BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

59
olan vaxt, 1918-ci ildəki Demokratik Cümhuriyyətin ilk qərar-
larındandır”.  B.Vahabzadənin  “Ondan  əvvəl  nə  yazırdılar?” 
sualına Ataxan  Paşayev  belə  cavab  verir:  “Tatar”.  Ataxan 
Paşayev tatar dilinin haradan gəlməsi barədə öz fikirləri-
ni  belə  söyləyirdi:  “...  Tatar  dili  haradan  gəlibdir?  Tatar  dili 
ruslar bura gələndən sonra, görünür, dil tatar dilinə oxşadığına 
görə elə, “tatarin, tatarin” deyiblər, ondan da elə belə gedib axıra 
qədər”. O, haqlı olaraq qeyd edirdi ki, sənədlərdə türk, tatar, 
azərbaycanlı yazılmaqla yanaşı, müsəlman da yazılırdı. Və 
sənədlərin əksəriyyəti rus dilində olduğu üçün “musulma-
nin” yazılırdı.
Ataxan  Paşayev  ona  verilən  sualların  müqabilində  
deyirdi:  “...  Əgər  elə  baxsaq,  sənədlərin  hamısında  yazılanlar 
əgər azərbaycanlıdırsa, tutaq, tatardırsa, bunlar yazırdı: musul-
manin.  Əksəriyyət  sənədlərdə  milliyyət  məsələsi  belə  yazılırdı. 
Bunlar təsadüfi deyildi – “Kəşkül”də, filanda bu məsələlərin qal-
dırılması, milliyyəti nədir: müsəlman. Deyir, axı, müsəlman mil-
liyyət deyil, dindir. Sənin milliyyətini soruşuram. Axırda buna 
deyəndə ki, bəs sizə biz nə deyək, deməli, siz bizi azərbaycanlı he-
sab eləyirsiniz. Demək istəyirəm ki, bəla burasındadır ki, bunların 
hamısı hər yerdə bu məfhum müsəlman məfhumu kimi yazılıb. 
Ona görə də bütün sənədlər rus dilində getdiyinə görə (demək, 
sənədlərin 90 faizi rus dilindədir) orada, bu sənədlərdə yazanda 
milliyyəti yazırdı ya tatar, ya müsəlman”. Yeri gəlmişkən qeyd 
edək ki, milliyyətin müsəlman yazılmasını, müsəlman sö-
zünün həm dil, həm də dini mənsubiyyət kimi işlənməsini 
təsdiq  edən  faktlar  kifayət  qədərdir.  Məsələn,  Ömər  Faiq 
Nemanzadənin  (1872-1937)  “Mən  kiməm?!”  felyetonunda 
yazılır: “Böyük “İslamiyyə” mehmanxanəsinə gedəlim. Göyçək 
və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünya-


60
dan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımız-
dan soruşalım. Soruşalım ki:
-  Soy və millətiniz nədir?
-  Əlhəmdülillah müsəlmanız.
-  Şiəsiniz, yoxsa sünni?
-  Heç biri deyiliz, təkcə müsəlmanız.
-  Özgə, daha bir adınız – zadınız yoxmu?
-  Xeyr, xeyr, xeyr!”
Ömər  Faiq  Nemanzadə  “Mən  kiməm?!”  felyetonunda 
qeyd edir ki, biz özümüzü tanımırıq, heç öz millətimizin 
adını  da  bilmirik.  Ancaq  başqaları  öz  dinini  və  millətini 
bir-birindən ayırır. Məsələn, gürcü bilir ki, məzhəbi pravos-
lav, milləti gürcüdür, yaxud rus bilir ki, məzhəbi pravoslav, 
milləti rusdur.
Bununla belə, Ömər Faiq Nemanzadə “Mən kiməm?!” 
felyetonunda türk sözünü də milliyyət adı kimi işlədir: “Sə-
nin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola 
bilməz”, “Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkə-
cək deyiləm”, “Ey türk, zamanımız özgə zamandır. Əgər bundan 
sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız 
vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qal-
mamış ola” və s. Bundan başqa, Azərbaycan sözü də dil və 
vətən adı kimi işlənmişdir. Məsələn, Cəlil Məmmədqulu-
zadənin (1869-1932) “Azərbaycan” felyetonunda oxuyuruq: 
“Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, 
xəyalata cumuram, özümdən soruşuram ki:
-  Mənim anam kimdir?
Öz – özümə də cavab verirəm ki:
-  Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
-  Dilim nə dildir?


61
-  Azərbaycan dilidir.
-  Yəni vətənim haradır?
-  Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk – Azərbaycan dilidir, belə mə-
lum olur ki, vətənim də Azərbaycan vilayətidir”.
Yaxud Məhəmmədağa Şahtaxtlının (1846-1931) yaradı-
cılığında Azərbaycan türkcəsi, Azərbaycan dili ifadələri iş-
lənir: “Qərbi türkcə Osmanlı ilə Azərbaycan türkcəsidir. Osman-
lı türkcəsilə Azərbaycan türkcəsinin arasında demək olar ki, heç 
fərq yoxdur”, “Bizim Azərbaycan dilimizin eyni olan Osmanlı 
dili ədəbiyyatının sərvəti sayəsində Qazan və Çığatay türkcəsi ilə 
qonuşan həmlisanlarımız arasında da ədəbi dili, kitab dili maarif 
və diyanət dili olmuşdur” və s.
Dövlət  dili  məsələsi  müzakirə  olunan  zaman  Heydər 
Əliyev  geniş  imkan  yaradırdı  ki,  rəsmi  dövlət  sənədləri, 
dekretlər, qərarlar, konstitusiyalar dəqiq yoxlanılsın, araş-
dırılsın  və  orada  bu  məsələlər  bütün  dəqiqliyi  ilə  izlənil-
sin. Rəsmi sənədlərdən kənarda Azərbaycan dili, türk dili, 
tatar  dili,  Azərbaycan  türkcəsi,  müsəlman  dili  ifadələri 
də  işlənmişdir.  Xüsusilə,  Həsən  bəy  Zərdabinin,  Məhəm- 
mədağa  Şahtaxtlının, Firidun bəy Köçərlinin, Əli bəy Hüsey-
nzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün, 
Əliqulu Qəmküsarın, Məmmədəmin Rəsulzadənin, Üzeyir 
Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin və digərlərinin 
yaradıcılığında bu ifadələrdən biri və digəri dilimizin adı 
kimi  işlənmişdir.  Ona  görə  də  Baş  Arxiv  İdarəsinin  rəisi 
bu məsələni çox dəqiq bir şəkildə müzakirə iştirakçılarının 
verdiyi suallar əsasında onların nəzərinə çatdırırdı. O de-
yirdi: “... burada söhbət rəsmi dövlət sənədlərindən gedir: kons-
titusiyadır, dekretdir, qərardır. Yoxsa, elə - beləyə qalanda 1917-ci 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə