İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
14
səlahiyyəti, rolu olmur. Onları öz həyatlarının fəal sahiblərindən çox «xəstə» və ya «xidmət
istifadəçisi» sayırlar. Bəzi əlilliyi olan şəxslər stiqma, açıq aqressiya və zorakılıqla üzləşirlər.
Bunlar ruhi xəstəliyi, İİV (HİV) və ya hepatit kimi keçici xəstəlikləri olan insanlara xüsusi mənfi
münasibətdə özünü göstərir.
Əlilliyi olan şəxslərin cinayət qurbanı olma ehtimalı digər insanlarla müqayisədə dörd
dəfə, zorakı hücuma məruz qalma ehtimalı isə iki dəfə çoxdur - BK-dakı son araşdırma
bunu göstərir.
1
3. Fiziki
Binalara və ətraf mühitə fiziki əlçatımlılığın olmaması ucbatından əlilliyi olan insanların
çoxu ailə, icma və ya ölkə həyatında fəal iştirak edə bilmir. İşləmək üçün onların imkanları
məhdudlaşdırılır. Onlar xidmətlərdən, istirahət və əyləncədən kənar edilir.
4. Qeyri-müvafiq məlumat və kommunikasiya
Məlumat və kommunikasiya çox zaman əlilliyi olan insanlar üçün əlçatımlı olmur. Dövlət və
özəl xidmətlər barədə məlumat çox zaman əlçatımlı formalarda olmur. Vebsaytlar hələ də
bəzən əlilliyi olan insanların istifadəsi üçün yararlı şəkildə dizayn edilmir və ya əlilliyi olan
şəxslərin istifadə etdiyi proqram təminatına uyğun gəlmir. Əlilliyi olan şəxslər məlumatdan
istifadə etməyi bilməyə bilərlər.
5. Tədqiqatın yoxluğu
Əlillik üzərində cəmləşmiş müfəssəl statistik və digər məlumatların yoxluğu effektli dəyişikliyə
mane olur. Dəlillərə əsaslanan siyasət daha yaxşı nəticələrə gətirə bilər. Yerli və milli siyasət
barədə məlumat vermək üçün dəlil toplanmasını dəstəkləmək yönündə vətəndaş cəmiyyəti
təşkilatlarının əvəzsiz imkanları var. Məsələn, işəgötürənlərə nəyin stimul verdiyi ilə yanaşı,
əlilliyi olan şəxslərin iş tapmasına və onu əlində saxlamasına kömək edən amilləri nəzərdən
keçirmək səmərəli məşğulluq proqramları barədə məlumat verməyə kömək edir.
6. Maliyyə
Bərabərliyin təşviqi məqsədilə siyasət və planların həyata keçirilməsi üçün resurslar çox
zaman məhduddur. Çox zaman dünyanın müxtəlif yerlərində əlilliyi olan şəxslər üçün ayrılan
maliyyə onları təcrid edir və ya cəmiyyətin ümumi axınından kənarlaşdırır. Bəzən əlilliyi olan
şəxsləri işə getmək və ya seçkilərdə namizədliyini vermək qarışıq tam fəallığa qabil etmək
üçün uyğunlaşdırmalar aparmağa çəkiləcək potensial xərclərdən qorxurlar.
Böhranı həll etmək üçün resursların necə bölünməsi və fondlardan istifadə barədə anlayışın
olmaması təşkilatları və siyasət formalaşdıranları əlilliyi olan şəxslərin cəmiyyətə dəyərli iqtisadi
və sosial töhfə vermək imkanlarını artıracaq siyasət, iş, fiziki əlçatımlılıq və kommunikasiyalara
dəyişiklik məqsədilə sərmayə qoymalarının qarşısını alan faktorlardan yalnız bəziləridir.
1
http://www.equalityhumanrights.com/sites/default/files/documents/research/disabled_people_s_experi-
ences_of_targeted_violence_and_hostility.pdf
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
15
Siyasət formalaşdırılması və xidmət göstərilməsi –
əlilliyi olan şəxslər haqqında və onlarla
Bu bölmə əlillik hərəkatının siyasət formalaşdıranlar və vətəndaş cəmiyyəti sektoru ilə necə
işləməli olduğunu anladan bəzi konsepsiyaları əks etdirir. Bu konsepsiyalar BK kontekstinə
çox uyğundur və bu ölkənin təcrübəsinə əsaslanır.
Əlilliyi olan şəxslərin burada əksini tapan müxtəlif təcrübələrə yiyələndiyini nəzərə almaq lazımdır.
Çox zaman bu konsepsiyalar zəif anlaşılır, hətta bunlar üzrə öhdəliklər olsa belə, hökumət,
vətəndaş cəmiyyəti, media və əlilliyi olan şəxslər qarışıq vətəndaşların bu yanaşmaları
həyata keçirmək üçün hüquqi vasitələri və təcrübəsi olmur.
Bizim üçün bizsiz heç nə
«Bizim üçün bizsiz heç nə!» - sözügedən siyasətin təsir etdiyi qrup üzvlərinin tam və birbaşa
iştirakı olmadan heç bir siyasət qəbul oluna bilməz - fikrini çatdırmaq üçün istifadə edilən şüardır.
Bu deyimin mənşəyi mərkəzi Avropanın siyasi ənənələrindən gəlir. Polşada qanunverici hakimiyyəti
monarxdan alıb parlamentə verən 1505-ci il konstitusiya qanununu yaratmağa kömək edən siyasi
deviz belə idi. Sonralar bu şüar demokratik normaların tətbiqi üçün bir aforizmə çevrildi.
Bu termin 1990-cı illərdə əlillik aktivizmində istifadə olunmağa başladı.
Ümumi axına salınma
“Biz qadınların iştirakı olmadan onların h
əyatına təsir edən qərarlar qəbul etmək barədə
düşünm
ərik, onda bəs niyə əlilliyi olan şəxslərin iştirakı olmadan onlara təsir edən qərarlar
q
əbul etməyin doğru olduğunu düşünürük?”
IDEAS layih
əsi iştirakçısından sitat
Dünyanın hər yerində əlilliyi olan şəxslərin üzləşdiyi maneələrin anlaşılması və onların
həllinin vacibliyi siyasət formalaşdıranların beynəlxalq səviyyədə “ümumi axına salma”
konsepsiyasını inkişaf etdirməsinə gətirib çıxardı ki, bu da əlilliyi olan şəxslərin “bizim
üçün bizsiz heç nə” ideyasını əks etdirir.
2007-ci ilin noyabrında BMT-nin İqtisadi və Sosial Şurası əlilliyi olan şəxslərin ümumi axına
salınmasını BMT üzvü olan ölkələrin fəaliyyət planlarına daxil etdi.
BMT İqtisadi və Sosial Şurasına əsasən, ümumi axına salınma əlilliyi olan şəxslərin
hüquqlarını müdafiə vasitəsidir. Bu konsepsiyanın mənşəyi BMT İqtisadi və Sosial Şurasının
1997-ci ildə təsbit etdiyi gender üzrə ümumi axına salınma konsepsiyasından gəlir.
Ümumi axına salınma əlilliyi olan şəxslərin hüquqlarının hökumətin bütün səviyyələrində
qiymətləndirilməsini ehtiva edir.
Əlilliyi olan şəxslərin maraqları xüsusi proqramlarda deyil, digər şəxslərlə birgə ölkənin
siyasi, iqtisadi və sosial sahələr üzrə milli proqramlarında nəzərə alınmalıdır.