Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

Mezofitlər
– orta dərəcəli rütubət sevən bitkilərdir. Ən geniş yayılan 
qrupdur. Yağışdan və yeraltı sulardan istifadə edirlər. 

Kserofitlər
– quraqlıq torpaqda bitən bitkilərdir. Bu bitkilər üçün 
xarakterik əlamətlər hüceyrə divarının qalınlaşması, ağızcıqların çox olması, 
sütunvari hüceyrələrin çoxçəpgəli olması, damarlanmanın yaxşı inkişaf 
etməsidir. 
Sukulent bitkilər 
də kserofitlərə aiddir. Onların toxumaları çox 
miqdarda suyu özlərində yığıb saxlamaq xüsusiyyətinə malikdirlər. 



Temperatur və ya istilik

M
ühüm ekoloji amildir. Bitkilərdəki böyümə və inkişaf prosesləri, fotosintez, 
transpirasiya, maddələrin kimyəvi çevrilmələri müəyyən temperaturda baş 
verir və temperaturla sıx bağlıdır. Temperatur və rütubət yüksək olan 
yerlərdə, məs. tropiklərdə bitkilərin böyüməsi sürətli gedir və bitki aləmi 
zəngin olur. İsti və quru havada bitkilər vegetasiya fazalarını tez keçirmə 
vaxtından əvvəl çiçəkləyir, lakin onların boyu isə kiçik qalır. 

Temperaturun azalması köklərin sorma fəaliyyətini zəiflədir, ona görə 
də payızda havanın və torpağın temperaturu azaldıqca, bitkilər yarpaqlarını 
tökür. Yer kürəsində temperatura tələbata görə bitkilər qurşaqlara 
bölünmüşlər. Şimalda istiliyin az, soyuğun çox olmasına baxmayaraq, 
bitkilər vegetasiya dövrünü adi qayda üzrə keçirlər. 

Əksər tropik bitkilər temperaturun azacıq aşağıya düşməsinə belə tab 
gətirmirlər. Məsələn, kakao ağacı + 10C istidə məhv olur. 

İstiliyə tələbatına görə bitkilər 
isti sevən
və 
soyuğa davamlı
və ya 
kriofil olmaqla 2 qrupa bölünür. 

Əksər bitki növləri isə, orta temperaturu sevən bitkilərdir. 

 Pirofit
bitkilər də mövcuddur ki, onların toxumlarının yayılması üçün odun olması 
zəruridir 


İşıq amili
B
itkilərin, xüsusilə, yaşıl bitkilərin həyatında mühüm rol 
oynayır. İşıqsız bitkilərin həyat sürməsi qeyri 
mümkündür. İşığın iştirakı ilə fotosintez kimi fövqəl 
proses gedir, günəş enerjisi kimyəvi enerjiyə çevrilir, 
atmosfer oksigenlə zənginləşir, canlıların həyat 
fəaliyyətləri üçün vacib olan qida maddələri yaranır. İşıq 
transpirasiya, mineral qidalanma, böyümə proseslərinə 
və ümumiyyətlə bitkidə gedən bütün fizioloji proseslərə 
təsir göstərir. 
Müxtəlif bitkilərin işığa olan tələbatı müxtəlifdir. Bu 
cəhətdən bitkiləri işıq sevən və ya hemofitlər, kölgəlik 
sevən və ya stiofitlər və kölgəyə davamlı olmasıyla 3 
qrupa bölünürlər. 



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə