olan Xarici İşlər Nazirlərinin Məşvərət Məclisi yaradıldı. Məşvərət
Məclisinin 1939-cu il sentyabrın 23-də Panamada keçirilən birinci
toplantısında Amerika qitəsi dövlətlərinin müharibədə bitərəfliyi
haqqında bəyannamə qəbul edildi. Bitərəflik qitə dövlətlərini bloklara
qoşulmaqdan kənarda saxlayaraq maraqlarına cavab verirdi. Latın
Amerikası dövlətləri hərbi əməliyyatların qitəyə buraxıİmamasına
tərəfdar çıxdılar. Təhlükəsizlik zonası haqqında əsasnamə
pozulardısa, qitə dövlətləri fəaliyyətlərini əlaqələndirərək fərdi və
kollektiv tədbirlər həyata keçinnəli idilər. Avropada aparılan
müharibə Almaniyanın Latın Amerikasındakı mövqelərini xeyli
zəiflətdi. Latın Amerikası ölkələri daha çox ABŞ-la əlaqələrini
sıxlaşdıraraq onun ətrafında birləşməyə başladılar. Problemlərin
həllində ABŞ-ın rolu gücləndi. Qitə dövlətlərinin ikinci məsləhət
məclisi 1940-cı il iyul ayının 21-30-da Havanada keçirildi.
Müşavirədə müzakirə edilən əsas məsələ Avropa dövlətlərinin
Amerika qitəsindəki mülkləri barədə idi. Bu məsələ ilə bağlı iki
yekun sənədi qəbul edildi: Amerika qitəsindəki Avropa
müstəmləkələri və mülklərinin müvəqqəti idarə edilməsi haqqında
konvensiya və buna əlavə konvensiya. Həmin sənədlərə əsasən qitə
dövlətləri üçün təhlükə yaranardısa onlar həmin ərazilərin idarə
olunmasını Amerika dövlətlərarası ərazi idarəetmə komissiyasına
verməli idilər.
Müşavirənin ikinci mühüm nəticəsi Amerika qitəsi dövlətlərinin
müdafiəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında
bəyannamənin qəbul edilməsi oldu. Bəyannamə qitə dövlətləri
arasında məsləhətləşmələri, qarşılıqlı yardımı və ölkələrin daxilində
ciddi qayda-qanunun yaradılmasını nəzərdə tuturdu.
Bu zaman Almaniyanın Avropada təcavüzkarlığı genişlənirdi.
Almaniyanın Avropada təcavüzünün genişlənməsi ilə paralel olaraq
SSRİ 1940-cı ilin yayında Bessarabiya, Şimali Bukovina, Liha,
Latviya və Estoniyanı da işğal etdi.
1940-cı
ilin
ortalarınadək
Almaniyanın
Avstriya,
Çexoslovakiya, Polşa,
Danimarka, Norveç, Hollandiya, Belçika, Lük
340
ingilislərin yardımı nəticəsində yunanlar onları ərazilərindən
çıxarıldılar.
Həbəşistandakı italyan orduları ingilis ordularına tabe oldular.
İngiltərə Afrikada İtaliyaya qarşı hərbi əməliyyatlara başladı. İyul
ayında İtaliya orduları işğal etdikləri Somalidən və Keniyanın bir
hissəsindən çıxdılar. İtaliya hərbi hissələri yalnız Liviyada qaldı.
Bundan sonra Almaniya Yaponiya və İtaliya ilə əlaqələrini daha da
sıxlaşdırdı. 1940-cı il sentyabrın 9-da Tokioda başlanan danışıqlar
sentyabrın 27-də Almaniya-Yaponiya-Ttaliya hərbi paktının (buna
Üçlər paktı və ya Üç dövlət paktı da deyilir) imzalanması ilə başa
çatdı. Üç dövlət paktına görə Yaponiya Almaniya və İtaliyanın
Avropada, İtaliya və Almaniya isə Yaponiyanın Şərqi Asiyada yeni
qayda yaratmaq istəklərinə hörmət və lazım gəldikdə isə hərtərəfli
yardım etməli idilər. Danışıqların gedişində bir sıra məxfi sazişlər də
imzalandı. Dövlətlər arasında ümumi, hərbi və iqtisadi komissiyalar
yaradıldı. Ümumi komissiya iclaslarını Tokio, Berlin və Romada
keçirməli idi. Komissiyanın məqsədi üç ölkənin siyasətini
əlaqələndinnək, hərbi və iqtisadi komissiyaların məqsədi isə
müharibənin birgə aparılması və qarşılıqlı iqtisadi yardım
problemlərini həll etmək idi. Üçlər paktının və ya ittifaqının
imzalanması təcavüzkar dövlətlərin hərbi blokunu tamamilə
formalaşdırdı. Blokun əsas məqsədi dünya ağalığına sahib olmaq idi.
Az sonra pakta yeni dövlətlər də qoşuldu. Bolqarıstan 1940-cı il
noyabrın 17- də (bu haqda məlumat yalnız 1941-ci il martın 1-də
verildi), Macarıstan noyabnn 20-də, Rumıniya noyabrın 23-də,
Slovakiya isə noyabnn 24-də Üçlər paktına qoşuldular.
Antihitlerçi koalisiyanın
yaradılması və möhkəmləndirilməsi
Almaniyanın Avropadakı hərbi uğurları və Yaponiyanın
Asiyadakı təcavüzkarlığının genişlənməsi qüvvələr nisbətinə təsir
etdi. Fransanın məğlub olması ilə Böyük Britaniya özünün başlıca
müt-
342