BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə110/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   106   107   108   109   110   111   112   113   ...   120

qərbdə  qəribə  müharibə  getdi.  Polşanı  məğlub  etdikdən  sonra 
Almaniya müharibənin aparılması üçün yeni əlverişli şərait qazanmaq 
məqsədilə  hərbi  əməliyyatları  dayandırmağa  tərəfdar  olduğunu, 
Böyük  Britaniya  və  Fransaya  qarşı  heç  bir  düşmənçilik  niyyətləri 
olmadığını  bildirdi.  Lakin  Böyük  Britaniya  və  Fransa  hökuməti 
Almaniyanın  bu  təkliflərindən  imtina  edərək  Balkanlarda  və 
Skandinaviyada  geniş  hərbi  əməliyyatlara  başlamağı  müzakirə 
etdilər. ABŞ hökuməti isə müharibənin əvvəlindən bitərəfliyini bəyan 
etdi. Bitərəflik amerikan hökumətinə manevr etmək imkanı  və bəzi 
üstünlüklər verirdi. 
Almaniya  ilə  imzaladığı  gizli  protokola  əsasən  SSRİ 
Almaniyanın Polşaya hücumundan az sonra sentyabrın 17-də şərqdən 
Polşa ərazisinə girərək qardaşlıq yardımı adı altında Qərbi Ukrayna və 
Qərbi  Belarusiyanı  işğal  etdi.  Beləliklə,  Polşa  bölüşdürüldü. 
Brest-Litovskda  sovet  və  alman  ordularının  birgə  paradı  keçirildi. 
SSRİ  -  Almaniya  sərhədləri  yenidən  fonnalaş-  dırıldı.  Polyakların 
müqaviməti  qəddarlıqla  yatırıldı.  Sentyabrın  28-  də  SSRİ  ilə 
Almaniya  arasında  dostluq  və  sərhədlər  haqqında  müqavilə 
imzalandı.  Müqaviləyə  əsasən  Polşa  sərhədi  ləğv  edildi.  Tərəflər 
müharibənin  törədilməsi  üçün  məsuliyyəti  Böyük  Britaniya  və 
Fransanın üstünə yıxdılar. Beləliklə, Avropada müharibəni Almaniya 
və SSRİ başladı. 
SSRİ noyabrın 28-də Finlandiya ilə hücum etməmək haqqında 
müqaviləni  ləğv  etdi.  Noyabrın  29-da  isə  diplomatik  münasibətləri 
kəsdi. Noyabrın 30-da SSRİ sərhəddə - Kareliya bərzəxində münaqişə 
yaradaraq  Finlandiyaya  qarşı  müharibə  başladı.  Finlandiya  məğlub 
oldu.  1940-cı  il  martın  12-də  Moskvada  sovet-fin  sülh  müqaviləsi 
imzalalandı.  Ladoqo  gölünün şimal-qərb sahili,  Fin  körfəzində bəzi 
adalar  və  Kareliya  SSRİ-yə  qatıldı.  Müharibə  SSRİ-nin  Fransa  və 
Böyük Britaniya ilə münasibətlərini kəskinləşdirdi. Bu hərəkətlərinə 
görə 1940-cı ildə SSRİ Millətlər Cəmiyyətindən qovuldu. 
Qarşısının alınmadığını görən Almaniya qərb ölkələrinə zərbə 
337 


endinnək  qərarına  gəldi.  Fransa  və  İngiltərənin  apardığı  qəribə 
müharibə  onların  özlərinə  qarşı  çevrildi.  1940-cı  ilin  aprel  ayında 
Almaniya strateji cəhətdən əhəmiyyətli olan Danimarka və Norveçə 
zərbə endirdi. Aprelin 9-da Kopenhagen və Oslodakı alman səfirləri 
ingilis-fransız  müdaxiləsinin  qarşısını  kəsmək  üçün  Danimarka  və 
Norveçin tutulmasını qəbul etməyi yerli hökumətlərdən tələb etdilər. 
Danimarka bu tələbi yerinə yetirdi. Finlandiya ilə qonşu olan Norveç 
hökuməti  isə  əvvəlcə  ölkənin  şimalına,  sonra  Böyük  Britaniyaya 
köçdü. İngilislərin Almaniyanın qarşısını kəsmək cəhdi uğursuz oldu. 
Norveçin  tutulması  Almaniyanın  Barents  və  Şimal  dənizlərində 
mövqelərini  möhkəmləndirdi.  Almaniya  Atlantik  okeanında  nüfuz 
qazanmaq imkanı  əldə etdi.  İşğallar nəticəsində  SSRİ və Almaniya 
qonşu dövlətlərə çevrildilər. 
May  ayının  10-da  Almaniyanın  Belçika  və  Hollandiyaya 
hücumu,  ingilis-fransız  ordularının  Qərbi  Avropada  məğlubiyyətə 
uğradılması  Avropada  ciddi  narahatlığa  səbəb  oldu.  Niderland 
hökuməti ölkədən getdi. Ordu isə məğlub edildi. Mayın 28-də Belçika 
da  məğlubiyyətə  uğradıldı.  Almaniya  Belçika,  Hollandiya  və 
Lüksemburq ərazisindən keçərək Fransaya hücuma hazırlaşırdı. İyun 
ayının 5-də Almaniya Fransa üzərinə hücuma başladı. Vəziyyəti belə 
görən  Böyük  Britaniya  və  Fransa  İtaliyanın  rəhbəri  Mussolininin 
vasitəçiliyi ilə kompromis axtarmağa çalışsalar da bu cəhdlərin elə bir 
nəticəsi olmadı. Bunun əvəzində İtaliya hökuməti iyun ayının 10-da 
Fransaya  müharibə  elan  etdi.  Böyük  Britaniya  Fransanın  məğlub 
edilməsinə şübhə ilə yanaşmadığından mövcud vəziyyətdən çıxmaq 
üçün yollar axtarmağa başladı. İngilis hökumətinin Almaniyaya qarşı 
Fransa  ilə  vahid  hərbi  komandanlıq  yaratmaq  barədə  təklifi  fransız 
hakim  dairələri  tərəfindən  rədd  olundu.  Fransada  Peten  hökuməti 
Almaniyaya  barışıq  barədə  müraciət  edərək  müharibəni 
dayandırdığını bəyan etdi. Bu zaman İngiltərədə səfərdə olan fransız 
hökumətinin üzvü Şari de Qoll  isə Londonda radio  ilə çıxış edərək 
Almaniyaya qarşı müharibənin da 
338 


vam  etdirilməsinin  zəruriliyini  bildirdi.  Fransız  hökuməti  Vişiyə 
köçdü. İyunun 14-də Almaniya orduları Parisi işğal etdi. Hitlerin əsas 
məqsədi  Fransada  almanpərəst  rejimi  hakimiyyətə  gətirmək, 
Avropada Almaniya başda olmaqla yeni qayda yaratmaq, Fransanı bir 
sıra mülklərindən məhrum etmək. Böyük Britaniya ilə əlverişli sülh 
bağlamaqla üstünlük qazanmaq idi. 
Fransa hökumətindən fərqli olaraq  Böyük Britaniya  Almaniya 
qarşısında  güzəştə  getmədi.  Almaniya  ilə  Fransa  arasında  birinci 
dünya  müharibəsində  Almaniyanın  məğlubiyyət  barədə  sənədin 
imzalandığı  Kompyen  meşəsində  Retond  dəmiryolu  stansiyasında 
iyunun  22-də  Fransanın  məğlub  olması  haqqında  saziş  imzalandı. 
Fransa  hökuməti  ağır  barışıq  şərtlərini  qəbul  etməyə  məcbur  oldu. 
Ölkə  ərazisinin  2/3  hissəsi  işğalçılar  tərəfindən  tutuldu;  fransız 
hökuməti  ölkə  iqtisadiyyatını  Almaniyanın  ixtiyarına  verdi.  İyunun 
24-də Romada İtaliya - Fransa sazişi də imzalandı. Barışıq şərtlərinə 
görə  Fransa  ərazisinin  xeyli  hissəsi  işğal  zonalarına  bölündü.  Əsas 
sənaye rayonları işğal edildi. Fransa yalnız 100 minlik ordu saxlaya 
bilərdi.  Fransız  hərbi  əsirləri  sülh  bağlanana  qədər  Almaniyada 
saxlanılmalı idi. İtaliya Fransada işğal zonası ala bilmədi. 
Avropada  hərbi  əməliyyatlar  başlayandan  sonra  da  Böyük 
Britaniya  Uzaq  Şərqdə  Yaponiyanı  sakitləşdirmək  xəttini  davam 
etdirirdi.  Bununla  belə,  Yaponiya  ilə  ABŞ  arasında  Sakit  okeanda 
kəskin  ziddiyyətlər  hökm  sürürdü.  ABŞ  Uzaq  Şərq  və  Sakit  okean 
regionunda  Yaponiyanın  güclənməsinin  əleyhinə  idi.  1940-cı  ilin 
yayından  başlayaraq  Cənub-Şərqi  Asiya  və  Sakit  okean  rayonunda 
Yaponiyanın  təcavüzkarlıq  hərəkətləri  genişləndi.  Bu  isə  ABŞ-ın 
milli maraqları üçün təhlükə törədirdi. 
Müharibənin  başlanması  Latın  Amerikası  ölkələrinin  həyatına 
təsir etdi. Hərbi əməliyyatlar bu ölkələrin Avropa ilə ənənəvi ticarət, 
təsərrüfat əlaqələrini zəiflətdi. Qərb yarımkürəsində ABŞ- ın rolunun 
artması  üçün  əlverişli  şərait  yaratdı.  Müharibə  başlayan  kimi 
Panamerika ittifaqı sistemində yeni daimi xarici siyasət orqanı 
339 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə