Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


Cədvəl 3 Neft-qaz və qeyri-neft sektorunda ÜDM-nin inkişaf dinamikası



Yüklə 462,86 Kb.
səhifə11/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
referat 1633(1)

Cədvəl 3
Neft-qaz və qeyri-neft sektorunda ÜDM-nin inkişaf dinamikası

Mənbə: Dövlət Statistika Komitəsi



2009-cu ildə sənaye sektorunda real artım tempi 12.8%, nəqliyyatda 9.3%, rabitədə 13.1%, ticarətdə 9.9% olmuşdur (Qrafik 2).
Əvvəlki illərdə olduğu kimi, ötən il də kənd təsərrüfatına xüsusi diqqətin yetirilməsi və həyata keçirilən məqsədyönlü tədbirlər (fermerlərə subsidiyaların, güzəştli şərtlərlə toxum və texnikanın, yanacağın verilməsi və s.) nəticəsində kənd təsərrüfatının real artım tempi 2008-ci illə müqayisədə yüksələrək 3.5% təşkil etmişdir.
Cədvəl 4.
2 008 və 2009-cu illər ərzində iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı
Mənbə: Dövlət Statistika Komitəsi
Ötən ildə də investisiya siyasətinin əsas prioritet istiqamətləri infrastrukturun inkişafı, investisiyanın qeyri-neft sektorunun və regionların inkişafına yönəl­dilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölgüsünün optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi təşkil etmişdir.
2009-cu ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 7.4 mlrd. manat əsas kapitala investisiya yönəldilmişdir. Bu vəsaitin 27%-i neft sektorunun, 73%-i isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Əsas kapitala yatırılmış vəsaitin 79.9%-ni daxili investisiyalar, 20.1%-ni isə xarici investisiyalar təşkil etmişdir (Qrafik 3).


Cədvəl 5.
2009-cu il ərzində əsas kapitala qoyulan investisiyaların mənbə və sahələr üzrə bölgüsü
Mənbə: Dövlət Statistika Komitəsi
2009-cu ildə əhaliyə 15.9 mlrd. manatlıq və ya 2008-ci il illə müqayisədə 9.9% çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Ötən il 2008-ci ilə nisbətən əmtəə dövriyyəsi 8.9%, pullu xidmətlərin həcmi isə 12.5% artmışdır. 2009-cu il ərzində pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 64.5% olmuşdur. Belə ki, ölkə sakinləri ticarət şəbəkəsindən 7635.0 mln. manatlıq ərzaq məhsulları və 4193.5 mln. manatlıq qeyri-ərzaq malları almışdır.
2009-cu ildə əhalinin gəlirləri 8% artaraq, 22.4 mlrd. manat, onun adambaşına düşən həcmi isə 2537.2 manat təşkil etmişdir. Bu əvvəlki illə müqayisədə 6.7% çoxdur. 2009-cu ildə orta aylıq əmək haqqı 2008-ci illə müqayisədə 8.6% artaraq, 298 manata çatmışdır.
2010-cu ilin 1 yanvar tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşunun həcmi keçən ilin əvvəlinə nəzərən 17.3% (1213.9 mln. manat) artaraq 8230.4 mln. manat təşkil etmişdir.

Cədvəl 6.

2 010-cu ilin 1 yanvar tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin əvvəlinə nəzərən 22.7% (431.9 mln. manat) artaraq, 2334.9 mln. manat təşkil etmişdir.


Cədvəl 7.

2009-cu ildə orta illik inflyasiya 1.5% (2008-ci ildə 20.8%) təşkil etmişdir.

Cədvəl 8.




Mənbə: Dövlət Statistika Komitəsi


2009-cu ildə xarici ticarət dövriyyəsi 20.8 mlrd. ABŞ dolları, o cümlədən ixrac 14.7 mlrd. ABŞ dolları, idxal 6.1 mlrd. ABŞ dolları olmuş, 8.6 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.


    1. Yüklə 462,86 Kb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə