İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
121
Ukrayna: yaxşı təcrübə – əlil arabası istifadəçisi
Ukraynada ilk dəfə (2013-cü ildə) əlilliyi olan
şəxslərə qarşı diskriminasiya ilə bağlı işi udur
Dnepropetrovsk şəhərində əlil arabası istifadəçisi pandus ilə təchiz edilməmiş aptekə daxil
olmaqda çox çətinlik çəkirdi. Dəfələrlə aptekə “normal şəkildə" daxil ola bilməyəndən
sonra əlil arabası istifadəçisi hüquqşünas Dmitro Jaryi 2010-cu ilin iyulunda əlilliyin
diskriminasiyasına qarşı məhkəmədə mübarizəyə başladı. Məhkəmə prosesi iki il davam etdi
və apteklər şəbəkəsinin lisenziyadan məhrum edilməsi ilə nəticələndi.
Əhvalatın mediada işıqlandırılması (xəbərlərin çoxsaylı televiziya kanallarında yayımlanması
və çap mediasında verilməsi) Ukraynanın o zamankı baş nazirinin diqqətini cəlb etdi, o,
Səhiyyə Nazirliyinə vəziyyətin öyrənilməsi və apteklərə lisenziya verilmə qaydalarına
dəyişikliklər edilməsi istiqamətində göstəriş verdi.
Əlilliyi olan şəxslərin Milli Assambleyasının ekspertləri bu prosesə cəlb olundular, müvafiq
nazirliklərin rəsmiləri Dmitro Jaryi ilə birlikdə mövcud qanunvericiliyə dəyişikliklər layihəsini
hazırladılar.
Bu proses zamanı media Ukrayna əhalisini məlumatlandırdı, problemə vəzifəli şəxslərin
diqqətini çəkdi və onları açıq-aşkar vəziyyətə uyğun davranmağa vadar etdi.
Azərbaycan: yaxşı təcrübə - əlilliyi olan şəxslərə
artıq ayrıca binada yox, ümumi binada mənzil
veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl əlilliyi olan şəxslər üçün ayrıca
binalar tikirdi. Bu siyasət yerli mediada sərt tənqid olunurdu. Artıq nazirlik əlilliyi olan şəxslər
üçün ümumi binalarda mənzillər almaq qərarına gəlib və bununla bağlı tender elan edib.
Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və
təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
122
Təlimçi bölməsi
Sessiya planı
“Şotlandiya Bərabərlik və İnsan Haqları Komissiyası” tərəfindən 2012-ci ildə çəkilmiş
qısametrajlı filmə baxın
Auditoriya kimdir?
Mövzu necə təqdim olunub?
Kommunikasiya, vizual imiclər və s. ilə bağlı nə nəzərə alınıb?
https://www.youtube.com/watch?v=uUwHIbQFszU
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
123
Bölmə 5. Mənbələr
Fəal vətəndaşlar – British Council Ukrayna vebsayt:
http://www.britishcouncil.org.ua/en/
programmes/society/citizens-participation
Qərar qəbuletmə prosesində vətəndaş iştirakının yaxşı təcrübəsinə dair məcəllə - Avropa
Şurası:
http://www.coe.int/t/ngo/code_good_prac_en.asp
Esseks Nəzarət hüququ:
http://www.essex.gov.uk/Health-Social-Care/Care-for-Adults/
Staying-Independent/Right-to-Control/Pages/Default.aspx
İştirak nümunələri:
http://www.equalityhumanrights.com/advice-and-guidance/public-
sector-equality-duty/case-studies/case-studies-consultation-involvement/
Yerli səviyyədə qərarvermədə vətəndaş iştirakına dair direktivlər, British Council Ukrayna:
http://www.britishcouncil.org.ua/en/programmes/society/citizens-participation
İnklüziv Dizayn Vasitələr toplusu:
http://www.inclusivedesigntoolkit.com/betterdesign2/
İnklüziv siyasət formalaşdırılması:
http://odi.dwp.gov.uk/inclusive-policymaking/index.php
INDYSPACE – dünyadakı gənc əlilliyi olan fəalların əlaqə saxlaması üçün məkan:
http://indyspace.org/
İştirak və birgə ərsəyə gətirmə (istehsal) – Əlillik məsələlərinə dair idarə:
http://odi.dwp.
gov.uk/involving-disabled-people/co-production.php
“Əlilliyi olan şəxslərin iştirakı”, Əlillik məsələlərinə dair idarə
http://odi.dwp.gov.uk/docs/reso/idp-intro.pdf
İşıq, Kamera, Hərəkət – İctimai sektorda əlilliyi olan şəxslərin bərabərliyinin təşviqi:
http://
www.equalityhumanrights.com/uploaded_files/EqualityAct/PSED/radar-ded_acc.pdf
Gənc əlilliyi olan şəxslərin Avropa Şurası və ona üzv ölkələrə tövsiyələri – Avropa Şurası:
http://vimeo.com/43637110
BMT Konvensiyası:
http://www.equalityhumanrights.com/human-rights/our-human-rights-
work/international-framework/un-convention-on-the-rights-of-persons-with-disabilities/
‘Who’s on my side’ (Kim mənim tərəfimdədir) – ALLFİE və valideynlər tərəfindən yaradılmış
video gənclərin (3-25) iştirakı üçün valideynlər, valideyn birlikləri və onların İnklüziv təhsili
necə dəstəkləyə bilməsi haqqındadır.
http://www.youtube.com/watch?v=AuAjxJ-cE9k
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
124
Əlilliyə dair BMT Konvensiyası: əsas sənəd və resurslar
UN Enable: BMT-nin vebsaytı bütövlükdə Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT
Konvensiyası barədədir. Bu vebsaytda həmçinin Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT
Konvensiyası və ona Əlavə Protokolun tam mətni, həm də ingilis dilində sadə versiyası və
asan oxunan versiyası verilib.
http://www.un.org/disabilities/
Parliamentarilərin Konvensiyaya dair masaüstü kitabı:
http://www.un.org/disabilities/
default.asp?id=212
Making rights a reality (hüquqları reallığa çevirmək): komissiya tərəfindən Konvensiya
mətnindən hazırlanmış kitabça. Siz onu
Komissiyanın kömək xəttindən (Commission’s
Helpline) əldə edə və ya vebsaytdan yükləyə bilərsiniz.
BMT-nin İnsan Hüquqlarına dair İdarəsi (Office of the United Nations High Commissioner
for Human Rights) (OHCHR) BMT Əlillik Komitəsi, onun monitorinq və hesabat prosedurası
barədə məlumatla təmin edir. Onun soraq kitabçası var: “Əlilliyi olan Şəxslərin Hüquqlarına
dair Konvensiyanın Monitorinqi”. Vebsaytda həmçinin şikayət forması var.
http://www2.
ohchr.org/english/bodies/treaty/CCD.htm
OHCHR bir neçə soraq kitabı, Konvensiyalar və BMT ilə iş haqqında fakt cədvəlləri nəşr
etmişdir.
http://www.ohchr.org/EN/PublicationsResources/Pages/Publications.aspx
Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Komitəsi
Poçt ünvanı: CRPD katibliyi, UNOGOHCHR, CH-1211 Cenevrə 10, İsveçrə:
crpd@ohchr.org
http://www2.ohchr.org/english/bodies/crpd/index.htm
Baş çəkmək üçün ünvan: Palais Wilson, 52 Rue des Pâquis, 1201, Cenevrə, İsveçrə
Telefon: +44 (0)1229179703.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Şöbəsi (UN Department of Economic and
Social Affairs) (BMT-dəki “konsultativ status” barədə məlumat üçün) Başçısı, QHT Filialı Bir
BMT Plaza, Otaq
DC1-1480, Nyu York, NY 10017, ABŞ
Telefon: +44 1 212 963 8652,
Fax: +44 1 212 963 9248
ngobranch@un.org
http://esango.un.org/paperless/Web
Konvensiyaya dair Soraq Kitabları və Vasitələr Topluları
Avropa və beynəlxalq təşkilatların çoxu Konvensiya soraq kitabları və vasitələr topluları
işləyib hazırlayıb. Onlardan bir neçəsi aşağıdakılardır:
Disabled People’s International (Əlilliyi olan Şəxslərin Beynəlxalq Təşkilatı) əlilliyi olan
şəxslərin təşkilatlarını birləşdirən baş təşkilatdır. Onun məqsədi tam iştirak, imkan bərabərliyi
və beynəlxalq əməkdaşlıq vasitəsilə əlilliyi olan bütün şəxslərin insan hüquqlarını təşviq
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
125
etməkdir. Onlar icraçı vasitələr toplusu işləyib hazırlayıblar.
http://www.icrpd.net/implementation/en/aboutus.htm
Konvensiya barədə maarifləndirmə ilə bağlı seminar təşkili üçün onların soraq kitabına bax:
http://v1.dpi.org/lang-en/resources/topics_detail?page=953#_Sample_agenda
European Disability Forum əlilliyi olan şəxslərin maraqlarını müdafiə edən milli Avropa
təşkilatların baş təşkilatıdır. Onların vebsaytında Konvensiyanın Avropa İttifaqı ilə necə
əlaqələnməsi barədə məlumat var.
http://www.edf-feph.org/Page_Generale.asp?DocID=13854&thebloc=13857
Onların vebsaytında əlilliyi olan şəxslərin maraqlarını müdafiə edən Avropa təşkilatları ilə
əlaqə yaratmaq üçün məlumatlar da var.
http://www.edffeph.org/Page_Generale.asp?DocID=10906&id=1&namePage=about&langu
e=EN
International Disability Alliance (IDA) – Beynəlxalq Əlillik Alyansı Əlilliyi olan Şəxslərin
Hüquqlarına dair BMT Konvensiyasının effektli həyata keçirilməsini təşviq edən əlilliyi
olan şəxslərin təşkilatlarının beynəlxalq şəbəkəsidir. Onların vebsaytı əlilliyi olan şəxslərin
təşkilatlarının potensialının artırılması, eləcə də Konvensiya barədə ümumi məlumata
malikdir.
www.internationaldisabilityalliance.org
Kölgə-hesabat barədə IDA direktivlərinə bax:
http://www.internationaldisabilityalliance.org/
projects-and-events/guidance-document-on-parallelreporting/
İşlək etmək! (Making It Work!) Bütün dünyada yoxsulluğa, sosial kənarlaşdırmaya, əlilliyi
olan şəxslərə qarşı diskriminasiyaya son qoyulması ilə bağlı müsbət təcrübənin mübadiləsi
və təşviqi üçün.
http://www.makingitwork-crpd.org/
Bərabərlik və İnsan Hüquqları Komissiyasının
Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün
Formalarının Aradan Qaldırılmasına dair Konvensiya haqqında nəşr olunmuş soraq
kitabçası var.
İngiltərə Uşaq Hüquqları Birliyi kampaniya aparılması üzrə vasitələr toplusu daxil olmaqla
Uşaq Hüquqlarına dair BMT Konvensiyası haqqında məlumatla təmin edir.
http://www.crae.org.uk/rights/uncrc.html
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
126
Əlavələr
IDEAS layihəsi barədə
IDEAS Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş və British Council təşkilatının dəstəyi
ilə həyata keçirilən Bərabər və Məsuliyyətli Cəmiyyət naminə inklüziv Qərarlar üzrə layihədir.
Layihə Azərbaycan, Birləşmiş Krallıq, Ermənistan, Gürcüstan, İordaniya, Livan və Ukraynadan
olan iştirakçıları bir araya gətirir.
IDEAS layihəsinin ümumi məqsədi əlillik məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti
təşkilatlarının yerli hökumətlə işləmək üçün rolunu və potensialını gücləndirmək, eləcə də,
əlilliyi olan şəxslərin siyasət formalaşdırma prosesində daha yaxşı təmsil olunmasını, öz
hüquqlarını daha yaxşı anlayıb qorumasını təmin etməkdir.
Beynəlxalq Çərçivə haqqında
Beynəlxalq Çərçivə əlilliyi olan şəxsləri bəşəriyyətin bir parçası kimi qəbul etmək və fərqliliyə
hörməti təşviq etmək də daxil olmaqla, insan hüquqları, ayrı-seçkilik qoyulmaması, seçim
azadlığı, əlilliyi olan şəxslər üçün keyfiyyətli həyat kimi prinsiplərə əsaslanır.
ƏOŞHDBMTK prinsipləri Beynəlxalq Çərçivənin standartlarıdır.
BMT Konvensiyasının 8 prinsipi var. Onlar aşağıdakılardır:
A- İnsanların ləyaqətinə hörmət etmək.
B- Qeyri-diskriminasiya: söhbət münasibətə əsaslanan birbaşa (aşkar) və dolayı (gizli)
diskriminasiyadan gedir.
Münasib uyğunlaşma: “Əlilliyi olan şəxslərin bütün əsas insan hüquqları və azadlıqlarından
başqaları ilə eyni şəkildə istifadəsini təmin etmək üçün spesifik hallarda lazım olan
dəyişiklik və uyğunlaşdırma deməkdir”.
C- Cəmiyyətdə tam və fəal iştirak:
- Bu, həm vasitə, həm də məqsəddir.
- Vasitə: əlilliyi olan şəxsləri öz problemlərini çözənlər kimi cəlb etmək; bu zaman
onlar öz hüquqlarının sahibləri kimi hökumət orqanları ilə birgə işləyirlər.
D- Fərqliliyə (müxtəlifliyə) hörmət və əlillyi olan şəxsləri insan fərqliliyin bir təzahürü,
bəşəriyyətin bir parçası kimi qəbul etmək.
E- Bərabər imkanlar
F- Əlçatımlılıq
- Bu, həm vasitə, həm də məqsəddir.
- Bu, əlilliyi olan şəxsləri maneələrdən azad mühitdə yaşamağa, görünməyə və
inteqrasiya olunmağa qabil hala gətirən proses və mexanizm baxımından vasitədir.
Kommunal xidmətləri beynəlxalq standartlara uyğun işləyib hazırlamaq, qurmaq və
təchiz etməklə xidmət və müəssisələrə əlçatımlı təmin etmək mühümdür.
- “Bütün insanlar tərəfindən istifadə edilən məhsulların, məlumat, proqram və
xidmətlərin dizaynı mümkün olduqca, xüsusi adaptasiya və ya dizayn ehtiyacı
olmadan ...”
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
127
G- Kişi və qadınlar arasında bərabərlik
H- Əlilliyi olan uşaqların inkişaf potensialına və öz şəxsiyyətlərini qorumaq hüquqlarına
hörmət etmək.
a)
Ləyaqətə, fərdi müstəqilliyə (seçim azadlığı daxil olmaqla) və müstəqil
yaşamağa hörmət
‘Ləyaqət’ hər bir kəsin dəyəri deməkdir. Əlilliyi olan şəxsin ləyaqətinə hörmət edilirsə,
onun təcrübə və fikirlərinə dəyər verilir. “Fərdi müstəqillik” sərbəst hərəkət və seçim
azadlığı deməkdir.
b)
Qeyri-diskriminasiya
Bu, beynəlxalq insan haqları normalarının əsas prinsipidir və həm birbaşa (aşkar), həm
də dolayı (gizli) diskriminasiyadan müdafiəni nəzərdə tutur. Konvensiyada diskriminasiya
siyasi, sosial, mədəni, sivil və ya hər hansı digər sahədə başqaları ilə bərabər əsasda
bütün insan hüquq və azadlıqlarının tanınmasını, istifadəsini məhdudlaşdırmaq və
ya ləğv etmək məqsədilə əlillik yönümlü hər hansı ayrı-seçkilik, kənarlaşdırma və ya
məhdudlaşdırma deməkdir. Buraya müvafiq uyğunlaşmadan imtina da daxil olmaqla,
ayrı-seçkiliyin bütün formaları aiddir. Müvafiq uyğunlaşma “əlilliyi olan şəxslərin
başqaları ilə bərabər şəkildə bütün insan hüquq və azadlıqlarından istifadəsini təmin
etmək üçün onların üzərinə disproporsional və ya lazımsız yük qoymamaqla lazımi
modifikasiya və dəyişiklikləri etmək deməkdir” (Konvensiya, maddə 2).
c)
Cəmiyyətdə tam və effektli iştirak
Cəmiyyətdə tam və effektli iştirak əlilliyi olan şəxslərin cəmiyyətin tam üzvləri kimi
tanınması və dəyərləndirilməsini təmin edir. Əlilliyi olan şəxslərin ehtiyacları sosial-
iqtisadi inkişafın ayrılmaz hissəsi sayılır. Bu ehtiyaclar “xüsusi” qisminə aid edilmir.
Cəmiyyətdə tam və effektli iştirak anlamı universal dizayn anlamı (Konvensiya, maddə
2), eləcə də, fiziki və sosial mühitə əlçatımlılıqla bağlıdır. İştirak və daxilolma prinsipi
həm vasitə, həm də məqsəddir. Əlilliyi olan şəxslərin iştirakı ilə onların narahatlıqları
eşidildikdə və aradan qaldırıldıqda bu, vasitədir. Əlilliyi olan şəxslərə hökumət orqanları
ilə işləməklə aşkar etdikləri problemlərin həllini irəli sürmək səlahiyyəti verildikdə bu,
həm də məqsəddir.
d)
Fərqliliyə hörmət və əlilliyi olan şəxsləri insan müxtəlifliyinin təzahürü,
bəşəriyyətin bir parçası kimi qəbul etmək
Prinsip müxtəlif insanların qarşılıqlı anlaşma və hörmət əsasında qəbul edilməsini
tanıyır. Bəzi görünən və görünməyən fərqlərə baxmayaraq hər kəsin eyni hüquqları
və ləyaqəti var.
e)
İmkan bərabərliyi
Prinsip cəmiyyətdə fərqliliyə hörmət üçün şərait yaradılmasını, zərərli mühitin ləğvini,
bütün qadın,
kişi, qız və oğlanların cəmiyyət həyatında bərabər əsasda iştirakını vacib
sayır.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
128
f)
Əlçatımlılıq
Əlçatımlılıq prinsipi əlilliyi olan şəxsləri müstəqil yaşamağa, həyatın bütün sahələrində
fəal iştiraka qabil edir. Dövlətlər əlilliyi olan şəxslərin fiziki mühitə, nəqliyyata, məlumat
və kommunikasiya texnologiyaları və sistemlərinə, qalan əhali üçün mövcud olan və
ya təmin edilən digər xidmətlərə çatması üçün müvafiq tədbirlər görür.
g)
Qadın və kişilər arasında bərabərlik
Bu prinsip hər kəsin qanun qarşısında bərabərliyini tanıyır, yəni hamı üçün bərabər
hüquqlar və məsuliyyətlər var; cinsi əsasda heç bir məhdudiyyət və mənfəət yoxdur;
bərabər hüquqlardan istifadə üçün əlilliyi olan qadın və kişilərə bərabər şərait yaradılır;
cinsi diskriminasiya yoxdur.
h)
Əlilliyi olan uşaqların potensialının inkişafına və onların öz şəxsiyyətini
qorumaq hüququna hörmət
Prinsip əlilliyi olan uşaqların başqaları ilə bərabər hüquqlardan tam istifadəsini tanıyır;
uşağın ən mühüm maraqları diqqət mərkəzində olmalıdır; əlilliyi olan uşaqların onların
yaşına, yetkinliyinə və s. aid olan məsələlər üzrə sərbəst ifadə hüququ var.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
129
Abbreviatura
Aİ - Avropa İttifaqı
BK - Birləşmiş Krallıq
BM - Birləşmiş millətlər
BMT - Birləşmiş Millətlər Təşkilatı
DPİ - Əlilliyi olan şəxslərin beynəlxalq təşkilatı (Disabled People International)
ƏİK - Ədliyyənin idarə olunması komitəsi
ƏİQ - Əlillik istinad qrupu
ƏOŞHDBMTK - Əlilliyi olan şəxslərin hüquqlarına dair BMT konvensiyası
HİV - İnsanın immunçatışmazlığı virusu (Human İmmuno-deficiency Virus)
İƏİT - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
İİV - İnsanın immunçatışmazlığı virusu
İSG - İnvestisiyadan sosial gəlirlər
IDEAS - Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar
(Inclusive Decisions for Equal and Accountable Society)
KİV - Kütləvi informasiya vasitələri
QHT - Qeyri hökümət təşkilatı
MTTYM - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
NADP - Əlilliyi olan şəxslərin milli assambleyası (National Assembly of Disa-
bled People)
NHS - Milli səhiyyə xidməti (National Health Service)
VCT - Vətəndaş cəmiyyəti təşkilatı
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
130
Məlumat
AVROPA İTTİFAQI
Avropa İttifaqı öz təcrübəsini, resurslarını və taleyini daimi əlaqələndirməyi qərara almış 28
üzv dövlətdən ibarətdir. 50 illik genişlənmə dövründə bu dövlətlər mədəni müxtəlifliyi, toler-
antlığı və fərdi azadlıqları qorumaqla sabitlik, demokratiya və davamlı inkişaf zonası yaradıb.
Avropa İttifaqı uğur və dəyərlərini öz sərhədlərindən kənardakı ölkələr və xalqlarla pay-
laşmaq işini öhdəsinə götürüb.
BRITISH COUNCIL
1934-cü ildə əsası qoyulmuş British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil im-
kanları üzrə işləyən beynəlxalq təşkilatıdır. Biz BK və başqa ölkələrin xalqları üçün beynəlx-
alq imkanlar açır və bütün dünyada onlar arasında etibar, inam yaradırıq.
Biz 110 ölkə və ərazidə 190-dan çox nümayəndəliyi olan qlobal təşkilatıq. Biz hər il təxminən
500 milyon insanın – dünya əhalisinin, demək olar, onda birinin həyatına təsir edirik.
British Council Azerbaijan
AzBritish
T+994 12 497 1593
F+994 12 498 9236
www.britishcouncil.az
Dostları ilə paylaş: |