Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə121/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   114   115   116   117   118   119   120   121   122
    Bu səhifədəki naviqasiya:
  • SUDAN

354
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük məhbus
ÇİN: AL LİNQ
“Sən deyirsən ki, bu, səhvdir,” – deyə, hirsli gözətçi yaşlı çinli imanlıya acıqlandı. “Sən ‘İsa 
yaxşıdır’ yox, ‘Həbsxana yaxşıdır’ deməliydin. 
Al Ling gülümsədi. “Amma həbsxana yax-
şı deyil. Məsələ elə bundadır. Mən yalan da-
nışmalıyam?”
“Onda uzanaraq əllərin üstə əlli dəfə qal-
xıb en!” – deyə, kefi pozulmuş kommunist 
gözətçisi əmr etdi. “Dünən etdiyin kimi.”
Yetmiş yaşlı Al Ling əli üstə qalxıb endi 
və düşərgəyə qayıtdı, Lingin həyat yoldaşı 
Müjdəni yaydığına görə həbs olunmuşdu və 
dünyasını dəyişmişdi. İndi Ling həbsxanada 
idi və oradakı yoldaşlarına çinli adamlara İsa-
nın məhəbbəti haqda danışırdı. 
“Yemək yaxşıdır, həbsxana yaxşıdır!” 
çöllükdə ağır iş günündən sonra məhbuslar 
bu sözləri ucadan deməyə məcbur edilirdilər. 
“İsa daha yaxşıdır!” – onun səsi dəstənin 
içindən çıxdı. 
“Al Ling, yenə əllərin üstə qalxıb enmək 
istəyirsən?” – deyə, gözətçi soruşdu. 
“Mən istəyirəm ki, sən İsanın səni nə 
qədər sevdiyini biləsən,” – deyə, o cavab ola-
raq gülümsədi. Hətta bu, ona gündəlik uza-
naraq əlləri üstə qalxıb enməklə nəticələnsə 
də, o, kommunist gözətçilərə və məhbuslara 
İsanın nə qədər yaxşı olması ilə bağlı fürsət 
gələndə bərk həyəcanlanırdı. Həbsxanadan 
çıxışı vaxtı gözətçilər onu son dəfə sorğu-
suala tutmağa qərar verdilər. “Sənin həyat 
yoldaşın harada işləyir?” – cavan gözətçi 
soruşdu. 
“O, gizli bir iş görür,” – deyə, o cavab 
verdi. Maraqlanan gözətçi qeyd dəftərçəsini 
çıxartdı. Ling gülümsədi: “O, bir neçə il bun-
dan qabaq dünyasını dəyişib.”
Al Ling ilahiyyatçı deyildi. O, təcrübəli 
natiq  də  deyildi.  Buna  baxmayaraq,  öz 
sadə,  dözümlü  və  hətta  məzəli  cavabları 
ilə  o,  kommunist  düşmənlərini  mat  qoya 
bildi.  Həmin  vəziyyətdə  olsaydıq,  biz  nə 
deyəcəyimiz və edəcəyimiz haqda fikirləşib 
özümüzü  çaşdıra  bilərdik.  Biz  cəld  cavab 
verə  və  ya  hərəkət  edə  bilərdik?  İsa  de-
yib  ki,  biz  imanımızı  müdafiə  edərkən  nə 
deyəcəyimiz  haqda  narahat  olmamalıyıq. 
Bizdən hazırlanmış vəzi vermək xahiş edil-
mir. Bizdən ən çox ehtiyac hiss etdiyimiz 
vaxtda  Ona  hikmət  sözləri  üçün  arxayın 
olmaq xahiş olunur. Bu vaxt gələndə, Allah 
Ona görə effektiv şəhadət etmək üçün sənə 
sözlər verəcək. 
Buna görə də ürəyinizdə qərara alın 
ki, özünüzü necə müdafiə edəcəyiniz 
barədə əvvəlcədən düşünməyəsiniz. 
Çünki Mən sizə elə danışıq qabiliyyəti 
və hikmət verəcəyəm ki, sizə qarşı 
çıxanların heç biri nə ona etiraz edə 
biləcək, nə də ona qarşı dura biləcək.
Luka 21:14-15


355
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük əzab – birinci hissə
SUDAN: KAMERİNO
Nənə axır ki, öz on yaşlı ac nəvəsinə yemək axtarmağa icazə verdi. O, kənddən kənarda olan 
təhlükə haqda bilirdi və onun qaranlıq düşənədək evdə olmasını tələb etdi. 
Kamerino və onun dostları iki kilometrdən 
çox yol gedərək giləmeyvələr yığırdılar və 
birdən əsgərlərin onlara çığırmasını eşitdilər. 
Onlar qorxub uzun otları olan tarlaya girdilər 
və aşağı əyildilər. Əsgərlər tarlanı alova 
bürüdülər və oğlanların oradan çıxmasını 
gözlədilər. 
Sudandakı məsihçilər öz ölkələrində iman-
larına görə başqa yerlərə köçürülmüşdülər. 
Bir çoxları üzərində yalnız bir geyimlə is-
lamçı hücumlardan canlarını qurtarıb aradan 
çıxmışdılar. 
Alov cəld oğlanlara tərəf gəlib çatdı və on-
ların öz həyatlarını qurtarmaqdan başqa bir 
seçimi yox idi. Ancaq üç oğlan tarladan çıxdı; 
Kamerino isə qaldı. 
Alov yanıb sönəndən sonra əsgərlər üç 
oglanı tutub Kamerinonun uzanıb qaldığı 
yerə getdilər. Şiddətli ağrı onun başıaşağı 
formada əyilib qalmağına səbəb olmuşdu. 
Oğlanın yanmış bədəni hərəkətsiz idi. Başqa 
bir məsihçi itkisi. Daha doğrusu, onlar belə 
fikirləşdilər. 
Möcüzə kimi görünsə də, Kamerino tar-
ladan sürünüb çıxa bildi və onu nənəsinin 
evinə gətirən kəndlilər tərəfindən aşkar edil-
di. Onun bədəninin çox hissəsi bərk yan-
mışdı. Onlar Kamerinonun ağrıları üçün dua 
etməkdən başqa heç nə edə bilmədilər. 
Sudandakı  məsihçilər  duanın  gücünə 
ümidləri  kimi  baxırlar.  Onların  əzabları 
və  gündəlik  təhlükələr,  onların  özlərinə 
olan  inamını  azaldıb  və  onların  Allahda 
olan  asılılığını  artırıb.  Sudandakı  bir  çox 
məsihçi  ailələrində  yeganə  qalan  duadır. 
Bu, qorxulu məsələdir – amma belə yerdə 
olmaq  gözəldir.  Allah  bizim  yeganə  ehti-
yacımız olmayana qədər, çətin ki biz yal-
nız  Allaha  ehtiyacımız  olduğunu  deyək. 
Əks təqdirdə, biz öz bacarığımıza arxayın 
olmaqda  fəalıq.  Dua  –  ən  çoxunu  edir, 
biz  ən  azını  etmək  ehtimalındayıq.  Bu 
böyük  vaxtlarda  Allah  səni  böyük  dualar 
etməyə  çağırır.  Duadan  başqa  heç  nə  edə 
bilmədiyin  vaxtlarda,  sən  tez-tez  duaya 
arxalanırsanmı?
Özünüzü duaya həsr edin.
Kolos. 4:2


356
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük əzab – ikinci hissə 
SUDAN: KAMERİNO
Amerika müjdəçi komandası Sudan ərazisində səyahət edirdi və yemək, ədyal, Müqəddəs Kitab 
paylayırdılar və İSA filmini nümayiş etdirirdilər. Onların maşını çayda ilişib qalmazdan əvvəl 
hər şey planlaşdırıldığı kimi gedirdi və onlar bir günün işini itirdilər. 
Müjdəçilər bu hadisəni Allahın ixtiyarı-
na verdilər və Ondan yollarında bələdçilik 
etməsini xahiş etdilər. Onlar bilirdilər ki
səyahətlərini qısaltmalı və müəyyən edilmiş 
günə qədər işlərini görməlidirlər, onlar yaxın-
lıqdakı kəndə baş çəkdilər. Yenicə çatmışdılar 
ki, bir neçə qadın xaricilərə tərəf qaçıb on-
lara yaxınlaşdı. Özlərinin zəif ingilis dili ilə 
dedilər. “Tez, gəlin….bizim uşaq….siz kömək 
etməlisiniz…tez gəlin!”
Həmin komanda qadının ardınca balaca, 
qaranlıq bir otağa gəldi. Onlar yerdə cırıq 
ədyala bükülmüş, hərəkətsiz balaca oğlanı 
gördülər. Ədyalı qaldıranda onlar Kamerino-
nun bədənini örtən ciddi yanıqları gördülər. 
Onlar tez və ehtiyatla Kamerinonu maşın-
larına qoydular və səksən kilometr uzaqda 
olan xəstəxanaya apardılar. Orada, oğlan 
dərhal çox ehtiyacı olan müalicəni aldı. Bu 
günlərdə Kamerino, duanın və Allahın əlinin 
onu necə xilas etməsi haqda düşünəndə 
gözləri yaşla dolur. O, İsanı tanıyır və şəfa 
vermə qüdrətini bilir və o, neçə aydan sonra 
birinci dəfə gülümsəyir.
Müjdəçilər də, Allaha minnətdarlıqlarını 
bildirdilər ki, Sudanda bu qədər ölüm və 
əzabla əhatə olunduqdan sonra, O onlara on 
yaşlı cəsur oğlanı xilas etməyə icazə verdi. 
Kamerino  “ardı  var”  ifadəsinə  yeni 
məna gətirir. Elə görünürdü ki, onun həyatı 
qurtarmayan  əzab  və  cırıq  ədyala  bürün-
müş vəziyyətdə davam etməyə qabaqcadan 
müəyyən  edilmişdi.  Buna  baxmayaraq, 
ikinci  hissə  xoşbəxt  sonluğu  və  Allahın 
lütfünün xatırlanmasını sübut etdi. Amma 
onun hekayəsi burada bitmir, üçüncü hissə 
yazılmaqdadır. Bir gün Kamerino, əzab və 
ağrının  olmadığı  göylərdəki  evində  tam 
şəfanı yaşayacaq. Dünya yaxşı olmazdan 
qabaq  pis  olacaq.  Buna  baxmayaraq,  Al-
lah təsəvvür edilən ən pis vəziyyətə ayaq 
basacaq  və  bütün  əzabların  sonunu  tələb 
edəcək. Sonra biz hamımız evə gedəcəyik. 
Əgər sən indi ağlasığmaz ağrı yaşayırsan-
sa, sonda, haraya gedib çıxacağını yadına 
sal. 
Allah onların bütün göz yaşlarını 
siləcək. Artıq ölüm olmayacaq. Yas, 
nalə və ağrı bir daha olmayacaq. 
Çünki əvvəlki şeylər keçib getdi.
Vəhy 21:4


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə