BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

79
Cəmil Quliyev 1911-ci ildə çapdan çıxmış “Russkaya en-
siklopediya”nın 1-ci cildinə yazılmış məqalənin məzmunu-
nu  nəzərə  çatdırmaqla  “Azərbaycan”  sözünün  sənədlərdə 
olduğunu  bildirirdi:  “Azərbaycan  tatarları  (azərbaycanlılar) 
və Zaqafqaziya tatarları. Sonra yazır ki, bunların 600 neçə mini 
Yelizavetopol quberniyasındadır, 500 neçə min Bakı quberniya-
sındadır və 400 neçə mini Yerevan quberniyasındadır, 180 minə 
qədəri Tbilisdədir. Sonra yazır ki, Azərbaycan dili necə yayılmış-
dır”.
Cəmil  Quliyev  Azərbaycan  ideologiyası,  Azərbaycan 
milli  ideologiyası  və  bu  ideologiyanın  millətin  yarandığı 
gündən  yarandığını,  millətin  inkişafı  ilə  bağlı  olaraq  in-
kişaf  etdiyini,  millətlə  ideologiyanın  vəhdətdə  olduğunu, 
bütün bu məsələlərin gələcəkdə də əhəmiyyətini çox vacib 
sayırdı. Bir neçə məqamı xüsusilə xatırladırdı: “... Gəlin ya-
zaq “Azərbaycan türkcəsi”. Nə verir bizə? Gəlin bu suala cavab 
tapaq. Bu “Azərbaycan türkcəsi” bugünkü  Azərbaycan dövlət-
çiliyinə, Azərbaycan millətinə onun gələcəyi nöqteyi-nəzərindən 
nə verir?” 
Cəmil  Quliyev  “Azərbaycan  dili”  ifadəsinin  milli  ideo-
logiya baxımından önəm daşıdığını da nəzərdən qaçırmır, 
azərbaycançılıq  ideologiyasının  dərin  məsələ  olduğunu 
unutmurdu. O deyirdi: “... Əgər tutalım, mən yazıram “Azər-
baycan türkcəsi”, sabah yazmalıyam “Azərbaycan türkcəsi ideo-
logiyası”. Bu, dərin məsələdir. Milli ideologiya Azərbaycan ideo-
logiyasıdır”.
    Elmlər  Akademiyasının  Tarix  İnstitunun  direktoru, 
EA-nın  müxbir  üzvü    İqrar  Əliyev  konstitusiyada  “türk” 
yox, “Azərbaycan dili” ifadəsinin yazılmasını bir neçə cəhət-
dən əsaslandırırdı. Birincisi, “Biz “türk”  deyəndə türk xalq-
larını düşünürük, ya müasir osmanlı türkcəsini düşünürük. 
Orasını  da  demək  lazımdır  ki,  bəziləri  deyirlər:  “Biz  niyə 


80
müəyyən  dövrdə  qəbul  elədiyimiz  “türk”  adını  ataq  üstümüz-
dən?” Məgər osmanlılar 5-6 əsr işlətdikləri osmanlı məfhumu-
nu atmadılarmı üstlərindən? Müəyyən siyasi məqsədləri güdüb 
inqilabdan  sonra  türklər  özlərini  “türk”  adlandırmadılarmı?” 
İkincisi, “Bizim bu saat o siyasi oyunlara baş qoşmağa nə həvəsi-
miz, nə imkanımız var. Ona görə də mən hesab eləyirəm ki, Azər-
baycan Respublikasının dövlət dili Azərbaycan dili olmalıdır, nə 
Azərbaycan türkcəsi, nə də Azərbaycan türk dili olmalıdır”.
  Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filo-
logiya elmləri doktoru Həsən Quliyev bir neçə istiqamətdə 
məsələlərə aydınlıq gətirirdi. Birincisi, “Ümumiyyətlə, türk-
lər XIV əsrə qədər bir-birinə yaxın, bir-birini başa düşən dildə 
danışmışlar, lakin XIV əsrdən sonra bu dillər arasında diferen-
sasiya, yəni fərqlənmə, müstəqilləşmə prosesi başlayıb”. İkinci-
si,  “Millətin  əmələ  gəlməsindən  sonra  müstəqil  dillər  yaranıb. 
Keçmiş SSRİ ərazisində 23 türk xalqı var, hər bir türk xalqının 
özünün müstəqil dili var və heç kim indi öz ana dilinin adının 
dəyişdirilməsi haqqında fikirləşmir və bu işi də ortalığa atmır”. 
Üçüncüsü,  “Dilimiz müstəqil türk dillərindən biridir... Bizim 
dil, ana dilimiz, Azərbaycan dili müstəqil bir dil kimi türk di-
lindən istər fonetikasına görə, istər orfoqrafiyasına  görə, istərsə 
də qrammatik quruluşuna görə fərqlənir”. Dördüncüsü, “... bu 
gün biz desək ki, ana dilimiz türk dilidir, bu, həm elmi dolaşıqlığa, 
həm də ümumiyyətlə səhv bir nəticəyə gətirib çıxarır. “Türk de-
dikdə”, ümumiyyətlə bu, osmanlı türklərinin, Türkiyə dövlətinin 
adıdır və ikinci mənada isə “türk” dedikdə bütün türk xalqlarının 
ümumi adı nəzərdə tutulur. Biz əgər bu sistemi əsas tutsaq, həm 
elmi səhvə yol verə bilərik, həm də öz xalqımızın  dilinin adını 
təhrif etmiş olarıq”. 
Beləliklə,  Həsən  Quiyev  bu  fikirlərini  ümumiləşdirərək  de-
yirdi: “... Konstitusiyada yazılsın ki, dilimizin adı, Azərbaycan 
xalqının dövlət dili Azərbaycan dilidir,  dövlətimizin adı Azər-


81
baycan Respublikasıdır, xalqımızın adı Azərbaycan xalqıdır”. 
Milli Məclisin üzvü, yeni konstitusiya layihəsini hazır-
layan  komissiyanın  üzvü  Hüseynağa  Qəniyev  konstitusi-
yada dövlət dilinin adının necə olması barədə öz fikirlərini 
söyləyərkən  məsələyə  tarixilik  baxımıdan  yanaşmaqla  öz 
mövqeyini dəqiq bir formada təqdim edirdi: “Əlbəttə, mən 
onunla razıyam ki, tarixilik baxımından müasir Azərbaycan dili 
türk dilidir. Lakin tarixin inkişafı baxımından bugünkü müasir 
Azərbaycan dili elə Azərbaycan dilidir ki, var. Bütün dillər belə-
dir. Tarixi inkişaf prosesində dillər ailələrdən qruplara, qruplardan 
isə dillərə şaxələnir”. O, məsələyə məntiqi və elmi cəhətdən 
düzgün yanaşırdı. Düzgün yanaşmadır ki, tarixi baxımdan 
dil ailələri dil qruplarına və yarımqruplarına, onlar isə öz 
növbəsində dillərə ayrılmışdır.
  Hüseynağa Qəniyev dil ailələrinə, ondan ayrılan dil 
qruplarına, dil qruplarından ayrılan dillərə tarixi prosesin 
nəticəsi kimi yanaşmış, aydın bir məntiqlə izah vermişdir: 
“Altay  dil  ailəsindən  qruplar  ayrılıb,  onun  da  dili  türk  dilidir 
və türk qrupu da Azərbaycan, tatar, qazax və sair sərbəst dillərə 
bölünüb. Altay dil ailəsi elə bil ki, babadır, türk dil qrupu atadır. 
Azərbaycan dili isə oğludur. İndi oğulun özünü ata elan etməsi, 
mən hesab eləyirəm ki, heç də düzgün deyil. Çünki tarixi proses 
gedib, tarix öz sözünü deyib və Azərbaycan deyilən bir dil, Azər-
baycan deyilən bir dövlət, Azərbaycan  deyilən bir xalq formala-
şıb”.
  Hüseynağa Qəniyev məsələnin tam mahiyyətini çox 
aydın şəkildə izah etmək üçün tarixi inkişafı elmlə, həyatla 
və cəmiyyətlə bağlayırdı. Hətta elmdə və sənətdə baş ver-
miş parçalanmanı, diferensiallaşmanı inandırıcı, əsaslı bir 
izahatla  aydınlaşdırırdı.  O,  diferensiallaşmanın  təkcə  dil-
lərdə deyil, eyni zamanda elmdə də getdiyini nəzərə alaraq 
deyirdi: “Bu (diferensiallaşma - B.X.), təkcə dillərə aid deyil, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə