BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə118/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   112   113   114   115   116   117   118   119   120

Krım  konfransı  Yuqoslaviya  haqqında  məsələni  müzakirə 
edərək  yuqoslav  hökumətinin  yaradılmasını  sürətləndirməyi  vacib 
saydı. 
Fevral  ayının  II-də  üç  dövlət  başçısı  SSRİ-nin  Yaponiyaya 
müharibə  elan  etməsinin  şərtləri  barədə  məxfi  sənəd  imzaladılar. 
SSRİ  Avropada  müharibə  qurtardıqdan  iki-üç  ay  sonra  Yaponiyaya 
aşağıdakı  şərtlərlə  müharibə  elan  etməyi  öhdəsinə  götürdü: 
Monqolustan Xalq Respublikasında mövcud vəziyyətin saxlanılması, 
Saxalinin cənub hissəsinin və ona bitişik adaların SSRİ-yə verilməsi, 
Dayren  ticarət  limanınının  beynəlmiləlləşdirilməsi,  Port-Arturun 
hərbi  dəniz  bazası  kimi  icarəyə  verilməsi.  Şərqi  Çin  və  Cənubi 
Mancuriya  dəmiryollannın  Çin  və  SSRİ  tərəfindən  birgə  istifadə 
olunması,  Kuril adalarının SSRİ-yə verilməsi.  Müttəfiqlər SSRİ-nin 
bu  təkliflərinə  etiraz  etmədilər.  Yaponiyaya  müharibə  elan 
olunmasından ötrü iki-üç ay müddətinin verilməsi hərbi hissələrin və 
texnikanın qərbdən şərqə keçirilməsində əsasən kommunikasiyaların 
zəif inkişafı ucbatından yaranmış çətinliklərlə bağlı idi. 
Krım konfransının böyük tarixi əhəmiyyəti var idi: o, antihitlerçi 
koalisiyada  olan  yekdilliyi  nümayiş  etdirdi;  müharibədən  sonrakı 
dünyanın  demokratik  quruluşuna  dair  proqramı  işləyib  hazırladı; 
gələcəkdə  mühüm  beynəlxalq  məsələlərə  dair  dövlətlər  arasında 
məsləhətləşmələri  zəruri  saydı;  Almaniyanın  danışıqsız  təslim 
edilməsini sürətləndirdi. 
1945-ci  iln  əvvəllərində  Almaniya  tamamilə  təcrid  olunmuş 
vəziyyətə  düşdü.  Onun  yeganə  müttəfiqi  kimi  yalnız  Yaponiya 
qalırdı.  Üçüncü  reyxin  məğlub  olacağını  başa  düşən  Almaniya 
rəhbərləri Avropa dövlətləri ilə separat sülh bağlamağa cəhd etdilər. 
Aprelin  12-də  Ruzveltin  vəfat  etməsi  Almaniyanın  separat  sülh 
danışıqlarına  olan  ümidlərini  artırsa  da  ingilis  və  amerikan 
hökumətləri  bunu  mümkünsüz  saydılar.  Hərbi  əməliyyatların 
Almaniya ərazisində aparılması separat danışıqlar haqqında məsələni 
arxa  plana  keçirdi.  Aprelin  29-da  İtaliyadakı  alman  ordulan  təslim 
oldular. 
1945-ci il aprelin 25-də sülhü və beynəlxalq təhlükəsizliyi tə 
361 


min  etmək  məqsədilə  ABŞ-da  San  Fransiskoda  46  ölkədən  282 
nümayəndənin iştirak etdiyi konfransı açıldı. Sonradan daha dörd ölkə 
dəvət  edildi.  Konfransın  işində  Birləşmiş  Millətlərin  1942-ci  il  1 
yanvar  tarixli  bəyannaməsini  imzalayan  və  sonradan  ona  qoşularaq 
Almaniyaya  müharibə  elan  edən  dövlətlər  iştirak  edirdilər.  İştirakçı 
dövlətlərə  dəvətnamə  ABŞ,  Böyük  Britaniya,  SSRİ  və  Çin  adından 
göndərilmişdi. Konfransın sədrləri V.M.Molötov, E.Stettinius, A.İden 
və Sun Çzı-Ven seçildilər. Konfransın gündəliyində bir məsələ-BMT 
nizamnaməsini  işləyib  hazırlamaq  dururdu.  Konfransın  gedişində 
dörd komissiya yaradıldı: Ümumi məsələlər üzrə; Baş Məclis, İqtisadi 
və  Sosial  Şura,  Qəyyumluq  Şurası  məsələləri  üzrə;  Təhlükəsizlik 
Şurası  məsələləri  üzrə;  Beynəlxalq  məhkəmə  və  digər  hüquqi 
məsələlər  üzrə.  Bundan  başqa  nümayəndə  heyətləri  başçılarının 
görüşləri  də  keçirilirdi.  Məsələlərin  müzakirəsi  zamanı  tərəflər 
arasında  fikir  müxtəlifliyi  üzə  çıxdı.  Layihələrə  düzəlişlər  bir  neçə 
qrupda  sistemləşdirilmişdi:  birinci  qrup  düzəlişlər  Baş  Məclisin 
hüquqlarının genişləndirilməsini; ikinci qrup düzəlişlər Təhlükəsizlik 
Şurasının, onun daimi üzvlərinin hüquqlarının məh- dudlaşdırılmasını 
və Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını; üçüncü qrup 
düzəlişlər  beynəlxalq  məhkəmənin  hüquqlarının  genişləndirilməsini 
nəzərdə  tuturdu.  Digər  düzəlişlər  isə  texniki  xarakter  daşıyırdı. 
Konfrans  iştirakçılan  əsas  müzakirələri  ilk  iki  qrup  düzəlişlər 
ətrafında aparırdılar. 
Təhlükəsizlik  Şurasında  səsvermə  məsələsində  hələ  Krım 
konfransında  irəli  sürülən  daimi  üzvlər  arasında  yekdillik  prinsipi 
qəbul  edildi.  Daimi  üzvlərdən  biri  veto  qoyduqda  qərar  qəbul 
olunmurdu.  Təhlükəsizlik  Şurasına  beş  ölkə  -  ABŞ,  SSRİ,  Böyük 
Britaniya,  Fransa  və  Çin  daimi  üzv,  6  dövlət  isə  qeyri-daimi  üzv 
olaraq iki il müddətinə seçildilər. Qəyyumluq məsələsində dövlətlərin 
ümumi  fikir  birliyi  əsasında  himayədə  olan  ərazilərin  əhalisinin 
inkişafı  üçün  qəyyumluq  sistemi  yaratmaq  zəruri  sayıldı.  Konfrans 
Beynəlxalq məhkəməni təsis etdi. BMT iqamətgahının yerləşdiyi yer 
Nyu York şəhəri müəyyənləşdirildi. 
362 


r
 ■ 
iyunun  26-da  BMT  nizamnaməsinin  50  dövlət  tərəfindən 
imzalanıb  qəbul  edilməsi  ilə  San  Fransisko  konfransı  öz  işini  başa 
çatdırdı. 
BMT-nin  yaradılmasının  böyük  tarixi  əhəmiyyəti  var  idi.  O, 
beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qoruyan,  əməkdaşlığı  həyata 
keçirən universal tipli beynəlxalq təşkilat funksiyasını yerinə yetinnə- 
yə başladı. BMT beynəlxalq münasibətlərin mühüm prinsipləri olaraq 
dövlətlərin suveren bərabərliyi, sərhədlərin pozulmazlığı, daxili işlərə 
qarışmamaq,  mübahisəli  məsələlərin  dinc  vasitələrlə  həlli  və 
başqalarını elan etdi. 
May ayının əvvəllərində alman orduları Xorvatıstan, Cənubi və 
Qərbi  Avstriyada,  Cənubi  Almaniyada  müqaviməti  dayandırdılar. 
Çıxılmaz vəziyyətə düşən Hitler aprelin 30-da özünü öldürdü. Mayın 
8-də  Berlində  Almaniyanın  hərbi  cəhətdən  danışıqsız  təslim  olması 
haqqında akt imzalandı. Avropada müharibə başa çatdı. ABŞ, Böyük 
Britaniya,  Fransa və SSRİ orduları Almaniya ərazisini  işğal  etdilər. 
Almaniya rəhbərliyi həbs olundu. Bir müddət sonra onların üzərində 
Nürnberq şəhərində beynəlxalq məhkəmə quruldu. 
Müttəfiqlərin 
qələbəsi 
Avropada 
aktual 
beynəlxalq 
məsələlərinin  həllinin  zəruriliyini  ön  plana  çıxardı.  İlk  növbədə 
Almaniyanın  danışıqsız  təslim  olması'haqqında  aktdan  irəli  gələn 
məsələləri  nizama  salmağa  ehtiyac  duyulurdu.  Lakin  Almaniyada 
işğal  rejimi  və  onun  idarə  olunmasına  dair  bu  məsələlər  müzakirə 
edilərkən  müttəfiqlər  arasında  fikir  ayrılıqlarının  olduğu  üzə  çıxdı. 
Mövqelərdəki fərqlər eyni zamanda Polşa məsələsində də mövcud idi. 
Avropa  məsləhət  komissiyasının  hazırladığı  danışıqsız  təslim 
olmaq  haqqında  aktın  şərtlərinə  uyğun  olaraq  tərtib  edilən 
Almaniyanın  məğlubiyyəti  haqqında  bəyannaməni  iyun  ayının  5-də 
SSRİ, ABŞ, İngiltərə və Fransa imzaladılar. Bəyannamə Almaniyanın 
təslim  olması  şərtləri  haqqında  baş  sənəd  idi.  Bəyannamədə 
Almaniyada mərkəzi hökumətin ləğvi nəzərdə tutulurdu. Alman 
363 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə