Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə16/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Mezo makroiqtisadiyyatların əsas cəhətlərini meyarlar üzrə fərqləndirən cədvəl1





Fəpqlərin meyarları

Təsərrüfatın səviyyəsi





Mezoiqtisadi sistem

Makroiqtisadi sistem


Əmək bölgüsü koope-rasiyasının növü

Əməyin xüsusi bölgü-sü və mezo inteqra-siya (MSQ)

Ümumi əmək bölgüsü xalq təsərrüfatı kom-pleksi


Mülkiyyət tipi

Ümumi pay bölgüsü əsasında mənimsəmə


Ümumi birgə (dövlət) mülkiyyəti

Təsərrüfatın təşkili növü

Mezosistem daxilində qeyri-bazar və kvazi-bazar əlaqələri

Milli təsərrüfatın qeyri-bazar bölməsi


Təsərrüfatın idarə edil-məsi forması

Mezosistem daxilində planlı idarəetmə

Makroiqtisadi əlaqələrin dövlət tərəfindən idarə edilməsi



Göründüyü kimi, makroiqtisadiyyat- milliiqtisadi inteqrasiya xarakterlidir, vahid təsərrüfat sistemidir.
§3. Milli iqtisadiyyatda gəlirlər və xərclərin dövriyyəsi
Bazar iqtisadiyyatı şəraitində bütün istehsal amillərinin subyektləri əmtəələrin və xidmətlərin istehsalında iştirak edirlər. İstehsal amillərinin sahibləri bazarın əsas subyektləridir. İstehsal amillərinin sahibləri gəlir əldə edirlər (əmək haqqı, mənfəət, faiz və renta), gəlirlər isə pul formasında olur. Bazar iqtisadiyyatı şəraitində bir subyektin gəliri başqası üçün xərcdir. Buna görə də makroiqtisadi nəzəriyyədə milli miqyasda gəlirlərin və xərclərin dövriyyəsi prosesi öyrənilir. Dövriyyə prosesi sadədir:

1.Firma bazar vasitəsilə istehsal amillərini ev təsərrüfatından əldə edib onların xidmətindən istifadə edir.

2.Firmaların istehsal etdikləri əmtəələr və xidmətlər ev təsərrüfatlarına daxil olur.

Bütün resurslar və son məhsullar pulla ödənilir:

  1. Alınan istehsal amillərinin xidmətinə görə firmalardan pul ev təsərrüfatlarına keçir. Bu pul ev təsərrüfatları üçün gəlirdir, firmalar üçün isə xərcdir.

2. Ev təsərrüfatları firmalardan əmtəə və xidmətlər alır. Pul ev təsərrüfatlarından firmaya daxil olur. Bu pul ev təsərrüfatları üçün xərcdir, firmalar üçün isə gəlirdir.

Bağlı iqtisadiyyat şəraitində proses daim təkrar olunur.Bu prosesə dövləti də daxil etsək, onda:

  1. Dövlət firmalardan və ev təsərrüfatlarından vergi tutur.

  2. Eyni zamanda dövlət transfertlər və subsidiyalar ödəyir.

  3. Bunlardan əlavə dövlət bazardan istehsal amilləri (əmək və digərləri) alıb onların xidmətlərindən istifadə edir. Həm də firmaların istehsal etdiyi müxtəlif məhsulları alır. Bütün bunların nəticəsində milli miqyasda gəlirlərin və xərclərin dövriyyəsi baş verir. Və istehsalın yenidən təkrar olunması üçün şərait yaranır.


§4. Makroiqtisadi göstəricilər sistemi. Ümumi Daxili Məhsul (ÜDM)

və onun hesablanma üsulları (metodları). Qiymət indeksinin gəlir göstəricilərinə təsiri
Bütövlükdə götürülən xalq təsərrüfatı səviyyəsində ölkənin iqtisadiyyatının vəziyyətini, onun inkişaf səviyyəsini səciyyələndirən bir neçə iqtisadi göstəricilərdən istifadə olunur. Müasir ədəbiyyatda bunlar makroiqtisadi göstəricilər adlanır. Bunlara aiddir: 1.Milli sərvət; 2. Ümumi milli məhsul; 3. Ümumi daxili məhsul, yaxud Xalis milli məhsul; 4. Milli gəlir.

Milli sərvət – müəyyən bir dövrdə hər hansı bir dövlətin, xalqın malik olduğu, onun tarixi boyu yığılmış bütün sərvətidir. Hər il istehsal olunan məhsulun hesabına milli sərvət artırılır və təzələnir. Milli sərvəti çox olan ölkə güclü, xalqı isə yaxşı yaşayır.

Quruluş etibarilə milli sərvətə daxildir:

1.Cəmiyyətin istehsal fondları. Bunlar da öz növbəsində əsas və dövriyyə fondlarına ayrılır.

2. Sosial sahənin əsas fondları – məktəb, xəstəxana binaları, mədəni maarif və idman obyektləri, yaşayış binaları və əhalinin şəxsi əmlakı.

3. Xalqa məxsus təbii sərvətlər – torpaqlar və onun təki, sular, meşələr.

4. Geniş mənada götürüldükdə cəmiyyətin mənəvi potensialı, insan zəkasının məhsulları və mədəniyyət də milli sərvətdir.

Cəmiyyətin inkişafı ilə milli sərvətin quruluşunda müəyyən dəyişikliklər baş verir, onun kəmiyyəti artır, keyfiyyəti isə yaxşılaşır.

Uzun bir dövr ərzində milli iqtisadiyyatın əsas göstəriciləri maddi istehsalda yaranmış dəyər əsasında hesablanmışdır. Bu cür yanaşma A.Smit təliminə istinad edirdi. Smitə görə milli təsərrüfatda sərf olunan əmək: 1) məhsuldar əməyə (bu əmək maddi nemətlər yaradır); 2) qeyri-məhsuldar əməyə (sərvət yaratmır, ancaq onu istehlak edir) ayrılır.

Bu nəzəriyyəyə istinad edərək cəmiyyət də maddi nemətlərin istehsalı göstəricisi kimi məcmu məhsulu səciyələndirən Məcmu İctimai Məhsul (MİM) göstəricisindən istifadə edir.

Məcmu İctimai Məhsul (MİM) isə bir il ərzində maddi istehsalda yaradılan məhsulun miqdarından ibarətdir..

Dəyər ifadəsində – Məcmu ictimai məhsul (MİM) bütün təsərrüfat vahidlərində yaradılmış məhsulun dəyərlərinin cəmidir. Onu hesablayarkən sərf edilmiş istehsal vasitələrinin dəyərinin (İv) üzərinə yeni dəyər (əlavə edilmiş) (Əd) əlavə edirlər. Deməli, (MİM)=İv+Əd (əlavə edilmiş dəyər).

Bu göstəricinin çatışmazlığı ondan ibarətdir ki, bütün maddi tərəflər təkrar-təkrar uçota alınır ki, bu da MİM həcmini süni olaraq artırır.

Bu çatışmazlığı aradan qaldırmaq üçün ÜİM-dən təkrar uçota almaları çıxmaq lazımdır. Bunun üçün ÜM aralıq məhsula və son məhsula bölünür.

Aralıq məhsullar- MİM bir hissəsi olub hər il cari maddi məsrəflər üçün ayrılır (xammal, material, yanacaq, enerji və s.) və bunlar istehsaldan çıxmır.

Son məhsul – il ərzində yaradılmış MİM qalan hissəsidir və istehlaka daxil olur: əhalinin istehlakına, əmək vasitələrinin bərpasına və yığıma gedir.

Son məhsula aiddir: istehlak şeyləri, maşın və avadanlıqlar (illik amortizasiya fondu), hazır tikinti obyektləri. Son məhsul təkrarlardan azaddır.

  1. MİM-dan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxılır ((C+V+m) – C = V+m). Yerdə qalan milli gəlirdir. Bu il ərzində yaranmış yeni dəyərdir. Bu, son məhsulun dəyəridir, keçmiş dəyəri özünə daxil etmir. (A.Smitə görə).

MG maddi istehsalın bütün özəklərinin əldə etdikləri gəlirlərin cəmidir. Lakin milli təsərrüfatların vəziyyətini səciyyələndirən yeni tip makroiqtisadi göstəricilərdən də istifadə edilir. Bu ümumi daxili məhsul (ÜDM) göstəricisidir.

ÜDM milli hesablar sisteminin və iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir.

Milli iqtisadiyyatın yeni tip göstəriciləri neoklassik istiqamətin aşağıdakı nəzəri müddəalarına əsaslanır:

1.Bütün faydalı və qiymətli nə varsa, maddi istehsalda və xidmət sferasında yaranır;

2.Bütün ictimai məhsul üç istehsal amilinin (torpaq, əmək, kapital) tətbiqi sayəsində yaranır.

Bu metodologiyaya görə bütün ictimai məhsul əmtəə və xidmətlərin qiymətləri cəmi kimi hesablanır. Buradan belə bir nəticə çıxır ki, bütün ictimai məhsul yalnız maddi istehsalda deyil xidmət sferalarında da yaranır.

Deməli, ÜDM bir il ərzində iqtisadiyyatda yaradılmış əmtəə xidmətlərin bazar dəyərinin cəmindən ibarətdir.

ÜDM – müəyyən dövr ərzində mövcud ölkənin ərazisində istehsal olunmuş bütün məhsulun dəyəri ilə ölçülür. Bunun ölkə və xarici vətəndaşlar tərəfindən istehsal edilməsinin fərqi yoxdur.

ÜDM üç əsas metoddan istifadə olunmaqla hesablanır:

Məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş dəyər üzrə;

I. Məsrəflər üzrə ÜDM-in hesablanması:

1) Əhalinin istehlak xərcləri (C),

2) ümumi xüsusi investisiyalar (I),

3) əmtəə və xidmətlərin dövlət alışı (G)

4) xalis ixracat (ixrac idxalın fərqi) – (Xn)
Deməli, ÜDM = C + I + G + Xn
II. ÜDM-in gəlirlər üzrə hesablanması:

1) əmək haqqı (W),

2) faiz (r),

3) renta (R),

4) mənfəət (m),

Bu gəlirlərin cəminə amortizasiya ayırmaları (d), dolayı vergilər (T) və mülkiyyətdən vergi (T) də əlavə edilir

Onda ÜDM = W + r +R + m +d + T



Ölkədə fəaliyyət göstərən daxili və xarici vətəndaşların gəlirləri ÜDM-ə daxil edilir.

III. ÜDM-in əlavə edilmiş dəyər üzrə hesablanması (bu istehsal metodu adlanır). Bu ÜDM-in bir il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur.

Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-in kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikləri dəyərlərin cəmidir.

ÜDM-dən başqa makroiqtisadi təhlildə Ümumi milli məhsul (ÜMM) göstəricisindən də istifadə edilir.

ÜMM – ölkə vətəndaşlarının (il ərzində) daxildə və xaricdə yaratdıqları son məhsul və xidmətlərin məcmusudur. Bu zaman xarici vətəndaşların ölkə daxilində əldə etdikləri gəliri ümumi məbləğdən çıxmaq lazımdır.

Ümumi milli məhsul son məhsulun dəyərindən ibarət olub milli miqyasda bölüşdürülür və istifadə olunur.

Yaradılmış ÜMM əlavə edilmiş dəyərlərin məcmu kimi meydana çıxır. ÜMM-in quruluşu müxtəlif ölkələrdə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə ÜMM-də xidmət sferasının payı 70-75 faizə qədərdir.

Bölünmüş ÜMM = Milli gəlir + xidmət sferasının gəlirləri + amortizasiya

ÜMM-in bölgüsü nəticəsində bütün təsərrüfat vahidlərinin və əhalinin gəlirləri formalaşır. Gəlir forması almış ÜMM son istehlaka (şəxsi və məhsuldar) gedir:

Maddi nemətlərin və xidmətlərin əhalinin istehlakına (istehlakın bütün növləri); məcmu yığıma (kapital qoyuluşuna və maddi dövriyyə vəsaitinə); dövlət idarə orqanlarına, müdafiəyə, elmə və s; xarici ticarət saldosu (idxal və ixracın fərqi).

Bütün ölkələrin xarici ticarət dövriyyəsi eyni olmadığından iqtisadiyyatların inkişaf səviyyələrini müqayisə etmək üçün ÜDM göstəricisindən istifadə olunur. Çünki, bu göstərici hər bir ölkənin öz daxilində əldə olunmuş son nəticələri özünə daxil edir (ticarət saldosu buraya daxil edilmir).

ÜMM-ə ÜDM-ə yeni yaradılmış dəyərlə yanaşı amortizasiya da daxildir (əsas kapitalın bərpasına sərf olunan). İllik amortizasiyanı ÜDM-dən çıxdıqda Xalis milli məhsul (XMM) qalır. XMM-a dövlətin müəyyən etdiyi dolayı vergilər daxildir.

XMM-dən dolayı vergiləri çıxdıqda yerdə qalan milli gəlir (Milli gəlir) adlanır. Ancaq XMM göstəricisinin müəyyən çatışmazlığı vardır. Belə ki, bəzi şeylər (ictimai nemətlər) və xidmətlər var ki, satılmır və bazar qiyməti yoxdur. Bu nemətlər və xidmətlər ÜMM xüsusi hesablama metodu üzrə daxil edilir. Bu, şərti əlavə edilmiş dəyərdir (şərti maliyyə vahidi).

Məsələn, ev kirayə edən şəxs evin sahibinə kirayə haqqı verir. Ev sahibinin mənzilin xidmətindən istifadəsi ÜMM-ə şərti olaraq «icarə haqqı» daxil edilir, guya ki, o özü özünə «icarə haqqı ödəyir». ABŞ-da hüquqşünasın, yanğınsöndürənin, polisin, senatorun və digər işçilərin xidmətlərinin dəyəri, onların əmək haqqı göstəricilərinə uyğun olaraq, şərti ÜMM daxil edilir.

ÜMM göstəricisinin başqa bir çatışmayan cəhəti də var. Belə ki, inflyasiya şəraitində bazar qiymətləri ÜMM-in həqiqi dəyərini təhrif edir.

Buna görə də nominal ÜMM və real ÜMM-i fərqləndirirlər.

Nominal ÜMM – cari bazar qiymətləri ilə son məhsul və xidmətlərin cəmidir.

Real ÜMM – baza ilinin qiymətləri ilə hesablanmış məhsul və xidmətlərin dəyərlərinin cəmidir.

Nominal və real ÜMM kəmiyyətlərini biləndən sonra onların fərqini hesablamaq olar. bu ÜMM-in deflyatoru adlanır.

ÜMM deflyatoru = Nominal ÜMM/Real ÜMM nisbətinə.

Deflyator hesabat ilində məhsul vahidinin orta qiymətindəki dəyişikliyi göstərir (baza ilinə nisbətən).
§5. Milli gəlir (MG) və onun bölgüsü. Sərəncamda qalan gəlir
Makroiqtisadi göstəricilərdən biri də Milli gəlirdir (MG).

Milli gəlirin yaranması bölgüsü məsələsində klassik siyasi iqtisadın yanaşması ilə müasir yanaşma arasında da fərqlər mövcuddur.

Marksist iqtisadi təlimə görə milli gəlir maddi istehsal sferasında yaranır. MG ümumi ictimai məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqdan sonra yerdə qalan hissədir, yəni yeni yaranmış dəyərdir. Bu zəruri və izafi məhsulun dəyərindən ibarətdir.

Müasir nəzəriyyələrə görə MG bütün iqtisadi agentlərin gəlirinin cəmidir. MG maddi istehsal sferasında və qeyri-maddi xidmət sahəsində yaradılır. Bu nəzəriyyələrə görə MG ÜDM istehsalı zamanı ödənilmiş əmək haqqı, mənfəət, faiz və rentanın cəmindən ibarətdir, yəni bu gəlirlərin cəmindən ibarətdir.

MG-in ilkin bölgüsü zamanı istehsal amilləri iştirakçılarının gəlirləri formalaşır, yəni fəhlə əmək haqqı alır, sahibkar mənfəət, bank kapitalının sahibi faiz, torpaq mülkiyyətçisi isə renta alır.

MG-in ilkin bölgüsündən sonra onun yenidən bölgüsü baş verir və nəticədə cəmiyyətin bütün üzvlərinin gəlirləri formalaşır. MG-in yenidən bölgüsündə dövlət büdcəsi xüsusi rol oynayır.

MG-in bölgüsü zamanı sərəncamda qalan şəxsi gəlirin məbləği də müəyyən edilir.

Sərəncamda qalan gəlir ev təsərrüfatının il ərzində əldə etdiyi gəlirdir. Qazanılmış gəlirlərdən sosial sığorta ödəmələri, müəssisənin mənfəətindən vergilər çıxılır, onlar əhalidə qalmır. Dövlətdən transfertlər (müavinətlər) əhalinin sərəncamına keçir və onların gəlirlərinin bir hissəsini təşkil edir.

Beləliklə, sərəncamda qalan gəlir faktiki əldə edilmiş gəlirdir.

MG-dən – müəssisələrin mənfəətindən vergilər – sosial sığortaya ayırmalar – fərdi gəlir vergisi – korporasiyaların bölünməmiş mənfəəti + transfert ödəmələri = sərəncamda qalan şəxsi gəlir.

Bu əhalinin bilavasitə istifadə edəcəyi gəlirdir.

Ancaq bu gəlirlərin hesablanması və əhalinin ehtiyaclarını ödəməsi dərəcəsi qiymətlərin səviyyəsindən asılıdır.

XII Fəsil.

TƏKRAR İSTEHSAL VƏ İQTİSADİ ARTIM.

İŞSİZLİK VƏ ƏHALİNİN MƏŞĞULLUĞU PROBLEMİ
1. Təkrar istehsal və onun əsas cəhətləri. Sadə və geniş təkrar istehsal. Təkrar istehsalın proporsiyaları.

2. İqtisadi tsikl istehsal tsiklinin fazaları. Makroiqtisadi tarazlıq.

3. İqtisadi artım: mahiyyəti və amilləri. İqtisadi artımın tipləri. İqtisadi artımın dövlət tənzimi.

4. Əmək resursları və məşğulluq. İşsizliyin formaları. Azərbaycanda işsizlik problemi.
§1. Təkrar istehsal və onun əsas cəhətləri. Sadə və geniş təkrar istehsal.

Təkrar istehsalın proporsiyaları
Cəmiyyətin yaşayıb inkişaf etməsinin başlıca şərti istehsalın fasiləsiz olaraq davam etdirilməsidir. Cəmiyyət daim istehlak edir və deməli fasiləsiz də istehsal etməlidir. Daim təkrar edilən və fasiləsiz bərpa olunan istehsal təkrar istehsaldır.

İstehsalın fasiləsiz təkrar olunması üçün ilk növbədə istehsal amillərinin özü təkrar istehsal edilməlidir (iş qüvvəsi və istehsal vasitələri). İstehsal prosesində istehlak edilmiş istehsal amillərinin yeri doldurulmalıdır. Bərpası mümkün olan təbii resurslar da (balıq, meşə və s.) yenidən təkrar istehsal edilməlidir.

Bütün bunlar cəmiyyətin məhsuldar qüvvələridir, onlar daim təkrar istehsal edilməli və artırılmalıdır.

İstehsalın ictimai forması kimi istehsal münasibətləri də daim təkrar baş verməlidir (məs. mülkiyyət münasibətləri, bazar əlaqələri və s.).

Təkrar istehsalın iki növü vardır: sadə və geniş təkrar istehsal. Sadə təkrar istehsal zamanı istehsalın həcmi dəyişmir, istehsal əvvəlki miqyasda baş verir. Bu zaman yeni yaranmış əlavə dəyər bütövlükdə istehlak tələbatının ödənilməsinə sərf olunur.

Geniş təkrar istehsal zamanı istehsalın həcmi artır, genişlənir. Bu istehsal amillərinin kəmiyyətinin və keyfiyyətinin artması hesabına baş verir. Bu artımın maddi əsası yeni yaranmış dəyərdir. Yeni yaranmış dəyərin bir hissəsi yenidən istehsal amillərinin alınmasına, həm də əvvəlkindən çox miqdarda alınmasına yönəldilir və istehsala cəlb edilir.

Kapitalizmə qədərki cəmiyyətlərə sadə təkrar istehsal xarakterikdir. Kapitalizm geniş təkrar istehsal üçün yol açdı, iqtisadiyyat çox böyük sürətlə inkişaf etməyə başladı.

Sadə təkrar istehsal geniş təkrar istehsalın bir anıdır. İstehsal əvvəlki həcmdə bərpa olunmalıdır ki, onun bazasında genişlənə bilsin. Sadə təkrar istehsal olmasa geniş təkrar istehsal da olmaz.

İctimai istehsalın istehsal, bölgü, mübadilə və istehlak kimi ardıcıl fazaları təkrar istehsal prosesində nisbi müstəqil fazaları kimi mövcud olub fəaliyyət göstərirlər.

I. İstehsal fazası əsas və başlanğıc fazadır. Bu fazada yaradılan istehsalın maddi amilləri geniş təkrar istehsalın baş verməsini mümkün edir.

II. Bölgü fazası geniş təkrar istehsalın baş verməsi və fasiləsizliyinin təmin edilməsi üçün zəruri bir pillədir. Bu fazada ÜDM ödəmə fonduna, yığım fonduna və istehlak fonduna ayrılır. Bu fondların yenidən bölgüsü hesabına cəmiyyətin tələbatları ödənilir.

III.Mübadilə fazası. Bölünmüş məhsul mübadilə fazasını keçməklə istehlak fazasına daxil olur. İstehsalın maddi amillərinin və şəxsi amilinin alqı-satqısı nəticəsində təkrar istehsalın baş verməsi üçün imkan yaranır.

IY. İstehlak fazası təkrar istehsalın tamamlayıcı fazasıdır. Bu fazada məhsulun istehsal vasitələrindən ibarət olan hissəsi yenidən məhsuldar istehlaka, istehlak şeylərindən ibarət olan hissəsi isə şəxsi istehlaka daxil olur. Nəticədə təkrar istehsalın baş verməsi mümkün olur.

Ancaq ictimai təkrar istehsalın yenidən baş verməsi üçün zəruri olan proporsiyalar saxlanıldığı bir şəraitdə mümkün olur.

Sadə və geniş təkrar istehsalın da hər birinə xas olan proporsiyalar vardır ki, onlar hökmən təmin olunmalıdır.

Bütövlükdə götürülən ictimai istehsalın iki bölmədən - I və II bölmələrdən, yəni istehsal vasitələri istehsal edən bölmə (I) və istehlak şeyləri istehsal edən bölmədən (II) ibarət olduğunun fərz edildiyi halda sadə təkrar istehsalın baş verməsi üçün:

1) I bölmənin məhsulu istehlak edilmiş istehsal vasitələrinin yerini doldurmalıdır, yəni ödəmə fondu bərabər olmalıdır-

I (C + V + m) = IC + IIC;
2) İstehsal edilmiş istehlak şeyləri bütün xalis məhsula bərabər olmalıdır-

II (C + V + m) = I(V + m) + II(V + m);

3) Birinci bölmənin xalis məhsulu ikinci bölmənin ödəmə fonduna bərabər olmalıdır –

I (V + m) = IIC.

Geniş təkrar istehsalın baş verməsi üçün cəmiyyətdə istehlak edildiyindən daha çox istehsal vasitələri istehsal edilməlidir ki, geniş təkrar istehsalın baş verməsi üçün lazım olan qədər istehsal vasitələri olsun. Bunlar təkrar istehsalın baş verməsi üçün zəruri şərtlərdir. Lakin, hər dəfə istehsal vasitələri bərpa ediləndə və yenisi alınarkın elmin, texnikanın yeni nailiyyətləri nəzərə alınmalıdır.

Geniş miqyasda təkrar istehsalın baş verməsi üçün aşağıdakı proporsiyaların təyin edilməsi zəruridir:

      1. I (C+V+m) > IC + IIC.

      2. I (V+m) >II C.

      3. I (V+m) + II(V+m) > II (C+V+m)

Bütün bu proporsiyaların olduğu şəraitdə istehsalın fasiləsizliyi təmin olunmalıdir.

§2. İqtisadi tsikl və istehsal tsiklinin fazaları. Makroiqtisadi tarazlıq


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə