BiznesiN İNKİŞafi strategiya və Taktikalar



Yüklə 215,79 Kb.
Pdf görüntüsü
səhifə2/24
tarix23.12.2023
ölçüsü215,79 Kb.
#157651
1   2   3   4   5   6   7   8   9   ...   24
Business-Development Handbook

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Giriş
 
Biznesin idarəedilməsi müasir çağrışlara uyğun olaraq çevik şəkildə dəyişməkdədir. 
İqtisadiyyatın fərqli sektorlarında rəqabətin gücləndirilməsi də məhz innovativ və çevik 
idarəetmə formalardan istifadəni alternativsiz etmişdir. Biznesin idarəedilməsi fəlsəfəsi məhz 
iqtisadi-rasional yanaşmaya əsaslanmaqla uzun müddətli dövr üçün planlaşdırma və strateji 
hədəfləri müəyyənləşdirməyə imkan verməlidir. 
Hər bir biznes qurumunun inkişafı onun biznes strategiyasının doğru tətbiqindən asılıdır. Lakin 
bəzən biznes sahibləri, bizneslərinin idarəedilməsində çətinliklərlə üzləşir, gəlir əldə etmək 
əvəzinə borclanma ilə üzləşməli olurlar. Bu kimi hallar çox zaman sahibkarların mövcud bazar 
araşdırmasını doğru təhlil edə bilməmələrindən, uyğun strategiya və taktikaların tətbiq 
etməmələrindən, eləcə də idarəetmə bacarıqların zəif olmalarından qaynaqlanır.
Sahibkarlığın inkişafı hər bir ölkə üçün prioritetdir. Çünki bu, bir tərəfdən inovasiyanın cəlb 
edilməsi, eyni zamanda rəqabətin gücləndiriliməsi baxımında vacibdir, həm də dayanıqlı 
məşğulluqda kiçik və orta biznesin payı çox böyükdür. 
Biznesdə korporativ idarəetmənin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində 
fəaliyyətlərin genişləndirilməsi priroitetdir. Eyni zamanda biznesin idarəedilməsi də məhz 
müasir çağrışlara və innovative mexanizmlərinin tətbiqinə uyğun olmalı və buna imkan 
verməlidir. 
Biznesin inkişafı üzrə hazırlanan bu kitabçada da məqsəd, biznesə yeni başlayanalar, eləcə də 
bizneslərini inkişaf etdirmək istəyənlər üçün biznesin idarəedilməsi və inkişafı ilə bağlı anlayış 
və bacarıqların inkişaf etdirilməsində bələdçilik etməkdir. Bu kitabça vasitəsilə sahibkarlar 
bizneslərini idarə edən zaman etməli və etməməli olduqları fəaliyyətlərini öyrənəcəklər. 

Yüklə 215,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə