© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
39
• Əlilliyi olan Şəxslərin Peşə Reabilitasiyası və Məşğulluğuna dair Beynəlxalq Əmək
Təşkilatı Konvensiyası (1983)
• Əlillik sahəsində İnsan Resurslarının İnkişafına dair Fəaliyyət üçün Tallin Direktivləri
(1990)
• Ruhi inkişafda özünəməxsusluğu olan şəxslərin müdafiəsi prinsipləri və ruhi sağlamlıq
xidmətinin yaxşılaşdırılması (1991)
• Əlilliyi olan şəxslər üçün imkanların bərabərləşdirilməsi üzrə standart qaydalar (1993).
Bununla belə, Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyasında əlilliyi olan şəxslərin
müdafiəsinə əvvəlki sazişlərlə müqayisədə görünməmiş dərəcədə güclü, təkmilləşmiş və
standartlaşmış baxış var.
Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası
Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası (ƏOŞHDBMTK) 30 mart 2007-ci il
tarixində imza üçün açıq elan edilib. Konvensiya planetin tarixində əlilliyi olan milyonlarla
şəxsin hüquqlarını təşviq, müdafiə və təmin etmək üzrə dövlətlərin qarşısına öhdəliklər
qoyan, əlilliyi olan və olmayan insanların ortaq insanlığı paylaşdığını tanıyan ilk hüquqi
öhdəlik sənədidir.
ƏOŞHDBMTK əlilliyi olan şəxslər tərəfindən onların özləri üçün yazılmış beynəlxalq insan
hüquqları razılaşmasıdır. Bu razılaşma uzunmüddətli fiziki, ruhi, qavrama və ya hissi sağlamlıq
problemləri olan, cəmiyyətdə bərabər inkişaf üçün maneələrlə üzləşən şəxslər üçündür.
Konvensiya əlilliyi olan şəxslərin insan hüquqlarından digər şəxslərlə eyni şəkildə
faydalanmasını təmin etmək üçün tədbirlər görülməsi məqsədilə hökumətlərin üzərinə
öhdəliklər qoyur.
ƏOŞHDBMTK:
• Hamımızın bərabər olduğunu tanıyır. Əlilliyi olan şəxsin hər bir kəslə eyni azadlıq,
hörmət, ləyaqət və bərabərlik hüququ var.
• Bütün əsas insan hüquqlarını bir araya gətirir.
• Bu hüquqların reallaşması üçün hökumətin nə etməli olduğunu əks etdirir.
Konvensiya ona görə yaradılıb ki, əlilliyi olan şəxslərin insan hüquqlarına çox zaman əməl
olunmur və onlar cəmiyyətdə iştirak üçün çoxlu maneələrlə üzləşirlər.
Konvensiya xüsusi gücü olmayan kağız üzərində bəyannamə deyil. Bu sənəd maneələri
aradan qaldırmaq və əlilliyi olan şəxslərə real azadlıq, ləyaqət və bərabərlik vermək üçün
tədbir görməyi hökumətdən tələb edir.
ƏOŞHDBMTK və insan hüquqları
İnsan hüquqları kimliyindən asılı olmayaraq hər bir kəsə verilən əsas hüquq və azadlıqlar
toplusudur. Bunlar dövlətin vətəndaşla necə rəftar etməsi barədədir. İnsan hüquqları anlayışı
hər kəsin bərabər dəyərə malik olduğunu, öz qərarlarını vermək hüququ olduğunu, hər kəsə
qarşı ədalət, ləyaqət və hörmətlə davranılmalı olduğunu bildirir.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
40
İnsan haqları barədə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və İnsan Hüquqlarına
dair Avropa Konvensiyası (1950) kimi beynəlxalq razılaşmalarda ətraflı yazılıb.
ƏOŞHDBMTK əlilliyi olan şəxslərin aşağıdakı insan hüquqlarından istifadəsini təmin etmək
üçün hökumətlərin görməli olduğu tədbirləri təsvir edir:
• qanun qarşısında ayrı-seçkilik qoyulmadan bərabərlik
• öz qərarlarını vermək
• ailə həyatına hörmət
• istismar, zorakılıq və pis rəftardan azad olma
• inklüziv təhsil
• layiqli yaşayış standartı
• cəmiyyətdə iştirak və icmada yaşamaq üçün dəstək
• əlçatımlı fiziki mühit və məlumat
Bu və digər hüquqlar «Maddələr»də verilib.
ƏOŞHDBMTK nə üçün yaradıldı?
Özlərinin ayrıca insan hüquqları konvensiyasının olması üçün əlilliyi olan şəxslər 20 ildən çox
mübarizə aparıblar. Sənədin məzmunu üzrə razılaşmaq üçün bütün dünyadan əlilliyi olan
çoxlu şəxs və onların təşkilatları iştirak edirdi.
Dünyada hər kəs kimi əlilliyi olan şəxslərin hüquqları da 1948-ci ildə qəbul edilmiş Ümumdünya
İnsan Hüquqları Bəyannaməsində təsbit olunub. Bu baxımdan, ƏOŞHDBMTK əlilliyi olan
şəxslərə «yeni» insan hüquqları vermir. Ancaq kağız üzərindəki hüquqların gündəlik reallığa
çevrilməsi üçün hərəkətə keçmək lazım gəldiyi bu sənədlə etiraf edilir. Hədsiz maneələr əlilliyi
olan şəxslərin hüquqlarının pozulmasına, onlara məhəl qoyulmamasına hələ də rəvac verir.
ƏOŞHDBMTK-nın məqsədi bu maneələrin aradan qaldırılması üçün dünyada hər bir ölkənin
atmalı olduğu addımları ortaya qoymaq idi. Ölkələrin çoxu razılaşdı ki, əlilliyi olan şəxslərin
real ləyaqəti, bərabərliyi və iştirakını irəlilətmək üçün spesifik konvensiya olmalıdır.
Konvensiyanın mətni barədə 2006-cı ilin dekabrında BMT-də razılığa gəlindi. BK Konvensiyanı
30 mart 2007-ci ildə imzalayıb, 8 iyun 2009-cu ildə isə ratifikasiya edib. Azərbaycan bu
sənədi 2009-cu ildə ratifikasiya edib.
IDEAS layih
əsi ölkələrində ƏOŞHDBMTK-nın
statusu
“
Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” 02 oktyabr
2008-ci il tarixli 686-IIIQ nömr
əli Azərbaycan Respublikası Qanunu və “əlilliyi olan insanların
hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq bar
əsində 02 oktyabr
2008-ci il tarixli 687-IIIQ nömr
əli Azərbaycan Respublikası Qanunu
Ölkə ƏOŞHDBMTK-nı imzalayırsa, bu o deməkdir ki, əlilliyi olan şəxslərin insan hüquqları
barədə Konvensiyada deyilənlərlə razıdır.