Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə115/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   111   112   113   114   115   116   117   118   ...   122

gün
336
BÖYÜK 
SADİQLİK
-cı
Ay Allah, mənim bütün əzablarımı, mənim 
yorğunluğumu, mənim alçalmamı, mənim 
göz yaşlarımı, vətən həsrətimi, mənim 
ac olmağımı, mənim soyuqdan əziyyət 
çəkməyimi, ruhumda yığılan bütün kədəri 
qəbul et. Əziz Allah, bizi təqib edən və 
gecə-gündüz bizə işgəncə verənlərə rəhm 
et. Onlara da ilahi lütfünü ver ki, Sənin 
məhəbbətinin şirinliyini və xoşbəxtliyini 
tanısınlar.
Sibirdə, Vorkutada islah əmək koloniyasında cəza  
çəkən məsihçi qadından.


337
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük islahatçı
ALMANİYA: MARTİN LÜTER
31 oktyabr 1517-ci il, Martin Lüter Almaniyada Vittenberq kilsəsinin qapısına Müqəddəs Kita-
ba əsaslanan imanın doxsan beş bəyanatını vurmuşdu və ömrünün qalan hissəsini edamdan bir 
addım kənarda keçirmişdi. Bu təhlükəyə baxmayaraq, Lüter onun vaxtında kilsənin yeritdiyi 
təlimə qarşı, ruhani təlimin gerçəkliyi haqda mübahisə etmək fürsətindən heç vaxt qorxub 
kənara çəkilmirdi.
Baxmayaraq ki, ona Vormsda olan top-
lantılara qosulmaması barədə dəfələrlə 
xəbərdarlıq edilmişdi, o dedi: “Madam ki, 
mən göndərilmişəm, Rəbbimiz İsa Məsihin 
adı ilə mən qərara gəldim və mən iştirak 
etmək niyyətindəyəm; baxmayaraq ki, orada 
Vormsun evlərini örtən kirəmitlər qədər şey-
tanların mənə qarşı duracağını bilirəm.” 
Ona öz təlimlərini ləğv etmək barədə 
deyiləndə, Lüter dedi: “Mənim vicdanım 
müqəddəs yazı və Allahın kəlamı ilə elə bağ-
lanıb və zəbt edilib ki, mən heç bir sözümü 
geri götürməyəcəyəm; mən vicdanıma qar-
şı getməyi mömin və qanunauyğun hesab 
etmirəm. Mən bunun tərəfdarıyam və buna 
əsaslanıram. Başqa sözüm yoxdur. Allah özü 
mənə mərhəmət etsin!”
O, onu öldürmək istəyənlərdən qaçıb canı-
nı qurtardı – və gizli yaşayaraq – müqəddəs 
yazıları alman dilinə tərcümə etdi. Daim 
təhlükə altında olmasına baxmayaraq, o, altmış 
altı yaşına qədər yaşadı və öz əcəli ilə öldü. 
Bu  və  ya  başqa  şeyə  görə  insanlar 
məbədi  cəld  tənqid  edirlər.  Brodvey  teat-
rı  üçün  tənqidi  rəy  yazmaq  kimi,  eynilə 
məbəd  üzvləri  də  ibadəti  bir  tamaşa  kimi 
qiymətləndirməyə  can  atırlar.  Musiqinin 
səsi  çox  yüksəkdir.  Vəz  çox  qısadır.  Bina 
soyuqdur.  Oturacaqlar  narahatdır.  Am-
ma  Lüter  tənqidçi  deyildi,  baxmayaraq 
ki,  o,  təsis  olunmuş  kilsəni  dəstəkləmədi. 
O,  onu  məzəmmət  etdi.  Məzəmmət  etmək 
tənqid etməkdən fərqlənir, çünki məzəmmət 
müqəddəs  yazıdan  ayrı  düşmüş  məbədi 
geriyə,  Allahın  kəlamına  çağırır.  Bun-
dan fərqli olaraq, tənqid, sadəcə, insanın 
fikrinə  və  nəyi  üstün  tutmasına  olan  ça-
ğırışdır. Sən Lüter kimi ehtiyatla Məsihin 
cəmiyyətinə xidmət edirsən, yoxsa, sadəcə, 
Allahın məbədini tənqid edirsən? 
Allahın kəlamını vəz edəsən, 
hansı vaxt olursa-olsun hazır 
olasan, insanlara tam səbirlə təlim 
öyrədərək məzəmmət, xəbərdarlıq 
və nəsihət verəsən.
2 Timotey 4:2


338-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük daşıyıcı
ROMA: İQNATİUS
“Əgər Məsih onda yaşamırsa, insanın həyatı davamlı bir ölümdür.” 
 
- İqnatius 
İqnatius həvari Yəhyanın şagirdi idi və 
imperator Antakyalı Trayanı bütlərə sitayiş 
etdiyinə görə cəmiyyət içində məzəmmət 
etmişdi. Lakin Trayan onun xəcalətli 
məzəmmətinə görə əvəzində İqnatiusdan ic-
timai qisası alacağına and içdi.
İqnatius həbs edilib Romaya gətirildi. 
Şirlər olan quyuya aparılarkən o, başqa bir 
imanlıya dedi: “Mənim əziz Məsihim, Xilas-
karım, mənim ürəyimin dərinliyində yazılıb 
məndə əminlik var ki, əgər mənim ürəyim 
kəsilsəydi və hissələrə bölünsəydi, hər bir 
hissədə İsa adı tapılardı.
Çoxlu insanlar onun ölümünə şahid ol-
maq üçün yığılanda, İqnatius çığıran izdiha-
ma cəsarətlə müraciət etdi. “Mən Allahın 
taxılıyam. Mən heyvanın dişlərinin altında 
üyüdülürəm ki, mənim üçün Həyat Çörəyi 
olan Məsih üçün pak bir çörək olum.”
Bu sözləri deyən kimi iki ac şir onu qa-
pıb yedi. O, öz soyadının mənasını həyatda 
yaşadı, Seoforus, “Allahı daşıyan” deməkdir. 
Axıra qədər o, Allahın və Xilaskarının adını 
öz dilində daşıdı. O, tez-tez deyirdi: “Çar-
mıxa çəkilmiş Məsih mənim yeganə və tam 
bir məhəbbətimdir.” Sonda isə o, bu sadə 
həqiqətdə təsəlli tapdı: “Dünya məsihçilərə 
nifrət etdikcə, Allah onları sevir.”
Nikah  ənənəsinə  əsasən  qadın  ərinin 
soyadını, onların birliyinin bir rəmzi kimi 
daşımalıdır. Onlar artıq iki insan deyillər, 
birdirlər.  Cütlük  birgə  yaşa  dolduqca, 
onlar  soyadlarından  daha  çox  şeyləri 
bölüşməyə başlayırlar. Onlar eyni dostları 
və  maraqları  bölüşürlər.  Onlar  bir-birinin 
cümlələrini tamamlamağa başlayırlar. On-
ların bəziləri hətta qəribə olaraq bir-birinə 
bənzəməyə  başlayırlar…məsələn,  onla-
rın  uzun  müddətli  yaxın  olmaları.  Eynilə 
“məsihçi”,  ya  da  “balaca  məsih”  adını 
daşıya  insan  eyni  yaxınlığı  –  Xilaskar 
ilə birliyi inkişaf etdirir. Məsih adını yax-
şı daşıyırsan? İqnatius kimi, İsanın adını 
bölüşmək, səni onun əziyyətləri, xidməti və 
həyatı ilə bölüşməyə ruhlandırır?
Çünki Sənə məxsusam, Ey Ordular 
Allahı Rəbb!
Yeremya 15:16


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə