BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə113/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   109   110   111   112   113   114   115   116   ...   120

dəyişikliklərinə  imkan  verməyəcəklər;  bütün  xalqların  öz 
müqəddəratını təyin etmə hüququna tərəfdardırlar; Almaniya məğlub 
ediləcək və nasional-sosializm rejimi tam məhv ediləcəkdir; dövlətlər 
mübahisəli  məsələləri  zor  gücünə  həll  etməyəcəklər;  dəniz  və 
okeanlarda  gəmilər  sərbəst  üzəcəklər;  səmərəli  əməkdaşlıq 
ediləcəkdir və s. 
Beləliklə, Atlantika xartiyasında dünyanın müharibədən sonrakı 
quruluşuna  dair  bir  sıra  demokratik  və  mütərəqqi  prinsiplər  əks 
olundu. SSRİ də bu xartiyaya qoşuldu. 
SSRİ-yə  hücuma  başlayan  zaman  Almaniya  demək  olar  ki, 
bütün  Qərbi  Avropa  ölkələrinə  nəzarət  edirdi.  Almaniya  və  onun 
müttəfiqlərinin ərazisində 290 mln. əhali yaşayırdı. Həmin ölkələrin 
güclü  hərbi-iqtisadi  potensialı  var  idi.  İkinci  dünya  müharibəsi 
ərəfəsində Almaniya  İranda tutduğu mövqeləri SSRİ-  yə hücumdan 
sonra xeyli möhkəmləndirərək Sovet İttifaqının cənub sərhədləri üçün 
təhlükə törədirdi. Belə vəziyyət SSRİ və Böyük Britaniyanı Almaniya 
təhlükəsinə  qarşı  birgə  tədbirlərə  sövq  etdi.  Sovet  hökuməti 
Azərbaycan və Türkmənistana Almaniyanın edə biləcəyi hücumların 
qarşısını  almaq və Bakı  neft mədənlərinin təhlükəsizliyini qorumaq 
üçün  hərəkətə  keçdi.  Verilən  notalardan  sonra  1941-ci  il  avqustun 
25-də  sovet  qoşunları  İrana  daxil  olaraq  Güney  Azərbaycanı  tutdu. 
Yalnız  1942-ci  il  yanvarın  29-da  SSRİ,  Böyük  Britaniya  və  İran 
arasında  müvafiq  müqavilə  imzalandı.  Müqaviləyə  görə  SSRİ  və 
Böyük  Britaniya  İranın  suverenliyini,  müstəqilliyini  qoruyacaqları, 
ona  iqtisadi  yardım  göstərəcəkləri,  müharibə  başa  çatdıqdan  sonra 
ordularını  bu  ölkənin  ərazisindən  çıxaracaqları  barədə  öhdəlik 
götürdülər.  Böyük  hərbi-siyasi  əhəmiyyət  daşıyan  müqavilə 
antihitlerçi koalisiya ölkələri ilə İranın əlaqələrini genişləndirdi. 
Bundan  sonra  SSRİ,  ABŞ  və  Böyük  Britaniyanın  qarşılıqlı 
münasibətləri  daha  da  inkişaf  etdi.  Sentyabrın  29-dan  oktyabrın  1- 
dək  Moskvada  üç  dövlət  nümayəndələrinin  konfransı  keçirildi. 
Konfransda Sovet İttifaqına ABŞ və Böyük Britaniya silahlarının. 
346 


sənaye məhsullarının və ərzağınının göndərilməsi məsələsi müzakirə 
edildi.  Müvafiq  protokol  imzalandı.  Moskva  konfransı  antihitlerçi 
koalisiyanın  yaradılması  və  möhkəmləndirilməsində  mühüm  rol 
oynadı.  ABŞ  Lend-liz  haqqında  qanuna  əsasən  noyabrın  7-də 
SSRİ-yə 1 mlrd, dollar istiqraz verdi. 
1941-
 
ci ilin qışında Moskva altında sovet və alman orduları 
arasında  döyüşlər  getdiyi  bir  zamanda  Yaponiya  Sakit  okeanda 
ABŞ-a qarşı hərbi əməliyyatlara başladı. Dekabrın 7-də yapon hərbi 
dəniz  və  hərbi  hava  qüvvələri  ABŞ-ın  Pörl  Harbordakı  bazasını 
bombardman  etdi.  Hücum  nəticəsində  ABŞ  çoxlu  kiçik  gəmi  və 
təyyarə  itirdi.  Bundan  sonra  ABŞ  müharibəyə  girdi.  Az  sonra 
Yaponiya  hərbi  hissələri  Sakit  okeandakı  Böyük  Britaniya 
eskadriyasını da bombardman etdi. Çin dekabrın 9-da rəsmi şəkildə 
Yaponiya  və  Almaniyaya  müharibə  elan  etdikdən  sonra  əlverişli 
beynəlxalq şərait qazandı. Uzaq Şərq və Sakit okean regionunda Çinin 
rolu  xeyli  artdı.  Hindistan,  Avstraliya  və  Yeni  Zelandiyanın  da 
beynəlxalq  münasibətlərdə  nüfuzu  gücləndi.  Dekabrın  11-də 
Almaniya  və  İtaliya  ABŞ-a  müharibə  elan  etdilər.  Asiyanın 
dərinliklərinə  doğru  Yaponiyanın  irəliləməsi  Böyük  Britaniya 
mənafelərinə zərbə vurduğundan ingilislərin bu region dövlətləri ilə 
əməkdaşlığı  daha  da  genişləndi.  Sakit  okeanda  Yaponiyanın  rolunu 
azaltmaq məqsədi ilə dekabrın 19-da ABŞ, Böyük Britaniya və Çin 
hərbi  nümayəndələrinin  Çunçində  keçirilən  konfransında  hərbi 
əməliyyatları əlaqələndirmək barədə razılığa gəlindi. İngilis hökuməti 
1941-ci ilin dekabr ayında Almaniyanın müttəfiqlərinə müharibə elan 
etdi. 1941-ci ilin sonu - 1942-ci ilin əvvəllərində Yaponiya Filippin, 
Tailand, Birma, Sinqapur və İndoneziyanı işğal etdi. Yaponiya Sakit 
okean, Uzaq Şərq və Cənub-Şərqi Asiyadakı ABŞ, Böyük Britaniya 
və Hollandiya mülklərini tutdu. Bu vəziyyət antihitlerçi koalisiyanın 
fonnalaşdırılması  və  möhkəmləndirilməsini  daha  da  sürətləndirdi. 
Böyük  Britaniya  SSRİ-yə  yardım  göstərəcəyinə  dair  yeni  saziş 
imzaladı. 
Yaponiyanın Pörl Harbora hücumundan sonra Latın Amerikası 
347 


və Karib dənizi hövzəsi ölkələri (Qvatemala, Honduras, Kosta- Rika, 
Nikaraqua,  Panama,  Salvador,  Haiti,  Dominikan  Respublikası  və 
Kuba)  1941-ci  il  dekabrın  8-12-də  Almaniya  bloku  dövlətlərinə 
müharibə  elan  etdilər.  Dekabr  ayında  Venesuela,  Kolumbiya  və 
Meksika “ox” ölkələri ilə diplomatik münasibətlərini kəsdilər. Latın 
Amerikası ölkələrinin hərbi əməliyyatlarda iştirak etmək istəmələrinə 
baxmayaraq,  ABŞ  buna  imkan  vermədi.  Çünki  onların  müharibədə 
iştirakı vəziyyəti ağırlaşdırar və ABŞ-m qayğılarını artırardı. Həmin 
ölkələrin əsas vəzifəsi müttəfiqləri ərzaq və digər məhsullarla təmin 
etmək idi. Hərbi əməliyyatlarda  yalnız Braziliya və Meksika iştirak 
etdilər. 
Moskva  altında  Almaniya  ordu  hissələrinin  dayandırılması 
antihitlerçi koalisiyanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. 
1941-ci  il  dekabrın  22-dən  1942-ci  il  yanvarın  14-dək  Vaşinqtonda 
ABŞ  və  Böyük  Britaniya  rəhbərlərinin  görüşündə  Arkadiya  adı 
altında  müharibənin  birgə  strateji  planını  işləyib  hazırlamaq,  Sakit 
okeanda  və  Şimali  Afrikada  əməliyyatları  aparmaq  məsələləri 
müzakirə edildi. Konfransın yekununda tərəflər Almaniyanın başlıca 
düşmən olaraq qaldığını təsdiq edərək “ox” dövlətlərinə qarşı birgə 
hərbi əməliyyatlar aparmaq planının layihəsini işləyib hazırladılar. 
1942-
 
ci  il  yanvarın  1-də  Vaşinqtonda  26  ölkənin 
nümayəndələri  Birləşmiş  Millətlərin  bəyannaməsini  imzaladılar. 
Bəyannamədə  bu  sənədi  imzalayan  ölkələrin  hökumətlərinin 
Almaniya  bloku  dövlətlərinə  qarşı  özlərinin  bütün  iqtisadi  və  hərbi 
ehtiyatlarını 
birləşdirəcəkləri 
və 
düşmənlə 
separat 
sülh 
bağlamayacaqları  bildirilirdi.  Sənəd  antihitlerçi  koaliyasiyasınm 
sıralarını genişləndirdi və möhkəmləndirdi. 
Yanvarın  15-29-da  Rio-de-Janeyroda  Amerika  dövlətlərinin 
xarici işlər nazirlərinin üçüncü Məsləhət Məclisi keçirildi. Məclisdə 
“ox” ölkələri ilə diplomatik münasibətlərin kəsilməsi barədə məsələ 
müzakirə  edildi.  Amerika  qitəsində  “ox”  dövlətlərinin  təxribatçılıq 
hərəkətlərinə qarşı birgə fəaliyyəti gücləndirmək qə- 
348 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə