BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə119/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   112   113   114   115   116   117   118   119   120

silahlı  qüvvələri  quru,  dəniz  və  havada  tamamilə  məğlub  edilmiş 
hesab olunurdu. Almaniyada hakimiyyət dörd dövlətin əlinə keçirdi. 
Onlar Almaniya ərazisində işğal zonalarını və nəzarət  mexanizmini 
yaradırdılar. İyunun 6-da işğal zonalarında nəzarət mexanizmi barədə 
dörd dövlətin sazişi imzalandı. 
SSRİ  Şərqi  Avropa  ölkələrində  ordu  hissələrini  saxlamaqla 
Çexoslovakiya,  Polşa,  Yuqoslaviya,  Bolqarıstan,  Macarıstan  və 
Rumıniyanı öz nəzarəti altına salmağa çalışırdı. Bu ölkələrin işğaldan 
azad  olunmasına  yardım  edən  SSRİ  onlarda  sosializm  quruluşu 
yaratmağa cəhd etdiyindən müttəfiqləri ilə mənafeyi toqquşurdu. 
Antihitlerçi  koalisiyanın  üzvü  olan  dövlətlər  Avropada 
müharibə  qurtardıqdan  sonra  əsas  diqqətlərini  Yaponiyanın  məğlub 
edilməsinə yönəltdilər. Eyni zamanda üç dövlət başçısı müharibədən 
sonrakı Avropanın quruluşu məsələlərini müzakirə etdilər. 1945-ci il 
iyulun  l7-dən  avqustun  2-dək  üç  mütləq  dövlətin  Terminal  şərti  adı 
altında Berlinin 60 km.-də yerləşən Potsdamda Sisi- lionxof sarayında 
(Babelsberq  qəsəbəsi  yaxınlığında)  konfransı  keçirildi.  Konfransda 
Stalin,  Çerçil  və  Trumən  iştirak  edirdilər.  Konfransın  gedişində 
Çerçili parlament seçkilərində qələbə qazanmış Leyborist Partiyasının 
lideri  K.Ettli  əvəz  etdi.  Konfransda  xarici  işlər  nazirləri  də  iştirak 
edirdilər. 
Konfransda  müharibədən  sonrakı  Avropanın  quruluşu  və 
keçmiş  düşmən  dövlətlərlə  sülh  müqavilələrinin  hazırlanması 
məsələsi müzakirə olundu. Dövlət başçıları bu məqsədlə ABŞ, Böyük 
Britaniya, SSRİ, Fransa və Çin xarici işlər nazirlərinin şurasını təsis 
etdilər.  Onun  başlıca  vəzifəsi  məğlub  edilmiş  dövlətlərlə  sülh 
müqavilələrini  işləyib  hazırlamaq  müəyyənləşdirildi.  Şuranın 
yaradılması  ilə  Avropa  məsləhət  komissiyası  öz  fəaliyyətini 
dayandırdı. 
Konfransda  əsas  yeri  Almaniya  məsələsi  tuturdu.  Müttəfiq 
dövlətlərin  rəhbərləri  Almaniya  ilə  davranmağın  siyasi  və  iqtisadi 
prinsiplərini  qəbul  etdilər.  Almaniyaya  münasibətdə  əsas  prinsiplər 
onun hərbsizləşdirilməsi, demokratikləşdirilməsi və nasizmin kö 
364 


künün  kəsilməsi  müəyyənləşdirildi.  Almaniya  tam  şəkildə  tərksilah 
olunmalı,  hərbsizləşdirilməli,  bütün  hərbi  sənayesi  tamamilə  ləğv 
edilməli,  Nasional-Sosialist  Partiyası  məhv  edilməli  və  Almaniya 
həyatı  demokratik  əsasda  dinc  əməkdaşlıq  üçün  qurulmalı  idi. 
Almaniyada  nəzarət  mexanizmini  dörd  dövlətin  silahlı  qüvvələrinin 
ali baş komandanlarının həyata keçirməsi nəzərdə tutulurdu. 
Almaniyanın  ödəyəcəyi  təzminat  məsələsi  ətrafında  kəskin 
mübahisələr  yarandı.  Bu  barədə  xüsusi  saziş  imzalandı.-  Həmin 
məsələdə  Krım  konfransının  qərarı  əsas  götürüldü.  Bundan  başqa 
SSRİ qərb zonasından da əlavə kömür, ərzaq və digər məhsullar almalı 
idi. 
Almaniyanın 
hərbi 
dəniz 
və 
ticarət 
donanmasının 
bölüşdürülməsi  barədə  qərar  qəbul  edildi.  Hərbi  dəniz  gəmiləri 
1946-cı  il  fevralın  15-dək,  ticarət  gəmiləri  isə  Yaponiyaya  qarşı 
müharibə qurtardıqdan sonra bölüşdürülüb başa çatdırılmalı idi. 
Potsdam konfransında Keniqsberq rayonunun SSRİ-yə verilməsi 
qərara  alındı.  Müharibə  canilərinin  siyahısının  elan  edilməsi  və 
törətdikləri cinayətə görə cavab vermələri barədə qərar qəbul olundu. 
Polşanın dövlət sərhədi məsələsi həll edildi. Razılaşmaya əsasən 
sərhəd Oder və Neyse çayları boyunca keçməli idi. 
Almaniya  tərəfindən  döyüşən  Avropa  dövlətləri  ilə  sülh 
bağlamaq  və  onları  BMT  üzvlüyünə  qəbul  etmək  haqqında  məsələ 
konfransda  kəskin  mübahisələrə  səbəb  oldu.  Məsələnin  müzakirəsi 
nəticəsində Sülh müqavilələrinin bağlanması və BMT-yə daxil olma 
adlı  saziş  imzalandı.  Sazişə  görə  İtaliya,  Bolqarıstan,  Finlandiya, 
Rumıniya  və  Macarıstanla  əvvəlcə  sülh  müqavilələri  bağlanmalı  və 
yalnız  bundan  sonra  onların  BMT-yə  üzvlüyü  məsələsinə  baxılmalı 
idi. 
Dunay  və  Reyn  çaylarında  gəmiçilik  məsələlərini  həll  etmək 
üçün  müvəqqəti  naviqasiya  orqanının  yaradılması  haqqında  təklif 
xarici işlər nazirləri şurasının müzakirəsinə verildi. 
Konfransda Stalinin Qara dəniz boğazlarına dair Montrö kon 
365 


vensiyasını  dəyişdirməyə  dair  təklifi  qəbul  edilmədi.  Böyük 
Britaniyanın baş naziri və ABŞ prezidenti sovet təklifini rədd etdilər. 
Hər  üç  ölkənin  hökumətlərinin  bu  barədə  Türkiyə  ilə  bilavasitə 
danışıqlar aparması barədə razılıq əldə olundu. 
Potsdam  konfransında  Tancer  beynəlxalq  zonası,  Avropada 
daxili  nəqliyyat,  İrandan  qoşunların  çıxarılması  və  başqa  məsələlər 
müzakirə  olundu.  Tancer  beynəlxalq  zona  elan  edildi.  SSRİ  İrana 
yeritdiyi  ordu  hissələrini  ölkə  ərazisindən  çıxarmalı,  dövlətlər  bu 
ölkənin  ərazi  bütövlüyünə  və  suverenliyinə  hörmət  etməli  idilər. 
Lakin sonralar SSRİ İrandan öz ordularını çıxarmağı ləngitdi. Bu da 
müharibə  illərində  SSRİ-nin  müttəfiqləri  olmuş  ABŞ  və  Böyük 
Britaniya  ilə  qarşılıqlı  münasibətlərini  pisləşdirdi.  Sovet  ordu 
hissələri  İrandan  çıxarıldıqdan  sonra  Güney  Azərbaycanda  milli- 
azadlıq hərəkatına divan tutuldu. Azərbaycan milli hökuməti devrildi. 
İrandan  sovet  ordu  hissələrinin  çıxarılmasına  təsir  edən  əsas 
faktorlar SSRİ-nin müttəfiqlər qarşısında götürdüyü öhdəliklərə əməl 
etmək,  Yaponiyaya  qarşı  müharibə  başladıqdan  sonra  Çinin  Qərb 
ölkələrinin  təsirinə  düşməsinə  yol  verməmək,  bu  ölkədə 
kommunistpərəst rejim yaratmaq niyyətlərini reallaşdırmaq və b. idi. 
Konfranın  gedişində  Trumən  Çerçil  ilə  birlikdə  ABŞ-ın  atom 
silahına sahib olması xəbərini iclaslardan kənar görüşlərində Stalinə 
çatdırdılar. Bu zaman SSRİ-də  atom bombasının hazırlanması  üçün 
işlər aparılırdı. 
İyul  ayının  26-da  ABŞ,  İngiltərə  və  Çin  Yaponiyanın  tezliklə 
təslim  edilməsi  haqqında  bəyannaməni  imzaladılar.  Bəyannamənin 
bir surəti məlumat üçün SSRİ nümayəndə heyətinə göndərildi. Sovet 
hökuməti bu bəyannaməyə avqust ayının 8-də qoşuldu. 
Potsdam  konfransının  yekunlarına  dair  avqust  ayının  1-də  üç 
dövlət  başçısı  protokol  və  konfrans  haqqında  məlumat  imzaladılar. 
Potsdamda qəbul olunan əsas sazişlərə Fransa hökuməti də qoşuldu. 
Avqustun  6  və  9-da  ABŞ  Yaponiyanın  Xirosimo  və  Naqasaki 
şəhərlərinə atom bombası atdı. Təxminən yarım milyonadək adam 
366 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə