BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə109/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   105   106   107   108   109   110   111   112   ...   120

təklifi ilə İqtisadi xartiya qəbul edildi. Sənəddə qitə ölkələri arasında 
iqtisadi və gömrük maneələrinin tədricən aradan qaldırılması, xarici 
kapitalın  fəaliyyəti  üçün  əlverişli  şərait  yaradılması  və  beynəlxalq 
ticarətin inkişaf etdirilməsi tövsiyə olunurdu. 
Müharibə illərində Meksika ilə SSRİ arasında diplomatik 
münasibətlər bərpa edildi. 
Meksika faşizm üzərində qələbəyə töhfə verdi. Müharibənin 
başa çatması ilə ölkə tarixində yeni dövr başlandı. 
333 


XV
 
BÖLÜM 
İKİNCİ DÜNYA MÜHARİBƏSİ 
Müharibənin başlanmasının əsas səbəbləri 
Dünya  müharibəsi  ərəfəsində  böyük  dövlətlərin  hər  birinin 
strategiyası,  müttəfiq  seçmələri  və  vəzifələri  bir  sıra  amillərlə 
şərtlənmişdi. Bu amillər iqtisadi, siyasi, hərbi, hətta ideoloji sahələri 
əhatə  edirdi.  Almaniya,  İtaliya  və  Yaponiya  koalisiyasının 
strategiyasının  əsasını  geosiyasi  məqsədlər  təşkil  edirdi.  Almaniya 
Versal  sülh  sisteminin  şərtlərini  tamamilə  ləğv  etmək,  etnik  alman 
dövləti  yaratmaq,  Mərkəzi  və  Şərqi  Avropada  nüflız  qazanmaq, 
İtaliya  Balkanlarda  və  Şimal-Şərqi  Afrikada  möhkəmlənmək, 
Yaponiya  isə  Sakit  okeanda  nüfuz  və  Uzaq  Şərqdə  ərazilər  tutmaq 
istəyirdi.  Bu  ölkələr  dünya  siyasi,  iqtisadi  və  geosiyasi  məkanını 
dəyişdirməyə  və  yeni  qayda  yaratmağa  səy  edirdilər,  Yaponiya  və 
İtaliyanın  dünyanın  siyasi  xəritəsini  bölmək  uğrunda  mübarizəsi 
praqmatik  məqsədlərlə  bağlı  idisə,  Almaniyanın  strategiyası  yeni 
dünya qaydası yaratmaq naminə total müharibəyə əsaslanırdı. 
Dünyada  mövcud  status-kvonun  saxlanmasına  tərəfdar  olan 
Fransa, Böyük Britaniya və ABŞ bu bloka qarşı durmuşdular. Onlar 
dünyanın siyasi xəritəsinin köklü surətdə dəyişdirilməsinin əleyhinə 
olsalar  da  Versal  sülhündən  əziyyət  çəkən  ölkələrə,  o  cümlədən 
Almaniyaya güzəştə getməyə tərəfdar idilər. 
SSRİ-nin  mövqeyi  ikili  xarakter  daşıyırdı.  Sovet  dövləti 
Avropada  sərhədlərin  köklü  surətdə  dəyişdirilməsinin  əleyhinə  olsa 
da  Şərqi  Avropanı  özünün  iqtisadi,  hərbi-siyasi  nüfuz  dairəsinə 
salmağa və bolşevik ideologiyasını yaymağa çalışırdı. 
Müharibənin  başlanmasının  əsas  səbəbləri  dünyanı  yenidən 
bölmək, əlverişli bazarlar və ucuz xammal mənbələri ələ keçirmək 
334 


uğrunda böyük dövlətlər arasında gedən mübarizənin kəskinləşməsi 
idi. Xarakterinə görə bu, ədalətsiz, işğalçı və imperialist müharibəsi 
idi. 
Beləliklə,  dünyada  demokratiya  ilə  sağ  yönümlü  nasional- 
sosializm  və  sol  yönümlü  bolşevizm  ideyalarının  daşıyıcısı  olan 
dövlətlərin  maraqlarının  toqquşması  müharibəyə  gətirib  çıxardı. 
Müharibənin  başlanmasında  məsuliyyət  Almaniyanın  və  SSRİ-nin 
üzərinə düşürdü. 
Böyük dövlətlər arasında qüvvələr nisbəti 
Öz  məqsədlərini  həyata  keçimıəkdən  ötrü  bir-birlərinə  qarşı 
duran  dövlətlər  kifayət  qədər  qüvvə  toplamışdılar.  Onların  arasında 
qüvvələr  nisbəti  təxminən  aşağıdakı  kimi  idi:  1939-cu  ilin  avqust 
ayında  Fransa  quru  qoşunlarında  2  mln.  438  min,  hərbi  hava 
qüvvələrində  110  min,  hərbi  dəniz  qüvvələrində  isə  126  min  nəfər 
xidmət edirdi. Ordunun texnika və yeni silahlarla təchizatına xüsusi 
diqqət verilirdi. 
Böyük  Britaniya  quru  qoşunlarında  897  min  (dominionlarla 
birlikdə  1  mln.  261  min),  hərbi  hava  qüvvələrində  193  min 
(dominionlarla birlikdə 206 min), hərbi dəniz qüvvələrində 180 min 
(dominionlarla  birlikdə  194  min)  nəfər  xidmət  edirdi.  Britaniya 
donanması  dünyada  kifayət  qədər  güclü  idi.  Fransa  və  Böyük 
Britaniyanın  hərbi  strategiyası  başlıca  olaraq  müdafiə  məqsədlərinə 
yönəlmişdi. ABŞ-m da hərbi strategiyası müdafiə xarakteri daşıyırdı. 
Almaniyanın hərbi strategiyası İldırım sürətli müharibə planına 
əsaslanırdı.  Bu,  bütün  növ  ordu  hissələrinin  köməyi  ilə  qəflətən 
hücum  edib  rəqibi  sıradan  çıxarmaq  məqsədi  güdürdü.  Alman 
ordusunda  2  mln.  750  min  nəfər  qulluq  edirdi.  Ordunun  texniki 
təchizatı  köhnə  olsa  da  zabit  heyətinin  peşəkarlığı,  döyüş  ruhu  və 
intizamı yüksək idi. 
İtalyan ordusunda 1 mln. 753 min nəfər xidmət edirdi. Bu ordu 
335 


daha  çox  lokal  müharibələr  aparmaq  üçün  hazırlanmışdı.  İtaliyan 
ordusu böyük müharibəyə hazır deyildi. 
Yaponiya  ordusunda  1  mln.  240  min  nəfər  qulluq  edirdi.  Bu 
ordunun  fərqləndirici  cəhəti  şəxsi  heyətin  yüksək  fiziki  və  texniki 
hazırlığı lui. Belə şəraitdə müharibə hər an başlana bilərdi. 
Müharibənin birinci dövrü. 
Hərbi əməliyyatların başlanması və genişləndirilməsi 
Dünya  müharibəsinin  başlanmasına  bəhanə  Polşadakı 
almanların taleyinə qayğı oldu. Polyak fonnası geyən alman hərbçiləri 
iki  ölkə  sərhədində  yerləşən  Qleyvisdə  radiostansiyanı  tutaraq 
təxribat törətdilər. Təxribatın üstünü ört-basdır'etmək üçün Almaniya 
rəhbərliyi  onları  güllələtdirdi.  Sərhəd  münaqişəsindən  bəhanə  kimi 
istifadə edən Almaniya əvvəlcədən hazırlanmış Veys planına uyğun 
olaraq 1939-cu il sentyabrın l-də Polşa üzərinə hücum etdi. Hücumu 
həyata  keçirən  Almaniyanın  Şimal  və  Cənub  qruplarının  tərkibində 
44  diviziya,  2800  tank,  1600-dək  təyyarəsi  var  idi.  Polşanın  bu 
istiqamətdə  33  diviziyası,  870  tankı,  407  təyyarəsi  yerləşdirilmişdi. 
Həmin gün  reyxstaq Dansiqin Almaniyaya birləşdirilməsi haqqında 
qanun qəbul etdi. 
Polşa  qarşısında  götürdükləri  öhdəliyə  uyğun  olaraq  Böyük 
Britaniya  və  Fransa  sentyabrın  3-də  Almaniyaya  müharibə  elan 
etdilər.  Elə  həmin  gün  Böyük  Britaniyanın  bəzi  dominionları  da 
müharibəyə qoşuldular. Beləliklə, ikinci dünya müharibəsi başlandı. 
Müharibənin birinci dövrü 1939-cu il sentyabrın 1-dən 1942-ci 
ilin  yayınadək olan müddəti əhatə edir. Bu mərhələdə Almaniya və 
müttəfiqləri hərbi əməliyyatları genişləndirərək üstünlük qazandılar. 
Müharibə  elan  etmələrinə  baxmayaraq,  İngiltərə  və  Fransa 
Almaniyaya qarşı hərbi əməliyyatlara başlamağa tələsmirdilər. Onlar 
daha çox mövqe müharibəsinə üstünlük verirdilər. Nəticədə 1939-cu 
ilin sentyabr ayından 1940-cı ilin may ayınadək 
336 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə