Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

BITKILƏRIN INTRODUKSIYASI

Bitki müəyyən dərəcədə dəyişmiş iqlimə və edafik şəraitə uyğunlaşmaq qabiliyyətinə 
malikdir. Lakin bu uyğunlaşma müxtəlif bitki üçün müxtəlifdir. Bitki növünün bir rayondan 
başqa yeni rayona keçirilməklə becərmək üsulu introduksiya adlanır. Əgər introduksiya 
eyni, yəni vətənində olduğu ekoloji şəraitdə aparılırsa, belə becərmə üsulu
naturalizasiya 
adlanır.Əgər yeni rayonun kompleks ekoloji və təbii-tarixi şəraiti bitkinin vətəninin 
şəraitindən az və ya çox dərəcədə fərqlənirsə, belə becərmə üsulu 
iqlimləşdirmə
adlanır. Yeni 
iqlimə uyğunlaşdırma yeni mühütdə yeni əlamətlər qazanmağa imkan verir. Lakin bəzi 
alimlərin fikirincə naturalizasiya və iqlimə uyğunlaşdırma arasinda heç bir fərq yoxdur. Çünki 
yeni mühütə düşmüş hər bir bitki orqanizmində həmin mühütə müəyyən uyğunlaşma gedir
yəni introduksiya əslində bitkinin yeni iqlimə uyğunlaşdırılmasıdır
.


Bitkilərin həyat formaları 
Məhşur danimarka botaniki K. Raunkier tərəfindən təklif edilmiş bitki həyat formalarının 
təsnifatı ilin soyuq
və ya quru şəraitinə uyğunlaşma şəciyələrinin üzərində qurulmuşdur. Bu əlamətlərin 
qruplaşması nətıcəsində alim onları 5 qrupa bölüb:
1. Fanerofitlər(Ph)-bu bitkilərin tumurcuqları az və ya çox dərəcədə torpağın üzərində yerləşir və
qışda yalnız tumurcuq yarpaqcıqları ilə qorunur. Bunlara ağac və kollar aiddir. 
2.Xamefitlər(Ch)-bu bitkilərin tumurcuqları torpaq səthindəki 25-50 sm hündürlükdə yerləşir və
adətən qışda qar örtüyü ilə qorunur. Bura həmişəyaşıl və yayda yaşıl kollar aiddir. 
3.Hemikriptofitlər(Nh)-bu bitkilərin tumurcuqları torpağın səthinə çox yaxın yerləşir, qışda
onların yerüstü zoğları tamamilə və ya qızmən məhv olur. Əksər çoxillik otlar, yarımkol və 
yarımkolcuqlar bura aiddir. 
4.Kriptofitlər(K)- bu bitkilərin tumurcuqları torpaqda və ya suda (su bitkiləri üçün) müəyyən 
dərinlikdə yerləşir. Bura su bitkiləri və qısa inkişaf dövrü ilə səciyələnən kökümsovlu və 
soğanaqlı bitkilər aiddir. 
5.Terofitlər(Th)-torpaqda toxum şəkilində qışlayan birilliklərdir. Bura bir çox alaq bitkiləri 
daxildir. 



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə