8
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Əlilliyi olan şəxslərin təşkilatları
Bunlar əlilliyi olan şəxslər tərəfindən nəzarət və idarə edilən, əlilliklə əlaqəli fəaliyyətlərə
yönəlmiş təşkilatlardır. Onlar müxtəlif yollarla təşkil olunur, amma idarə heyətindən kənarda
olan işçilərin təxminən 50-100%-i, heyətin isə əksər hissəsi əlilliyi olan şəxslərdən ibarətdir.
Sağlamlıq məhdudiyyəti
Fərdin fiziki, hissi və ya əqli (koqnitiv) fərqliliyi (məsələn, görmə qabiliyyəti itirmiş olmaq,
bipolar keçirmək, dağınıq sklerozu və ya qavrama çətinliyi olmaq).
İştirak
Qrup və ya struktur daxilində iştirak, yaxud da cəlb olunma fəaliyyəti və ya vəziyyəti.
İnklüziv qərar qəbulu səfəri
Bu ifadə siyasət formalaşdıranlar, media qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının
işinin iştirakın daha passiv formalarından tutmuş insanların həyatına təsir edən məsələlərə
görə məsuliyyətin paylaşılmasına qədər inkişafını əks etdirir. Bu səfərin mərhələləri müxtəlif
yollarla təsvir oluna bilər. Burada biz əsasən “məlumat”, “məsləhətləşmə” və “inklüziv qərar
qəbulu” sözlərindən istifadə edirik.
Ümumi axına salma
Ümumi axına salınma əlilliyi olan şəxslərin hüquqlarının hökumətin bütün səviyyələrində
qiymətləndirilməsini nəzərdə tutur. Əlilliyi olan şəxslərin maraqları xüsusi proqramlarda
deyil, ölkənin siyasi, iqtisadi və sosial sahələr üzrə milli proqramlarında başqaları ilə yanaşı
nəzərə alınmalıdır.
Fərdiləşdirmə
Fərdiləşdirmə mənası “qanunla təmin olunmasından və ya özləri tərəfindən maliyyələş-
dirilməsindən asılı olmayaraq dəstək alan hər bir kəs seçim və bütün xidmət şəraitlərində
həmin dəstəyin formasına nəzarət səlahiyyətinə malikdir” olan sosial qayğı yanaşmasıdır.
Siyasət formalaşdırılması ardıcıllığı
Siyasət milli qanun, milli və yerli səviyyədə siyasət və ya xidmətlər demək ola bilər. Onun
ardıcıllığı aşağıdakıları əhatə edir:
• məqsədlərin qoyulması
• müxtəlif seçimləri müəyyən etmək və qiymətləndirmək
• qərar qəbulu prosesi
• siyasəti həyata keçirmək
• siyasəti monitorinq etmək, qiymətləndirmək, dəyişdirib-dəyişdirməməyə və necə
dəyişdirməyə qərar vermək
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
9
Təmsil olunma
Bu sənəddə təmsil olunma adətən əlilliyi olan şəxslərin, məsələn, xəbərlərdə və ya bədii
yazılarda necə təsvir edilməsi deməkdir.
Əlilliyin sosial modeli
Əlilliyin sosial modeli sağlamlıq məhdudiyyəti olan şəxslərin sosial, mədəni, iqtisadi və ətraf
mühitlə bağlı maneələrlə əlverişsiz vəziyyətə salındığını müəyyən edən düşüncə tərzidir.
10
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Bölmə 1.
İnklüziv qərar qəbulu nədir və
nə üçün əlilliyi olan şəxslər üçün
əhəmiyyət kəsb edir?
Vasitələr toplusunun bu bölməsi:
• İnklüziv qərar qəbulu konsepsiyasının kökündə dayanan bəzi ideyaların icmalını verir
• bu ideyaları əks etdirən örnəkləri misal gətirir
• təlimçilərin istifadəsi üçün sessiya planları və çalışmalar təklif edir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
11
Ümumi məlumat – inklüziv qərar
qəbulunun kökündə dayanan ideyalar
Mündəricat
• İnklüziv qərar qəbulunun qısa tərifi
• Əlillik barədə düşüncə tərzləri
• Əlilliyi olan şəxslərin kənarlaşdırılması
• Siyasət formalaşdırılması və xidmət göstərilməsi – əlilliyi olan şəxslər haqqında və
onlarla
• İnklüziv qərar qəbulu haqqında
• İnklüziv qərar qəbulu səfəri
İnklüziv qərar qəbulunun qısa tərifi
“İnklüziv q
ərar qəbulu” termini qərarın birbaşa təsir etdiyi şəxslərin fəal iştirakı ilə
seçiml
ərin nəzərdən keçirilməsi və qərar verilməsi yanaşmasını əks etdirir.
Əlillik barədə düşüncə tərzləri
Əlilliyə ənənəvi baxış çox zaman “əlilliyin tibbi modeli” adlanır, əlilliyi fərdin problemi, şəxsi
faciəsi kimi görür. Əlilliyi olan şəxslərin əksəriyyəti qarışıq cəmiyyətimizdə insanların çoxu
əlilliyə bu cür yanaşır.
Nəticədə əlilliyi olan şəxslər sağlamlıq məhdudiyyətlərini qəbul etməli olduqları bir qismət
kimi görürlər, bu mənada ki, onlar çox şeyləri edə bilməzlər. Bu baxış kənarlaşma və
asılılıqla xarakterizə olunur, üstəlik də, əlilliklə bağlı, məsələn, yazıqlıq və qorxu kimi fikirləri
gücləndirir. Bu, “sağalma” və “qayğı” yanaşmasıdır ki, kökündə “əlilliyi olan şəxs anormal
olmalıdır, anormal olmaq isə arzuedilməz olmaq deməkdir” fərziyyəsi dayanır.
Əlilliyin sosial modeli
Əlilliyin sosial modeli son 40 il ərzində əlilliyi olan şəxslər tərəfindən inkişaf etdirilmiş əlilliyi
anlama tərzidir.
Əlilliyin sosial modelində şəxsi əlil edən onun bioloji quruluşu, yəni sağlamlıq məhdudiyyəti
deyil, cəmiyyətin əliledici xarakteridir. Sosial modeldə deyilir ki, əlilliyi olan şəxslər qarşılarına
qoyulmuş sosial, mədəni, iqtisadi və ətraf mühit maneələri ilə əlverişsiz vəziyyətə salınırlar.
Bu, cəmiyyətin təşkil olunma tərzidir ki, sağlamlıq məhdudiyyəti olan şəxsləri diskriminasiya
edir və iştirakdan kənarlaşdırır.
Model «məhdudiyyət», yəni fərdin fiziki, hissi və ya idraki fərqliliyi (məsələn, görmə qabiliyyəti itirmiş
olmaq, bipolar, dağınıq skleroz və ya qavrama çətinliyi olmaq) ilə “əlillik” arasında əsas fərq qoyur.
“Əlillik” sağlamlıq məhdudiyyəti olmanın sosial nəticəsidir. Məhdudiyyəti olan insanlar sosial
fikir və fərziyyələr kimi münasibət maneələri ilə; qanun və siyasətlə bağlı təşkilati maneələrlə;