Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə116/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   112   113   114   115   116   117   118   119   ...   122

339
gün
BÖYÜK 
SADİQLİK
-cu
Başqa bir böyük sual
BİRLƏŞMİŞ ŞTATLAR: UŞAQLAR ÜÇÜN SSENARİ YAZANLAR
“Biz bu sualı verə bilmərik. Biz cavabı bilmirik!”
Ssenari yazanlar uşaqlar üçün “Stefanın 
imanının sınağı” videosu üzərində işləyirdi, 
burada, təqibin tarixini öyrənmək üçün ba-
laca oğlan keçmiş dövrə səyahət edir. Onlar 
Romada iğtişaş yaratmaqda ittiham olunan 
və sonra həbs edilib ac şirlərin yuvasına atı-
lan məsihçilərin səhnəsi üzərində işləyirdilər.
“Burada Stefan bu sualı verə bilməz, 
‘Əgər Allah Danieli şirlərin yuvasında qoru-
dusa, bəs niyə O, Kolizeydə olan məsihçiləri 
qorumadı?” 
Nəyə görə Allah özünün bir övladını qoru-
yur, amma digər min övladının məhv olması-
na icazə verir? Baş ssenari yazan fikirləşdi və 
cavab verdi: “Problem cavabda deyil; prob-
lem sualdadır. Biz gərək soruşmayaq: ‘Niyə?’ 
Biz gərək soruşaq: ‘Biz istəyirikmi?’ Dani-
el ac şirlərin qarşısında məhv olmağa hazır 
idi. Neronun vaxtında da imanlılar ölməyə 
hazır idilər. Birinin cəzadan qurtulması və o 
birisinin cəzadan qurtulmaması faktı onla-
rın ürəyinin vəziyyətini dəyişmədi. Şəhadəti 
əziyyətimiz yox, itaətkarlığımız göstərir.”
Navuxodonosor, Şadrak, Meşak və Aved-
Neqonu odla qızmış sobaya atdıranda, onlar 
dedilər: “Qulluq etdiyimiz Allahımız bizi odla 
qızmış sobadan xilas etməyə qadirdir….əgər 
belə olmasa da, biz sənin Allahlarına qulluq 
edən deyilik və sənin qoyduğun qızıl heykələ 
də səcdə etməyəcəyik” (Daniel 3:17-18).
Bir  çox  insanlar  niyə  sualını  verirlər. 
Biz izah olunmamış faciə ilə bağlı cavab-
sız qalan sualların yeni bir erasına daxil 
olmuşuq. Dünya öz suallarına cavab almaq 
üçün qışqırır, buna baxmayaraq, biz hamı-
mız bilirik ki, heç bir cavab yaranı sağalt-
maq  üçün  kifayət  etməyəcək.  Hətta  əgər 
biz  hər  bir  xüsusi  vəziyyətdə  baş  verən 
faciənin səbəbini bilsəydik, bu, ağrını yal-
nız  azca  yüngülləşdirərdi.  Əvəzində  bizə, 
Danielin  dostları  kimi  bir  iman  lazımdır, 
onlar deyirdilər ki, Allah bizim duamızdan 
fərqli bir tərzdə hərəkət etməyə qərar versə 
də əmin olmalıyıq ki, O, bütün şeyləri bizim 
yaxşılığımız naminə edir. Niyə sualını ve-
rib başa düşmək üçün yalvarmaq əvəzinə, 
biz  hər  şeydən  üstün  olan  sülh  üçün  dua 
etməliyik.
Onda Allahın ağlagəlməz sülhü 
ürəklərinizi və düşüncələrinizi Məsih 
İsada qoruyacaq.
Filip. 4:7


340
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük miras
BİRLƏŞMİŞ ŞTATLAR: EN HATÇİNSON
“Uşaqlar, aşağı əyilin!” – deyə, En Hatçinson qapıya dəyən oxu eşidib qışqırdı. Sonra onlar evi 
əhatəyə alan hinduların dəhşətli qışqırığını eşitdilər. Hər tərəfdən oxların gəldiyi görünürdü 
və o, pəncərəyə yaxınlaşan addımları da eşidə bilirdi. “Rəbb, mən bu gün səni görəcəyəm!” – 
deyə, En söylədi.
En Hatçinson cəsarətli qadın idi. İyirmi 
üç yaşında olanda, o, puritan imanı haqda 
açıq danışdığına görə üç dəfə həbs edilmiş-
di. Puritanlar Müqəddəs Kitab haqda öz 
məbədlərində eşitmək istəyirdilər, çünki 
İngiltərədə bir neçə məsihçidə ingilis dilində 
Müqəddəs Kitab var idi. 
En və onun əri Vilyam dini azadlıq axtarışı 
ilə 1634-cü ildə Amerikaya gəlmişdilər, am-
ma hətta Amerikada evdə keçirtdikləri dini 
görüşlərinə görə onlar təqiblə qarşılaşmışdı-
lar. Onların xidmətinə dəstək olan insanlar 
həbs olunmuşdular və hətta səs vermək hü-
ququnu itirmişdilər.
Qırx altı yaşında və on səkkizinci uşağına 
hamilə olan En, məhkum olunaraq dörd ay-
lıq həbs edilmişdi. Koloniyadan qovulandan 
sonra, onun ailəsi və dostları Rod-Aylondda 
yeni şəhərcik və ev toplantısını təşkil etməyə 
başladılar.
İlk yolu açaraq, En Hatçinson ibadətdə 
azadlıq ideyasını bir Amerika idealı etməyə 
kömək etdi. O və onun beş uşağı hindu 
hücumçuları tərəfindən öldürüldü. O, öz 
həyatını cəsarət və imanla yaşadığı kimi Xi-
laskarını da elə qarşıladı. 
Azadlıq heç vaxt ödənişsiz başa gəlmir. 
O, həmişə nəyinsə bahasına əldə edilir. İsa 
Məsih  dini  azadlığın  əldə  edilməsi  üçün 
tam  ödənişi  ödəyən  birinci  insan  idi  və 
çarmıxdakı  ölümü  vasitəsilə  bizə  Allaha 
gedən yolu açıq etdi. Bizi günahdan azad 
etmək  üçün  ödənişi  ödəyə  bilən  yalnız  O 
idi. Onun ölümü və dirilməsi həqiqi azad-
lığın əsasını qoydu, o vaxtdan bəri bir çox 
imanlılar,  hər  kəsin  Məsihdə  olan  azad-
lığı  yaşaması  hüququnu  müdafiə  etmək 
üçün  qurbanlar  verdilər.  En  kimi  imanlı-
lar Amerikada olan dini azadlıq arzusunu 
gerçəkliyə  çevirdi.  Bizim  qurban  vermək 
mirasımız  böyükdür.  Gələcək  nəslin  sənin 
zövq  aldığın  dini  azadlıqları  yaşaması 
üçün hansı ödənişi ödəmək istəyirsən? Al-
lahdan xahiş et ki, bunu gələcək nəslə necə 
ötürməyi sənə göstərsin.
Əməllərin nəsildən-nəslə qədər  
mədh ediləcək, qüdrətli işlərin  
bəyan ediləcək.
Zəbur 145:4


341
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük qaçaqmalçılar
ŞİMALİ KOREYA: KİQ
“Çarmıxı axtarın,” – Kiq adında cavan koreyalı oğlan kəndlinin dediyini eşitdi.
Çarmıx olan binanı axtarmaqla bağlı olan 
söz, Şimali Koreyadan Çinə qaçanlara yayıl-
dı. O, axır ki, birini tapdı, həm də yemək və 
paltar tapdı. O, həmçinin, İsa Məsihlə olan 
yeni ünsiyyəti tapdı. 
Məbəd üzvləri Kiqə üç ay təlim keçdilər. 
Amma Kiq bilirdi ki, o başqalarına İsa haqda 
demək üçün Şimali Koreyaya qayıtmalıdır. 
Kiq və beş başqa cavan imanlılara 
Müqəddəs Kitab və səyahət üçün yemək ve-
rildi. Amma onlar çayı keçib Şimali Koreyaya 
keçən kimi sərhəd gözətçiləri onları tutdular. 
Gözətçilər Kiqin dostlarının apardıqla-
rı Müqəddəs Kitabları aşkar etdilər. Sonra 
gözətçi Kiqin dostunu dəmir çubuq ilə ölənə 
qədər döydü. Sonra onlar Kiqə tərəf döndülər, 
amma o, qaçmağa nail oldu. Bir neçə aydan 
sonra o, başqaları ilə İsa haqda bölüşməyə 
başladı və Şimali Koreyada gizli bir məbəd 
yaratdı. 
Tezliklə Kiq, sayca tez artan imanlılar üçün 
Müqəddəs Kitab lazım olduğunu başa düşdü. 
O öz torpaqlarına Allah kəlamı gətirməyə ça-
lışaraq öz həyatını qurban verən dostunu ya-
da saldı. Kiq daha çox Müqəddəs Kitab üçün 
Çinə qayıtmağı qərara alanda, imanlılar onun 
təhlükəsizliyi üçün çox narahat oldular.
Kiq bir müddət bundan qabaq ona verilən 
məsləhəti yada saldı. O, belə cavab verdi: 
“Sadəcə çarmıxı axtarın.”
Çarmıx mübahisəli məsələdir. Bir çox in-
sanlar din haqqında danışırlar, amma çar-
mıx  onları  narahat  edir  və  hətta  onların 
qanını qaraldır. Kiqə təhlükəsizlik üçün çar-
mıxı axtarmaq deyilmişdi. Amma Kiq başa 
düşmürdü ki, onun düşmənləri eyni işarəni 
axtarırlar  və  bunun  üçün  kifayət  qədər 
səbəb var idi. Onlar bilirdilər ki, məsihçilər 
bu çarmıx işarəsinin altında yığışırlar. On-
lar  məsihçiliyə  müqavimət  göstərdikləri 
üçün  çarmıx  onların  düşməninə  çevrildi. 
Bizim  ruhani  düşmənimiz  çarmıxa  ikrah, 
qorxu  və  nifrət  dolu  hiss  ilə  baxır.  Sən 
çarmıxa  sevinc,  ümid  və  minnətdarlıqla 
ifadə  olunan  nəzərlərlə  baxırsan?  Hü-
cum  etməyi  planlaşdıran  bir  düşmən  ki-
mi  –  sənin  düşmənin  birbaşa  çarmıxa 
istiqamətlənib. Sən də eynilə çarmıxı qoru-
maq, sevmək və xidmət etmək üçün fikrini 
ona cəmləşdirmisən?
Sizə dəfələrlə söylədiyim kimi, indi 
də göz yaşları içində təkrar deyirəm: 
bir çoxları Məsihin çarmıxına düşmən 
olaraq həyat sürür.
Filip. 3:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə