Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə120/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   114   115   116   117   118   119   120   121   122

351
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük mükafat
ŞİMALİ NİGERİYA
Şimali Nigeriyada müsəlmanlar şəriət qanunu – ən sərt islamçı qanunları toplusu yaratmışdı-
lar. Məsihçilər Nigeriya əhalisində üstünlük təşkil edirlər, ona görə islamçı rəhbərlər qanunun 
müsəlmanların yalnız evdaxili məsələlərinə tətbiq edilməsini inadla tələb edirlər. Buna 
baxmayaraq, məsihçilər daha yaxşı bilir. Onların yüzlərlə məbədləri artıq dağıdılıb. Əgər onlar 
yenidən bərpa olunursa, onları yenə yandırırlar. Bir çox məsihçilər şəhid olur. 
Şimali Nigeriyada Kaduna şəhərində 
bir məbəd rəhbəri söyləyir ki, müsəlman 
ekstremistlər məsihçi rəhbərlərin başına pul 
qoyublar, onlar hər öldürülən insan üçün min 
naira təklif edirlər. (Bu, təxminən, min ABŞ 
dollarıdır.) Bununla belə, İsanın başı üçün də 
pul qoyulmuşdu və Onu otuz gümüşə təslim 
etdilər. 
Davamlı hədə-qorxularla, bəzi məsihçilər 
müqavimət göstərmək üzərində düşünürlər. 
Amma bir məsihçi rəhbər Kadunada olan 
imanlılara belə dedi: “Baş verənlərin içində 
biz Rəbbimizin şəri yaxşıya çevirməklə bağlı 
təlimini yadda saxlamalıyıq və baş verənlər 
qarşısında səbirlə dözməliyik. Həmçinin, 
Nigeriya demokratik bir ölkə kimi bəyan 
edildiyinə görə, məsihçilərin məsuliyyəti, hər 
kəslə ədalətlə və vicdanla davranmaqdır.” 
Məsih eyni fikri, demək olar ki, iki min il 
bundan qabaq çatdırmışdı:
 
“Allahın Rəbbi… 
sev”. Bu, böyük və əsas əmrdir. İkincisi isə 
budur: “Qonşunu özün kimi sev” (Matta 
22:37-39). 
İsanın:  “Qonşunu  özün  kimi  sev.”  – 
əmrinə  riayət  etmək  elə  də  asan  deyil. 
Onların  bizə  bu  məhəbbəti  olmayanda 
İsanın  “Qonşunu  sev.”  –  əmrinə  riayət 
etmək daha çətindir. Biz hamımız bu his-
si bilirik. Sənin işinə mane olmaq istəyən 
bir  iş  yoldaşın  ola  bilər.  Bəlkə  sənin  elə 
müəllimin ola bilər ki, heç bir səbəb olma-
dan  sənin  probleminə  təzyiq  göstərər.  Ya-
xud həyatında pis şeylər baş verəndə, dost 
adlandırdığın şəxs, qəribə də olsa, sevinə 
bilər. İsa başqalarının sənin əzablarını bay-
ram  eləmək  hissini  bilir.  Sənin  əzablarını 
görmək üçün pul ödəyən bir kəsi necə sevə 
bilərsən?  Başqaları  sənin  rüsvay  olduğu-
nu görüb bunu yüksək qiymətləndirə bilər. 
Buna baxmayaraq, bu sahədə Allaha olan 
itaətkarlığının dəyəri hədsizdir.
Düşmənlərinizi sevin, sizə nifrət 
edənlərə yaxşılıq edin, sizi 
lənətləyənlərə xeyir-dua verin, sizi 
incidənlər üçün dua edin.
Luka 6:27-28


352-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük xidmətçilər
SƏUDİYYƏ ƏRƏBİSTANI: İSKƏNDƏR MƏNGİZ
Gecə yarısı idi və polislər zorla evə girib, İskəndər Məngizi, onun yoldaşını və üç uşağını dərhal 
oyatdılar. Onlar gördülər ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin agentləri onların 
evində axtarış edirlər. 
“Siz nə edirsiniz? Sizin evimizi belə dağıt-
mağa ixtiyarınız yoxdur.” 
“Sənin isə Məhəmmədin torpağında öz 
dinin ilə məşğul olmağa ixtiyarın yoxdur! 
Dinindən dönməzdən əvvəl sənə xəbərdarlıq 
olunmuşdu. Polis İskəndəri qapıdan bayıra 
itələdi və başqaları Müqəddəs kitabları, ila-
hi mahnıları, foto albomları və sübut kimi 
istifadə oluna biləcək hər şeyi götürdülər. 
İskəndər qorxu içində olan yoldaşı və uşaq-
larını geridə qoyub polis qərargahına istin-
taq edilmək üçün gətirildi. İskəndər və onun 
ailəsi Efiopiya məsihçiləridir. Onlar Səudiyyə 
Ərəbistanının əhalisi arasında olan xaricilərin 
üçdə bir hissəsini təşkil edir və neftlə zəngin 
olan ölkədə işləyirlər. Bu xaricilərin bir çoxla-
rı məsihçidirlər və öz imanlarını ifadə etmək 
istəyəndə onlar çətin vəziyyətlərlə üzləşirlər. 
Bir çox məsihçilər müsəlman ölkəsində 
öz imanlarını icra etmək niyyətində olmur-
lar. İslamın qara buludları altında olarkən, 
onlar göylərə doğru baxırlar və ətraflarında 
olan imanlılarla ünsiyyət qururlar. Bir çox-
ları hətta onların müsəlman işçilərinə Xoş 
Müjdəni bölüşürlər. Səudiyyə Ərəbistanında 
müsəlmanı məsihçiliyə döndərmək, hər 
iki tərəfə ölüm hökmü irəli sürülməklə 
nəticələnir.
Təcrübəli müjdəçinin ayaq basa bilmədiyi 
bir yerdə, bütün vaxtını xidmətə sərf edən 
məsihçi səhnəyə daxil olur. Onlar nadir və 
qüdrətli  şəhadəti  dünyada  ən  çox  qada-
ğalar  qoyulmuş  ölkəsinə  gətirirlər.  Onlar 
Səudiyyə Ərəbistanında neft mədənlərində 
adi mühəndislər kimi ağıllı tərzdə özlərini 
gizlədən  sadiq  məsihçilərdir.  Onların 
tapşırıqları  aydındır,  amma  üsulları  giz-
lidir.  Onların  şəhadəti  güclüdür,  amma 
gizlidir.  Onların  tapşırığı  xidmətçi  olub 
Müjdəni  təqdim  etməkdir:  işdə  fədakar 
və çox çalışan iş yoldaşı, evdə öz xeyrini 
güdməyən  qonşu.  Bizim  vəzifəmiz  onlara 
dua  vasitəsilə  dəstək  olmaqdır.  Dünyanı 
Məsihə olan imana gətirməklə biz hamımız 
xidmətçiyik,  öz  işimizi  görürük.  Səudiyyə 
Ərəbistanında  olan  İskəndər  kimi  insan-
lar öz vəzifəsini yerinə yetirir? Bəs sən öz 
vəzifəni yerinə yetirirsən? 
Çünki biz Allahın yaratdığı əsərlərik, 
əvvəlcədən hazırladığı yaxşı 
əməllərinə görə həyat sürmək üçün 
Məsih İsada yaradıldıq.
Efes. 2:10


353
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük şəhadət
ROMA: ZOYA
“Öldürün onu! Yaşasın Diokletian!” Kolizeyin qarşısında hirsli izdihamın önündə dayanan 
Zoyanın qulaqlarına əks-səda gəldi. 
Zoya orda nəyə görə olmağı haqda fikirləşdi 
və güldü. Həbsxanada işləyən və başqa allah-
lara qurban gətirmədiklərinə görə həbs edil-
miş məsihçilərə gözətçilik edən ərini görməyə 
gəldiyi gün Zoyanın yadına düşdü. Zoya uşaq 
vaxtlarından məsihçilərin aldadılmış və ölü 
bir mövhumatın ardınca getdiklərini eşidir-
di. Onlar Romada İmperator Neronun hökm 
sürdüyü vaxtda böyük təlatüm yaratmışdılar 
və layiq olduqları cəzanı almışdılar – onlar 
çarmıxa çəkilmişdilər və şirlərə atılmışdılar. 
Amma həmin gün həbsxanada Zoya 
məsihçi ailəsinin duasına şahid oldu: “Əziz 
Rəbbimiz, bizim ölümümüzün Sənin adı-
na izzət gətirməsinə yardımçı ol. Bizi həbs 
edənləri biz bağışlayırıq.” Zoya təəccüb 
içində həbsxanadan getdi. Nəyə görə bu 
məsihçilər bu qədər sülhə malikdirlər, axı on-
lar tezliklə şirlərin qarşısına çıxarılacaqlarını 
bilirdilər?
Zoya gizlicə bu ailə ilə görüşməyə və on-
lardan imanları haqda soruşmağa başladı. 
Tezliklə, o öz ürəyini İsaya verdi. 
Zoyanın yeni tapdığı imanı haqda söz-
söhbət tez yayıldı və gözətçilər onun evinə 
göndərildilər ki, ona Məsihdən üz döndərmək 
və Mars allahına qurban təqdim etmək üçün 
imkan versinlər. O, imtina etdi. Gözətçilər 
onu qandalladılar və ərinin gözətçilik etdiyi 
həmin həbsxanaya sürüyüb apardılar. 
Öz imanından üz döndərməyəcəyini təkid 
edəndə, o asıldı, yandırıldı və çaya atıldı.
Bu  hekayədə  böyük  şahid  kimdir?  Bu, 
şirlərə  atılmazdan  qabaq  dua  edən  ailə 
idi?  Yoxsa  bu,  gözətçilər  qarşısında  yeni 
tapdığı  imanından  üz  döndərməyən  Zo-
ya  idi?  Cavab,  bəlidir.  Bu  dünyadan  çı-
xıb  getməkdə  olan  ailə,  başqa  bir  insanı 
göylərə gətirdi. Hər ikisi Məsih üçün böyük 
şahid oldular və tarixdə öz silinməz izini 
qoydular. Əks təqdirdə, bütpərəst həbsxana 
gözətçisinin  bütpərəst  arvadı  kimi  Zoya 
unudula  bilərdi.  Əgər  min  nəfər  məhv  ol-
saydı,  tarix  buna  elə  də  fikir  verməzdi. 
Buna baxmayaraq, adi bir insanı qeyri-adi 
imanı  ilə  yadda  saxlamağa  dəyər.  Sənin 
həyatın  İsa  Məsih  üçün  böyük  şahid  kimi 
səni tarixə yazacaq? 
Biz sizə gördüyümüzü və eşitdiyimizi 
elan edirik ki, sizin də bizimlə 
şərikliyiniz olsun.
1 Yəhya 1:3


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə