponentləri (xüsusi kredit proqramları, lizinq və b. əsaslarla) əldə edir və fəaliyyət göstərir; hazır məhsul yarananda natura və ya dəyər formasında son qarşılıqlı hesablaşmalar aparıhr;

  3. Hazır məhsul ən əvvəl dövlət ehtiyacları və zəruri satınalma proqramlarına, eləcə də sərbəst bazara yönəldilir.

Respublikamızda bu sahədə müəyyən əməli addımlar atılır. Subsidiya aqrar sahədə yeni yaradılan özəl qurumalrın formalaşması və inkişafı üçün zəruridir. Bu məqsədlə respublika prezidentinin "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərmanında kənd təsərrüfatı istehsalçılarının cəlb edildiyi 9 növ müxtəlif vergi və ödəmələrdən ( torpaq vergisi istisna olmaqla) 5 il müddətində azad edilməsi və 119 milyard manat vergi borcunun silinməsi və digər güzəştlər nəzərdə tutulur. Respublikada aparılan aqrar islahatlar beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Onlar ölkəmizə müxtəlif texniki və maliyyə yardımları göstərirlər. Dünya Bankı və Beynəlxalq Kənd Təsərrüfatı Inkişaf Fondundan 28.8 milyon, Avropa Birliyi Əməkdaşlıq Fondundan 16 milyon ABŞ dolları həcmində kreditlərin ayrılması və Yaponiya hökumətinin qrantı hesabına 7.5 milyon dollarlıq texnikamn gətirilərək lizinq yolu ilə verilməsi buna misaldır.
Bütün bunlar müasir aqrar istehsalın, sahibkarlıq fəaliyətinin dövlət tərəfmdən qarşıya çıxan tələblərə müvafiq olaraq daha səmərəli, hər bir ölkənin mənafeyini mümkün qədər maksimum təmin etmək baxımından tənzimlənməsini həyati əhəmiyyətli zərurətə çevirmişdir.
Sahibkarlığa dövlət köməyinin istiqamətlərindən biri də ixraca yardım və daxili bazarın müdafiəsidir. Daxili bazarın müdafiəsi yerli istehsalın obyektiv iqtisadi maraqları və yerli ehtiyaclar nəzərə alınmaqla, beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmalıdır. Daxili bazarın müdafıəsi əsasən tarif və qeyritarif məhdudiyyətlərini əhatə edir. Bu normalar qanunvericilik qaydasında xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin hüququ əsasmı formalaşdırmalıdır. Ayrı- ayrı məhsul növlərinə münasibətdə tənzimlənmə, müdafiə tədbirləri kimi nəzərdə tutulur: ixrac və idxalın kəmiyyət məhdudiyyətləri, ixrac və idxala dövlət inhisarı, idxalın məhdudlaşdırılması və ya qadağan edilməsi, idxala texniki, ekoloji, keyfıyyət və başqa tələblər, nəzarət və s.
Nəzərdə tutulur ki, yerli istehsal və yerli istehlak həcmləri nəzərə alınmaqla, xarici mənşəli məhsulların daxili bazara daxilolma imkanları, həcmləri, çeşidləri, zəruri hallarda isə müddətləri tənzimlənməli, reqlamentləşdirilməli, nəticə etibarı ilə yerli məhsulların üstün rəqabət imkanları, idxalı əvəzləyən sahələrin inkişafı təmin edilməlidir. Bu tədbirlər müddətli xarakter daşımalı, konkret sahə üçün digər stimullaşdıncı amillər də (güzəştli kreditləşdimə, risklərdən sığortalama və s.) kompleks təşkil etməklə, nəticədə real inkişaf impulsu rolunu oynamalıdır.
Azərbaycan Respublikasında sahibkarhğın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərində yazılmışdır: " Dünya təcrübəsi göstərir ki, müasir sahibkarlıq sistemi dövlətin geniş köməyilə formalaşır. Azərbaycanda sahibkarhğı surətlə inkişaf etdirmək məqsədilə güclü dövlət siyasəti həyata keçiriləcək. Bunun üçün sahibkarığın dövlət tənzimlənməsi mexanizminin tərkib hissələri kimi qoruyucu, istiqamətləndirici, həvəsləndirici, nəzarətedici və habelə məhdudiaşdırıcı tədbirlər sistemi müəyyənləşdiriləcək. Bazar münasibətlərinin inkişaf etmədiyi və iqtisadiyyatda güclü dövlət inhisarçılığı olduğu bir şəraitdə sahibkarlıq sisteminin dövlət tərəfindən tənzimlənməsi xüsusilə kiçik və orta sahibkarhğa əlverişli rəqabət mühitinin formalaşdırılması və onu bilavasitə müdafıəsi ünsürlər ilə vəhdət təşkil edəcəkdir. " Bu sənəddə kiçik sahibkarlığın formalaşmasına üstünlük verilməsi siyasəti yeridiləcəyi və onun inkişafı üçün xüsusi tədbirlər görüləcəyi nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsinə başlanılıb və hal-hazırda bu sahədə geniş işlər görülür. Bu tədbirlərin istiqamətləri Kiçik Sahibkarliğa Dövlət Köməyi Haqqında Azərbaycan Respublikasinin Qanununun 6-cı maddəsində göstərilmişdir: Maddə 6. Kiçik sahibkarhğa dövlət köməyinin istiqamətləri
Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  • kiçik sahibkarlığın dəstəklənməsınin və inkışafinın ınfrastrukturunun formalaşdırılması;

  • kiçik sahibkarhğa kömək proqramlarmm hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili;

  • kiçik sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarmm əldə etmələri üçün güzəştli şəraitin yaradılması;

  • kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artınlması sahəsində kiçik sahibkarlıq subyektlərinə kömək göstərilməsi;

  • kiçik sahibkarhq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;

  • kiçik sahibkarhq subyektləri üçün dövlət qeydiyyatmm (uçotunun), vergitutma, statistik və mühasibat hesabatlarının təqdim edilməsinin, onların fəaliyyətinin lisenziyalaşdırılmasının və istehsal etdikləri məhsulun (işin, xidmətin) sertifikatlaşdırılmasının sadələşdirilmiş sisteminin tətbiqi;

  • kiçik sahibkarlığm inkişafı üzrə tədqiqatlarm təşkili

Bütün bu tədbirlərin həyata keçirilməsinə baxmayaraq, kiçik sahibkarlığm inkişafına mane olan amillər də var: bazara daxil olmaq imkanının məhdudluğu; maliyyələşmə mənbələrinin kifayət qədər olmaması; istehsal sahəsi, istehsal vasitələri və yeni texnologiya əldə etmək çətinliyi; sahibkarhq fəaliyyəti üçün kifayət qədər biliyin, təcrübə və ixtisasın olmaması; vergi sistemi, bazar haqqında informasıya əldə etmək çətinliyi; daxili bazarın qorunmaması; müvafıq təhsil-həvəsləndirmə və maariflədirmə sisteminin olmaması və s.
Azərbaycan respublikasında kiçik müəssisələrin payının inkişaf etmiş ölkələrin səviyəsinə çatdırılması, ölkənin sosial-iqtisadi problemlərinin həllidə onlann rolunun artırılması üçün ilk növbədə onların sayının indikindən 5-6 dəfə çox olmasına çalışmaq, bunu üçün zəruri sahibkarlıq mühitini təmin etmək, işlənib-hazırlanmış dövlət siyasətinin reallaşdınlmasına nəzarəti gücləndirmək lazımdır.
Kiçik sahibkarhğın inkişaf etdirilməsində vergilərin rolu çox genişdir. Kiçik və Orta sahibkarhğın inkişafına vergilərin stimullaşdırıcı və strukturtənzimləyici rolunun gücləndirilməsi vergi yükünün azaldılması ilə bağlıdır. Bu sahədə bəzi tədbirlər görülmüşdür. Məsələn, kənd təsərrüfatı mallarını emal edən, xalq istehlakımalları, tikinti materialları istehsal edən və tətbiq etmə işlərini həyata keçirən kiçik müəssisələr birinci iki ili mənfəətdən vergi ödəməkdən azad ediliblər; fermer təsərrüfatları da birinci iki ili vegiyə cəlb olunmurlar. Digər sahələrdə isə mənfəət vergisi dərəcəsinin və məcburi sosial sığorta haqqının aşağı salınması istiqamətində xeyli addımlar atılmışdır. Kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid verginin tətbiqi vahid qanunvericilikdə təsbit olunmuş, əsas sənətkarlıq sahələrində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər gəlir vergisindən və həmin sənətkarların emalatxanalarnın binaları əmlak vergisindən azad edilmişlər. Bütün bu güzəştlərə, görülən tədbirlərə baxmayaraq, vergi sistemini o qədər də əlverişli hesab etmək olmaz, qanunvericilikdə hələ də çatışmazlıqlar var. Məsələn, İstehsal məqsədi ilə alınan avadanhğa, xammala, materiallara və komplektləşdiricilərə 5 %, əksər hallarda isə 15 % gömrük rüsumu və bunlara əlavə olaraq üstəlik 20%-lik əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur. İstehsal olunmamış məhsullar üçün qabaqcadan bu dərəcələrdə rüsum və vergi yükü Azərbaycanda təzəlikcə yaranan özəl sənaye sahibkarlığının qarşısına ciddi problemlər çıxardır. Belə ki, əksər hallarda satış məqsədi ilə xaricdən gətirilmiş mallara tətbiq olunan ƏDV mal satıldıqca qısa vaxtda kompensasiya edilə bilsə də, istehsal üçün nəzərdə tutulmuş avadanlıq, xammal və materiallara tətbiq olunan ƏDV-ni isə belə qısa vaxtda kompensasiya etmək mümkün deyil, çünki, ən azı, istehsal sikli qədər zaman fərqi var. Və bu fərq malın növündən asılı olaraq bir neçə ay da ola bilər. Bu cür rüsum və ƏDV ədəməyə məruz qalan sahibkar məcbur olacaq ki, istehsal etdiyi məhsulun satış qiymətini xeyli yüksəltsin. Bu isə həmin məhsulun xaricdən gətirilən mallarına rəqabət aparmaq imkanının xeyli azaldacaq. Yüksək səviyyədə gömrük rüsumları və ƏDV digər tərəfdən də iş adamlarımızın banklardan (o sıradan xarici banklardan) kredit almaq şanslarını azaddır, çünki sərmayə yatırımları layihələri bahalaşır və bu bahalaşma daha böyük miqdarda girov tələb edir. Bütün bunları nəzərə alaraq, minimum dərəcə ilə vergiyə cəlb olunan məbləğin 2-3 dəfə aşağısalınması məqsədəuyğundur. Vergi mexanizminin Kiçik və Orta sahibkarların investisiya fəalhğının təşviqində rolu yüksəldilməlidir. Investisiya məqsədilə uzunmüddətli kredit alan kiçik sahibkarlıq subyektləri üçün vergi tətillərinin tətbiqi mexanizmi hazırlanmalıdır. Vergi və rüsumlar ödənilməsi sahəsində dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına bərabər vergi-rüsum dərəcələrinin tətbiq edilməsi və ya bu sahədə nəzərdə tutulan güzəştlərin tətbiqində rəqabətin inkşafına məhdudiyyətlər yaradan ayrıseçkilik hallarına yol verilməməlidir.
Ümumiyyətlə, Kiçik sahibkarhğın inkişafını təmin etmək üçün görülən tədbirlər artıq öz təsirini göstərməyə başlamışdır.



Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə